Microsoft Word qurani-kerim-de-qida-kinci-n-r-2015. doc



Yüklə 2,75 Mb.
Pdf görüntüsü
səhifə16/119
tarix26.03.2018
ölçüsü2,75 Mb.
#34699
1   ...   12   13   14   15   16   17   18   19   ...   119

 

51

(O



2

)  və  karbon  (CO

2

)  qazının  tərkibindəki  digər  kim-



yəvi maddələrə və suyun istiliyinə, ya da soyuqluğuna 

görə dəyişir. Suyun turş, acı, duzlu ya da dadsız olma-

ması  arzu  edilir.  Su  dadını  dəyişdirməməli,  içildiyi 

zaman boğazda quruluq, qıcıqlanma və mədəyə ağırlıq 

verməməlidir.  Içməli  suyun  keyfiyyəti  və  dadı 

tərkibindəki  həll  olmuş  oksigen  və  karbon  qazının 

miqdarından  asılıdır.  Belə  ki,  1  litr  suda  20-50  mq 

qədər  qaz  ola  bilir.  Bunun  yarısı  CO

2

,  digər  yarısının 



üçdə biri oksigen və üçdə ikisi də azotdur.  

pH  dərəcəsi.  pH  suyun  turşuluğunu  və  ya  qələvi 

mühitini göstərən bir ölçüdür. Məhlulda olan [H]

+

 ionu 


konsentrasiyasını  ifadə  edir.  Saf  suda  [H]

+

  və  [H]



-

 

ionlarının miqdarı tarazlıqdadır və pH=7 olur. 



pH<7  şəraitində  mühit  turşu,  pH>7  şəraitində  isə 

mühit qələvidir. 

çməli  sularda  pH  göstəricisinin  6,5-8,5  olması 

tövsiyə edilir.  



Suyun  codluğu  onun  tərkibində  olan  kalsiumun 

miqdarından  asılıdır.  Buna  baxmayaraq,  codluq 

dərəcəsi  sudakı  kalsium  və  maqnezium  duzlarından 

irəli gəlir. Su bunları torpaqdan alır. Həll olmuş halda 

olan  kalsium  və  maqnezium  suyun  tərkibində  hidro-

karbonat,  sulfat  və  xlor duzları  və  ayrıca  az  miqdarda 

nitrat  duzları  halında  olur.  Xüsusilə  kalsium  hidrokar-

bonat və kalsium-sulfat suyun codluğunda əhəmiyyətli 

rol  oynayır.  Suyun  tərkibində  ən  çox  kalsium, 

maqnezium, sulfat və xlor duzlarına rast gəlinir. 

 

Canlı su 

 

Hamımız  suyun  canlıların  həyatında  ciddi  rol 



oynadığını,  əhəmiyyətini  və  su  itkisinin  nələrə  səbəb 


 

52

ola biləcəyini bilirik. Əslində həyatımız üçün bu qədər 



dəyərli  olan  sudan  maksimum  faydalanmaq  istərik. 

Amma  bunun  müqabilində  canlılar  üçün  ən  faydalı 

suyun hansı olduğunu bilmirik. 

Canlılar üçün ən faydalı su «canlı su» adlandırılan 

təbiətin  bizə  bəxş  etdiyi  təbii  qaynaq  suyudur.  Dağ-

lardan gələn ərimiş qar və  ya buzlaq suları, torpaqdan 

fısqıran  qaynaqlar,  kilometrlərcə  uzunluqda  təbii 

yataqlarda axan dəniz və çay suları  ən böyük canlı su 

mənbələridir. 

Canlı  su  sadəcə  susuzluğu  yatırtmaq  üçün  deyil, 

eyni zamanda canlılıq və şəfa verən sudur. 

 

Canlı suyun istifadə olunmasi şərtləri 

 

Suyun  orqanizmə  yararlı  olması  üçün  bəzi 



xüsusiyyətlərə malik olması vacibdir: 

-  təmiz olmalıdır; 

-  enerjili olmalıdır; 

-  oksigenlə (O

2

) zəngin olmalıdır; 



-  mineralla zəngin olmalıdır; 

-  pH  səviyyəsi  orqanizmdə  baş  verən  prosesləri 

tənzimləməlidir; 

-  molekulyar  quruluşu  kiçik  və  altıbucaqlı 

olmalıdır. 

Bu  gün  xalq  arasında  işlənən  “Su  qədər  ömrün 

olsun” ifadəsi təmiz, sağlam və nurlu ömrə işarədir. 

-  Suyu  içmək  üçün  ən  yaxşı  vaxt  yatmazdan 

ə

vvəl, yuxudan oyananda, yemək yeməzdən yarım saat 



ə

vvəl və ya bir saat sonra. 

-  Əgər  özünüzü  pis  hiss  edirsinizsə,  dərhal  su 

için. Su hamı üçün şəfaverici eliksirdir. Çox az şey ola 

bilər ki, insanın ruhuna qısa zamanda su qədər müsbət 



 

53

təsir etmiş olsun. 



- Günə bir stəkan su içərək başlayın. Bu böyrəkləri 

boşaltmağa və orqanizmin toksinlərdən azad olmasına 

yardım edəcək. 

- Gündə ən  azı səkkiz fincan (200x8=1600 ml) su 

için. 

- Ac deyilsinizsə,  yemək  yeməyin, onun  yerinə su 



için. 

- Özünüzü yaxşı hiss etmirsinizsə, dərman içməyə 

tələsməyin, əvvəlcə bir fincan su için. 

- Yemək zamanı su içməyin, yeməkdən yarım saat 

ə

vvəl və ya bir saat sonra için. 



- Yediyiniz  yeməklərlə  su  qəbul  edirsiniz,  çünki 

onların tərkibində də su vardır. 

- Stresli və narahat olduğunuz zaman bir fincan su 

için.  Su  sizin  bədəninizdəki  mayeni  və  duzu 

tənzimləyərək sakitləşmənizə yardım edəcək. 

- Düzgün qidalanmağa səy göstərin. 

- Çox çay, qəhvə və alkoqollu içkilər içməyin. Bu 

içkilər  sidikqovucu  olduqlarından  bədəndəki  suyun 

itkisinə səbəb olurlar. 

Hər  bir  insanın  gündəlik  su  ehtiyacları  müxtəlif 

amillərlə bağlıdır. 

1.  Çəki artdıqca insanın suya ehtiyacı artır. 

2.  Qidalanma  –  meyvə-tərəvəzlə  daha  çox 

qidalanan  insanların  suya  tələbi  quru  qidalarla 

qidalananlara nisbətən azdır. 

3.  Iqlim. 

4.  Fiziki aktivlik. 

5.  Xəstəliklər  –  məsələn,  yüksək  hərarət,  ishal  və 

qusma zamanı suya ehtiyac artır. 

6.  Səyahət zamanı su həyati əhəmiyyət kəsb edir. 




 

54

Su  itkisi  zamanı  qəbul  olunan  su  ilə  yanaşı 



mineralları da nəzərə almaq vacibdir. 

Orqanizmə lazım olan suyun miqdarının hesablan-

masında iki üsuldan istifadə olunur: 

1) Insan  bədəninin  kütləsinin  hər  kq-ı  32  qrama 

vurulur. Məsələn, 70x32=2240 ml. 

2) Gündəlik qəbul etdiyiniz hər kalori üçün 1 ml. 

Ə

gər  2500-3000  kalori  qəbul  edirsinizsə,  onda  2,5-3 



litr su içməniz vacibdir. 

Ə

gər çörək, kreker kimi quru qidalar yeyirsinizsə, 



isti  iqlimdə  yaşayırsınızsa,  müntəzəm  idman  edir  və 

sauna,  ya  da  buxar  vannası  qəbul  edirsinizsə,  həddən 

artıq su içməlisiniz. 

Gündə 8-10 dəfə sidiyə çıxmaq optimal miqdarda 

su içdiyinizin göstəricisidir. Hamilə qadınlar daha çox 

su  içməlidirlər.  Normada  qadın  hamiləlik  dövrü  öz 

çəkisini 12,5 kq artırır. Bunun 6-8 kq-ı sudan ibarətdir. 

Çox  zülal  və  duz  qəbul  etmə,  ishal,  tərləmə, 

hərarətli xəstəliklər, isti ərazidə yaşamaq və işləmək su 

tələbatını artırır. 

Su  çatışmamazlığından  ən  çox  əziyyət  çəkən 

orqanizmin aşağıdakı hissələridir: 

- immun sistemi; 

- ürək və qan dövranı sistemi; 

- həzm sistemi. 

Suyu necə içməli? 

1.  Yuxudan duran kimi iki fincan su içmək daxili 

orqanları fəallaşdırır. 

2.  Yeməkdən 30 dəqiqə əvvəl bir fincan su içmək 

həzmə yardım edir. 

3.  Hamama  girməzdən  əvvəl  bir  fincan  su  içmək 

qan təzyiqini normallaşdırır. 




Yüklə 2,75 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   119




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə