Microsoft Word qurani-kerim-de-qida-kinci-n-r-2015. doc



Yüklə 2,75 Mb.
Pdf görüntüsü
səhifə2/119
tarix26.03.2018
ölçüsü2,75 Mb.
#34699
1   2   3   4   5   6   7   8   9   ...   119

 

5

“Qurani-Kərim”  insanların  həyatı,  əxlaqı,  yaşayış 



tərzi,  ədəbi,  mərifəti,  bir-birinə  münasibəti  və  cəmiy-

yətdəki  mövqeyi,  həmçinin  bu  cəmiyyətdə  hər  fərdin 

vəzifəsini göstərən Səmavi kitabdır. Burada insanın hə-

yatında mümkün olan hər cür şeyə dair münasib ayələr 

vardır.  Belə  də  olmalıdır,  çünki  “Qurani-Kərim” 

insanın  həyat  təlimatıdır,  həm  də  elə  bir  insanın  ki, 

onun  əxlaqı  və  yaşayış  tərzi,  rəftarı  və  amalı  onun 

xilqətinə  və  yaranma  məqsədinə  uyğun  olsun,  onu 

heyvanatdan fərqləndirsin. 

nsana aid olan heç bir söz, heç bir məsələ qalma-

yıb  ki,  “Qurani-Kərim”  o  barədə  bizə  məlumat 

verməsin. 

Qida  məhsulları  haqqında  “Qurani-Kərim”in  bir 

çox  surələrində  100-dən  çox  ayədə  müxtəlif  kəlamlar 

buyrulmuşdur.  Qidalanma  haqqında  islami  şərtlər  və 

buyuruqlar  isə  Peyğəmbərimizin  (s.ə.v.)  və  mamların 

hədislərində,  islam  dininin  elmi  mahiyyətini  insanlara 

olduğu  kimi  çatdırmaq  istəyən  din  xadimlərinin  və 

tarixi  şəxsiyyətlərin  yazılarında  və  nəsihətlərində  öz 

ə

ksini tapmışdır. 



Uzun  illər  ərzaq  məhsullarının  istehsal  texnolo-

giyası,  əmtəəşünaslığı  və  ekspertizası  ilə  məşğul  ol-

maqla  bərabər,  bu  sahədə  300-dən  çox  elmi  əsərin,  o 

cümlədən  60  kitabın  müəllifi  olduğum  üçün,  eyni 

zamanda qəlbimdəki Allah sevgisi və islam dininə olan 

böyük marağım və ehtiramım məni islamda qidalanma 

məsələləri haqqında araşdırmalar aparmağa və nəhayət 

bu barədə sanballı monoqrafiya yazmağa sövq etmişdi. 

Hələ keçən əsrin sonlarında mən “Qida məhsulları 

və  qidalanmanın  islami  şərtləri”  mövzusunda  institut-

daxili elmi-praktiki konfransda çıxış etmişdim. Mövzu 



 

6

üzrə  etdiyim  məruzə  dinləyicilərin  çox  böyuk  ma-



rağına  səbəb  olmuşdu.  Həmin  dövrdən  14  ildən  çox 

keçməsinə  baxmayaraq  mən  dayanmadan  bu  günə 

qədər  həmin  mövzuya  aid  müxtəlif  səpgili  materiallar 

toplamağa  başladım.  Hər  dəfə  bu  mövzuya  qayıdanda 

dərindən  düşünür  və  belə  bir  mövzuda  monoqrafiya 

yazmağın  məsuliyyətini  hiss  edirdim.  Artıq  toplanmış 

materialları  sistemləşdirib  bir  kitab  halında  yazmaq 

qərarına gəldim. 

Kitabın yazılmasında müxtəlif mənbələrdən, dövrü 

mətbuatda  mövzuya  aid  dərc  olunan  məqalələrdən  və 

ə

sasən  də  “Qurani-Kərim”in  100-dən  çox  ayələrindən 



istifadə  olunmuşdur.  “Qurani-Kərim”in  ayələrindən 

verilən istinadlar Z.M.Bünyadov və V.M.Məmmədəli-

yevin ərəb dilindən tərcümə etdikləri “Qurani-Kərim”-

in  dördüncü  nəşrindən  (“Məhdiyyə”  nəşriyyatı, 

1420/2000) götürülmüşdür. 

Hər  bir  insanın  həyatdakı  uğuru  da,  uğursuzluğu 

da bir olan Allahın izni ilə baş verir. Odur ki, insan hə-

mişə Allaha şükür etməlidir. Mən də həyatda nə qazan-

mışamsa,  uğurlarıma  və  xoş  günlərimə  görə,  hətta  çə-

tinliklərlə  üzləşdikdə  belə  həmişə  Allaha  şükür  etmi-

şə

m.  ndi  də  şükür  edirəm  ki,  uzun  illərdir  arzusunda 



olduğum  və  nəşrini  görmək  istədiyim  “Qurani- 

Kərim”də  qida  məhsulları  və  islamda  qidalanma  

kitabımı oxuculara təqdim edə bildim.  

Bu kitabı oxuduqlarım, öyrəndiklərim və bildiklə-

rim əsasında yazıb oxuculara çatdırmaq məqsədilə nəş-

rə hazırladım. Əsl həqiqət bir olan Allaha məlumdur. 

Kitabdakı  araşdırmalarla  əlaqədar  verilən  məlu-

matlardan faydalananlar olsa, özümü bəxtiyar sanaram.  

 



 

7

Kitabda aşağıdakı qısaltmalar verilmişdir. 



 

(s.ə.v.) – Səlləllahü əleyhi və alihi və səlləm. 

(ə) – Əleyhüssəlam. 

(A.o.r.) – Allah ondan razı olsun. 

kq – kiloqram. 

q – qram. 

mq – milliqram. 

mmq – mikroqram 

mq% - 100 qram məhsulda milliqramla miqdar. 

l – litr. 

ml – millilitr. 

BV – Beynəlxalq vahid. 

kkal- kilokalori. 

kCoul - kilocoul 

 



 

8

MÜSƏLMANIN  NANC TƏMƏLLƏR  



 

Müsəlmanlıq  iki  böyük  inanc  təməl  üzərində 

qurulmuşdur. 

1.  Allahdan başqa ibadət ediləcək Tanrı olmadığı, 

2.  Muhəmməd  Peyğəmbərin  (s.ə.v.)  Allah  tərəfin-

dən bütün insanlara göndərilmiş bir Peyğəmbər olduğu. 

  slam dini bunu bir düstur kimi: - La ilahə illəllah 

Muhammedin-Rəsulüllah  –  cümləsində  toplamışdır. 

Bu  mübarək  cümləni  dili  ilə  söyləyib,  qəlbi  ilə  təsdiq 

edən bir kəs,  slam Dinini qəbul etmiş olur. 

Bu inanca:  man, 

nana da: Mömin – Müsəlman deyilir. 

Peyğəmbər  Əfəndimiz  (s.ə.v.)  imana  belə  tərif 

vermişdir: 

“Aməntü  billahi  və  məlaikətihi  və  kütübihi  və 

rusulihi  vəl-yevmil-axiri  və  bil-kadəri,  hayrihi  və 

şə

rrihi  minallahi  Təala  vəl-basü  badel-mevt.  Hak-



kun  əşəhədü  ən  la  ilahə  illəllah  və  əşhədü  ənnə 

Muhammedin abdühü və Rəsulühü.” 

1-  man  Allahdan  başqa  bir  Tanrı  olmadığına,  Mu-

həmmədin (s.ə.v.) Allahın qulu və Peyğəmbəri olduğuna, 

2- Allahın mələklərinə, 

3- Allahın kitablarına, 

4- Allahın bütün Peyğəmbərlərinə, 

5- Öləndən sonra dirilməyə (Axirət gününə), 

6-  Yaxşılıq  və  pisliyin  Allahın  təqdiri  və 

yaratmasıyla olduğuna, inanmaqdır. 

Bu  altı  prinsip  imanın  kökləri,  islam  inancının 

təməlidir. 

slam  -  Allahın  və  Peyğəmbərinin  buyruqlarına 

inanmaq və boyun əymək, Allaha təslim olmaq, daxili, 




Yüklə 2,75 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   119




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə