Microsoft Word Qurana munasebet doc



Yüklə 8,26 Kb.
Pdf görüntüsü
səhifə47/90
tarix04.11.2017
ölçüsü8,26 Kb.
#8577
1   ...   43   44   45   46   47   48   49   50   ...   90

 
183 
şərti ilə təlim-tərbiyədə tədriciliyimi başa salır?  
Qəzali
: Bu, ulduzlara tapınanlara Allahın birliyini öyrədən 
İbrahim peyğəmbərin əhvalatına oxşayır. Belə ki, Həzrəti İbra-
him, əvvəlcə ulduzu, sonra isə Ayı rəbb zənn etsə də, nəhayətində 
hər ikisini rədd etdi. Daha sonra Günəşə rəbb gözü ilə baxdı. An-
caq ondan da bir şeyin çıxmadığını gördükdə belə bir nəticəyə 
gəldi ki, bütün bunları yaradan həqiqi rəbb ola bilər. Bu təlimdə 
tədriciliyin bir növüdür. 
Quranın özündə də tədrici təlim-tərbiyəyə rast gəlirik. Qu-
ranın tədricən nazil olmağı bir zərurət idi. İnsanları tərbiyə etmək 
üçün tədricilik zəruri olmuşdur.  
Həsənə
: Çünki ümmət forması və quruluşu baxımından 
təbii qanunauyğunluqlara tabedir. Tədricilik təbii məsələdir. Bu 
səbəbdən xariqüladə (fövqəltəbii) qanunlara tabe olmağımıza eh-
tiyac yoxdur. Əks halda peyğəmbərlik və möcüzə tələb etməyimiz 
normal sayılardı... 
Qəzali
: Bu doğrudur. Mən hesab edirdim ki, ərəblər sadə-
lövh xalqdır, bədəvidirlər, həyatla bağlı az şey bilirlər, nadir hal-
larda öz aralarında müharibə etmişlər. Sonra mənə aydın oldu ki, 
heç də belə deyilmiş: sən demə səhranın tam ortasında da, tarixin 
ilk (ən qədim) şəhərlərində də ən iyrənc cinayətlər törədilərmiş! 
Müasir Avropa mədəniyyətində yayılan cinsi sapqınlıq vaxtı ilə 
qeyri-adi formada Lut əhalisi və İordaniya səhrasındakı Mö`tə-
fikə kəndlərində mövcud olmuşdur.  
Çəkidə və ölçüdə aldatmaq, xudpəsəndlik Şüeyb qövmü-
nün adətlərindən sayılırdı... 
İndiki Qərb mədəniyyətinin rəhbərlərində müşahidə etdi-
yimiz böyüklük (yekəxanalıq) təkəbbürü Ad və Səmud qövmlə-
rində də vardı. Qərb mədəniyyəti demişkən, bu mədəniyyət in-


 
184 
sanlıq ölçülərini tapdalayan, yaşıl-quru, uşaq-qadın və kişi arasın-
da fərq qoymayan dağıdıcı müharibədə qələbə çalmaq üçün təx-
minən bir milyon yaponu atom bombası ilə məhv etdiyi zaman 
heç bir tərəddüd keçirməmişdi.  
Görünür, insan həmin insandır. İnstinktlərini nə ilə nəza-
rətdə saxlayırsa-saxlasın, fərqi yoxdur, insan insandır. Bu gün mü-
şahidə etdiyimiz şəhvətə qul olmaq tendensiyası bəzi ərəb qəbilə-
ləri arasında da yayılıbmış... 
Ancaq mühüm olanı budur ki, islam 25 il ərzində insan 
nəfsinin bütün xəstəliklərinə şəfa vermişdir. İslamın müalicə etdi-
yi bu xəstəliklər dünyanın bütün qitələrində yaşayan insanlarda 
tarix boyu mövcud olmuş xəstəliklərdir.  
 
 
 


 
185 
 
 
ƏCƏL (SONUN ÇATMASI)  
QANUNAUYĞUNLUĞU 
 
 
əsənə
: Əcəl qanunauyğunluğu, ola bilsin ki, tədricilik 
qanunauyğunluğuna yaxın anlayışdır. Hər bir şeyin 
müəyyən edilmiş sonu (əcəli) vardır; bu müəyyənləş-
dirilmiş sonu nə tezləşdirmək, nə də təxirə salmaq mümkündür. 
Allah təala buyurur: 
“...Hər ümmətin (əzəldən müəyyən olunmuş) bir əcəl vax-
tı (ömrünün sona çatma, məhv olma, tənəzzülə uğrama, əzaba, 
müsibətə düçar olma çağı) vardır. Onların əcəli gəlib çatdıqda 
(ondan) bircə saat belə nə geri qalar, nə də irəli keçərlər” (Yunis, 
49); 
“...Hər dövrün bir kitabı (lövhi-məhfuzda yazılmış hök-
mü) var” (ər-Rəd, 38); 
“(Müşriklər istehza ilə) səni tələsdirib əzabın tez gəlməsini 
istəyirlər. Əgər (bunun üçün) əvvəlcədən müəyyən edilmiş bir 
vaxt olmasaydı, sözsüz ki, əzab onlara gələrdi. Şübhəsiz ki, (əzab) 
onlara qəflətən, özləri də hiss etmədən gələcəkdir” (əl-Ənkəbut, 
53). 
Hər bir şeyin davamlılığı, mövcudluğu üçün ayrıca zaman 
kəsiyi müəyyən edilib. Dövrümüzdə sosioloqlar bir nəslin dəyişil-
mə (yenilənmə) prosesi müddətini 25-35 il müəyyənləşdirmişlər.   
“Oxu!” ayəsi
1
 ilə başlanan, “...Bu gün dininizi sizin üçün 
kamil etdim, sizə olan nemətimi tamamladım və sizin üçün din 
                                                 
1
 “əl-Ələq” surəsi, 1-ci ayə. 



 
186 
olaraq islamı bəyənib seçdim...” və “Allaha tərəf qaytarılacağınız 
gündən qorxun! (O gün) hər kəsə gördüyü əməlin əvəzi veriləcək 
və (haqsız yerə) zülm olunmayacaqdır!” ayələri
1
 ilə başa çatan za-
man kəsiyinə, yəni, Quranın göndərilmə müddətinə nəzər salsaq, 
bunun iyirmi üç il olduğunu görərik. Bu müddət ərzində ciddi də-
yişikliklərə imza atan, insana insanlığını qaytaran dəvət aparılmış-
dı... Buna baxmayaraq, dövrümüzdə bəzi dəvətçilər “əcəl” qanu-
nauyğunluğundan xəbərsizdirlər. Onlar qabaqcadan hesablama-
lar aparmır, nəticə əldə etmədə tələsirlər! Sanki onlar möcüzəvi 
şəkildə proseslərin sürətli baş verdiyi dünyada yaşayırlar! 
Qəzali
: Pak və Uca Allah hər şeyə sahib olsa da, belə bu-
yurur: 
“(Yerdə və göydə) elə bir şey yoxdur ki, onun xəzinələri 
Bizdə olmasın. Lakin Biz ondan ancaq müəyyən (lazım olduğu) 
qədər endiririk” (əl-Hicr, 21). 
Nə üçün müəyyən qədər? Çünki insanların vəziyyəti bunu 
tələb edir. Hikmətdəndir ki, istehlaka uyğun istehsal olsun, yəni, 
nəyə ehtiyac varsa, ona uyğun miqdarda verilsin! Allah insanların 
xeyrini düşünərək müəyyən qədər endirir. Hər zaman müəyyən 
miqdara riayət etmək lazımdır. Məsələn, su çox olduqda əkinləri 
zay edər, təlatümə gələrsə, insanları özündə qərq edər. Buna rəğ-
mən, su lazımdır və ondan lazımi miqdarda istifadə olunmalıdır.  
Həsənə
: Mən əcəl dedikdə dəyişikliyə, tələb olunan nə-
ticələrin hasilinə zəmin hazırlayan ideyaların törəməsini zəruri 
edən zaman kəsiyini nəzərdə tuturam. 
Qəzali
: Bu zaman kəsiyi təkcə ideyalar üçün deyil, həm də 
insanlar, bitkilər və sair üçün zəruridir. Çünki Allah ana bətnində 
uşağı doqquz ayda deyil, doqquz gündə, bir gündə, hətta bir anda 
                                                 
1
 “əl-Maidə” surəsi, 3-cü ayə; “əl-Bəqərə” surəsi, 281-ci ayə.  


Yüklə 8,26 Kb.

Dostları ilə paylaş:
1   ...   43   44   45   46   47   48   49   50   ...   90




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə