Microsoft Word Qurana munasebet doc



Yüklə 8,26 Kb.
Pdf görüntüsü
səhifə40/90
tarix04.11.2017
ölçüsü8,26 Kb.
#8577
1   ...   36   37   38   39   40   41   42   43   ...   90

 
157 
 
 
FƏRQLİ İCTİHADLAR DİNİN  
PARÇALANMASIMI DEMƏKDİR? 
 
 
əsənə
: İctihad dini mətnlərin müəyyən reallığa tətbi-
qidir. İctihadın tətbiqi zamanı “Bu, islamın görüşüdür
bu, islamın təklif etdiyi həll variantıdır...” – demək 
doğru deyildir. Belə deyildiyi təqdirdə sonu görünməyən mərəkə-
lər qopar, ittihamlar səsləndirilər. Çünki düşüncələr müxtəlifdir, 
rəy və ictihadlar fərqlidir, insanların dini mətnləri başa düşmə sə-
viyyələri eyni deyildir... 
Bir anlığa Quranı və hədisləri başa düşmə ictihadlarını to-
xunulmaz müqəddəs din, ictihada qarşı çıxmağı da böyük günah 
hesab etsək, belə bir yanaşma ümməti parçalayar, onu dövrümüz-
də bəzi tərəflərinin müşahidə edildiyi dəhşətli nəticələrə sürüklə-
yər. 
Bu əhəmiyyətli problemin müzakirəsi olduqca zəruridir. 
Müzakirə zamanı mümkün qədər daha çox misal gətirmək faydalı 
olardı. Olardı ona görə ki, bəzi səthi zehniyyət sahibləri dini par-
çalayanları qınayan ayələri ictihad əleyhinə dəlil göstərməsinlər. 
İddia etməsinlər ki, bəzi ictihadlar dini parçalamağın bir nö-
vüdür; ümmətin yetmiş üç dəstəyə parçalanmasının “səbəbkar”ı 
məhz ictihaddır.  
Qəzali
: İmamlarımız ixtilafa düşdüklərində heç biri iddia 
etməmişdir ki, dediyi Allahın sözüdür. Əksinə, “Mənim rəyim 
doğrudur, amma səhv ola da bilər. Başqalarının rəyi səhvdir, am-
ma doğru da çıxması mümkündür” qaydası onların şüarına çevril-



 
158 
mişdi. Aralarında ixtilaf – fikir ayrılığı olsa da, bir-birlərinə sevgi-
ləri heç vaxt əskik olmamışdı. Onlar Allahın nə demək istədiyini 
öyrənmək üçün əllərindən gələni etmiş, təvazökarlığı qətiyyən 
yaddan çıxarmamışdılar. Məsələn, namaz ibadəti mövzusunda 
İmam Əbu Hənifə hesab edirdi ki, imamın arxasında namaz qı-
lanların “Fatihə” surəsini oxumaları haramdır. İmam Şafei isə 
oxumağı vacib hesab edirdi. Buna baxmayaraq, həm Əbu Hənifə, 
həm də Şafei müsəlmanların böyük imamlarından sayılırlar. 
İmam Şafeidən İmam Əbu Hənifə haqqında soruşanda deyərdi: 
“İnsanlar fiqhdə Əbu Hənifədən asılıdırlar”...  
Kim öz şəxsi görüşünü dinin görüşü kim təqdim edib baş-
qalarının fikirlərini heç sayarsa, yalançıdır.   
Bu cür vəziyyət dövrümüzdə geniş yayılıb: özlərini bir 
məzhəbin davamçıları sayan, ancaq digər məzhəblər haqda dü-
rüst biliyə sahib olmayan şəxslər öz məzhəb imamlarının fikirlə-
rini əldə bayraq edir, digər məzhəbləri heç bilərək qarşı tərəfin 
görüşünü haram sayırlar. Bu cür hərəkət etmək doğru deyildir. 
Nadan və təəssübkeşlərin arasında geniş yayılmış bu davranış 
Müsəlman ümmətinə ancaq və ancaq ziyan gətirir. 
Misal olaraq ibadət mövzusuna toxundum. Qeyri-ibadət 
məsələləri necə olsun? Çünki bu məsələlər təbiət etibarı ilə zəruri 
edir ki, müxtəlif fikirlər yaransın, ehtimallar səsləndirilsin. Şura, 
cihad, ədalət, təlim-tədris kimi məsələlərdə islam konkret forma 
və normativlər təqdim etməyib. Bütün bu məsələlər Quranda də-
yər adı altında təqdim edilir, onların reallaşdırılması forması və 
vasitələri isə ictihada həvalə olunur. Məhz bu səbəbdən Həzrəti 
Əbubəkr
1
 (Allah ondan razı qalsın!) özündən sonra bir şəxsi xə-
                                                 
1
 Abdullah ibn əbu Qühafə Osman ibn Amir Əbubəkr: İlk Raşidi xəlifə-
sidir. Hicrətdən 51 il əvvəl anadan olub. Cahiliyyət dövründə şərab içməyən 


 
159 
lifə seçdiyi halda, Həzrəti Ömər (Allah ondan razı qalsın!) arala-
rından biri xəlifə seçilsin deyə altı şəxs təyin etmişdi. Peyğəmbər 
(Ona Allahın xeyir-duası və salamı olsun!) isə heç kəsi xəlifə tə-
yin etməmişdi. Bundan aşağıdakı nəticəni çıxarırıq: liderin seçil-
məsi məsələsində heç bir dini mətn mövcud deyildir. “Mən bu işə 
digərlərindən daha layiqəm” – deməyə heç kimin haqqı yoxdur. 
Hər birinin dövlət başçısı olmağa layiq keyfiyyətləri və haqqı var-
dır... 
İctihad əsasında bu və ya digər həyat cizgisini müəyyənləş-
dirənlərin “Bu, Allahın istədiyi cizgidir. Kim ondan kənara çıxar-
sa, Allaha asilik etmişdir” – deməsi yolverilməzdir. Bu, doğru de-
yildir, xətadır!  
Həsənə
: Dini parçalama və bunun dağıdıcı nəticələri haq-
da danışan ayələrə nəzər salaq:  
“(Ya Rəsulum!) Şübhəsiz ki, sənin firqə-firqə olub dinini 
parçalayanlarla heç bir əlaqən yoxdur. Onların işi Allaha qalmış-
dır. (Allah) sonra (qiyamətdə) onlara nə etdiklərini bildirəcək-
dir!” (əl-Ənam, 159); 
“(Ya Rəsulum! Sən və ümmətin) tövbə edərək Ona tərəf 
dönün. Ondan (Allahın əzabından) qorxun, namaz qılın və müş-
riklərdən olmayın! 
                                                                                                                   
tək-tək adamlardandır. Ərəblərin nəsil şəcərəsinin dərin bilicisi idi. Peyğəm-
bərə (Ona Allahın xeyir-duası və salamı olsun!) iman gətirmiş ilk kişi olan 
Həzrəti Əbubəkr böyük şəxsiyyət olmuşdur. Onun vasitəsi ilə bir çox məş-
hur şəxslər islamı qəbul etmişdilər. Peyğəmbər onu özünə hicrət yoldaşı seç-
mişdir. Var-dövlətini islamın yayılması üçün xərcləmişdir. Səhabələrin beyə-
tindən sonra xəlifə seçilmişdir. Xəlifəliyi dövründə dönüklərlə vuruşmuş, 
Ərəbistan yarımadasında islamın möhkəmləndirilməsini təmin etmişdir. 
İraq və Şama ordu göndərmişdir. Bu ərazilərin bir hissəsi onun hakimiyyəti 
dövründə fəth edilmişdir. Hicri 13-cü ildə vəfat etmişdir.    


 
160 
O kəslərdən ki, öz dinini parçalayıb firqə-firqə oldular (bə-
zisi  bütlərə,  bəzisi  günəşə  və  aya, bəzisi ulduzlara səcdə etməyə 
başladılar). Hər bir firqə öz dininə (öz dininin haqq olduğuna) 
sevinər” (ər-Rum, 31-32).  
Qadağan edilmiş bu parçalanmanın həddi-hüdudu nə qə-
dər olmalıdır? Düşünürəm ki, problem dövrümüzdə bəzi müsəl-
manların təsəvvür etdiyi kimi deyildir.  
Qəzali
: Qadağan edilmiş parçalanma iki şeydə özünü gös-
tərir:  
a) Əqidə, metafizika və qeyb məsələlərində özünü gös-
tərən köklü ixtilaf
. Çünki bu məsələlər ağılla dərk olunmur (irr-
asionaldır). Buna rəğmən, insanlar ağıllarına güvənərək “əllamə-
lik” edə bilirlər; bəzən onlar ağlın sirayət etmədiyi metafizik ma-
hiyyətlər haqqında ağızdolusu danışırlar. Məsələn, atributlar (si-
fətlər) Allahın zatında mövcuddur, yoxsa əlavə mahiyyət daşıyır; 
ərşə “istiva” etmək nə deməkdir və sair. Bu kimi mövzulara dal-
mağın, əvvəlcə, heç bir mənası yoxdur, söhbət uzandıqca uzana-
caqdır. İkincisi, bu söhbətlər ciddi dini parçalanmalara səbəb ola-
caqdır. Yaxşı olardı ki, iki istiqamətdə ümmətin birliyinə can 
ataq; əgər aramızdan kimsə ayələrdən birini doğru-dürüst başa 
düşmək üçün tə`vil etmişsə (yozmuşsa), bir qəbahət işləməmiş-
dir. Onsuz da əvvəlki nəsillər arasında tə`vil etməyən kəs yoxdur. 
Hətta Sələf nəsli də tə`vil edib.  
“Biz ona sizdən daha yaxınıq, amma siz (bunu) görmürsü-
nüz!” ayəsinə
1
 nəzər salaq. Sələf alimlərimiz ayədə söhbətin mə-
ləklərdən getdiyini bildirmişlər. Bu tə`vildir. Çünki həmin alimlər 
“xalilik” (tənzih) məfhumundan çıxış etmişlər; onlar Allaha mə-
kan və zaman anlayışını aid etmək istəməmişdilər (yəni, Allah hər 
                                                 
1
 “əl-Vaqiə” surəsi, 85-ci ayə.  


Yüklə 8,26 Kb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   ...   90




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə