Microsoft Word qurani-kerim-de-qida-kinci-n-r-2015. doc



Yüklə 2,75 Mb.
Pdf görüntüsü
səhifə6/119
tarix26.03.2018
ölçüsü2,75 Mb.
#34699
1   2   3   4   5   6   7   8   9   ...   119

 

19

Vitaminlər – insanların qidalanmasında əsas qida 

maddələrinə  (karbohidrat,  yağ,  zülal  və  mineral  mad-

dələr)  nisbətən  cüzi  miqdarda  tələb  olunan  müxtəlif 

kimyəvi  tərkibə  və  quruluşa  malik  olan  bioloji  fəal 

üzvi  birləşmələrdir.  Hazırda  30-dan  çox  vitamin  mə-

lumdur.  Vitaminlər  həllolma  qabiliyyətinə  görə  2 

qrupa bölünür: 

1.  Suda  həll  olan  vitaminlərə  B

1

,  B



2

,  B


6

,  PP,  B

3



B



12

, B


9

, H, C, P, B

15

 və başqaları aiddir. 



2.  Yağda  həll  olanlara  isə  A,  D,  E,  K  vitaminləri 

aiddir. 


Ə

sas  vitaminlərlə  yanaşı  ərzaq  məhsullarında 

vitaminəbənzər  maddələrdən  orot  və  lipoy  turşuları, 

xolin-xlorid,  ubixinon,  U  vitamini,  polidoymamış  yağ 

turşuları  (linol,  linolen,  araxidon)

  da  vardır.  Bu 

maddələr  vitaminlərə  xas  olan  bütün  xassələrə  malik 

olmasalar  da,  gündəlik  qidanın  tərkibinə  mütləq  daxil 

edilməlidir. 

Vitamin  C  –  askorbin  turşusu  –  əsasən  bitki 

mənşəli məhsullarda olur. Gündəlik tələbat 70-100 mq-

dır. Ağbaş kələmdə 25-60, kartofda – 5-50, pomidorda 

– 20-40, limonda – 55, itburnu meyvəsində – 450 mq% 

C  vitamini  vardır.  Çatışmadıqda  əsəb  sistemi  pozulur, 

yuxusuzluq və həddən artıq hissiyyat yaranır. 



Vitamin  B

1

 – tiamin – əsasən dənli bitkilərdə, gül 

kələmdə, ət, maya və kəpəkli çörəkdə vardır. Gündəlik 

tələbat 1,5-2 mq-dır. Çatışmadıqda karbohidrat mübadi-

ləsi pozulur, iştaha azalır, beri-beri xəstəliyi əmələ gəlir. 

Vitamin  B

2

  –  riboflavin  –  bəzi  fermentlərin 

tərkibinə  daxildir,  mayada,  qara  ciyərdə  və  böyrəkdə, 

süd, ət, yumurta və yarmada vardır. Gündəlik tələbat 2-

4  mq-dır.  Çatışmadıqda  ağız  və  gözün  selikli  qişası 



 

20

zədələnir, tüklər tökülür, görmə qabiliyyəti zəifləyir və 



üz qızarır. 

Vitamin B

6

 – piridoksin və ya antidermatit-təbiət-

də çox yayılmış vitamindir. Mayada, buğdada, tərəvəz-

lərdə və ət məhsullarında vardır. Gündəlik tələbat 1,8-

2,5  mq-dır.  Çatışmadıqda  sinir  sistemi  pozulur,  qıcol-

ma halları müşahidə edilir və azot mübadiləsi pozulur. 



Vitamin  PP  –  nikotin  turşusu  –  dehidrogenaza 

fermentlərinin  tərkibinə  daxil  olmaqla  40-dan  çox 

oksidləşdirici-bərpaedici  reaksiyalarda  iştirak  edir. 

Quru  mayada,  qaraciyərdə,  ət  və  süddə,  kartof  və 

yerkökündə  vardır.  Gündəlik  tələbat  15-25  mq-dır. 

Çatışmadıqda pellaqra (kələ-kötür dəri) xəstəliyi əmələ 

gəlir,  qidanın  mənimsənilməsi  və  yaddaş  zəifləyir, 

ə

səb sistemində pozğunluq getdikcə güclənir. 



Vitamin  P  –  rutin  –  kapilyar  qan  damarlarının 

divarlarını möhkəmlədən maddələr (flavanoidlər) kom-

pleksidir.  Qara  qarağatda,  itburnu  meyvəsində,  porta-

ğ

al və limonda, üzüm, alma, çuğundur, kələm, yerkökü 



və kartofda vardır. Gündəlik tələbat 35-40 mq-dır. 

Vitamin  B

12

  –  sianokobalamin  –  çatışmadıqda 

qanazlığı baş verir, qidanın həzmi, o cümlədən zülalla-

rın,  yağların  və  karbohidratların  mübadiləsi  pozulur. 

Mal  əti,  qaraciyər,  böyrək,  ürək,  süd,  pendir,  yumurta 

sarısı və siyənəkdə vardır. Gündəlik tələbat 2-5 mkq-dır. 



Vitamin  A  –  retinol  –  əsasən  heyvanat  mənşəli 

məhsullarda  olur.  Bitki  mənşəli  məhsullarda  olan 

sarımtıl-narıncı  rəngli  karotin  piqmenti  orqanizmdə  A 

vitamininə  çevrilir.  1  mkq  karotin  bioloji  fəallığına 

görə  0,167  mkq  A  vitamininə  bərabərdir.  Gündəlik 

tələbat  A  vitamininə  1,5-2,5  mq,  karotinə  isə  3-5  mq-

dır. Karotin yağda həll olduğuna görə tərkibində karo-



 

21

tin olan tərəvəzləri yağda emal edib yemək daha fayda-



lıdır.  A  vitamini  treskanın  qara  ciyərində,  yumurtada, 

camış  südündə  və  yağında,  karotin  isə  yerkökü,  ərik, 

qabaq, pomidor, göy noxud və s. məhsullarda vardır. 

Vitamin  D  –  kalsiferol  –  antiraxit  vitamini  adla-

nır. D


2

 və D


3

 formalarda rast gəlinir. Erqosterinləri ul-

trabənövşəyi  şüalarla  şüalandırdıqda  D  vitamininə 

çevrilir.  Balıq  yağında,  yumurta  sarısında,  süddə  və 

qaraciyərdə  var.  Çatışmadıqda  kalsium  və  fosfor  mü-

badiləsi pozulur və uşaqlarda raxit xəstəliyi əmələ gə-

lir.  Gündəlik  tələbat  400  beynəlxalq  vahidə  və  ya  10 

mkq-a bərabərdir. Beynəlxalq vahid (BV) olaraq erqo-

kalsiferolun 0,025 mikroqramı qəbul edilmişdir. Uşaq-

ların D vitamininə tələbatı yaşlılara nisbətən 2-2,5 dəfə 

çoxdur. 

Vitamin E - tokoferol – nəsil vitamini adlanır. Dən-

li  bitkilərin  özək  yağında  daha  çoxdur.  Çatışmadıqda 

dölsüzlük əmələ gəlir. Gündəlik tələbat 12-15 mq-dır. 

Vitamin  K  –  filloxinon  –  qanın  normal  laxtalan-

ması  üçün  vacibdir.  Bitki  mənşəli  məhsullarda  olur. 

Gündəlik  tələbat  təxminən  0,2-0,3  mq-dır.  K  vitamini 

bağırsaqlarda da sintez olunur. 

Qida  məhsullarının  tərkibində  onlara  dad,  tam  və 

rəng  verən  maddələrdən  üzvi  turşular  (sirkə,  süd, 

limon, alma, şərab, quzuqulağı, kəhrəba, qarışqa və s.), 

ə

tirli  maddələr,  fenol  birləşmələri  (aşı  maddələri), 



fitonsidlər,  qlükozidlər,  boya  maddələri  və  digər 

birləşmələr vardır.  

 

Maddi və mənəvi qida haqqında kəlamlar 

 

1.  Hər  bir  məhsulun  tərkibi  onun  qidası  ilə  bağlı 

olur. 



Yüklə 2,75 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   119




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə