Microsoft Word Qurana munasebet doc



Yüklə 8,26 Kb.
Pdf görüntüsü
səhifə50/90
tarix04.11.2017
ölçüsü8,26 Kb.
#8577
1   ...   46   47   48   49   50   51   52   53   ...   90

 
195 
139-140).  
Qəzali
: Bu doğrudur, mən də bu fikri təsdiqləyirəm. Dedi-
yim kimi, bu ümmət ölməyib, ancaq və ancaq xəstələnib. Ümmə-
tin düçar olduğu xəstəlik əksər hallarda hakimiyyət pozuqluğun-
dan yaranıb. Bu səbəbdən çürümə hakimiyyətlə təmsil olunan 
“qabıq”la kifayətlənmiş, “oduncağa” işləməmişdir.  
Bəli, hakimiyyət pozuqluğu islam sisteminin “qabığını” 
təşkil edir. Çünki islam yalnız siyasi partiya deyildir, əksinə, o, də-
yər və təlimlərin məcmuyudur. Hakimiyyət təlimləri bir-birinə 
bağlayan “kəmər”dir (toqqadır). Ancaq təlimlər “toqqa”nın qırıl-
mağına rəğmən, öz mövcudluğunu  qoruyub  saxlamışdır.  Bu  hal 
Bağdadın süqutu zamanı özünü bariz şəkildə göstərmişdir; xila-
fətə son qoyan tatarlar özləri müsəlman olmuş, avropalıların on-
ları özlərinə tərəf çəkib müştərək xaçlı ordusu yaratmaq cəhdləri 
boşa çıxmışdır. Bu, həqiqətən, belədir. Çünki Avropada monqol-
tatarların yürüşləri ilə xaçlı səfərləri eyni tarixi hadisə kimi tədris 
edilir. Əndəlüs isə sanki atom bombasının gerçəkləşdirdiyi küt-
ləvi qırğının şahidi olmuşdur. Çünki xaçlı küdurəti inkvizisiya 
məhkəmələrinə sirayət etmiş, bununla da müasir dillə desək, fizi-
ki yox etmə İspaniyada müsəlmanların soyqırımında əsas vasitəyə 
çevrilmişdi. Müsəlmanlar bundan ibrət çıxarmalı idilər. Ancaq 
heyhat! Eyni şey Yuqoslaviyada da müsəlmanların başına gətiri-
lib.  
Həsənə
: Şübhə yoxdur ki, milli çəkişmələrə zəmin hazırla-
maq, irqi ayrı-seçkiliyi qızışdırmaq, millətçiliyi körükləmək islam 
şüurunu öldürmə cəhdlərindən başqa bir şey deyil. 
Qəzali
: Doğrudur. Bu cəhətə diqqət etmək lazımdır.  
 
 


 
196 
 
 
MÜDAFİƏ QANUNAUYĞUNLUĞU 
 
 
əsənə
: Müdafiə qanunauyğunluğu aşağıdakı Quran 
ayəsindən çıxarılıb: 
“...Əgər Allah insanların bir qismini digər qismi ilə 
(müşrikləri möminlərlə) dəf etməsəydi, sözsüz ki, içərisində Alla-
hın adı çox zikr olunan sövməələr (rahiblərin yaşadığı monastır-
lar), kilsələr, məbədlər (yəhudi məbədləri) və məscidlər dağılıb 
gedərdi (darmadağın edilərdi). Allah Ona (öz dininə) yardım 
edənlərə, şübhəsiz ki, yardım edər. Həqiqətən, Allah yenilməz 
qüvvət, qüdrət sahibidir!” (əl-Həcc, 40). 
Bəşər cəmiyyətlərini tənzimləyən bu sosial qanunauyğun-
luğun aktiv təsirini hər bir dövrdə, coğrafiyada müşahidə etmək 
mümkündür. Belə ki, Allah zalımları bir-birinə ürcah edir ki, ar-
xasızlar qurtulma fürsəti qazansınlar, xeyirxahlıq vüsət alsın, yaxşı 
insanlar hifz olunub qorunsunlar. Bəzi müfəssirləri aşağıdakıları 
söyləməyə sövq edən də məhz budur:  
“Ədalət və islam hakimiyyəti mövcud olmadıqda qeyri-
mümkündür ki, Allah yalnız bir zalımı insanların başına müsəllət 
qılsın və o da onları təkbaşına idarə etsin. Əksinə, belə bir vəziy-
yətdə insanları bir neçə zalım əsarətdə saxlayar. Bu zalımların bir-
birləri ilə çəkişmələri, aralarındakı mübarizə oyanışa imkan yara-
dıb mədəniyyətin yaranması fürsətini doğurar”. 
Dövrümüzün müsəlmanları zəif və dağınıq olmalarına 
baxmayaraq, müdafiə qanunauyğunluğundan lazımınca yararlana 
bilsələr, islam probleminin xeyrinə böyük “qazanc” əldə edər, nai-



 
197 
liyyətlərə imza atarlar. Müdriklik hərəkət nöqtəsinin seçilməsin-
dədir. Aktiv mövqelərin düzgün seçilməsində!  
Üstünlüyə və inkişaf etmiş mədəniyyətə sahib olmadıqları 
halda müsəlmanlar müdafiə qanunauyğunluğundan necə istifadə 
etməlidirlər ki, həyata davam etsinlər? Quranda buna dair izahe-
dici dəlillər vardırmı? 
Qəzali
: “...Əgər Allah insanların bir qismini, digər bir qis-
mi ilə dəf etməsə idi, yer üzü fitnə-fəsada uğrayardı...” ayəsini
1
 
oxuduğum zaman ağlıma iki şey gəlir: 
Birinci
. İlahi imtahanın (eksperimentin) bir forması yox-
dur, əksinə, o rəngarəngdir... İnsan oğlu öz əqidəsini, həyatını, də-
yərlərini müdafiə etməyə daim hazır olmalıdır. Ancaq imtahan 
hansı formada olacaq – bax, bunu biz bilmirik.  
İkinci
. Qarşılıqlı dəf etmə fərdi və sosial həyatın mahiyyə-
tində mövcuddur. Məsələn, orqanizmin bir yerinə mikrob düş-
dükdə immun sistemi “iş”ə düşür. Güclü immun sistemi mikrob-
ları məhv edir və nəticədə orqanizm sağ qalır.  
İnsan həyatı üçün də bu cür qarşılıqlı dəf etmə (təsir) zə-
ruridir. Bu qarşılıqlı təsir bəlkə də insandakı imanı gücləndirir və 
həmin insan kənar təsirə məruz qaldıqda öz daxili imkanlarını hə-
rəkətə keçirir. Bu da öz növbəsində ona yeni nəfəs qazandırır, ye-
ni həyat gətirir. Allah tərəfindən qoyulan, mömin və kafirlərin ta-
be olmağı zəruri sayılan təbii qanunauyğunluqlar vardır. Yəni, hə-
yatda müxtəlif prinsip və güclərin davamlı toqquşması baş verir. 
Həyat belədir; küfr istəyir ki, özünü dünyaya qəbul etdirsin, iman 
da özünü fəallaşdırmalıdır ki, ayaqda qalsın. İman o vaxt ayaqda 
qalır ki, kafirlərin təzyiqləri onun daxili imkanlarına stimul versin.  
Yuxarıdakı ayəyə bir daha nəzər salaq:  
                                                 
1
 “əl-Bəqərə” surəsi, 251-ci ayə.  


 
198 
“...Əgər Allah insanların bir qismini, digər bir qismi ilə dəf 
etməsə idi, yer üzü fitnə-fəsada uğrayardı...” (əl-Bəqərə, 251). 
Bu mədəni müdafiə ilahi imtahanın bir parçasıdır, şərlə 
mübarizədə xeyrin gücünün artırılmasının bir hissəsidir.  
Həsənə
: Toynbi
1
 və digər kulturoloq-tarixçilər hesab edir-
lər ki, hədə-qorxu və provokasiya əks reaksiya və mədəni tərəqqi-
nin mühüm səbəbi kimi çıxış edir. Onlara görə, hədə-qorxu köh-
nə ünsürləri yox edir, milləti oyadır, ona mövcud şərait və düş-
mənlə mübarizə ruhu aşılayır. Hədə-qorxu dövrü, əslində xalqa 
fayda gətirir. Çünki ona “gəncliyini”, mütərəqqiliyini qaytarır... 
Şübhə yoxdur ki, bu problem “müdafiə qanunauyğunluğu” 
adlandırdığımız şeyin daxilində nəzərdən keçirilməlidir. Ancaq 
bu məqamda bir məsələni diqqətdən yayındırmamalıyıq: bəzi 
hallarda müsəlmanlar zəifləyib düşmənlərinə qarşı tam gücü ilə 
müqavimət göstərə bilmədiklərində aralarında çəkişmə olan bey-
nəlxalq güclər onlara ədavət bəsləyir. Dediyimiz kimi, öz araların-
da da çəkişir, razılığa gələ bilmirlər. Əgər müsəlmanlar mövcud 
çəkişmələrdən müdrikliklə yararlanıb həkimanə hərəkət edərlər-
sə, deməli, Quranda göstərilmiş müdafiə qanunauyğunluğundan 
lazımınca faydalanar, mahiyyətini başa düşərlər. Məsələn, Nüeym 
ibn Məsud
2
 müsəlmanlar maddi sarıdan zəif olmalarına, mühasi-
rəyə alınmalarına baxmayaraq, Xəndək döyüşündə müttəfiq düş-
                                                 
1
 Arnold Toynbi (1889-1975): Britaniyalı tarixçi, “hədə-qorxu və əks reak-
siya əsasında tarixi izah” nəzəriyyəsinin banisidir.  
2
  Nüeym ibn Məsud ibn Amir: Künyəsi Əbu Sələmə əl-Əşcəidir. Xəndək 
mühasirəsi zamanı müsəlman olmuşdur. Bəni-Qüreyzə və Qətəfan qəbilələri 
arasına çəkişmə salan məhz odur. Nəticədə müttəfiqlərin səfləri dağılmış, 
Mədinənin mühasirəsi aradan qaldırılmışdı. Həzrəti Əlinin xəlifəliyinin ilk 
illərində Cəməl döyüşündə həlak olmuşdur. Həzrəti Osmanın hakimiyyəti 
dövründə vəfat etdiyini deyənlər də vardır.   


Yüklə 8,26 Kb.

Dostları ilə paylaş:
1   ...   46   47   48   49   50   51   52   53   ...   90




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə