123
Fərqi yoxdur, istər keçmişdə, istərsə də bu gün Quranı öy-
rəndiyimizdə maddi təbiəti araşdıranlardan ola bilərdik. Nə geo-
loqlar, nə astronomlar, nə meteoroloqlar, nə də başqaları öz fikir
və məntiqi düşüncələrini kiməsə zorla qəbul etdirməmişlər. Mə-
sələn, heç kim görməyib ki, bir astronom öz fikirlərini geoloqa
zorla qəbul etdirsin...
Ancaq Quran ümməti böyük bir xətaya düşüb: fəqihlər öz-
lərini müsəlman mədəniyyətinin yeganə alimləri kimi təqdim et-
dilər. Bununla da humanitar, təbiət və digər sahə elmləri sıxışdırı-
lıb aradan çıxarıldı. Halbuki Quranda, ehtiyac hiss etdiyimiz bü-
tün bilikləri təmin edəcək universallıq vardır.
Kainat kimi Quran da universal olub hər bir şeyi özündə
ehtiva edir. Məsələn, bir bağa girdiyimdə, əgər botanikəmsə, təbii
ki, əsasən güllərlə, ağaclarla... maraqlanacağam. Kainat universal-
dır. Ancaq mən mənə lazım olan hissə ilə maraqlanıram. Hər kəs,
hətta qida mütəxəssisləri belə özlərinə aid məsələləri araşdırırlar.
Çünki kainat universaldır.
Qurani-Kərim də belədir. Ayələri oxuduğumuzda görürük
ki, onda hər bir kəsə lazım biliklər vardır.
Şair demişkən: “Hər kəs ondan (Qurandan) qabiliyyəti və
fəhminə uyğun gələnini ala bilir”.
Bəli, dediyimiz kimi, Quranın universallığı məhdudlaşdırı-
lıb. Çünki bu universallıq yalnız bir elm – fiqh çərçivəsində nəzər-
dən keçirilib.
Düşünməyə çağıran (kainatla, təbiətlə... bağlı) ayələrə gə-
lincə, onların əsasında heç bir humanitar elm sahəsi yaradılma-
yıb. Çox təəssüf ki, Quranda müxtəlif mövzularla bağlı əksər ayə-
lərdən sağlam müsəlman mədəniyyətinin formalaşdırılmasında
124
istifadə edilməyib. Elə isə müasir islam mədəni sisteminin qurul-
masında bu məqamı yaddan çıxartmaq olmaz!
Quranın universallığı anlayışına ən böyük zərbə Müsəl-
man ümmətinin elmi tənəzzülü əsrlərində vurulub. Bundan fərqli
olaraq, erkən dövr müsəlmanları bir çox elmi sahədə böyük uğur-
lara imza atmışdılar. Stabillik mövcuddursa, deməli, mədəniyyət
var. Stabillik erkən dövr müsəlmanlarına elmi nailiyyətlər əldə et-
mək imkan verdi. Ancaq tezliklə İslam mədəniyyəti və ya siyasi
tarixində baş verən acı hadisələr elmi tənəzzül doğurdu. Professor
Raşid Mübarəkin bununla bağlı mülahizələri də dediklərimizi təs-
diqləyir.
125
QURAN RASİONAL TƏFƏKKÜRƏ
GENİŞ İMKANLAR YARADIB
ydındır ki, islam düşüncəyə əhəmiyyət vermiş, nə onu
məhdudlaşdırmış, nə də üstündən xətt çəkmişdir. Qu-
ran insanları kainatı öyrənməyə, əsrarəngizlikləri və qa-
nunları üzərində düşünüb nəticə çıxarmağa çağırır. İnsanlarla ən
üstün formada əməkdaşlıq edib kainatı və materiyanı dərindən
öyrənməyimiz üçün bizləri həm özümüz, həm də ətrafımızda
olanlar barədə düşünməyə ruhlandırır. Ancaq, bundan qabaq de-
diyim kimi, Müsəlman mədəniyyəti anormal “inkişaf”ın şahidi ol-
muşdur: “zəif” hədislərin, ikinci dərəcəli fiqhi hökmlərin sayı ço-
xalmış, kimya, fizika, riyaziyyat... sahələrində adlarını çəkdiyimiz
alimlərin, ixtiraçıların vəfatı ilə təbiət elmləri tənəzzülə uğramış-
dır. Bütün bunlar öz növbəsində Quranın universallığının bir-iki
sahə ilə məhdudlaşdırılmasına səbəb olmuşdur. Beləliklə, həmin
dövr üçün mötəbər sayılan elmlərdən qeyri elm sahələri ilə məş-
ğul olanlara lazımı qiymət verilməmişdir. Bu vəziyyət real həyat-
da da öz əksini tapmışdır. Bir qəsidə üçün yüzlərlə, minlərlə dinar
hədiyyə verən Seyfəddövlə
1
hesab edirdi ki, Farabinin
2
gündəlik
1
Əli ibn Abdullah ibn Həmdan Seyfəddövlə (915-967): Diyarbəkirdə
doğulmuş, Şam və Hələbin hökmdarı olmuşdur.
2
Məhəmməd ibn Məhəmməd Turxan ibn Uzluq əbu Nəsr əl-Farabi
(874-950):
Böyük müsəlman filosoflarından biridir. Türk əsilli Farabi
“İkinci müəllim” adı ilə məşhur olmuşdur. Bəzi əsərləri: “Daş-qaşlar”, “Elm-
ləri sayı”, “Üstün şəhər əhalisinin fikirləri”, “Harmoniyaların sayı”, “Musiqi
elminə giriş” və sair.
A
126
xərclərinə dörd dinar bəs edər; düşdüyü şərait üzündən Kindinin
1
insanlardan uzaqlaşması, ömrünün son illərində bir parça çörək
üçün İbn Heysəmin kitab üzü köçürməklə məşğul olmağı – bü-
tün bunlar bir təsadüfdürmü?! Bəlkə də bu, kədərli bir həqiqəti
bizlərə agah edir: söz sənətindən qeyri sahələrə – iqtisadiyyata, si-
yasətə, sosiologiyaya... çəkilən zəhmət tələb olunan səviyyədə ol-
mamışdır; banilərinin vəfatı ilə təcrübi və nəzəri elmlər tənəzzül
etmişdir; İmam Əbu Yusifin “Xərac” kitabı istisna olmaqla vergi
mövzusunda ikinci bir ciddi əsər yazılmamışdır; kimya Cabirlə
başlanmış, onun vəfatından sonra, demək olar ki, davam etdiril-
məmişdir; Xarəzmidən başqa heç kəsin ulduzu cəbr sahəsində
parlamamışdır; optik tədqiqatlar (İbn Heysəmdən sonra) davam
etdirilməmişdir...
1
Yaqub ibn İshaq əs-Səbbah əl-Kindi (vəfatı - 863): İlk müsəlman-ərəb
filosofudur. Təbabəti, fəlsəfəni, musiqini, həndəsə və astronomiyanı öyrən-
miş, yaradıcılıq və tərcümə ilə məşğul olmuşdur. Üç yüzdən artıq əsərin
müəllifidir. Bəzi kitabları: “Astrologiya risaləsi”, “Seçilmiş günlər”, “İllərin
dəyişməsi”, “Aristotelin metafizika görüşləri”, “Musiqi risaləsi”, “Mürəkkəb
dərmanlar” və sair.
Dostları ilə paylaş: |