Microsoft Word qurani-kerim-de-qida-kinci-n-r-2015. doc



Yüklə 2,75 Mb.
Pdf görüntüsü
səhifə27/119
tarix26.03.2018
ölçüsü2,75 Mb.
#34699
1   ...   23   24   25   26   27   28   29   30   ...   119

 

85

ili  içərisində  əmizdirmələrlə  süd  qardaşlığı  meydana 



gəlir.  Iki  ildən  sonrakı  əmizdirmələrdə  bu  qardaşlıq 

özünü  göstərməz.  Deməli,  Quranın  təsbit  etdiyi  iki  il 

ə

mizdirmə  müddətindən  sonra  ana  südü  öz 



ə

həmiyyətini böyük ölçüdə itirməkdədir. 

Ana südü qida kimi körpənin dünyaya gəlməsi ilə 

başlayır. Bir başqa uşaq iki ilə qədər bu süddən çox az 

bir  şey  dəxi  əmsə,  süd  qardaşlığı  meydana  çıxır.  Bu 

süd  uşağın  formalaşması  ilə  meydana  gəldiyi  üçün, 

onu  əmən  digər  uşağa  da  eyni  xarakter  hakim  kəsilir. 

Başqa  sözlə,  ortaq  vəsflərə  dayanan  bir  qardaşlıq 

xarakteri  gerçəkləşir.  Bu  səbəbdən,  bəhs  edilən  ayəti-

kərimə  ilə  süd  qardaşlarının  evlənmələri  haram  buyu-

rulmuşdur.  Normal  batin  qardaşlığı  kimi,  süd  qardaş-

lığı da eyni məhrəmiyyət ölçülərinə tabedir. 

Nəslin  sağlamlığı  cəhətdən  Quranın  bu  qadağası 

necə  böyük  əhəmiyyətə  malikdir.  Hələ  bunun  bu  gün 

elmə  məchul  olan  tərəfləri  gün  işığına  çıxdıqca, 

“Qurani-Kərim”in  möcüzəli  xəbərdarlıqları  daha  da 

aydınlaşacaqdır. 

Uşaqların  qidalanması  üçün  bəzi  bölgələrdə  keçi 

südü istifadə olunur. Bu onunla izah edilir ki, keçi südü 

kimyəvi  tərkibinə,  yağ  kürəciklərinin  xırda  və  yağ 

kürəciklərini  xaricdən  əhatə  edən  zülal  təbəqəsinin 

(pərdəsinin) nazik olmasına görə ana südünə yaxındır.  



 

Ana südü möcüzəvi qidadır 

 

“Biz insana ata-anasına (yaxşılıq etməyi, validey-

ninə yaxşı baxmağı, onlarla gözəl davranmağı)

 tövsiyə 

etdik.  Anası  onu  (bətnində)  çox  zəif  bir  halda  daşı-

şdı.  (Uşağın  süddən)  kəsilməsi  isə  iki  il  ərzində 

olur.  (Biz  insana  buyurduq):  Mənə  və  ata-anana 


 

86

ş



ükür et. Axır dönüş Mənədir!” (Loğman, 31/14). 

Ana  südü  körpənin  qidaya  olan  ehtiyacını  qüsur-

suz  olaraq  ödəmək  və  uşağı  mümkün  infeksiyalardan 

qorumaq  üçün  Allahın  yaratdığı  bənzərsiz  bir  nemət-

dir.  Ana  südündəki  qida  maddələrinin  nisbəti  ən  ideal 

səviyyədədir.  Bətndəki uşağın hələ  yetişməmiş əzaları 

bədən sistemləri üçün ən uyğun formadadır. Ana südü 

uşağın beyin hüceyrələrinin böyüməsini təmin edən və 

onun  sinir  sisteminin  inkişafını  sürətləndirən  qidalar 

baxımından da çox zəngindir. Çağdaş dövrün texnolo-

giyası  əsasında  istehsal  edilən  uşaq  yeməkləri  də  bu 

möcüzəli qidanın yerini verə bilmir. 

Ana südünün uşaq üçün zəruri olan faydalı cəhət-

lərinin siyahısına zaman keçdikcə yeni-yeni məqamlar 

ə

lavə  edilir.  Tədqiqatlar  nəticəsində  məlum  olub  ki, 



ana  südü  əmən  uşaqlar  xüsusilə  tənəffüs  və  həzm  sis-

temi  ilə  bağlı  infeksiyalardan  tam  qorunurlar.  Çünki 

ana  südündə  elə  bənzərsiz  maddə  və  elementlər  (mə-

sələn,  antikorlar)  var  ki,  onlar  körpəni  infeksiyadan 

bilavasitə qoruyur. 

Ana  südünün  başqa  bir  antiinfeksion  xüsusiyyəti 

də  var.  Bu  xüsusiyyət  “normal  flora”  deyilən  xoşmə-

ramlı, “yaxşı” bakteriyalar üçün “dost şəraiti” yaratdığı 

halda,  zərərli  bakteriyaların,  virus  və  parazitlərin 

körpənin  orqanizmində  “məskən  salmasına”  mane 

olur. Bundan əlavə ana südündə uşağın  yoluxucu xəs-

təliklərə  qarşı  immunitet  sistemini  tənzimləyən  və 

onun yaxşı işləməsini təmin edən faktorların da olması 

müəyyən edilmişdir. 

Ana  südü  xüsusi  olaraq  uşaqlar  üçün  proqramlaş-

dırıldığından    körpənin  çox  asan  həzm  edə  biləcəyi 

qidadır.  Ana  südü  çox  zəngin  qida  ehtiyatına  malik 



 

87

olsa  da,  onun  həzm  edilməsi  uşaqların  həssas 



sistemlərinə  uyğundur  və  asandır.  Beləliklə,  uşaq  bu 

qidaların həzminə daha az enerji sərf edir və elə buna 

görə  də  enerjisini  orqanizminin  başqa  fəaliyyətinə, 

böyüməyə və əzalarının inkişafına yönəldir. 

Körpəsini vaxtından əvvəl doğan anaların südündə 

isə  uşağın  ehtiyaclarına  uyğun  olaraq  daha  çox  yağ, 

protein,  mineral,  xlor  və  dəmir  olur.  Həmçinin  müəy-

yən edilmişdir ki, öz analarının südü ilə qidalanan vax-

tından  əvvəl  doğulmuş  körpələrdə  görmə  qabiliyyəti, 

gözlərin fəaliyyəti daha yaxşı inkişaf edir. Belə uşaqlar 

intellektual testlərdən keçirilərkən bəlli olur ki, onların 

bir çox üstünlükləri var. 

Ana südünün təzəcə dünyaya gələn körpənin inki-

ş

afı  üçün  zəruri  olan  xüsusiyyəti  onun  tərkibində 



omeqa-3 adlı yağ turşularının olmasıdır. Omeqa-3 yağ 

turşuları insan beyninin və retinasının vacib bir tərkibi 

olduğu üçün o, xüsusilə təzə doğulan körpələrin yaşa-

ması baxımından böyük əhəmiyyətə malikdir. Omeqa-

3  xüsusilə  hamiləlik  dövrü  boyunca  və  körpəlik 

dövrünün  başlanğıcında  beynin  və  sinirlərin  əlverişli 

şə

kildə  inkişafı  üçün  də  çox  vacibdir.  Ana  südündə 



təbii və mükəmməl bir omeqa-3 anbarı olduğuna görə 

alimlər ana südünün vacibliyini xüsusilə qeyd edirlər. 

Bristol  Universitetinin  (ABŞ)  alimləri  tərəfindən 

aparılan  tədqiqatlar  ana  südü  ilə  qidalanmağın  uzun-

müddətli  faydaları  arasında  onun  təzyiqə  müsbət 

təsirinin olduğunu və bunun sayəsində infarkt riskinin 

azaldığını  ortaya  qoymuşdur.  Araşdırmanı  aparan 

alimlər ana südünün qoruyucu gücünün onun tərkibin-

dəki  maddələrdən  qaynaqlandığını  bildirir.  “Gircula-

tion”  adlı  tibb  jurnalında  dərc  olunan  tədqiqatın 




Yüklə 2,75 Mb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   119




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə