101
ilə zəngindir. Bu vitaminlər sinir sisteminin
fəaliyyətini nizamlayır, ona görə də axşamlar
yatmazdan qabaq qatıq içmək məsləhət görülür.
Yüksək keyfiyyətli süd məhsulu - kəsmikdə olan
xolin və metionin, qanda xolesterin maddəsini azalt-
maqla ateroskleroz xəstəliyinə tutulmanın qarşısını alır.
Kəsmik və süzmə uşaqların qidalanmasında
ə
vəzedilməzdir. Onlar inkişafda olan orqanizmin boy
artımını, sümüklərin inkişafını, həm də sinir sisteminin
funksiyasını normallaşdırır.
Pendirin tərkibində çoxlu zülal, yağ, vitamin,
fosfor, kalsium duzları, müxtəlif aminturşuları
olduğundan o qidalanmada geniş istifadə edilir.
Pendirdə olan zülal onun yetişmə dövründə
parçalandığından həzm olunması asanlaşır.
Yüksək qidalı süd məhsullarından biri də turş
xamadır (smetan). Xama yağ və zülalla zəngindir. O,
ateroskleroz xəstəliyinin profilaktikası üçün vacibdir.
Ayran həm qocalar, həm də uşaqlar üçün xeyirlidir.
Süd və süd məhsullarının bu əhəmiyyətli xassələ-
rini nəzərə alaraq Qidalanma Institutu orta yaşlı insan-
ların gündəlik qida payında 500 q süd və ya kefir,
qatıq, 15 q kərə yağı, 18 q pendir, 20 q kəsmik və ya
süzmə, 18 q turş xama (smetan) olmasını məsləhət
görür.
Pendir haqqında hədislər
Peyğəmbər (s.ə.v.):
1. Pendir yeyin! O, yuxu gətirir və qidanı həzm
etdirir.
2. Pendir dərddir, amma qozla yeyildikdə dərmandır.
3. Pendir də, qoz da ayrı-ayrılıqda dərddirlər, bir
102
yerdə yeyiləndə isə dərman olurlar.
4. Hamilə qadın pendiri yemişlə yeyərsə, dünyaya
gətirəcəyi körpənin üzü və xasiyyəti gözəl olar.
5. On şey yaddaşsızlığa gətirib çıxardar: pendir
yemək,…
"Tibbül-əimmə": Allahın Rəsulu (s.ə.v.) xiyarı
duzla, yemişi isə pendirlə yeyərdi.
Imam Sadiq (ə):
1. “Pendir ilə badam birlikdə şəfadır, lakin onların
hər biri ayrılıqda xəstəlikdir”.
2. “Pendir özündən qabaq yeyilən şeyləri həzm edər,
özündən sonra üçün iştaha yaradar”.
3. Pendir nə yaxşı qidadır! O, ağzı dada gətirir, ağız
iyini yaxşılaşdırır, özündən qabaq yeyilənləri həzm
etdirir, sonra yeyilənlərə iştah yaradır. Hər kəs ayın
ə
vvəlində pendir yeməyə adət edərsə, güman var ki, heç
bir istəyi rədd edilməz.
4. Pendir nə yaxşı qidadır! O, içilən mayeləri xoş iyli
edir, özündən qabaq yeyilənləri həzm etdirir, sonrakılara
isə iştah yaradır.
5. Qoz və pendir bir yerdə yeyildikləri vaxt hər
birində şəfa olur, tək yeyildikləri vaxt isə hər birində
dərd olur.
Açıqlama: Əllamə Məclisi (A.o.r.) buyurub ki,
yuxarıdakı xüsusiyyət təzə, duzlanmamış pendirə aiddir.
Belə pendir həmin şəhərlərdə çox yeyilir. Təzə pendir
soyuqluq yaradandır, qozun hərarəti isə soyuqluğu
neytrallaşdırır.
"Kafi": Rəvayət edilib ki, pendirin zərəri onun üz
qabığındadır.
"Kafi" – Məhəmməd ibn Rəzi Nişapuri bəzi
şə
xslərdən, o da Imam Sadiqdən (ə): Bir kişi həzrətdən
103
pendir haqqında soruşdu. Həzrət dedi: "Dərddir, onda
heç bir dərman yoxdur". Gecə olduqda həmin şəxs
yenidən Imam Sadiqin (ə) yanına gəldi. Həzrətin
süfrəsində pendir gördükdə dilləndi:
- Sənə fəda olum, səhər səndən pendir haqqında
soruşanda mənə dedin ki, o, dərddir, dərmanlığı
yoxdur, amma indi süfrəndə pendir görürəm?!
Həzrət dedi:
- Pendir səhərlər ziyanlı, axşamlar isə faydalıdır. O
belin suyunu artırır.
104
Ə
T YEYILMƏ SININ ISLAMI ŞƏ RTLƏ RI
Insan orqanizminin bütün funksiyalarının normal
getməsi, canlıların artması və bədənin cansağlığı zülal-
larla bağlıdır. Zülalların tərkibində karbon, hidrogen və
oksigenlə yanaşı azot da vardır. Zülalların əsasını
aminturşuları təşkil edir. Bunların bir qismi yalnız ətdə
olur (əvəzedilməz aminturşuları) və ət yeməyi ilə insan
orqanizminə keçir. Canlı orqanizmdə gedən bütün pro-
seslərdə, hüceyrənin metabolik funksiyalarını tənzim-
ləyən fermentlər də zülallardan təşkil olunmuşdur.
Insan bədəninin bütün hüceyrələrinin böyük bir qismi
zülallardan ibarətdir və bu hüceyrələr sürətlə dəyişib
yeniləşməkdədir. Bu cəhətdən hər gün qida ilə zülal
qəbul etmək zərurəti vardır. Zülal çatışmadıqda insan
böyümədən qalır, halsızlıq, qansızlıq hiss olunur.
Yaraların sağalması gecikir, zərərli mikroblara qarşı
müqavimət azalır. Qaraciyər yağlanır. Bədən üçün
lazım olan zülalların əsas mənbəyi isə ətdir.
“Qurani-Kərim”də halal və haram barədəki
göstərişlərdə ət yeməkləri xüsusi olaraq qeyd olunur.
“Qurani-Kərim”də insan orqanizmi üçün mühüm qida
maddəsi olan ət haqqında bir çox ayələr vardır.
“Qurani-Kərim”in 14 surəsinin 25 ayəsində ət və
ə
t məhsulları haqqında Allah kəlamları buyrulmuşdur.
Bu ayələrdə hansı heyvanların ətinin halal və ya
haram olması, onların kəsilməsi qaydası, ətin saxlanıl-
ması, təmizliyi, kəsilən heyvanların digər bədən orqan-
larının və qanın istifadə olunması və digər məsələlər
müsəlmanlara təlqin olunmuşdur.
Dostları ilə paylaş: |