Microsoft Word Qurana munasebet doc



Yüklə 8,26 Kb.
Pdf görüntüsü
səhifə24/90
tarix04.11.2017
ölçüsü8,26 Kb.
#8577
1   ...   20   21   22   23   24   25   26   27   ...   90

 
95 
Yuxarıdakı ittihama biz özümüz şərait yaratmışıq. Dar ba-
xış ucbatından bir sıra əcaib parçalanmaların, xətaların qurbanına 
çevrildik.  
 
 


 
96 
 
 
NATAMAM YANAŞMA NÜMUNƏLƏRİ 
 
 
ez-tez Quranı başa düşmə üslubumuzu nəzərdən keçirir 
və fikirləşirəm ki, bu üslub üzərində diqqətlə düşünmə-
liyik. Məsələn, etdiyimiz bir işin Allahdan gəldiyini söy-
ləyirik. Aşağıdakı ayəni də dəlil gətiririk: 
“Halbuki sizi də, sizin düzəltdiklərinizi də Allah yaratmış-
dır!” (əs-Saffat, 96).  
Əhli-Sünnə məzhəbinin “Əməlləri Allah yaratmışdır” gö-
rüşünü dəlil olaraq bu ayəni kontekstindən “qayçılayıb” götür-
müşük. Ancaq unutmuşuq ki, əgər bu görüş doğru çıxarsa, onda 
bütpərəstlər öz əməllərindən heç bir məsuliyyət daşımırlar. Çün-
ki yuxarıdakı görüşə görə, həm özləri, həm də əməlləri Allah tərə-
findən yaradılıb. Elə isə onlar günah yiyəsi deyillər. Bəli, biz hə-
min ayənin zahirindən yapışmış, onu kontekstindən qayçılayıb 
götürmüşük. Bununla da ayəni puç bir görüşə dəlil göstərmişik. 
Təbii ki, bu, birtərəfli yanaşmanın nəticəsidir.  
Bəzi insanlar dar yanaşma üzündən iddia etmişlər ki, islam 
hücum
 
dinidir.
 
Onlardan
 
bunun
 
dəlilini
 
soruşsan,
 
Allahın 
“...Müşriklərin hamısı ilə vuruşun...” kəlamını
1
 dəlil gətirərlər. 
Ayənin davamını oxumazlar. Çünki orada deyilir: “...sizinlə vu-
ruşduqları kimi...”. Göründüyü kimi, ayədə hərtərəfli hücum qar-
şısında hərtərəfli müdafiədən söz açılır. Deməli, ayə hücumu əmr 
etmir. Üstəlik, bu ayə eyni surənin digər ayəsində mövcud olan 
istisnaya rəğmən, “qılınc ayəsi” adlandırılıb. Həmin ayəyə baxaq:  
                                                 
1
 “ət-Tovbə” surəsi, 36-cı ayə.  



 
97 
“Allahdan və Onun Peyğəmbərindən böyük həcc günü 
(zülhiccə ayında vacib, fərz olan həcc; qurban bayramı və ya Ərə-
fə günü) insanlara bir bildiriş! Allahın və Onun Peyğəmbərinin 
müşriklərlə heç bir əlaqəsi yoxdur. Əgər (küfrdən və şirkdən) 
tövbə etsəniz, bu sizin üçün xeyirli olar. Əgər (imandan) üz dön-
dərsəniz, bilin ki, Allahın əzabından qaçıb canınızı qurtara bil-
məzsiniz. (Ey Peyğəmbərim!) Kafir olanları şiddətli bir əzabla 
müjdələ!” (ət-Tovbə, 3).  
Ayənin məzmunundan belə bir nəticə çıxarmışıq ki, kafir-
lərlə heç bir əlaqə yaratmamaq lazımdır. Ancaq unutduq ki, son-
rakı ayə kafirlərlə heç bir əlaqə qurmamağın mənasını, dərəcəsini
hansı hallarda onlara təcavüz etməyəcəyimizi bizlərə öyrədir:  
“Müqavilə bağlandıqdan sonra sizə qarşı bir naqislik etmə-
miş (onun şərtlərini pozmamış) və sizin əleyhinizə heç kəsə yar-
dım göstərməmiş müşriklər istisnadır. Onlarla əhdinizə axıra qə-
dər (müddəti bitənədək) vəfa edin. Şübhəsiz ki, Allah müttəqiləri 
(əhdi nahaq yerə pozmaqdan çəkinənləri) sevər!” (ət-Tovbə, 4). 
Bəli, biz bu ayəni unutduq, istisna edəndən (ayə № 4) de-
yil, istisna olunandan (ayə № 3) yapışdıq. Bununla da ayənin 
ümumi mənasını başa düşmədiyimiz üçün döyüşə ümumi don 
geydirdik.  
Digər misal: tələm-tələsik hökm çıxardığımız üçün eyni 
surənin digər ayəsinin də məzmununu doğru-dürüst izah edə bil-
mədik. Həmin ayə budur:  
“Əgər (basqına uğrayan) müşriklərdən biri səndən aman 
istəsə, ona aman ver ki, Allah kəlamını (Quranı) dinləsin. Sonra 
(islamı qəbul etmədiyi təqdirdə) onu əmin olduğu (müşriklərin 
yaşadığı) yerə çatdır. Çünki onlar (haqqı) bilməyən bir tayfadır!” 
(ət-Tovbə, 6). 


 
98 
Ayənin məzmunu aydındır: müşrik döyüşdə özünü iti-
rərək müsəlmana sual edər: “Nə istəyirsən?”  Müsəlman  da  ona 
deyər: “Səni islama çağırıram”. Belə vəziyyətdə müsəlman zorla 
islamı ona qəbul etdirə, ona qarşı qılıncdan istifadə edə bilməz. 
Hətta onu hər hansı bir şeyə məcbur etməməlidir. Əksinə, onun 
düşdüyü vəziyyəti qəbul etməli, onu gəldiyi yerə təhlükəsiz şəkil-
də çatdırmalıdır. Bundan sonra xatircəmliklə islamı qəbul etsin 
deyə onu himayə etməlidir.  
Bu ayədən qabaqkı və sonrakı ayələr islamın hücum və sa-
vaş dini olmağı şəklində təfsir edilərsə, yuxarıdakı ayəni necə başa 
düşək?!  
Fiqhi baxımdan belə doğru-dürüst hökm çıxarmaq üçün 
Qurana hərtərəfli yanaşmaq lazımdır. Əgər Allah insanı eşitmə və 
görmə üzvləri ilə, ürəyi ilə yaradıbsa və o, öz insanlığını tamam-
lamaq üçün bu üzvlərdən bütövlükdə istifadə etməlidirsə, onda 
sual olunur: iddia edirik ki, Allah Quranda insanları məcburən is-
lama gətirmə haqda danışıb. Elə isə insanın insanlığı məcburiyyət 
qarşısında məhdudlaşmazmı? Axı, biz başqalarını necə məcbur 
edə bilərik ki, islamı istəməyərəkdən qəbul etsin? Bununla da biz 
onun insanlığını məhv etmiş oluruq! Əgər dini hökmlərin şamil 
ediləcəyi insanı əldən çıxarırıqsa, bu hökmlərin bir faydası qalar-
mı?!  
Pak və Uca Allah müsəlmanlara əvvəlki millətlərin xətası-
na düşməməkləri haqda xəbərdarlıq edib. Çünki həmin millətlər 
onlara gəlmiş ilahi əmrlərin bəzisinə əməl etmiş, bəzilərinə də et-
məmişdilər. Bununla da özlərini məhv etmişlər.  
Allah təala əvvəlki millətlərdə mövcud olmuş problemləri 
xatırlatmaqla, əslində biz müsəlmanlara da xəbərdarlıq edib. Edib 
ki, eyni xətanı təkrarlamayaq. Ayələrin birində deyilir: 


 
99 
“Eynilə (Quranı) bölənlərə endirdiyimiz (əzab) kimi! 
O kəslər ki, Quranı (müxtəlif) hissələrə böldülər! (Yəhu-
dilər və xaçpərəstlər, yaxud müşriklər Quranın bir qisminə ina-
nıb, digər qismini inkar edirdilər. Onların bəzisi Quranı şer, bəzi-
si sehr, bəzisi isə kahinlik əsəri adlandırırdı)” (əl-Hicr, 90-91). 
Bu ayələrin təfsiri zamanı onları konteksti daxilində nəzər-
dən keçirmək lazımdır ki, məna aydın olsun. Aydın olur ki, Allah 
təala Quranı endirməklə Məhəmməd peyğəmbərə (Ona Allahın 
xeyir-duası və salamı olsun!) böyük yaxşılıq edib. Həqiqətən də, 
bu, çox böyük yaxşılıqdır. Bunun sayəsində Həzrəti Məhəmməd 
sonuncu peyğəmbər adına layiq görüldü, qiyamətədək davam 
edəcək hidayətin sahibi oldu. 
Quranı öyrənmək misilsiz lütfdür. Quran öyrədilmiş bir 
insan Qurandan xəbərsiz bir insanı özündən üstün sayarsa, əzə-
mətlini cılızlaşdırar, cılızı da şişirdər. Elə isə səmadan birbaşa ilahi 
kəlamı öyrənmək üçün Allahın seçdiyi şəxs (Məhəmməd pey-
ğəmbər nəzərdə tutulur – mütərcim) nə qədər bəxtiyardır! O 
başqalarını necə də geridə buraxıb! Bu səbəbdən Allah təala Pey-
ğəmbərə xitabən buyurur:  
“(Ya Rəsulum!) Biz sənə (hər namazda oxunub) təkrar-
lanan yeddi ayəni (Fatihə surəsini) və (böyük) əzəmətli Quranı 
verdik. 
(Kafirlərin) bəzi zümrələrinə verdiyimizə (fani dünya ma-
lına) rəğbət gözü ilə baxma (və ya gözünü dikmə, çünki bunların 
arxasınca küfr edənləri dəhşətli bir əzab gözləyir), onlardan (on-
lar iman gətirmədiklərindən) ötrü kədərlənmə (yaxud onlara ver-
diyimiz sərvətə görə qəmgin olma, axirətdə səni daha böyük ne-
mətlər gözləyir), möminləri qanadın altına al (iman gətirənlərə 


Yüklə 8,26 Kb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   90




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə