Microsoft Word Qurana munasebet doc



Yüklə 8,26 Kb.
Pdf görüntüsü
səhifə49/90
tarix04.11.2017
ölçüsü8,26 Kb.
#8577
1   ...   45   46   47   48   49   50   51   52   ...   90

 
191 
nıb, daxili bazarda rəqabətə tab gətirsinlər... Ancaq düşünürəm ki
Pak və Uca Allahın nəzdində dünyanın insan oğlunun şərəf-iz-
zətini bazarlarla əlaqələndirən müasir mədəniyyətdən fərqli yeri 
vardır. 
Mən gözlərim önündə qaymağı islam olan din mədəniyyə-
tini canlandırıram və düşünürəm ki, məhz o, dünyaya varislik 
edəcəkdir. Onu da güman edirəm ki, bu mədəniyyət tarix sona 
çatmadan bütün dünyada intişar tapacaq. Bu xüsusda Qurandan 
iki “şahid”im var. 
Birinci “şahid”im
:  
“Qiyamət qopacağı gün (saat) günahkarlar (qəbirlərində 
və dünyada) bir saatdan artıq qalmadıqlarına and içərlər. Onlar 
(axirətdə belə yalan danışdıqları kimi, dünyada da batilə uyub 
haqdan) belə döndərilirdilər (yoldan çıxardılırdılar). 
Elm və iman sahibləri isə belə deyərlər: “Siz Allahın Kita-
bında qiyamət gününə qədər qaldınız. Bu, (hamının dirildiyi) qi-
yamət günüdür, lakin siz (onun haqq olduğunu) bilmirdiniz!” 
(ər-Rum, 55-56). 
Bu ayədə elə bil deyilir ki, Allahın Kitabı Qiyamətədək qa-
lacaq. Kitabın qalması ona xas mədəniyyət və missiyanın qalması 
deməkdir.  
İkinci “şahid”im
:  
“O vaxt Allah buyurdu: “Ya İsa, həqiqətən, Mən sənin öm-
rünü tamam edib Öz dərgahıma qaldırıram, səni kafirlərdən pak 
edərəm (tərtəmiz ayıraram). Sənə iman gətirənləri qiyamət gü-
nünə qədər kafirlərə qalib edərəm. Sonra isə Mənim hüzuruma 
qayıdacaqsınız. O zaman ixtilaf etdiyiniz məsələlər barəsində 
aranızda Mən hökm verəcəyəm!” (Ali-İmran, 55). 
İsa peyğəmbərin (Ona salam olsun!) arxasınca gedənlər, 


 
192 
xüsusən də o, yenidən yer üzünə qayıtdığı zaman müsəlman-
lardır. Peyğəmbərlərini ilahlaşdıran xristianlar isə, əslində İsa pey-
ğəmbərin düşmənləridir, davamçıları deyillər. Buna sübut Qura-
nın özündə, eyni məzmunlu ayələr kontekstindədir: 
“Şübhə yoxdur ki, Allah mənim də Rəbbim, sizin də Rəb-
binizdir. Elə isə Ona ibadət edin! Budur doğru yol! 
İsa onların (yəhudilərin) küfrünü (inanmadıqlarını) hiss 
etdikdə: “Allah yolunda kim mənim köməkçim olacaqdır?” – de-
yə soruşdu. (O zaman) həvarilər dedilər: “Bizik Allahın (Onun 
dininin) köməkçiləri! Biz Allaha inandıq. Sən də (Allaha) təslim 
olduğumuza şahid ol!” (Ali-İmran, 51-52). 
Bu ayədə nəzərdə tutulmuş müsəlmanlar o kəslərdir ki, İsa 
peyğəmbəri ilahlaşdıranları təkzib edən ayələr endiyi zaman 
onun (İsa peyğəmbərin) arxasınca gedərlər. Məhz onlar bu pey-
ğəmbərin həqiqi davamçılarıdır və onlar Qiyamətədək qalacaq-
lar... 
“Müsnəd” kitabında İmam Əhməd ibn Hənbəlin rəvayət 
etdiyi hədis də deyilənləri təsdiqləyir: “Allaha and olsun ki, bu iş 
(din) gecə və gündüzün olduğu hər yerə yayılacaqdır. Oturaq və 
köçəri olan elə bir qövm qalmayacaqdır ki, islamı ya şərəflilərin 
izzəti, ya da zəlillərin zilləti ilə qəbul etməsin”
1

Mədəniyyətlərin növbələşməsi və ya “tədavül”ü bir qanu-
nauyğunluqdur. Görəsən, avropalılar islamı qəbul edib bu mədə-
niyyətin daşıyıcılarına çevrilə bilərlərmi? Bəlkə də. Görəsən, 
                                                 
1
 Hədisi Miqdad ibn əl-Əsvədə (Allah ondan razı qalsın!) istinadən İmam 
Əhməd aşağıdakı versiyada da rəvayət edib: “Yer üzündə köçəri və oturaq 
insanlara aid elə bir ev qalmayacaqdır ki, Allah oraya İslamın göstərişlərini 
daxil etməsin. Bu, ya şərəf-izzətlə, ya da zəlil etməklə baş verəcəkdir. Böyük 
və Qüdrətli Allah onları ya şərəfli-izzətli qılıb islam əhlinə çevirəcək, ya da ki 
zəlil edəcək və onlar da bu dini daşıyacaqlar”.  


 
193 
müsəlmanlara əvvəlki qüdrətlərini geri qaytarmaqla, Allaha yeni-
dən yönəlməklə bu mədəniyyəti dirçəltmək müyəssər olacaqmı? 
Bəlkə də. Nə baş verəcəyini dəqiq deyə bilmərəm.  
Ancaq dövrümüzün bəzi alimlərinin tədqiqatlarının təs-
diqlədiyi “qərib” və təkversiyalı hədislər üzərində bəzən düşünü-
rəm. Müəyyən təbiət dəyişikliyinin baş verəcəyini, münbit ölkələ-
rin quraqlaşacağını, səhraların da yaşıllaşıb çaylarla zənginləşə-
cəyini bildirən alimlər vardır. Görəsən, bu ölkələr Ad və Səmud 
qövmlərinin zamanında zəngin olmuş ərəb torpaqlarımı?  
Eşitmişdim ki, Nəcd ərazisində (İndiki Səudiyyə Ərəbista-
nı ərazisində yerləşir) vaxtı ilə əkinçilik, meyvəçilik və heyvandar-
lıq geniş yayılıbmış. Bütün bunlara həmin ərazilərdə neftin tapıl-
ması iləmi ara verilib? Bilmirəm. Bilmirəm, nə üçün bu baş verib. 
Ancaq ola bilsin ki, bu, əvəzlənmə (tədavül) qanunauyğunluğu-
nun nəticəsidir. Yenə də dəqiqliklə bilmirik ki, ümumdünya mə-
dəniyyətinin məşəli hansı xalqa ötürüləcək və ya xalqları arxa-
sınca apara biləcək “avanqard” xalq hansıdır. Bu proses də Alla-
hın kainatdakı qanunauyğunluğudur.  
Həsənə
: Məsələnin maddi tərəfinə əhəmiyyət verənlər 
mədəni dövrləşmədən – mədəniyyətlərin yaranmasından, tənəz-
zülü və məhvindən söz açırlar. Mədəniyyətlərin tarixini araşdı-
ranlar görərlər ki, mədəni dövrləşmə deyilən şey Müsəlman üm-
məti üçün xarakterik deyil. Tarixən millətlərin intibahı və tənəz-
zülünə nəzər salsaq görərik ki, bir çox mədəniyyət əvvəlcə ağalıq 
etmiş, sonra zəifləmiş və nəhayət yox olub tarix səhnəsindən silin-
mişdir. Bu mədəniyyətlərin heç bir praktik əhəmiyyəti qalmamış, 
sadəcə tarixi hadisə kimi yaddaşlara düşmüşdür. Halbuki bunu 
İslam ümməti üçün tam söyləmək qeyri-mümkündür. Tarixi yax-
şıca öyrənsək, görərik ki, çiçəklənmə və süqut – dövrləşmə qanu-


 
194 
nauyğunluğunu Müsəlman ümmətinə münasibətdə onun heç də 
bütün sahələrinə şamil edə bilmərik.  
İntibah mayası Quranın özündə mövcuddur. Quranda 
göstərilmiş intibah və süqut səbəbləri (qanunauyğunluqları) ri-
yazi normativlərə oxşayır. Müsəlmanlar bu normativlərə uyğun 
hərəkət etdiklərində mədəniyyət qurmuş, əks davrandıqlarında 
isə süquta uğramışlar. İslam ümmətinin nəsibi olmuş daxili fəsad 
və siyasi istibdada, onu yıxmaq üçün illərlə kənardan edilən həm-
lələrə, kökünü kəsmə “tələ”lərinə rəğmən, bu mədəniyyət tab gə-
tirmişdir. Bəlkə də bu, islam mədəniyyətinə vəhy və Quranın əbə-
diliyi səbəbindən özünəməxsus keyfiyyət qazandırmışdır. Bu ger-
çəklik göstərir ki, İslam ümmətinin intibahı kəsilməz prosesdir; 
tarixən bu mədəniyyəti məhv etmək cəhdlərinin nəticəsiz qalması 
mədəni dövrləşmə qanunauyğunluğunun, digər mədəni norma-
tivlərin burada qəti şəkildə “işləmədiyinin” göstəricisidir. Bəlkə 
də bunun səbəbini İslam ümmətinin sonuncu ümmət və peyğəm-
bərliyin varisi olmağında axtarmaq lazımdır. Bəlkə də yetkin iman 
intibahın mayası və şərtidir. Bu səbəbdən Allah təala Quranda 
Uhud məğlubiyyətini xatırlatdıqdan sonra müsəlmanlara xitabən 
buyurur: 
“(Uhud müharibəsində baş vermiş bəzi hadisələrə görə) 
ruhdan düşməyin və qəmgin olmayın. Halbuki, əgər möminsiniz-
sə, siz (Allah yanında inanmayanlardan) çox yüksəkdə durursu-
nuz! 
Əgər siz (Uhud müharibəsində) yara aldınızsa, o biri (ka-
fir) dəstə də (Bədr müharibəsində) o cür yara aldı. Biz bu günləri 
(bu hadisələri) insanlar arasında növbə ilə dəyişdiririk ki, Allah 
iman gətirən şəxsləri (başqalarından) ayırd etsin və içərinizdən 
şəhidlər (şahidlər) seçsin. Allah zülmkarları sevməz!” (Ali-İmran, 


Yüklə 8,26 Kb.

Dostları ilə paylaş:
1   ...   45   46   47   48   49   50   51   52   ...   90




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə