Microsoft Word qurani-kerim-de-qida-kinci-n-r-2015. doc



Yüklə 2,75 Mb.
Pdf görüntüsü
səhifə12/119
tarix26.03.2018
ölçüsü2,75 Mb.
#34699
1   ...   8   9   10   11   12   13   14   15   ...   119

 

38

Bu xəstəliyi B.Proteus bakteriyaları törədir. Donuz əti, 



ondan hazırlanmış məhsul və məmulatların işlənilməsi 

və satışı ilə məşğul olan ət kombinatı, kütləvi qida və 

ticarət şəbəkəsi işçiləri listeriozla yoluxurlar. 

K.V.  Bobrişevin  “Allah  bu  cür  müalicə  edir” 

adlı  kitabında  nəşr  edilmiş  elmi  arayışda,  donuz  əti 

yeyən  insanların  xərçəng  kimi  dəhşətli  bəla  ilə 

xəstələnmə  mexanizmi  barədə  informasiya  verilir. 

Aşağıda  həmin  kitabdan  qısaca  sitat  gətiririk:  “Dünya 

alimləri  donuz  hüceyrələrini  əsaslı  surətdə  tədqiq 

etdikdən  sonra  belə  bir  yekdil  rəyə  gəlmişlər:  yağlı 

donuz hüceyrəsi mədə şirəsində həll olmur, lakin insan 

orqanizmində  yığılaraq  sonradan  bədxassəli  şişə 

çevrilən yad cisim təşkil edir…” (K.V.Bobrişev, 1996, 

s.43). 


Oxucunu  yormamaq  üçün,  donuz  əti  vasitəsilə 

insanın  yoluxduğu  digər  xəstəliklərin  adını  sadalamı-

rıq. Bunlar, donuz ətindən qida kimi istifadə etmək və 

bunun  insan  üçün  nəticələri  ilə  bağlı  məlumatlar  idi. 

Donuz əti yeyən insanlar bunu da bilməlidirlər ki, do-

nuz  ətinin  fiziki  sağlamlığa  zərərli  təsiri  özünü  həmin 

an deyil, sonradan da biruzə verə bilər. 

Donuzların  öyrənilməsi  ilə  bağlı  tibb-biologiya 

elmlərinə aid bir sıra başqa məlumatlar da mövcuddur. 

Bunlardan bəzisini sadalayaq. 

Hüceyrə və molekulyar səviyyələrdə aparılan müa-

sir  tədqiqatlarla  sübut  olunmuşdur  ki,  donuz  toxumala-

rının  quruluşu  insan  toxumalarının  quruluşuna  çox  ya-

xındır. Bir çox göstəricilər, xüsusilə qanın tərkibi, həzm 

prosesinin  fiziologiyası,  hər  şeylə  qidalanmaq  və  s. 

cəhətdən  insana  digər  heyvanlara  nisbətən  donuz  daha 

çox yaxındır. Bu mənada yalnız meymunlar istisna təş-



 

39

kil edir. 



Doğumdan sonrakı ilk  günlərdə qadının süd vəzi-

lərindən xaric olan və körpənin immun sisteminin for-

malaşmasında mühüm rol oynayan süd, bala verən do-

nuzun südü ilə, demək olar ki, eyni aminturşu tərkibinə 

malikdir. 

Donuzlar,  insanlara  xas  olan  xəstəliklərlə  xəstə-

lənirlər.  Bu  zaman  onlar,  elə  insanları  müalicə  etmək 

üçün  istifadə  olunan  dərman  preparatları  ilə  (həm  də 

təxminən  eyni  dozalarda)  müalicə  oluna  bilər.  Bu  ox-

ş

arlıqdan  istifadə  edən  tədqiqatçılar,  yeni  yaradılan 



dərman preparatlarının dozasını ilk öncə donuzlar üzə-

rində sınaqdan keçirirlər. Radioaktiv və toksik maddə-

lərin  insan  orqanizminə  təsir  mexanizmi  və  nəticələri, 

donuzlar üzərində keçirilmiş təcrübələr  əsasında  öyrə-

nilmişdir. 

Donuzların  orqanizminə  alkoqolun  təsirinin  öyrə-

nilməsi  üzrə  tibbi-bioloji  təcrübələr  çox  maraqlı  nəti-

cələr  vermişdir.  Tədqiqatlar  göstərmişdir  ki,  həm  ca-

van,  həm  də  yaşlı  donuzlar  asanlıqla  və  heç  bir  məc-

buriyyət  olmadan  böyük  miqdarda  alkoqol  qəbul  edə 

bilirlər. 

Orqanizmlərində  alkoqola  qarşı  refleks  yaranmış 

“əyyaş  donuzlar”ın  davranışı  bu  cür  təsvir  edilir: 

“əyyaş  donuzlar  müəyyən  saatlarda  ayaqlarının  birini 

götürüb  digərini  qoyub  xortuldayır,  səbrsizliklə  spirt 

dolu  çanağı  gözləyirlər.  Həsrəti  çəkilən  içki  görünən 

kimi,  heyvanlar  öz  payları  uğrunda  mübarizəyə 

başlayır, sonra isə birlikdə bəxtəvər surətdə döşəmənin 

üstündə tir-tap uzanıb yatırlar”. 

Xroniki  “əyyaş  donuzlar”ı  öyrənən  alimlər 

müəyyən  etmişlər  ki,  alkoqol  donuzların  orqanizmini 



 

40

tədricən  dağıdır,  onların  ürək,  qaraciyər,  böyrək  və 



digər  orqanlarına  patoloji  təsir  göstərməklə  acınacaqlı 

nəticələrə gətirib çıxarır. 

Donuzlar üzərində aparılmış təcrübələrin nəticələri 

xroniki “əyyaş donuzlar”la xroniki əyyaş insanların hə-

rəkət və aqibətlərində olan bənzərlikləri nümayiş etdi-

rir. Donuza gəlincə, onun beyni bütün bədən kütləsinin 

cəmi 0,05%-ni təşkil etdiyindən, sərxoş vəziyyətdə öz 

davranışına  nəzarət  edə  bilmir  və  xroniki  əyyaşlığın 

təhlükəsini dərk etmir. Insan beyni isə bədən kütləsinin 

2%-ni  təşkil  etdiyindən,  o,  öz  davranışına  nəzarət 

etməli və özünü xroniki sərxoşluqdan çəkindirməli idi. 

Heç  olmazsa,  bu  fərqə  görə  şüurlu  insan  donuz  kimi 

içməməlidir.  Bunu  da  qeyd  etməyi  zəruri  sayırıq  ki, 

sistematik  surətdə  alkoqol  qəbul  edərək  öz  dav-

ranışlarında donuzlarla eyniyyət təşkil edən insanlar da 

az  deyillər,  çünki  onlar  böyük  Yaradanın  başqa  bir 

qadağasını pozurlar. “Qurani – Kərim”də həmin qadağa 

haqqında  belə  buyrulur:  “Ey  iman  gətirənlər!  Şərab 



da,  (içki  də),  qumar  da,  bütlər  də,  fal  oxları  da 

Ş

eytan  əməlindən  olan  murdar  bir  şeydir.  Bun-



lardan çəkinin ki, bəlkə, nicat  tapasınız!” (əl-Maidə, 

5/90). 

Oxucuda sual yarana bilər ki, donuz problemini nə 

üçün bu qədər dəqiqliklə araşdırırıq? 

Bu  suala  elə  Miçurinin  təcrübələrinə  istinad 

etməklə də cavab vermək olardı. Bu, həmin Miçurindir 

ki,  təbiətdən  bəxşişlər  gözləməyərək,  özü  də  ondan 

nəsə  alırdı,  həm  də  bu  nəsə  naməlum  bir  şey  olaraq 

qalmaqdadır…  Buna  görə  də  hal-hazırda  insanlar 

nəinki  faydası  olmayan,  hətta  çox  zaman  zərərli  olan 

müxtəlif  cür  hibrid  (Geni  dəyişdirilmiş  -  Ə-C.Ə.) 




Yüklə 2,75 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   119




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə