Microsoft Word Qurana munasebet doc



Yüklə 8,26 Kb.
Pdf görüntüsü
səhifə39/90
tarix04.11.2017
ölçüsü8,26 Kb.
#8577
1   ...   35   36   37   38   39   40   41   42   ...   90

 
154 
dən boşanmaq üçün məhkəməyə müraciət hüququ vermişdir. 
Qadına məhkəmədə işləmək hüququnu verən də məhz İmam 
Əbu Hənifədir... 
Bütün bunlar ictihaddır. Bu səbəbdən mən qənimətlərin 
icbari bölüşdürülməsini rədd edən malikilərin görüşünə üstünlük 
vermişəm. “Beşdə bir” – qənimətləri bölüşdürmə növüdür. Məsə-
lən, Peyğəmbər (Ona Allahın xeyir-duası və salamı olsun!) Həva-
zin və Səqif qəbilələrindən əldə edilmiş qənimətlərin bölüşdürül-
məsi zamanı “beşdə bir” qaydasını tətbiq etməmiş, ənsardan olan 
bəzi səhabələrə pay verməmişdi. Həzrəti Ömər də (Allah ondan 
razı qalsın!) bu cür hərəkət etmişdir; fəth edilmiş torpaqları fa-
tehləri arasında bölüşdürməmiş, həmin torpaqlara vergi qoymuş-
dur. Toplanılan vergilər əsasında həmin fatehlərə məvacib kəs-
məklə qənimət paylarını vermişdir.  
Deməli, islam müəyyən formaların, konkret qəliblərin 
məcmuyu deyildir. İslam dəyişməz dəyərlərdən ibarətdir. Məhz 
bu dəyərlərin əsasında formaları, normativləri müəyyən edirik... 
Dünya işlərinin tənzimlənməsi haqqını islam bizlərin öhdəsinə 
buraxıb. Peyğəmbərin (Ona Allahın xeyir-duası və salamı olsun!) 
hədisi də buna dəlalət edir: “Siz dünyanıza daha yaxşı bələdsi-
niz”
1
. Yəni, siz dünya işlərini daha yaxşı tənzimləyirsiniz. Ancaq 
unudulmamalıdır ki, bu tənzimləmələr Quran və Sünnədəki də-
yər və prinsiplər əsasında aparılmalıdır
2
.  
                                                 
1
 Hədisi Həzrəti Aişəyə, Ənəs ibn Malikə istinadən İmam Müslim rəvayət 
edib. Bax: Səhihi-Müslim, “Fəzilətlər” fəsli.  
2
 Əhəmiyyətini nəzərə alaraq, Şeyx Yusif əl-Qərdavinin bu mövzu ilə əla-
qədar dediklərini burada dərc etmək yerinə düşür:  
“...belə bir hədis var: “Siz dünyanıza daha yaxşı bələdsiniz”. Bəzi insanlar iq-
tisadi, siyasi-ictimai sahələrdə şəriətin hökmlərinə riayətdən boyun qaçır-
maq üçün bu hədisə tez-tez istinad edirlər. Onların iddialarına görə, bu sa-


 
155 
                                                                                                                   
hələr dünya işlərindəndir və biz də dünyamıza daha yaxşı bələdik. Axı Al-
lahın rəsulu dünya işlərini, hədisdə deyildiyi kimi, bizim öhdəmizə bura-
xıb(!) 
Görəsən, hədis bunumu demək istəyir? Əsla!!! Çünki Allah təala peyğəm-
bərləri həm də ona görə göndərib ki, insanlar üçün ədalətli qaydalar qoysun-
lar, dünyadakı hüquq və vəzifələrini onlara öyrətsinlər. Bu – ona görədir ki
meyarlar, qaydalar itirilməsin, təfriqə baş qaldırmasın. Uca Allah buyurur: 
“And olsun ki, Biz peyğəmbərlərimizi açıq-aşkar dəlillərlə (möcüzələrlə) 
göndərdik. Biz onlarla birlikdə (Allahın hökmlərini bildirən səmavi) kitab və 
ədalət tərəzisi (şəriət) nazil etdik ki, insanlar (bir-biri ilə) ədalətlə rəftar et-
sinlər...” (əl-Hədid, 25). 
Bu səbəbdən, alış-veriş, ortaqlıq, girov, icarə, borc və digər münasibətləri 
tənzimləyən ayə və hədislər mövcuddur. Belə ki, Quranın ən uzun ayəsi 
borcların yazılması barədədir:   
“Ey iman gətirənlər! Müəyyən müddətə bir-birinə borc verib aldıqda, onu 
yazın! Bunu (bu sənədi) aranızda bir nəfər katib ədalətlə yazsın! Katib gərək 
Allahın öyrətdiyi kimi yazmaqdan boyun qaçırmasın, yazsın! Borclu olan 
şəxs borcunu söyləyərək (deyə-deyə) yazdırsın və Rəbbi olan Allahdan qor-
xaraq ondan (borcdan) bir şey əskiltməsin. Əgər borclu ağılsız və zəifdirsə 
(qoca və ya uşaqdırsa), yaxud söyləməyə qadir deyilsə, o zaman gərək onun 
(əvəzinə) vəkili ədalətlə deyib (borcu) yazdırsın. Öz adamlarınızdan iki kişi-
ni də şahid tutun! Əgər iki kişi olmazsa, razı olduğunuz bir kişi ilə iki qadının 
şəhadəti kifayətdir. Əgər (qadınlardan) biri (şəhadəti) unudarsa, o birisi 
onun yadına salsın. Şahidlər (bu işə) dəvət olunduqları zaman boyun qaçır-
masınlar. Az və ya çox olmasına baxmayaraq, borcu öz vaxtına qədər (nə 
müddətə verilmiş olduğunu) yazmağa ərinməyin! Sizin bu işiniz Allah ya-
nında daha ədalətli, şahidlik üçün daha düzgün və şübhəyə düşməməyiniz 
üçün haqqa daha yaxındır. Lakin aranızda həmişə dövr edən aşkar (nağd) ti-
carət zamanı onu yazmamağınız sizin üçün günah deyildir. (Hər halda) alış-
veriş etdiyiniz vaxt şahid tutun! Ancaq katibə və şahidə zərər yetirilməsin. 
Əgər zərər yetirsəniz, əlbəttə, bu sizin üçün pis işdir. Allahdan qorxun! Allah 
(ehtiyacınız olan şeyləri) sizə öyrədir. Allah bütün işləri biləndir!” (əl-Bəqə-
rə, 282). 


 
156 
                                                                                                                   
“Siz dünyanıza daha yaxşı bələdsiniz” hədisindəki məğzin nədən ibarət oldu-
ğunu hədisin deyilmə səbəbi bizlərə başa salır, – bu, xurma ağaclarının toz-
landırılması hekayəsidir. Belə ki, Peyğəmbər (Ona Allahın xeyir-duası və sa-
lamı olsun!) şəxsi fikrinə əsaslanaraq Mədinə əhlinə xurmaları tozlandırma-
mağı tövsiyə etmişdi. Peyğəmbər əkin-biçin adamı deyildi və əkinçiliyin ya-
yılmadığı yerdə – Məkkədə böyüyüb boya-başa çatmışdı. Ənsar müsəlma-
nları da Peyğəmbərin tövsiyəsini vəhyin göstərişi, ya da dini göstəriş hesab 
etmiş, xurmaları tozlandırmamışdılar. Nəticədə xurma ağacları bar gətirmə-
mişdi. Bundan xəbər tutan Peyğəmbər də demişdi: “Mən elə zənn etdim ki
(belə daha yaxşı olar). Elə isə məni zənnimə görə məzəmmətləməyin... Siz 
dünyanıza daha yaxşı bələdsiniz!”  
Bu, hədisin deyilməsinə səbəb olan hadisədir”. Bax: Yusif əl-Qərdavi. 
Sünnəyə münasibətimiz necə olmalıdır? Qahirə: “Dar əş-Şüruq” nəşriyyatı, 
2009, səh. 146-147. Ətraflı məlumat üçün bax: Yusif əl-Qərdavi. Sünnə – bi-
lik və mədəniyyətin mənbəyi kimi, Qahirə: “Dar əş-Şüruq” nəşriyyatı, 2002, 
səh. 12-14 – tərcüməçinin qeydi.    


Yüklə 8,26 Kb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   ...   90




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə