Microsoft Word Qurana munasebet doc



Yüklə 8,26 Kb.
Pdf görüntüsü
səhifə46/90
tarix04.11.2017
ölçüsü8,26 Kb.
#8577
1   ...   42   43   44   45   46   47   48   49   ...   90

 
179 
Onun (Kitabın) bir hissəsi (Quranın əslini, əsasını təşkil edən) 
möhkəm (mənası aydın, hökmü bəlli), digər qismi isə mütəşabeh 
(çətin anlaşılan, dəqiq mənası bilinməyən, məğzi bəlli olmayan) 
ayələrdir...” (Ali-İmran, 7). 
Əgər müsəlmanların ümumi vəziyyəti acınacaqlıdırsa, is-
lah əməliyyatına mahiyyətini ağlın dərk etmədiyi məsələlərdən 
yapışmaqla başlamağa səni nə sövq edir axı? Görünür, sən üm-
mətin dərdinə dərd qatmaq, xəstəliyini şiddətləndirmək fikrində-
sən. Yaxşı olar ki, sən insanlara Qurandan nəyə ehtiyacları varsa, 
onları öyrədəsən”.  
“Xüşu” namazın rüknü və ruhu olsa da, nədənsə çoxları 
dəstəmazı pozan hallar və namazda dayanma formalarında oldu-
ğu kimi, onun öyrədilməsinə əhəmiyyət vermirlər... 
Bu minvalla islamın rüknləri adi hərəkətlərə çevrilmiş, ən 
böyük məsələləri də bu haqda danışanların faydasız sözləri üzün-
dən ikinci plana keçmişdir.  
Biz insanlara islamı bütövlükdə öyrətmək istəyirik. Əgər 
islam yetmişdən artıq “dərəcə”dən ibarətdirsə, onda ən əhəmiy-
yətli dərəcəni öyrətməklə işə başlamalıyıq. İnsanlara münasibət-
də tədricilikdən çıxış etməliyik. Quran da öz təlimlərini insanlara 
tədricən öyrətmişdir. Tədricilik Quranın qanunauyğunluğudur. 
İslama çağırış edib mədəniyyət qurmaq mümkün olsun deyə təd-
riciliyin tərbiyəvi tərəflərini başa düşmək lazımdır... Çaxır Uhud 
döyüşündən təxminən iki il sonra haram edilib. Yəni, bu döyüşdə 
həlak olanlar mədələrində çaxır olduğu halda öldürülmüşdülər. 
Ancaq Quran onları şəhid adlandırır. Bu, onların nə imanını 
azaltmış, nə də Allahın dərgahında savablarına xələl gətirmişdir. 
Onlar islamdan nə göstərilmişsə, onu da mənimsəmiş, icrası on-
lardan tələb edilməyən məsələlərdə isə mükəlləf (öhdəçi) sayıl-


 
180 
mamışlar.  
İndiki dövrdə biz islamı tədrici tətbiq əsasında insanlara 
təqdim etməliyik. Fikrimcə, Qərbdə islam Şərqdəkindən fərqli 
metodlarla insanlara öyrədilməlidir. Zəncilərə islamı öyrətmə 
metodumuz hindlilərə öyrətdiyimiz metoddan fərqlənməlidir. İs-
lam mərhələ-mərhələ öyrədilməlidir ki, nəhayət bütövlükdə qəlb-
lərə yerləşin. Təbii ki, fərdlərə və cəmiyyətlərə münasib yolla! O 
yolla ki, islamın özü onu seçib təsdiqləyir. Bunu biz tədricilik qa-
nunauyğunluğu adlandıra bilərik.  
Həsənə:
 Ərəblərin bəlağət elminə verdikləri tərifi söylə-
mək məqamına düşür: bəlağət sözün yerinə və zamanına (vəziy-
yətə) görə deyilməsidir. Bu tərifdən çıxış edərək, müraciət etdiyi-
miz insanların vəziyyətini, mədəni səviyyələrini, düşüncələrini, 
problemlərini öyrənməliyik. Daha sonra onlara nəyi öyrədəcəyi-
miz haqda düşünməliyik. Bununla yanaşı, unutmamalıyıq ki, öy-
rətmək istədiyimiz islam universaldır, onun bütün tərəfləri nəha-
yətində insanlara öyrədilməlidir.  
Tətbiqdə tədricilikdən çıxış edə bilərik. Ancaq şəriət qa-
nunvericiliyi necə olsun? Dinin tamamlanmasından sonra son 
(həlledici) hökmlər qoyulub axı.  
Məşhur “şərab” ayəsindən savayı digər ayələri də tədricilik 
əsasında nəzərdən keçirə bilərikmi? Müasir reallıq baxımından 
bu ayələrə necə yanaşmalıyıq?  
Qəzali
: Faiz də haradasa Vida həcci zamanı haram edilib. 
Çünki “Bəqərə” surəsinin ayələri ən son nazil olan ayələrdir. Bu 
surədə zəkat mövzusu faiz mövzusu daxilində nəzərdən keçirilir. 
Bu məsələ haqqında enən ilk ayə “Rum” surəsindədir: 
“(Sərvətinizin) xalqın mal-dövləti hesabına artması üçün 
sələmlə (faizlə) verdiyiniz malın Allah yanında heç bir bərəkəti 


 
181 
(artımı) olmaz. Allah rizasını diləyərək verdiyiniz sədəqə (zəkat) 
isə belə deyildir. Bunu edənlər (dünyada mallarının bərəkətini, 
axirətdə isə öz mükafatlarını) qat-qat artıranlardır!” (ər-Rum, 
39).  
Daha sonra “Nisa” surəsində Kitab əhlinin faiz almaları 
haqda danışılır:  
“Yəhudilər zülm etdiklərinə və bir çoxlarını Allahın yolun-
dan döndərdiklərinə görə (əvvəlcə) özlərinə halal edilmiş gözəl 
(təmiz, halal) nemətləri onlara haram etdik. 
Və qadağan olunmasına baxmayaraq, sələm (faiz) aldıqla-
rından, haqsız yerə xalqın malını yediklərindən dolayı (halal olanı 
onlara haram buyurduq). Biz onlardan olan kafirlər üçün şiddətli 
bir əzab hazırlamışıq!” (ən-Nisa, 160-161). 
Bu ayədə faizin haram olmağına eyham vurulub.  
“Ali-İmran” surəsində isə aşağıdakı ayəyə rast gəlirik: 
“Ey iman gətirənlər! Sələmi (borc üzərinə qoyduğunuz fai-
zi) qat-qat artırıb yeməyin. Allahdan qorxun ki, bəlkə, nicat tapa-
sınız!” (Ali-İmran, 130). 
“Bəqərə” surəsində isə son, qəti əmr endirilib: 
“Ey möminlər! Əgər, doğrudan da, iman gətirmişsinizsə
Allahdan qorxub sələmdən qalan məbləğdən (faizdən) vaz keçin! 
(Onu borclulardan almayın!)” (əl-Bəqərə, 278). 
Bu da tədriciliyə bir misaldır. 
Həsənə
: Dini qanunvericilik sahəsində bu mövzu ilə bağlı 
misalların sayını artırmaq olar. Bəs əqidə və ibadət mövzusunda 
necə, bu haqda misallar gətirmək mümkündürmü?  
Qəzali
: Tövhid əqidəsinə nəzər salaq. Allah təkdir. Bəzi 
insanlar bütpərəstliklə bağlı bir sıra inanclarını qoruyub saxlamaq 
istəsələr də, Peyğəmbər (Ona Allahın xeyir-duası və salamı ol-


 
182 
sun!) bunu qəti surətdə rədd etdi. Bu məsələdə tədricilik olmaz: 
Allah təkdir və buna zidd şeylər qəbul edilməməlidir. İbadət mə-
sələsinə gəlincə, xatirimdə qalanları sizə söyləyəcəyəm. Belə ki, 
Səqif qəbiləsi namaz qılmamaq rüsxəti istədiyi zaman Peyğəmbər 
(Ona Allahın xeyir-duası və salamı olsun!) deyir: “Namazsız din-
də xeyir yoxdur”
1
. Yəni, namaz mütləq qılınmalıdır. Həmin qəbilə 
cihad rüsxəti istədiyi zaman isə Allahın rəsulu onların işini bir az 
yüngülləşdirmişdir.  
Həsənə
: Tövhid əqidəsinin təsdiqlənməsindən sonra isla-
mın rüknlərində tədricilik qaydasının olduğunu görürük. Pey-
ğəmbər (Ona Allahın xeyir-duası və salamı olsun!) səhabəsi 
Müazı (Allah ondan razı qalsın!) Yəmənə göndərdiyi zaman 
“əgər qəbul edərlərsə” sözlərini bir neçə dəfə ona xatırlatmışdı. 
Bununla da Peyğəmbər (Ona Allahın xeyir-duası və salamı ol-
sun!) ona bir problemdən digərinə keçməyin qaydasını öyrətmiş-
di.  
Qəzali
: Tədricən öyrətmək (təlimdə tədricilik) aksiom-
dur. Çünki Pak və Uca Allaha inanmayan insana namaz qılmağı 
təklif etməyimiz doğru deyildir. Allaha iman gətirdikdən sonra 
növbə ibadətindir; əvvəlcə inam, sonra ibadət! İmandan sonra 
namaz qılmaq mərhələsi gəlir. Çünki namaz ibadətlərin şahıdır. 
Namazdan sonra zəkatın növbəsi çatır... Bu, xəstəyə dərmanları 
ardıcıllıqla içirtməyə bənzəyir. Ancaq bu ardıcıllığa baxmayaraq, 
biz xəstəyə bütün dərmanları içirtməliyik...    
Həsənə
: Müaz əhvalatı bizə əsas məsələlərdən yapışmaq 
                                                 
1
 Hədisi Osman ibn əbu əl-Asa (Allah ondan razı qalsın!) istinadən Əbu Da-
vud rəvayət edib. Bax: “Sünən” kitabı, “Xərac və əmirlik” fəsli. Münziri hədi-
sin istinadı haqda yazır: “Deyilənə görə, Həsən əl-Bəsri (hədisi) Osman ibn 
əbu əl-Asdan eşitməyib”. Bax: Övd əl-Məbud, cild III, səh. 126.   


Yüklə 8,26 Kb.

Dostları ilə paylaş:
1   ...   42   43   44   45   46   47   48   49   ...   90




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə