Microsoft Word Qurana munasebet doc



Yüklə 8,26 Kb.
Pdf görüntüsü
səhifə33/90
tarix04.11.2017
ölçüsü8,26 Kb.
#8577
1   ...   29   30   31   32   33   34   35   36   ...   90

 
131 
Məsələn, Ürvə ibn əl-Vərdin
1
 aşağıdakı iki beytinə nəzər 
salaq: 
 
İcazə verin, ölkələri dolaşı,dolaşım ki, –  
Kasıbın da haqqı çatan var-dövlətə bəlkə sahib olam. 
 
Yaxşılıq etmək necə də böyük işdir 
O yaxşılıq ki, kimsə bizdən bunu tələb etmir. 
 
Fikrimcə, bu iki beytin yanında İmrul-Qeysin bütöv bir 
qəsidəsi heç nədir. Ərəb ədəbiyyatı şah əsərlərinin müəyyənləş-
dirilməsi meyarları obyektiv olmamışdır. Ərəb ədəbiyyatının seç-
mə əsərləri arasında humanizm mövzusu təkcə “səalik” (avaralıq, 
səfillik, yolkəsənlik) şerlərində işlənib. “Müəlləqə”lərdə isə buna 
rast gəlinmir... “Həmasə” divanına nəzər salsaq, Əbu Təmmamın, 
İbn Şəcərinin
2
 şerlərinin çoxunda ülvi humanizm ideyalarının şa-
hidi olarıq... Ancaq nə üçün bu ideyalar “müəlləqə”lərdə – seçil-
miş nümunələrdə olmasın?! Nə üçün mədh üslubu hakim üslub 
olsun?! 
Biz mədəni irsimizdə mövcud olmuş puç bir şeyi müdafiə 
etmək istəmirik. Məhz Quranımızdan öyrənməliyik... Quran tək-
cə elm kitabı deyil, o, həm də ədəbiyyat salnaməsidir. Quran ədə-
biyyatı bu müqəddəs kitabdakı humanizm mövzularından örnək 
almalı idi.  
                                                 
1
  Ürvə ibn əl-Vərd ibn Zeyd əl-Əbəsi (vəfatı – 594): Cahiliyyət dövrü 
poeziyasının ən qüdrətli nümayəndələrindən biridir.  
2
 Hibətullah ibn Əli ibn Məhəmməd əl-Həsəni əş-Şəcəri (1058-1148): 
Məşhur ərəb filoloqu və ədəbiyyatşünasıdır. Yüksək natiqlik qabiliyyətinə və 
bəlağətli nitqə sahib olmuşdur.  


 
132 
Sosial ədalət motivləri yalnız “səalik” (yolkəsənlik) şerlə-
rində öz əksini tapmışdır... İnsan təbiəti motivlərindən sayılan sə-
bir və təmkin haqda isə məchul şairlər söz etmişlər. Təəccübləni-
rəm ki, nə üçün Əbu Təmmam aşağıdakı üç beyti “Həmasə” diva-
nında, həcv fəslinə aid edib: 
 
Şan-şərəf üçün səy göstərdim 
Can atanlar min-bir cəhdlə sarsılmaz vara yetişdilər. 
 
 
Ancaq şan-şərəf onları qürurlu etdi və əksəriyyəti bezdi, 
Vəfalı və səbirlilər isə onu qucaqladılar. 
 
Şan-şərəfi asanlıqla udulacaq xurma sanma 
Səbri yalamadıqca şan-şərəfə yetişməzsən. 
 
Bu beytlər, əslində tərbiyə, ədəb-ərkan başlığı altında veril-
məli idi. Necə olur ki, bu cür beytləri həcv fəslinə daxil etməyi 
özümüzə rəva bilirik? 
Oyanış dövründə biz bəzi şeylərin fərqinə varmalıyıq. Var-
saq, biləcəyik ki, hansı sənət növü hissləri oxşayıb vicdanı oyada 
bilər. Varsaq, qədəmlərimizi kainatı və təbiəti öyrənən “yollar”a 
basa biləcəyik. Çünki Quran kainatdan, təbiətdən söz açan yega-
nə səmavi kitabdır. Hətta din alimi sayılmayan, həyatının ilk mər-
hələsində İslam mədəniyyəti ilə heç bir bağlılığı olmayan Əqqad 
kimi yazıçı “Düşünmək islamın vacib buyruqlarındandır” adlı ki-
tab qələmə alıbmış. Bu məsələyə professor Raşid Mübarək də to-
xunub. Sonuncu yazır: 
“...İki məsələ çox əhəmiyyətlidir: 


 
133 
Birinci: Qurandakı düşünmə motivlərinə ondan əvvəl heç 
harada rast gəlinmir; Cahiliyyət nəsri və poeziyasının bizə gəlib 
çatmış nümunələrində isə, ümumiyyətlə bu mövzuya rast gəlmi-
rik. Ancaq bu motivlərin poeziya və nəsr nümunələrində işlənmə-
məyi onların, ümumiyyətlə mövcud olmadığına dəlalət etmir (yə-
ni, real həyatda insanlar düşünürlər, amma poeziya və nəsr bu 
mövzuya toxunmur)... 
İkinci: Quranda düşünməyə həm birbaşa, həm də kon-
tekst daxilində məzmun baxımından dəfələrlə çağırış edilir. “Dü-
şünmək” feli keçmiş və indiki zaman formalarında on səkkiz yer-
də işlədilib. Otuz dörd yerdə isə düşünməyə əmr formasında ça-
ğırış vardır”
1
.  
Mən “ağıl sahibləri” (ulil-əlbab) ifadəsinə Quranın on altı 
yerində rast gəlmişəm. Əqqad da yuxarıdakı kitabında üç yüz ayə-
ni təhlil etməklə ağıl, funksiyaları, növləri, fəhm və isbatlama üs-
lubları haqda danışmışdır. Elə isə bütün bu həqiqətləri bir kənara 
qoyaraq, keçmişin eybəcərliklərindən yapışıb gözəlliklərinə əhə-
miyyət verməyənlərin illüziyaları arxasınca qaçmağımız nə dərə-
cədə doğrudur?!   
 
 
                                                 
1
 Raşid Mübarək. Müsəlman fikrinin donuqluğu formaları / “əl-Ərəbi” jur-
nalı, Küveyt, 1988, № 359. 


 
134 
 
 
QURAN METODUNUN 
“ARXAİKLƏŞDİRİLMƏSİ” 
 
 
əsənə
: Bəziləri bu vəziyyəti ərəblər və müsəlmanların 
induksiya (istiqra) metodundan deyil, deduksiyadan 
(istinbat) istifadə etmələri ilə əlaqələndirir. Təbiət eti-
barı ilə fiqhi qiyasa oxşar olduğundan deduksiya fiqhə və inkişafı-
na təsir göstərmiş, digər bilik sahələrinə sirayət etməmişdir. On-
lar fiqhin inkişafı faktından çıxış edərək bildirirlər ki, ərəblər digər 
humanitar elm sahələrində onlara nailiyyət qazandıra biləcək in-
duksiya metodunu qavraya bilməmişlər; deduktiv metod sayəsin-
də yalnız fiqhi inkişaf etdirmişlər. 
Qəzali
: Mən bu fikirlə razı deyiləm. Bir daha təkrarlayı-
ram: fiqhimiz genişlənməsi lazım gələn yerdə daralmış, daralması 
lazım gələn yerdə də genişlənmişdir... İnduksiya, müşahidə və 
təcrübə metodları yüzdə-yüz Quran metodlarıdır. Qədim yunan 
məntiqinin deduksiya ideyasına gəlincə, bizlər, çox təəssüf ki, on-
dan təsirlənmişik. Bir kitabımda qədim yunan fəlsəfəsinə dair 
ədəbiyyatı tərcümə etdikləri üçün müsəlmanları bərk azarlamı-
şam; bununla da onlar səhvə yol vermiş, öz kitablarına (Qurana) 
hörmətsizlik göstərmişdilər. Onların kitabı cahanşümul kitabdır. 
Müsəlmanlar başqalarından ideya idxal etmək əvəzinə, Quranın 
ideyalarını başqa dillərə çevirməli idilər. Heyhat! Vacib olan da 
elə bu idi! 
Qədim Yunan fəlsəfəsi, o cümlədən Aristotelin (e.ə. 384-
322) ideyaları məntiqi prinsiplərdən uzaq deyil. Ancaq Aristotel 



Yüklə 8,26 Kb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   90




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə