Microsoft Word qurani-kerim-de-qida-kinci-n-r-2015. doc



Yüklə 2,75 Mb.
Pdf görüntüsü
səhifə36/119
tarix26.03.2018
ölçüsü2,75 Mb.
#34699
1   ...   32   33   34   35   36   37   38   39   ...   119

 

113


onu  murdar  və  napak  hesab  edir.  Ağıllı  adamlar  ölü 

heyvan  əti  yeməyi  insan  ləyaqətinə  zidd  hərəkət  kimi 

qiymətləndirirlər. Buna görə də insanlar Allahın adı ilə 

qurban kəsilən heyvanın ətini yeyirlər. 

Ikincisi – müsəlmanın bütün əməllərində müəyyən 

niyyət  olur.  Əgər  müəyyən  niyyəti,  məqsədi,  hədəfi 

olmasa,  müsəlman  heç  bir  şeyə  nail  ola  bilməz.  Hey-

vanın  qurban  kəsilməsinin  mənası,  yəni  insanın  onu 

öldürməyinin  məqsədi,  heyvanın  «canını  alıb»,  ətini 

qida  üçün  istifadə  etməkdən  ibrətdir.  Allah  Təbarəkə 

Təala  insana  əvvəldən  qurbanlıq  kimi  kəsilməsini, 

ovlanmasını,  yaxud  heç  olmazsa,  qida  kimi  istifadə 

edilməsini  nəzərdə  tutmadığı  heyvanın  ətini  haram 

buyurub. 

Üçüncüsü – öz əcəli ilə ölmüş heyvan, çox ehtimal 

ki,  təsadüfən  və  ya  zəhərli  bir  şey  yediyindən  və  s. 

səbəblərdən tələf olur. Buna görə də belə heyvanın əti 

insana zərər gətirə bilər. Əgər heyvan ölübsə, deməli, o 

ya zəif, ya da xəstə olub. 

Dördüncü  –  Allah  Təbarəkə  Təala  insan  övladına 

ölü  heyvan  ətini  qadağan  edib,  lakin  heyvanı  kəsib 

yeməyə izn verib. Şükr olsun Onun kəramətinə! 

Beş cür ölü heyvan əti var: 

- boğulmuş heyvan;  

-  başından  zərbə  vurulması  nəticəsində  ölmüş 

heyvan; 


- ağac  və  ya  başqa  ağır  əşya  ilə  vurulub 

öldürülmüş heyvan; 

- hündürlükdən yıxılaraq ölmüş heyvan; 

- yırtıcı  heyvan  tərəfindən  parçalanıb  öldürülmüş 

heyvan. 

 



 

114


Nəyə görə heyvanın qanını içmək olmaz? 

 

Bir dəfə Ibn Əbbasdan soruşurlar: “Heyvanın dala-



ğ

ını yemək olarmı?” O, cavab verir: “Olmaz, çünki o – 

qandır”. 

Ağıllı  adamda  dalaq  ikrah  hissi  oyadır,  çünki  o 

murdardır. O da ölü heyvan kimi bir çox xəstəliklərin 

mənbəyidir.  Buna  görə  də  müsəlmana  qan  içmək 

qadağan olunub. 

 

Nəyə görə donuz əti yemək qadağandır? 

 

Donuz  ətini  ona  görə  yemək  olmaz  ki,  o  mur-



dardır, çünki donuz natəmiz şeylərlə qidalanır. Müasir 

təbabət donuz ətinin insana zərər olmasını sübut edir. 



 

Nəyə görə Allahdan başqasının adı ilə kəsilmiş  

heyvan ətini yemək qadağandır? 

 

Heyvan,  ola  bilsin  ki,  hər  hansı  bütün  adı  ilə 

kəsilsin.  Müsəlman  üçün  belə  heyvanın  ətini  yemək 

günahdır.  Əgər  müsəlman  belə  əti  yeyərsə,  Allahdan 

uzaqlaşaraq,  bütə  yaxınlaşar  və  Islamın  əsasını  təşkil 

edən, Allahın tək olması ehkamını pozmuş olar. 

 

Istisna olunan hallar 

 

Bütün göstərilən qadağalar seçmək imkanı olduğu 



hallarda  vacibdir:  “...Halbuki  məcburiyyət  qarşısın-

da  (yeməli)  olduğunuz  şeylər  istisna  edilməklə,  sizə 

haram  buyurduqlarını  artıq  O  (Allah)  müfəssə

şə

kildə sizə bildirmişdir...”. (əl-Ənam, 6/119). 

Allah  Təbarəkə  Təala  ölü  heyvan  ətini  və  qanı 

qida kimi qəbul etməyin haram olduğunu izah edəndən 

sonra  belə  buyurur:  “...Lakin  naəlac  qaldıqda 



 

115


(başqasının malını)

 zorla mənimsəmədən və həddini 

aşmadan  (zəruri  ehtiyacı  ödəyənə  qədər)  bunlardan 

yeməyə  məcbur  olan  kimsənin  heç  bir  günahı  yox-

dur. Allah bağışlayandır, mərhəmətlidir!” (əl-Bəqə-

rə, 2/173). 

Bəzi  müsəlman  şəriətinin  bilicilərinin  fikrincə  bir 

gün  və  bir  gecə  davam  edən  aclıq,  müsəlmana  haram 

buyurulmuş şey yeməyi mümkün və üzürlü edir. Əgər 

bu müddət ərzində müsəlman olan kəs halal nemət əldə 

edə  bilməsə,  naəlac  qalıb,  öz  həyatını  saxlamaq  üçün 

yeməyinə haram qata bilər. 

Yox,  əgər  müsəlman  halal  nemətləri  qoyub 

harama əl atırsa, bu böyük günahdır. 

Digər üləmalar haram qida qəbul etməyin məcburi 

olması  hallarını  başqa  tərzdə  şərh  edirlər.  Onlar  belə 

fikir  yürüdürlər  ki,  müsəlman  son  nəfəsinə  qədər 

haram şey yeməməlidir.  

Lakin aclıq üzündən müsəlmana qadağan olunmuş 

yeməklərin icazə verilməsi barədə Quranda açıq-aşkar 

deyilir:  “...Kim  aclıq  üzündən  naçar  qalarsa, 

(çətinliyə  düşərsə),  günaha  meyl  etmək  niyyətində 



olmayaraq  (zəruri  ehtiyacını  ödəyəcək  qədər  bu 

haram  ətlərdən  yeyə  bilər). 

Həqiqətən,  Allah 

bağışlayandır, rəhm edəndir! “. (əl-Maidə, 5/3. 

 

Ə



t və piy haqqında hədislə

 

Rəsuli-Əkrəm  (s.ə.v.)  buyurub  ki,  ət  və  piydə  elə 



bir  tikə  yoxdur  ki,  mədəyə  düşdüyü  yerdə  şəfa 

qoymasın və dərdləri oradan qovmasın. 

Peyğəmbər (s.ə.v.) cənabları buyurub:  

1. “Biz peyğəmbərlər ət sevən camaatıq”. 

2.  ”Dəvə  ətini  yeyin,  Allahın  düşməni  olan 



Yüklə 2,75 Mb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   ...   119




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə