Microsoft Word qurani-kerim-de-qida-kinci-n-r-2015. doc



Yüklə 2,75 Mb.
Pdf görüntüsü
səhifə7/119
tarix26.03.2018
ölçüsü2,75 Mb.
#34699
1   2   3   4   5   6   7   8   9   10   ...   119

 

22

2.  Qida  vacibdir,  onun  düz  qəbul  olunması  ondan 



da vacibdir. 

3.  Qida  enerjidir  –  istər  maddi,  istərsə  də  mənəvi. 

Maddi  qida  sən  üçündür,  mənəvi  isə  səndə  olan  sən 

üçündür. 

4.  Maddi  qida  insan  mexanizminin  işləməsi, 

mənəvi qida isə onun yetişməsi üçündür. 

5.  Qida  saman  deyil,  mədə  samanlıq.  Qida 

nemətin, mədə qismətin, həzmin halalın, ya da haramın. 

6.  Mədə qidanın Cəhənnəmidir. 



 

23

S L A M D A     H A L A L     V Ə     H A R A M L A R  



 

“Qurani-Kərim”in  10  surəsinin  44  ayəsində  halal 

və  haram  məhsullar  haqqında  Allah  kəlamları  buyrul-

muşdur. 


 

“Qurani-Kərim”də halal və haram haqqında ayələ

 

Sıra  

sayı 

Surənin 

nömrəsi 

Surənin 

adı 

Ayələrin nömrəsi 

2  


ə

l- Bəqərə 

168,172,173,267 

Ali - mran 



93 

ə



n-Nisa 

4,160 


ə



l-Maidə 

1,3,4,5,14,87,88,90,91,93,96 



6666 


ə

l-Ənam 


118,119,121,142-146,150 

ə



l-Əraf 

31,32,157 



10 


Yunus 

59, 60 


16 


ə

n- Nəhl 


5,10,11,14,66,67,114-117 

22 


ə

l- Həcc 


28,30 

10 

23 


ə

l-

Muminun 



51 

 

Müsəlman  olaraq  Allahın  buyurduqlarını  öyrənib 

yerinə  yetirməklə  məsuliyyət  daşıdığımız  kimi,  haram 

buyurduğu,  qadağan  etdiyi  şeyləri  öyrənib  onlardan 

uzaq durmağı da bilməliyik. Çünki öldükdən sonra di-

riləcəyimiz Axirət günündə hər iki mövzuda da sorğu-

suala  çəkiləcəyik.  Buna  görə  müsəlman  qardaşlarımı-

zın dinimizə görə haram olan şeylərlə böyük günahla-

rın  əhəmiyyətli  bir  qismi  haqqında  məlumatlarının  ol-

ması üçün öyrəndiklərimizdən və bildiklərimizdən aşa-

ğ

ıdakıları sizə təqdim edirik. 



Hər  şeydən  öncə  islamda  qida  məhsullarının  tə-

mizliyi və insan orqanizminə zərərsizliyi əsas götürül-




 

24

məklə onlar iki qrupa ayrılır: halal və haram hesab edi-



lən qida məhsulları. 

“Halal”  və  “haram”  dini  terminlərdir.  Yeyilib 

içilməsi və istifadə olunması qadağan olunmayan şeyə 



halal,  yeyilib  içilməsi  və  yerinə  yetirilməsi  qadağan 

olunan şeyə isə haram deyilir. 

Haram  olan,  yəni  qadağan  olunan  şeylərin  sayı 

məhduddur. Qadağan olunanların xaricindəkilər isə ha-

laldır.  Başqa  sözlə,  bir  şeyin  qadağan  olunduğu  bildi-

rilmirsə, o şey halaldır. 

Allah-Təala  yaxşı,  təmiz  və  insan  sağlamlığına 

faydalı olan şeyləri halal, pis, kirli və zərərli şeyləri isə 

haram  buyurmuşdur.  Bu  barədə  “Qurani-Kərim”in  bir 

çox surələrindəki ayələr diqqətimizi cəlb edir. 



“Ey  insanlar!  Yer  üzündəki  şeylərin  təmiz, 

halal olanlarını yeyin. . .” (əl-Bəqərə, 2/ 168). 

“Ey  iman  gətirənlər!  Sizə  verdiyimiz  ruzilərin 

(təmiz  və)  halalından  yeyin!  Əgər  Allaha  ibadə

edirsinizsə,  (bu  nemətlərə  görə)  Ona  şükür  edin!” 

(əl-Bəqərə, 2/172). 



“(Ya  Muhəmməd!)  Səndən  hansı  şeylərin  halal 

edildiyini  soruşsalar,  De:  Bütün  pak  nemətlər  sizə 

halal buyurulmuşdur. . .” (əl-Maidə, 5/4). 

“...(O Peyğəmbər) onlara yaxşı işlər görməyi bu-

yurar, pis işləri qadağan edər, təmiz (pak) nemətləri 

halal,  murdar  (napak)  şeyləri  haram  edər,  ...”  (əl-

Ə

raf, 7/157). 



(Müxtəlif zamanlarda ayrı-ayrı ümmətlərə göndər-

diyimiz  peyğəmbərlərə  belə  buyurduq:)

  “Ey  peyğəm-



bərlər!  Təmiz  (halal)  nemətlərdən  yeyin  və  yaxşı 

işlər görün! (Vacib və könüllü ibadətləri həm zahirən, 

həm də gizli, həmişə yerinə yetirin!

Mən,  həqiqətən, 




 

25

sizin nə etdiklərinizi bilirəm!” (əl-Muminun, 23/51). 



“De: Allahın sizə ruzi olaraq (göydən) nə endir-

diyini gördünüzmü ki, onun bir qismini haram, bir 

qismini  isə  halal  etdiniz?  De:  (Bunu  deməyə)  Allah 

Özü  sizə  izn  verdi,  yoxsa  Allaha  iftira  yaxırsı-

nız?”(Yunus surəsi, 10/59). 

Allah-Təalanın öz qullarına sonsuz məhəbbəti var-

dır.  Onların  ömürlərini  sağlam  sürmələri  və  narahat 

edəcək olan hər şeydən uzaq olmalarını istəyir. Bunun 

üçün, onlara zərərli bir şeyi əmr etməyəcəyi kimi, fay-

dalı  bir  şeyi  də  qadağan  etməz.  O,  nəyi  əmr  etmişsə 

bizə  xeyri  olduğu  üçün  əmr  etmiş,  nəyi  qadağan 

etmişsə bizə zərəri olduğu üçün qadağan etmişdir. 

Bunu bu şəkildə bilmək və beləcə inanmaq inamlı 

olmağın xüsusiyyətlərindən biridir. 

Allahın  halal  buyurduğu  şeylərə  haram  demək, 

haram  olaraq  bildiklərini  də  halal  qəbul  etmək  böyük 

günahdır, hətta kafirlikdir. 

“Qurani-Kərim”də belə buyurulmuşdur: 



“Ey  iman  gətirənlər!  Allahın  sizə  halal  buyur-

duğu  pak  nemətləri  (özünüzə)  haram  etməyin  və 

həddi  aşmayın.  Doğrudan  da,  Allah  həddi  aşanları 

sevməz”. (əl-Maidə, 5/87). 

“Diliniz (bizə belə əmr edildi deyə) yalana vərdiş 

etdiyi  üçün  (dəlilsiz-sübutsuz):  “Bu  halaldır,  o  ha-

ramdır!”  –deməyin,  çünki  (bununla)  Allaha  iftira 

yaxmış olursunuz. Allaha iftira yaxanlar (axirəəza-

bından

) nicat tapmazlar!” (ən-Nəhl, 16/116). 

Allahın  haram  buyurduğu  şeyə  halal  demək  nə 

qədər günahdırsa, halal olan bir şeyə haram demək də 

o qədər günahdır. Çünki Allah-Təala heç kimə halal və 

haram qılma səlahiyyəti verməmişdir. 



Yüklə 2,75 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   119




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə