Microsoft Word qurani-kerim-de-qida-kinci-n-r-2015. doc



Yüklə 2,75 Mb.
Pdf görüntüsü
səhifə15/119
tarix26.03.2018
ölçüsü2,75 Mb.
#34699
1   ...   11   12   13   14   15   16   17   18   ...   119

 

48

quru süd – 4; ərinmiş yağ – 1; rafinad şəkər – 0,2-0,4; 



toz şəkər – 0,14. 

Məhsullarda  su  sərbəst  və  birləşmiş  formada 

mövcuddur.  Sərbəst  su,  adından  məlum  olduğu  kimi 

məhsullarda  sərbəst  halda  rast  gəlir  və  bunu  məhsulu 

qurutmaqla  ondan  ayırmaq  mümkündür.  Sərbəst  su 

məhsulların toxumaarası şirəsində və diametri 10

-5

 sm-


dən  çox  olan  kapilyarlarda  yerləşir.  Sərbəst  suda  həll 

olmuş  halda  üzvi  və  mineral  maddələr  olur.  Sərbəst 

suyun  xüsusi  çəkisi  4

0

C  temperaturda  vahidə 



bərabərdir. 0

0

C-də donur.  



Birləşmiş  su  diametri  10

-5

  sm-dən  az  olan  mikro-



kapilyarlarda yerləşir və məhsulun başqa maddələri ilə 

az və ya çox dərəcədə birləşmiş olur. Bu su saxarozanı 

həll  etmir  və  çox  aşağı  temperaturda  (-71

0

C)  donur. 



Birləşmiş  suyun  xüsusi  çəkisi  adi  sudan  fərqli  olaraq 

1,2-1,7-dir. 

Içməli  suya  müəyyən  tələblər  verilir.  Suyun  key-

fiyyəti onun şəffaflığına, rənginə, dad və iyinə, mikro-

orqanizmlərlə  zədələnməsinə  və  həmçinin  onda  həll 

olmuş  kalsium  və  maqnezium  duzlarının  miqdarına 

(suyun  codluğuna)  görə  müəyyən  edilir.  Cod  suda 

yarma və tərəvəz pis bişir, çay yaxşı dəm almır. 

Suyun çirklənməsini təyin etmək üçün koli-titr və 

koli-indeks  müəyyən  edilir.  Suyun  ən  az  miqdarında 

bağırsaq çöplərinin tapılmasına koli-titr deyilir. Dövlət 

standartına  görə  içməli  suyun  koli-titri  300  ml-dən  az 

olmamalıdır.  Koli-indeks  isə  bir  litrdə  3  mikrobdan 

artıq  olmamalıdır.  Suyun  ümumi  quru  maddəsi  1000 

mq/litr,  ümumi  codluğu  7,0  mq-ekv/litrdən  çox  olma-

malıdır. 

Bəzi  elementlərin  miqdarı  1  litrdə  mq/l-lə  çox 




 

49

olmamalıdır:  qurğuşun  –  0,1;  arsen  (mışyak)  –  0,05; 



dəmir – 1,0; ftor – 1,5; manqan – 0,1; sink – 5,0; mis – 

3,0; berillium – 0,0002; selen – 0,05. Suyun pH-ı 6,5-

8,5 arasında olmalıdır. Pestisidlərin və politsiklik ətirli 

karbohidrogenlərin olmasına yol verilmir. 

Su haqqında yuxarıda deyilənlərdən aydın olur ki, 

doğrudanda susuz həyat yoxdur. Lakin biz suyun insan 

orqanizmi  üçün  əhəmiyyətini  və  bu  barədə  islami 

dəyərləri  daha  geniş  izah  etsək,  zənnimcə  oxucular 

üçün maraqlı olar. 

 

Təmiz içməli suyun üstün cəhətləri 

 

Təbiətdə  saf  suyu  tapmaq,  demək  olar  ki,  qeyri-



mümkündür. Saf su qoxusuz, dadsız və rəngsizdir, la-

kin  havadakı  karbon  qazı  suyun  içində  həll  olunmağa 

başladığı andan etibarən dadı pozulur. Təbiətdəki sula-

rın tərkibində yad maddə, ərimiş duzlar, qazlar, kimyə-

vi maddələr, xəstəlik yaradan və ya yaratmayan mikro-

orqanizmlər, torpaq, gil və s. mövcuddur. Bunların bir 

qismi  gözlə,  bir  qismi  də  dad  və  qoxu  ilə  müəyyən 

edilir. 


Orqanoleptik  xüsusiyyətləri.  Su  saxlanıldığı 

mühitdən  asılı  olaraq  bərk,  maye  və  qaz  halında  ola 

bilir.  Sıxlığı  əsasən  temperatura  bağlıdır.  Suyun  orqa-

noleptik  xüsusiyyətlərindən  temperaturu,  bulanıqlığı, 

şə

ffaflığı,  rəngi,  dadı,  qoxusu  olduqca  önəmlidir.  Iç-



məli  su  şəffaf,  rəngsiz,  qoxusuz  və  yaxşı  dada  malik 

olmalıdır. 



Suyun  temperaturu.  Suyun  özünəməxsus  dadı 

temperaturdan  asılıdır.  Konkret  istilik  dərəcəsi  söylən-

məsə də, ümumi olaraq içməli suyun temperaturu stan-



 

50

dartlara  (Azərbaycan  Respublikasında  içməli  suyun 



keyfiyyət  göstəriciləri  QOST  2874-82-nin  tələblərinə 

uyğun  təmin  edilir)  görə  7-11

0

C  arasında  olmalıdır. 



Daha isti sular dadsız ola bilir və temperaturu 20

0

C-dən 



artıq  olduqda  ürək  bulandırır.  Soyuq  sular  isə  mədə-

bağırsağın  selikli  qişasının  iltihablaşmasına  zəmin 

yaradır və bağırsaqda qidanın hərəkət etməsini məhdud-

laşdıraraq sancıya səbəb olur.  



Suyun  rəngi  haqqında  qərar  verə  bilmək  üçün 

suya  ancaq  süzüldükdən  sonra  baxılmalıdır.  Suyun 

rəngi  əsasən  orada  asılı  halda  mövcud  olan  üzvi  və 

qeyri-üzvi  maddələrdən,  eləcə  də  istehsalat  sularında 

həll  olmuş  kimyəvi  boyaların  olmasından  irəli  gəlir. 

Az  miqdarda  su  rəngsizdir,  qalın  təbəqə  halında  isə 

təbii  olaraq  rəngi  mavi  çalarlıdır.  Içməli  su  rəngsiz, 

qoxusuz və dadsız olmalıdır.  



Suyun  qoxusu.  Yaxşı  xüsusiyyətlərə  sahib  olan 

içməli su qoxusuzdur. Suyun qoxulu olmasına bir çox 

amillər  səbəb  olur.  Suya  qoxu  verən  amillər  mikroor-

qanizmlərin  fəaliyyəti,  ishal  və  sidik  qarışması,  üzvi 

maddələrin  ayrılması,  istehsalat  və  bu  kimi  müxtəlif 

tullantıların  qarışması  ola  bilər.  Eyni  zamanda,  dərin 

yeraltı  sularda  sulfatların  ayrılması  ilə  əmələ  gələn 

kükürdlü  hidrogen,  suların  içində  yaşayan  yosunlar, 

müxtəlif  mikroorqanizmlər  və  bəzən  də  suların  nəql 

edilmələrində  istifadə  olunan  boru  və  qablar  da  sudan 

qoxu  gəlməsinə  səbəb  olur.  Suların  dezinfeksiyasında 

istifadə olunan xlor və yod da suya özünəməxsus qoxu 

verir.  QOST  2874-82-yə  görə,  qoxu  5  ballı  sistemlə 

ölçülür  və  içməli  suyun  qoxusu  2  baldan  çox  olma-

malıdır. 

Suyun  dadı. Suyun dadı suda həll olmuş oksigen 



Yüklə 2,75 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   119




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə