Microsoft Word qurani-kerim-de-qida-kinci-n-r-2015. doc



Yüklə 2,75 Mb.
Pdf görüntüsü
səhifə29/119
tarix26.03.2018
ölçüsü2,75 Mb.
#34699
1   ...   25   26   27   28   29   30   31   32   ...   119

 

91

element  isə  ana  südündə  bol  miqdarda  olan  alpha-lac 



(alphalactalbumin)

  adlı  maddədir.  Alpha-lac  südün 

tərkibindəki laktoz şəkərinin yaranmasına kömək edən 

bir protein tərəfindən meydana gətirilir. 

 

Bu bənzərsiz nemət Uca Allahın bir lütfüdür 

 

Ana südü ilə bağlı başqa möcüzə isə körpənin ana 

südü ilə 2 il boyunca qidalanmasının çox faydalı olması 

faktıdır.  Elmin  yenicə  kəşf  etdiyi  bu  vacib  məlumatı 

Allah bizə Quranda “Uşaqlarını əmizdirməyi tamam-

latmaq istəyən analar üçün tam iki il əmizdirirlər…” 

ayəsi ilə 14 əsr əvvəl bildirmişdir. 

Mühafizəyə  və  qidalanmağa  möhtac  doğulan 

körpə  üçün  ananın  özü  ən  ideal  qida  olan  ana  südünü 

bədənində  yaratmağa  qərar  verə  bilmədiyi  kimi 

dəyişən  qida  dəyərlərini  də  əlbəttə  ki,  ananın  özü 

müəyyənləşdirmir. Hər bir canlının ehtiyacını bilən və 

onlara  ruzi  verən  Uca  Allah  ana  südünü  ananın 

bədənində körpə üçün yaradır. 

 

Südün kimyəvi tərkibi və qidalılıq dəyəri 

 

Südün  tərkibində  orqanizmin  normal  inkişafını 



təmin edən bütün maddələr optimal nisbətdədir. Bunla-

ra  su,  zülallar,  yağ,  süd  şəkəri,  mineral  birləşmələr, 

üzvi  turşular,  vitaminlər,  fermentlər,  hormonlar,  im-

mun  cismləri,  qazlar,  piqmentlər  və  başqa  birləşmələr 

aiddir.  Südün  tərkibində  orta  hesabla  87,3%  su,  3,5% 

yağ,  3,4%  zülal,  0,7%  mineral  maddə,  5,0%  karbo-

hidrat  vardır.  Süd  insan  orqanizmində  96-99% 

mənimsənilir. 100 qr süd 2720 kCoul enerji verir. 

Süd  mürəkkəb  tərkibli  mayedir.  O,  heyvanların 

süd  vəzilərində  qandan  əmələ  gəlir.  Südün  tərkibi 




 

92

heyvanın cinsindən, laktasiya dövründən, yemindən və 



digər amillərdən asılı olaraq dəyişir. 

Südün suyu sərbəst və birləşmiş formada olur. Bir-

ləşmiş  su  əsasən  2-3,5%  miqdarında  zülalların  tərki-

bindədir. 

Süd  yağı  kürəcik  formasındadır.  Kürəciklərin 

diametri 2-3 (1-20 mikron arasında) mikrondur. Yağ kü-

rəcikləri  soyudulmamış  süddə  emulsiya,  soyudulmuşda 

isə  suspensiya  halındadır.  Yağ  kürəcikləri  lipoproteid 

qlafı ilə əhatə olunmuşdur. Süd yağının tərkibində 40-a 

qədər  doymuş  (bütün  yağ  turşularının  68-75%-i)  və 

doymamış  yağ  turşuları,  həmçinin  başqa  yağlara 

nisbətən çox xırda molekulalı uçucu  yağ turşuları (5,5-

10,8%) vardır. Yarımdoymamış yağ turşuları (2,9-6,5%) 

yayda sağılan süddə, qış mövsümündə sağılana nisbətən 

çoxdur. Süd yağının ərimə temperaturu 27-34

0

C-dir. 



Süd  yağının  tərkibində  onu  müşayət  edən  mad-

dələr  –  fosfatidlər  (lesitin  və  kefalin)  və  sterinlər  (xo-

lesterin  və  erqosterin)  var.  Erqosterin  ultrabənövşəyi 

ş

üaların  təsirindən  D  vitamininə  çevrilir  və  uşaqlarda 



raxit  xəstəliyinin  baş  verməsinin  qarşısını  alır.  Xoles-

terin  orqanizmdə  kalsium  duzlarının  və  fosfat 

turşularının mübadiləsini nizamlayır. 

Süd  zülalının  əsasını  2,7%  miqdarında  kazein, 

0,4% albumin və 0,12% qlobulin təşkil edir. Süd zülalı 

kolloid  formada  olub  tam  dəyərlidir,  çünki  tərkibində 

bütün  əvəzedilməz  aminturşuları  vardır.  Kazein 

mürəkkəb  zülal  –  fosfoproteidlər  qrupuna  aiddir. 

Süddə  o,  parakazeinat  fosfat  kompleksində  olur.  Bu 

kompleksdə  kalsium  2  molekul  arasında  «körpü» 

rolunu oynayır. Südü turşutduqda bu kompleksdən kal-

sium  ayrılır  və  dələmə  əmələ  gəlir.  Kazein  pasteri-




 

93

zasiya  temperaturuna  qarşı  davamlıdır,  yalnız  qursaq 



fermentinin  təsirindən  denaturatlaşır.  Albuminin 

tərkibində  fosfor  yoxdur,  lakin  kükürdün  miqdarı 

kazeindəkindən  2  dəfə  çoxdur.  Suda,  zəif  turşu  və 

qələvi  məhlulunda  həll  olur,  südü  75-80

0



temperaturda  qızdırdıqda  onda  olan  albumin  çökür. 



Qlobulin  pasterizə  zamanı  çökür,  bakterisid  xassəyə 

malikdir. Ağız südündə onun miqdarı 8-9%-ə çatır. 

Süd  şəkəri  –  laktoza  südün  tərkibində  4,7%-dir. 

Qalaktoza  və  qlükozadan  təşkil  olunmuş  laktoza 

saxarozadan  5,6  dəfə  az  şirinliyə  malikdir.  Çətin 

hidrolizləşir.  Südü  yüksək  temperaturda  qızdırdıqda 

laktoza  aminturşuları  və  zülalların  amin  qrupu  ilə 

reaksiyaya  girib  melanoidlər  əmələ  gətirir.  Bu  maddə 

isə südə qəhvəyi rəng verir. Laktoza mayaların iştirakı 

ilə  qıcqırdıqda  süd  turşusu,  spirt  və  propion  turşusu 

ə

mələ  gəlir.  Onun  bu  xassəsindən  turşudulmuş  süd 



məhsullarının və pendirlərin istehsalında istifadə edilir. 

Mineral  maddələrin  ümumi  miqdarı  süddə  1%-ə 

qədərdir. Külün miqdarı isə 0,7%-dir. Südün tərkibində 

80-ə  qədər  kimyəvi  element  vardır.  Bu  elementlər 

orqanizmdə asan mənimsənilən fosfor, limon və xlorid 

turşularının  duzları  şəklindədir.  Südün  tərkibində 

mq/100 ml hesabı ilə: P – 170; Ca – 120; Cl – 150; Na 

–  50;  CO

2

  –  20;  Mg  –  13;  SO



4

  –  10  vardır.  Mikro-

elementlərdən  mis,  manqan,  kobalt,  sink,  yod,  xrom, 

qalay, gümüş, nikel, vanadium vardır. Bu elementlərin 

qidalanmada  və  insanların  həyat  fəaliyyətində  böyük 

ə

həmiyyəti vardır. 



Süddə  lipaza,  reduktaza,  proteaza,  fosfotaza, 

peroksidaza,  katalaza  və  laktaza  fermentləri  vardır. 

Lipaza fermenti 80

0

C-də öz fəallığını itirir, ona görə də 




Yüklə 2,75 Mb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   119




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə