Microsoft Word Qurana munasebet doc



Yüklə 8,26 Kb.
Pdf görüntüsü
səhifə32/90
tarix04.11.2017
ölçüsü8,26 Kb.
#8577
1   ...   28   29   30   31   32   33   34   35   ...   90

 
127 
 
 
SOSİAL-HUMANİTAR ELMLƏRİN ÖZ 
FUNKSİYASINDAN MƏHRUM EDİLMƏSİ 
 
 
əsənə
: Problemin başqa bir tərəfinə də diqqət yetir-
mək faydalı olardı. Oyanma mərhələsində ümmət öz 
qüsurunu, ictimai elmləri bir kənara atıb əsasən fiqhlə 
məşğul olmağını başa düşüb. Yəni, müsəlmanlar dərk ediblər ki, 
intibah (oyanış) olduqca zəruridir, – onlar bunun məsuliyyətini 
anlayıblar. Bu məsuliyyət də keçmiş mədəni qüdrətlərini geri qay-
tarmaq, elmlər arasında tarazlıq yaratmaq üçün onlara stimul ve-
rir... Bizi bu vəziyyətə salan bəzi səbəbləri müəyyənləşdirməyimiz 
faydalı olardı. Çünki biz hələ də həmin səbəblərin doğurduğu gir-
dabın içərisindəyik. İndiki dövrdə əksər alimlər, dini qurumlar, 
din alimləri, tədqiqatçılar özlərini çətinə salmaq istəmirlər: fiqh 
və fiqh üsulu sahəsində əvvəlkilərin yazmış olduqlarını ixtisar və 
şərh etməklə məşğuldurlar. Bəli, problemə bu cür yanaşırlar, çün-
ki özlərini əziyyətə salmaq istəmirlər. Yeni baxış və yanaşma əsa-
sında tədqiqat aparmaq, nailiyyətlərə imza atmaq onlara çətin gö-
rünür. Çox az sayda alim, mütəxəssis... bu işin öhdəsindən gələ 
bilir. Bu üzdən problemlər mürəkkəbləşir, gerilik vüsət alır, lü-
zumsuz problemlər çoxalır, yaradıcılıq imkanları azalır, intibah 
şərtləri təmin edilmir. 
Nə üçün yalnız fiqh sahəsinə diqqət ayrıldı, Quran və Sün-
nənin digər məsələlərinə biganə yanaşıldı? 
Qəzali
: Qeyd edim ki, Müsəlman dünyasındakı hakimiy-
yət qüsurları tarixdə silinməyən izlər buraxıb. Fərdin hakimiyyəti 



 
128 
nəinki Quran araşdırmalarını, hətta fiqhin özünü belə sıradan çı-
xarıb... Fiqh lüzumsuz sahələrə “müdaxilə” etmişdir. Məhz kons-
titusiya hüququ sövq etmişdir ki, avropalılar hüquq dövləti, qa-
nunvericilik və icraiyyə hakimiyyəti haqda düşünsünlər. Bəli, bu 
hüquq onları hakimlə rəiyyət arasındakı ictimai münasibətləri 
araşdırmağa ruhlandırıb. Ancaq bizdə, Raşidi xəlifələrindən sonra 
bu sahə üzrə, demək olar ki, heç bir araşdırma aparılmayıb. Çünki 
zalım və despot hakimiyyət ağızlara möhür vurmuşdur; sadəcə 
ibadət mövzularında danışma sərbəstliyi verilmiş, ibadət fiqhi 
mövzuları təkrar-təkrar öyrənilmiş, hakimiyyətlə bağlı problem-
lərin araşdırılmasına qadağa qoyulmuşdu. 
Həsənə
: Görünür, bizdə fiqh fərdi sahəyə çevrilmiş, “təş-
kilatçılıq fiqhi” anlayışı formalaşmamışdır. Halbuki dövlət özü bir 
təşkilatdır... 
Qəzali
: Əfsuslar olsun ki, indiyədək iş və işçi hüququ əc-
nəbilərdən götürülüb. İdarəçilik, beynəlxalq və konstitusiya hü-
ququ sahəsində fəaliyyətimiz haradasa sıfıra bərabərdir. Halbuki 
Əbu Hənifənin şagirdləri İslam tarixində ilk dəfə olaraq, idarəçilik 
və beynəlxalq hüququ normalarını müəyyənləşdirmişdilər. Şey-
xülislam İbn Teymiyyə və digər böyük şəxsiyyətlər məntiq və si-
yasət sahəsində Quranın universallığı haqda olduqca əhəmiyyətli 
problemləri araşdırmışdılar. Ancaq İbn Teymiyyə həyatını həbs-
xanalarda keçirmişdir; islahatlar keçirmək istəyənlərin çoxu gö-
rəndə ki, nəsibləri həbsxana olacaq, özlərini riskə atmamışlar. 
Çünki insanlar özlərinə harada rahatlıq, xeyir varsa, orada yaşa-
mağı xoşlayırlar.  
Həsənə
: Bu doğrudur. Ancaq elə sosial və psixoloji sahə-
lər var ki, siyasi hakimiyyətə birbaşa əks deyildir. Mərkəzi haki-
miyyətlə “kəllə-kəllə”yə gəlmədən də bu sahələrdə bir çox təd-


 
129 
qiqat aparmaq olardı. Buna baxmayaraq, həmin sahələr sıxışdırıl-
mış, şəriət tədqiqatlarından savayı digər araşdırmalar aparılma-
mışdır. Axı Qurani-Kərim bildirir ki, dünyada mədəni nümunəyə 
çevrilmək üçün həmin elmlərdən faydalanmaq lazımdır.  
Qəzali
: Professor Raşid Mübarəkə görə, ərəblər texniki, 
fikri və fəlsəfi sahələrdən daha çox söz sənəti ilə məşğul olmuşlar. 
Bu səbəbdən bir çox əhəmiyyətli araşdırmaları, hətta Quranla 
bağlı tədqiqatları həqiqi mahiyyətindən uzaqlaşdırmışlar. Raşid 
Mübarək bildirir ki, Quranın ecazkarlığı haqda lazımı araşdırma 
aparılmamış, aparılsa da, bu, barmaqla sayılacaq qədər azdır. Bu-
nun müqabilində isə ibadət fiqhinin ikinci dərəcəli məsələləri, az 
əhəmiyyətli fiqhi mövzular ətrafında yüzlərlə kitab yazılmışdır. 
İbadət fiqhi məscid ibadətləri ilə, sosial münasibətlər də bazar 
alış-verişi ilə məhdudlaşdırılmışdır. Hətta ədəbiyyat belə Quran 
çərçivəsindən kənara çıxıb.  
Quran hələ də mövcuddur. O Quran ki, vaxtı ilə ərəb mil-
lətinə nələri qazandırmamışdı!? 
 
 


 
130 
 
 
QURAN DÜŞÜNCƏSİNİ DOĞRU-DÜRÜST  
BAŞA DÜŞƏ BİLMƏDİK... 
 
 
uran düşüncəsindən uzaqlaşmağın nəticəsi idi ki, ədəbiy-
yat ayrı-ayrı şəxsləri, hökmdarları tərifləyən məddahlıq 
sahəsinə çevrilmişdi. Quran qətiyyən belə şeyləri qəbul 
etmir. Müsəlman ümmətini bu vəziyyətə nə salmışdı? Böyük şair 
Əbu Təmmamı
1
, Buxturini
2
, ərəblərin müdriki sayılan Mütənəb-
bi
3
 və digərlərini mədhiyyəçiliyə sövq edən nə idi axı? Bunun sə-
bəbi hakimiyyətin təzyiqi və müstəbidliyidir. Həqiqətən də, istib-
dad və təzyiqlər düşüncənin korlanmasına səbəb olmuşdur.  
Cahiliyyət ədəbiyyatı bağçasından – mən bu ədəbiyyatı 
cahiliyyət ədəbiyyatı bağçası adlandırıram. Çünki içərisində çox 
dolaşmışam – seçilmiş bir çox şer vardır. Şəxsən mənə görə, İm-
rul-Qeysin
4
 “müəlləqə”sinin heç bir dəyəri yoxdur. Çünki bu 
“müəlləqə” səviyyəsi olmayan abırsızlıq nümunəsidir. Şerdə açıq-
saçıqlığa çağırış vardır.   
                                                 
1
 Əbu Təmmam (vəfatı – 845): Abbasilər dövrü şairlərindəndir. Şerlərində 
sözlərə müxtəlif mənalar vermiş və bununla da məşhurlaşmışdır.  
2
 Buxturi (821-897): Abbasilər dövrü şairlərindəndir. Şerlərinə gözəl mü-
qəddimə ilə başlayar, təsvirə böyük əhəmiyyət verərdi.  
3
 Əbu ət-Təyyib Əhməd ibn əl-Hüseyn əl-Mütənəbbi (915-965): Böyük 
ərəb şairlərindən sayılır.  
4
  İmrul-Qeys (500-540): Cahiliyyət dövrü şairlərindəndir. “Müəlləqə”si 
çox məşhurdur. Şerlərində dəqiq təsvirə üstünlük vermişdir.   



Yüklə 8,26 Kb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   90




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə