Microsoft Word qurani-kerim-de-qida-kinci-n-r-2015. doc



Yüklə 2,75 Mb.
Pdf görüntüsü
səhifə35/119
tarix26.03.2018
ölçüsü2,75 Mb.
#34699
1   ...   31   32   33   34   35   36   37   38   ...   119

 

111


Nəcib yeməklərə izn verilir 

 

“Ey  insanlar!  Yer  üzündəki  şeylərin  təmiz, 



halal olanlarını yeyin. Şeytanın izi ilə getməyin! Hə-

qiqətən, o  (Şeytan) sizinlə açıq-açığına düşməndir”. 

(əl-Bəqərə, 2/168). 

Xudavəndi-aləm  insanları  onlar  üçün  yer  üzündə 

yaratdığı nemətlərdən istifadə etməyə və şeytana qulaq 

asmayıb,  Onun  qadağan  etdiklərini  yeməməyə  dəvət 

edir. 


Allah  möminlərə  bu  sözlərlə  müraciət  edir:  “Ey 

iman gətirənlər! Sizə verdiyimiz ruzilərin (təmiz və) 

halalından  yeyin!  Allaha  ibadət  edirsinizsə,  (bu 

nemətlərə görə)

 Ona şükr edin”. (əl-Bəqərə, 2/172). 

“O  (Allah)  sizə  ölmüş  heyvanı,  (axar)  qanı,  do-

nuz ətini və Allahdan başqasının adı ilə (bütlərin və 

s.  adı  ilə)

  kəsilənləri  (yeməyi)  qəti  haram  etmişdir. 

Lakin naəlac qaldıqda (başqasının malını) zorla mə-

nimsəmədən  və  həddini  aşmadan  (zəruri  ehtiyacı 

ödəyənə qədər)

 bunlardan yeməyə məcbur olan kim-

sənin  heç  bir  günahı  yoxdur.  Allah  bağışlayandır, 

mərhəmətlidir!” (əl-Bəqərə, 2/173). 

Yemək üçün qadağan olunan şeylər haqqında “əl-

Maidə” surəsinin 3-cü ayəsində buyurulur:  

“Ölü  (kəsilmədən  ölüb  murdar  olmuş)  heyvan, 

qan,  donuz  əti,  Allahdan  başqasının  adı  ilə  (bis-

millah  demədən)

  kəsilmiş,  boğulmuş  (küt  alət  və  ya 

silahla)

  vurulmuş,  (bir  yerdən)  yıxılaraq  ölmüş

(başqa  bir  heyvanın  buynuzu  ilə)

  vurulub  gəbərmiş

vəhşi  heyvanlar  tərəfindən  parçalanıb  yeyilmiş  – 

canı  çıxmamış  heyvanlar  müstəsnadır  –  dikinə 

qoyulmuş  daşlar  (bütlər  və  ya  Kəbənin  ətrafındakı 



 

112


bütpərəst qurbangahlar)

 üzərində kəsilmiş heyvanlar 

və  fal  oxları  ilə  pay  bölmək  sizə  haram  edildi. 

Bunlar  günahdır...  Kim  aclıq  üzündən  naçar 

qalarsa,  (çətinliyə  düşərsə)  ,  günaha  meyl  etmə

niyyətində  olmayaraq  (zəruri  ehtiyacını  ödəyəcə

qədər bu haram ətlərdən yeyə bilər). 

Həqiqətən, Allah 

bağışlayandır, rəhm edəndir! “. (əl-Maidə, 5/3) 

Habelə  “əl-Ənam”  surəsinin  145-ci  ayəsində 

deyilir: (Ya Rəsulum!) De: “Mənə gələn vəhylər içəri-

sində murdar olduqları üçün ölü heyvan, axar qan, 

donuz əti və ya Allahdan başqasının adı ilə (bismil-

lah  deyilmədən)

  günah  olaraq  kəsilmiş  heyvanlar 

istisna olmaqla, hər hansı bir kəsin yediyi yeməklə

ərisində  haram  buyurulan  bir  şey  görmürəm. 

Bununla  yanaşı,  hər  kəs  məcburiyyət  qarşısında 

qalsa, həddini aşmadan, zəruri ehtiyacını ödəyəcə

qədə(bunlardan yesə, Allah ona cəza verməz). Çünki 

sənin  Rəbbin,  həqiqətən,  bağışlayandır,  rəhm 

edəndir!”. ( əl-Ənam, 6/145). 

Islam ölmüş heyvan ətini, qanı, donuz ətini, Allah-

dan  başqasının  adı  ilə  kəsilmiş  heyvan  ətini  qadağan 

edir. 


 

Ölü heyvan əti nə üçün haramdır? 

 

Quran  ayələrində  müsəlmanın  qidalanması  məsə-



lələrində  birinci  olaraq  ölü  heyvan  ətinin  qadağan 

olunması  göstərilir,  yəni  əgər  heyvan  və  ya  quş  öz 

ölümü  ilə  ölübsə  (insan  tərəfindən  kəsilməyibsə, 

ovlanmayıbsa  və  s.)  bu  heyvanın  əti  murdardır.  Bəs 

bunun mənası nədədir? 

Islam bu qadağanı nə ilə izah edir? 

Birincisi  –  şüur,  heyvan  cəsədinə  ikrahla  yanaşır, 



Yüklə 2,75 Mb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   119




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə