Microsoft Word qurani-kerim-de-qida-kinci-n-r-2015. doc



Yüklə 2,75 Mb.
Pdf görüntüsü
səhifə32/119
tarix26.03.2018
ölçüsü2,75 Mb.
#34699
1   ...   28   29   30   31   32   33   34   35   ...   119

 

101


ilə  zəngindir.  Bu  vitaminlər  sinir  sisteminin 

fəaliyyətini  nizamlayır,  ona  görə  də  axşamlar 

yatmazdan qabaq qatıq içmək məsləhət görülür. 

Yüksək  keyfiyyətli  süd  məhsulu  -  kəsmikdə  olan 

xolin  və  metionin,  qanda  xolesterin  maddəsini  azalt-

maqla ateroskleroz xəstəliyinə tutulmanın qarşısını alır. 

Kəsmik  və  süzmə  uşaqların  qidalanmasında 

ə

vəzedilməzdir.  Onlar  inkişafda  olan  orqanizmin  boy 



artımını, sümüklərin inkişafını, həm də sinir sisteminin 

funksiyasını normallaşdırır. 

Pendirin  tərkibində  çoxlu  zülal,  yağ,  vitamin, 

fosfor,  kalsium  duzları,  müxtəlif  aminturşuları 

olduğundan o qidalanmada geniş istifadə edilir. 

Pendirdə  olan  zülal  onun  yetişmə  dövründə 

parçalandığından həzm olunması asanlaşır. 

Yüksək  qidalı  süd  məhsullarından  biri  də  turş 

xamadır  (smetan).  Xama  yağ  və  zülalla  zəngindir.  O, 

ateroskleroz  xəstəliyinin  profilaktikası  üçün  vacibdir. 

Ayran həm qocalar, həm də uşaqlar üçün xeyirlidir. 

Süd və süd məhsullarının bu əhəmiyyətli xassələ-

rini nəzərə alaraq Qidalanma Institutu orta yaşlı insan-

ların  gündəlik  qida  payında  500  q  süd  və  ya  kefir, 

qatıq, 15 q kərə  yağı, 18 q pendir, 20 q kəsmik və  ya 

süzmə,  18  q  turş  xama  (smetan)  olmasını  məsləhət 

görür. 

 

Pendir haqqında hədislə



 

Peyğəmbər (s.ə.v.): 

1.  Pendir  yeyin!  O,  yuxu  gətirir  və  qidanı  həzm 

etdirir. 

2. Pendir dərddir, amma qozla yeyildikdə dərmandır. 

3.  Pendir  də,  qoz  da  ayrı-ayrılıqda  dərddirlər,  bir 




 

102


yerdə yeyiləndə isə dərman olurlar. 

4.  Hamilə  qadın  pendiri  yemişlə  yeyərsə,  dünyaya 

gətirəcəyi körpənin üzü və xasiyyəti gözəl olar. 

5.  On  şey  yaddaşsızlığa  gətirib  çıxardar:  pendir 

yemək,… 

"Tibbül-əimmə":  Allahın  Rəsulu  (s.ə.v.)  xiyarı 

duzla, yemişi isə pendirlə yeyərdi. 

Imam Sadiq (ə): 

1.  “Pendir  ilə  badam  birlikdə  şəfadır,  lakin  onların 

hər biri ayrılıqda xəstəlikdir”.  

2. “Pendir özündən qabaq yeyilən şeyləri həzm edər, 

özündən sonra üçün iştaha yaradar”. 

3. Pendir nə yaxşı qidadır! O, ağzı dada gətirir, ağız 

iyini  yaxşılaşdırır,  özündən  qabaq  yeyilənləri  həzm 

etdirir,  sonra  yeyilənlərə  iştah  yaradır.  Hər  kəs  ayın 

ə

vvəlində pendir yeməyə adət edərsə, güman var ki, heç 



bir istəyi rədd edilməz. 

4. Pendir nə yaxşı qidadır! O, içilən mayeləri xoş iyli 

edir, özündən qabaq yeyilənləri həzm etdirir, sonrakılara 

isə iştah yaradır. 

5.  Qoz  və  pendir  bir  yerdə  yeyildikləri  vaxt  hər 

birində  şəfa  olur,  tək  yeyildikləri  vaxt  isə  hər  birində 

dərd olur. 

Açıqlama:  Əllamə  Məclisi  (A.o.r.)  buyurub  ki, 

yuxarıdakı xüsusiyyət təzə, duzlanmamış pendirə aiddir. 

Belə  pendir  həmin  şəhərlərdə  çox  yeyilir.  Təzə  pendir 

soyuqluq  yaradandır,  qozun  hərarəti  isə  soyuqluğu 

neytrallaşdırır. 

"Kafi":  Rəvayət  edilib  ki,  pendirin  zərəri  onun  üz 

qabığındadır. 

"Kafi"  –  Məhəmməd  ibn  Rəzi  Nişapuri  bəzi 

şə

xslərdən, o da Imam Sadiqdən (ə): Bir kişi həzrətdən 




 

103


pendir  haqqında  soruşdu.  Həzrət  dedi:  "Dərddir,  onda 

heç  bir  dərman  yoxdur".  Gecə  olduqda  həmin  şəxs 

yenidən  Imam  Sadiqin  (ə)  yanına  gəldi.  Həzrətin 

süfrəsində pendir gördükdə dilləndi: 

-  Sənə  fəda  olum,  səhər  səndən  pendir  haqqında 

soruşanda  mənə  dedin  ki,  o,  dərddir,  dərmanlığı 

yoxdur, amma indi süfrəndə pendir görürəm?! 

Həzrət dedi: 

- Pendir səhərlər ziyanlı, axşamlar isə faydalıdır. O 

belin suyunu artırır. 

 

 

 



 

 

 



 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 


 

104


Ə

T  YEYILMƏSININ  ISLAMI  ŞƏRTLƏRI 

 

 

Insan  orqanizminin  bütün  funksiyalarının  normal 



getməsi, canlıların artması və bədənin cansağlığı zülal-

larla bağlıdır. Zülalların tərkibində karbon, hidrogen və 

oksigenlə  yanaşı  azot  da  vardır.  Zülalların  əsasını 

aminturşuları təşkil edir. Bunların bir qismi yalnız ətdə 

olur (əvəzedilməz aminturşuları) və ət yeməyi ilə insan 

orqanizminə keçir. Canlı orqanizmdə gedən bütün pro-

seslərdə,  hüceyrənin  metabolik  funksiyalarını  tənzim-

ləyən  fermentlər  də  zülallardan  təşkil  olunmuşdur. 

Insan  bədəninin  bütün  hüceyrələrinin  böyük  bir  qismi 

zülallardan  ibarətdir  və  bu  hüceyrələr  sürətlə  dəyişib 

yeniləşməkdədir.  Bu  cəhətdən  hər  gün  qida  ilə  zülal 

qəbul  etmək  zərurəti  vardır.  Zülal  çatışmadıqda  insan 

böyümədən  qalır,  halsızlıq,  qansızlıq  hiss  olunur. 

Yaraların  sağalması  gecikir,  zərərli  mikroblara  qarşı 

müqavimət  azalır.  Qaraciyər  yağlanır.  Bədən  üçün 

lazım olan zülalların əsas mənbəyi isə ətdir. 

“Qurani-Kərim”də  halal  və  haram  barədəki 

göstərişlərdə  ət  yeməkləri  xüsusi  olaraq  qeyd  olunur. 

“Qurani-Kərim”də  insan  orqanizmi  üçün  mühüm  qida 

maddəsi olan ət haqqında bir çox ayələr vardır.  

“Qurani-Kərim”in  14  surəsinin  25  ayəsində  ət  və 

ə

t məhsulları haqqında Allah kəlamları buyrulmuşdur. 



Bu  ayələrdə  hansı  heyvanların  ətinin  halal  və  ya 

haram olması, onların kəsilməsi qaydası, ətin saxlanıl-

ması, təmizliyi, kəsilən heyvanların digər bədən orqan-

larının  və  qanın  istifadə  olunması  və  digər  məsələlər 

müsəlmanlara təlqin olunmuşdur. 

 



Yüklə 2,75 Mb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   119




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə