Microsoft Word qurani-kerim-de-qida-kinci-n-r-2015. doc



Yüklə 2,75 Mb.
Pdf görüntüsü
səhifə11/119
tarix26.03.2018
ölçüsü2,75 Mb.
#34699
1   ...   7   8   9   10   11   12   13   14   ...   119

 

35

bəzi tarixi faktları sadalayaq. 



Ev  donuzlarının  əcdadı  digər  vəhşi  heyvanlara 

nisbətən  insandan  daha  az  qorxan  vəhşi  qabandır. 

Qədim insanın əkdiyi müxtəlif bitkilər vəhşi qabanları 

ş

irnikləndirirdi. Insanların ciddi səylərinə baxmayaraq, 



vəhşi  qabanlar  öz  balaları  ilə  birlikdə  əkin  məhsulla-

rının  “gecə  oğrularına”  çevrildi.  Insanlar  donuz  bala-

larını  tutmağa,  çoxaltmağa  və  əhliləşdirməyə  başla-

dılar.  Qabanlar  qabaqlarına  çıxan  hər  şeyi  yediklə-

rindən  (onlar  palıd  qozası,  yabanı  bitkilərin  kökləri, 

həşərat, qurbağa, kiçik gəmiricilər, quş yumurtası və s. 

ilə  qidalanırlar)  onları  əhliləşdirmək  çətin  olmadı. 

Beləliklə,  vəhşi  qaban  indiki  donuza  çevrildi  və  ev 

heyvanları cərgəsində itdən sonra ikinci yeri tutdu. 

Qədim dövrlərdə Çin və Misirdə donuzlar müqəd-

dəs heyvan sayılırdı. Bu ölkələrdə donuzlar xoşbəxtlik 

və  firavanlıq  rəmzi  idi.  Fironların,  imperatorların  və 

kralların  sarayında  xüsusi  donuzabaxan  vəzifəsi 

mövcud idi. Yalnız dini və dövlət bayramlarında donuz 

ə

ti  yeməyə icazə verilirdi. Roma imperiyasında donuz 



ə

tinin  dadını  yaxşılaşdırmaq  üçün  kəsməmişdən  əvvəl 

donuza çaxır içirirdilər. 

Bəzi papius qəbilələrində isə hətta qadınlar donuz 

balalarına öz döşlərindən süd də verərdilər. Yeni Qvi-

neyada  yaşayan  papius  qəbilələri  arasında  donuza  pə-

rəstiş  halı  indiyə  kimi  qalmaqdadır.  Donuz  onlarda 

ailənin üzvü sayılır. Donuza adla müraciət edir, onunla 

söhbətləşir, danışırlar. Donuz xəstələndikdə,  yaxud şi-

kəst olduqda papiuslar kədərlənir və ağlayırlar. Papius-

lar  donuzu  öz  yedikləri  qidalarla  yemləyirlər.  Insan-

larla  donuzlar,  həmçinin  digər  heyvanlar  arasın-

dakı bu cür münasibətlər indi də bəzi başqa (hətta 



 

36

“mədəni”) xalqlarda mövcuddur.  

Lakin  insanlarla  donuzlar  arasındakı  “yaxşı”  mü-

nasibət,  donuz  əti  yeməklə  insanların  ağır  nəticələrə 

gətirib  çıxaran  (hətta  ölümlə  nəticələnən)  müxtəlif 

xəstəliklərə yoluxmaları ilə pozulmağa başladı. 

Insanların  mənafeyi  naminə  böyük  Yaradan, 

donuz  əti  yeməyi  onlara  qadağan  etdi.  Insanlara  bu 

qadağan  haqqında  hələ  Bibliyada  xəbər  verilmişdir: 

“Onların  ətini  yeməyin  və  leşlərinə  toxunmayın; 

onlar  sizin  üçün  murdardır”  (“Bibliya”,  “Levit” 

kitabı, 11:8). 

Lakin  təəssüf  ki,  insanlar  həqiqəti  anlamadılar, 

idraklarının  səsinə  qulaq  asmadılar  və  “öz  yolları”  ilə 

getdilər.  Həmin  yolun  hara  aparıb  çıxardığını  isə, 

gəlin,  birlikdə  araşdıraq.  Artıq  bu  gün  donuz  ətinin 

insan  orqanizminə  zərəri  barədə  inkaredilməz  elmi 

faktlar mövcuddur. Bu dəlillərdən bəzisini sadalayaq. 

Alimlərin  çoxsaylı  tədqiqatları  nəticəsində  müəy-

yən olunmuşdur ki, təkcə ev donuzunun deyil, qabanın 

da  ətini  yedikdə,  insan  trixinelyoz  kimi  ağır  xəstəliyə 

yoluxur.  Bu  xəstəliyin  törədicisi  donuz  orqanizmində 

yaşayan  “trixinella”  (Trishinella  spiralis)  adlı  parazit-

dir.  Yoluxmuş  donuz  ətini  yedikdən,  adətən  2-3  həftə 

sonra trixinelyoz xəstəliyi başlayır. Bu zaman bədənin 

hərarəti  xeyli  yüksəlir,  möhkəm  baş  ağrıları  və 

ə

zələlərdə  ağrılar  başlayır,  mədə-bağırsaq  pozuntuları, 



ürək-damar çatışmazlığı, ürəkbulanma, qusma, titrətmə 

müşahidə  edilir.  Xəstəliyin  daha  xarakterik  əlaməti 

üzün,  və  göz  dəliklərinin  şişməsinə  səbəb  olur  ki,  bu 

xəstəlik xalq arasında “şişkinlik” adlandırılır. 

Bunu  da  bilmək  vacibdir  ki,  donuz  ətindəki 

xəstəliktörədici «trixinellər» xarici təsirlərə qarşı xeyli 




 

37

davamlıdır.  Onlar  hətta  -10



0

C  temperaturda  dondurul-

muş  ətdə  belə  yaşayır.  Bir  vaxtlar  elə  hesab  edirdilər 

ki,  trixinellər  -35

0

C-dən  aşağı  və  +100



0

C-dən  yuxarı 

temperaturda məhv olur. Lakin müasir bioloji tədqiqat-

lar nəticəsində sübut olunmuşdur ki, bu cür tövsiyyələr 

tamamilə  səmərəsizdir,  çünki  ətdəki  trixinell  sürfə-

lərini heç bir üsulla məhv etmək mümkün deyil. 

Trixinell  sürfələri  üçün  yüksək  və  aşağı  tempera-

turlarda  istənilən  üsulla  emal  prosesləri  qətiyyən  qor-

xulu  deyil,  bu  mənada,  duzlama  və  hisəvermə  proses-

lərindən danışmağa belə dəyməz. 

Bəzən  hətta  ölümlə  nəticələnən  bu  cür  təhlükəli 

xəstəlikdən  yeganə  qorunma  üsulu  –  donuz  əti  yemə-

məkdir.  Trixineldən  başqa,  donuzların  bədənində  vi-

ruslar  da  yaşayır  və  çoxalır.  Ensefalit  (baş  beyin  ilti-

habı)  kimi  ağır  xəstəliyin  virusu  qansoran  həşəratlar 

vasitəsilə  donuzlardan  insanlara  ötürülür.  Yoluxucu 

ensefalit virusu çox kəskin ağırlaşmalara – üz və ətraf 

ə

zələlərinin  qıc  olmasına,  iflicə,  udma  və  tənəffüs 



pozuntularına, huşun itirilməsinə, psixi pozğunluqlara, 

çox vaxt isə ölümə səbəb olur. 

1999-cu  ilin  yazında  Malayziyada  yüksək  ölüm 

səviyyəsi ilə müşayiət olunan ensefalit epidemiyasının 

yayılması,  bu  mənada  çox  səciyyəvi  hadisədir.  Ölkə 

hökuməti  əlverişsiz  bölgələrdəki  bütün  donuzların 

məhv  edilməsi  haqqında  qərar  qəbul  etdi.  Bu  zaman 

400000-ə yaxın donuz məhv edildi. Əlbəttə, bu, dövlət 

üçün  böyük  maddi  zərər  idi.  Amma  bütün  əhalisi 

Yaradanın  qadağanlarına  riayət  edən  bir  ölkədə  belə 

hadisələr baş verə bilməz. 

Donuz  vasitəsilə  insanın  yoluxduğu,  bundan  heç 

də az təhlükəli olmayan digər xəstəlik isə listeriozdur



Yüklə 2,75 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   119




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə