Microsoft Word qurani-kerim-de-qida-kinci-n-r-2015. doc



Yüklə 2,75 Mb.
Pdf görüntüsü
səhifə9/119
tarix26.03.2018
ölçüsü2,75 Mb.
#34699
1   ...   5   6   7   8   9   10   11   12   ...   119

 

29

Donuz  ətinin  haram  buyurulmasının  səbəbləri 



yalnız  bizim  bu  gün  bildiklərimizdən  ibarət  deyildir. 

Bəlkə,  zaman  keçdikcə  yeni-yeni  səbəbləri  də  öyrə-

nəcəyik. Hətta öyrənə bilməyəcəyimiz səbəblər də ola 

bilər.  Ancaq  qəti  olaraq  bildiyimiz  və  inandığımız  bir 

ş

ey  vardır  ki,  o  da  Allah  Təbarəkə  Təalanın  haram 



buyurduğu hər şeyin bizə zərərli olduğudur. 

2. Allahdan başqasının adına kəsilən heyvan. Əti 

yeyilən heyvan kəsilirkən Allahın adı ilə – “Bismillah, 



Allahü  Əkbər”  deyilərək  kəsilir.  Bu,  bir  növ  heyvanı 

yaradan  və  bizim  istifadə  və  xidmətimizə  verən  ulu 

Yaradandan icazə almaq deməkdir. Bu icazə alınmadan 

heyvan  kəsilə  bilməz.  Ancaq  yaddan  çıxdığı  üçün, 

Allahın adı deyilmədən kəsilmişsə, zərəri yoxdur. 

Allahdan  başqasının  adı  deyilərək  və  xatırlanaraq 

kəsilən heyvan əti yeyilməz. 

3. Leş, qaydalara uyğun olaraq kəsilmədən ölə

heyvan.  Boğulmuş,  daş,  dəyənək  və  bu  kimi  şeylərlə 

vurularaq,  başqa  heyvanlar  tərəfindən  buynuzlanaraq 

öldürülmüş,  canavarların  yarısını  yeyib  atdığı  hey-

vanlar da özü ölmüş heyvanlar kimi qiymətləndirilir və 

yeyilə  bilməz.  Ancaq  bunlar  ölməmişdən  qabaq  kə-

silsə, yeyilə bilər. 



4.  Qan.  Kəsilmiş  heyvanın  vücudundan  axan  qan 

yeyilməz. Ancaq dalaq və ciyər kimi orqanlarda qalan 

qan axmış sayılmaz, dalaq və ciyərlə yeyilə bilər. 

Bu haqda “Qurani-Kərim”də belə buyurulur: “Ölü 



(kəsilmədən ölüb murdar olmuş)

  heyvan,  qan,  donuz 

ə

ti,  Allahdan başqasının  adı ilə  (bismillah demədən) 



kəsilmiş, boğulmuş (küt alət və ya silahla) vurulmuş

(bir  yerdən)

  yıxılaraq  ölmüş,  (başqa  bir  heyvanın 

buynuzu  ilə)

  vurulub  gəbərmiş,  vəhşi  heyvanlar 


 

30

tərəyindən  parçalanıb  yeyilmiş  –  canı  çıxmamış 



heyvanlar  müstəsnadır  –  dikinə  qoyulmuş  daşlar 

(bütlər  və  ya  Kəbənin  ətrafındakı  bütpərəst  qurban-

gahlar)

 üzərində kəsilmiş heyvanlar və fal oxları ilə 

pay  bölmək  sizə  haram  edildi.  Bunlar  günahdır... 

Kim  aclıq  üzündən  naçar  qalarsa,  (çətinliyə  düşər-

sə

),  günaha  meyl  etmək  niyyətində  olmayaraq  (zə-

rurı ehtiyacını ödəyəcək qədər bu haram ətlərdən yeyə 

bilər). 

Həqiqətən,  Allah  bağışlayandır,  rəhm  edən-

dir!”. (əl-Maidə, 5/3). 

Burada  əti  yeyilən  və  yeyilməyən  heyvanlar  haq-

qında məlumat vermək faydalı olar. 

 

Ə

ti yeyilən və yeyilməyən heyvanlar 

 

Ə

ti  yeyilən  və  yeyilməyən  heyvanlar:  suda  yaşa-



yanlar,  quruda  yaşayanlar  və  suda-quruda  yaşayanlar 

olmaq üzrə üç yerə bölünür. 



1. Yalnız suda yaşayan heyvanlar. Balıq da daxil 

olmaqla  suda  yaşayan  bütün  heyvanların  əti  yeyilir. 

Hənəfi  məzhəbində  balıqdan  başqa  suda  yaşayan  digər 

heyvanların əti yeyilməz. Ancaq suda öz-özünə ölüb su 

üstündə tərsinə yatan heyvan, balıq belə olsa, yeyilməz. 

2.  Yalnız  quruda  yaşayan  heyvanlar.  Quruda 

yaşayan heyvanlar üç yerə bölünür: 



Birincilər: çəyirtkə, milçək, qarışqa, hörümçək, arı, 

ə

qrəb və başqa zəhərli həşəratlar kimi heç qanı olmayan-



lardır.  Bunlardan  sadəcə  çəyirtkə  yeyilə  bilər,  digərləri 

yeyilə bilməz. Çünki bunlar insanın iyrəndiyi varlıqlardır. 



Ikincilər: ilan, kərtənkələ, gənə, bit və siçan kimi 

yer həşəratları, kirpi, yabanı siçan və bunun kimi qanı 

axmayan  heyvanlardan  ibarətdir.  Bunlar  zəhərli  ol-

duğu,  insanların  iyrəndiyi  və  Peyğəmbərimiz  tərəfin-




 

31

dən öldürülməsi əmr edildiyi üçün yeyilməz. 



Üçüncülər:  qanı  axan  heyvanlardır.  Bunlar  da 

ə

hilləşdirilmiş  və  vəhşi  olmaq  üzrə  iki  yerə  bölünür. 



Ə

hilləşdirilmişlərdən  dəvə,  inək,  camış,  keçi,  toyuq, 

qaz, ördək, göyərçin halaldır, əti yeyilə bilər. 

Qatırla  eşşəyin  əti  yeyilmir.  Atın  əti  yeyilə  bilər, 

ancaq bu heyvan minik vasitəsi olduğu və ondan müha-

ribələrdə istifadə olunduğu üçün yeyilməsi məkruhdur. 

It və samurun əti yeyilmir. 

Vəhşi heyvanlara gəlincə, onlardan: aslan, pələng, 

qurd, ayı, fil, meymun, pars və çaqqal kimi kəsici diş-

ləri  olan  və  yırtıcı  heyvanlarla  birlikdə  şahin,  tərlan, 

qartal və bayquş kimi pəncələri ilə ov edən heyvanların 

ə

ti yeyilmir. 



Kəsici dişləri və  yırtıcı pəncələri olan bu heyvan-

lardan  başqa  vəhşi  maral,  vəhşi  inək  və  eşşək  kimi 

heyvanların əti yeyilir. 

Dovşan  əti  halaldır.  Bunun  kimi  yırtıcı  pəncələri 

olmayan  göyərçin,  sərçələrin  bütün  növlərinin,  durna 

və buna bənzər yabanı quşların da əti yeyilir. 



3.  Həm  suda,  həm  də  quruda  yaşayan  heyvan-

lar.  Həm  suda,  həm  də  quruda  yaşayan  tısbağa,  xər-

çəng, ilan, timsah, suiti və buna bənzər heyvanların əti 

yeyilmir. 

 

Içkilərdən haram olanlar 

 

1. Içki, azı və ya çoxu sərxoşluq meydana gətirən 

içilən  mayedir.  Içki  haramdır.  “Qurani-Kərim”də  belə 

buyurulmuşdur: “Ey  iman  gətirənlər!  Şərab  da  (içki 

də)

,  qumar  da,  bütlər  də,  fal  oxları  da  Şeytan 

ə

məlindən olan murdar bir şeydir. Bunlardan çəki-



nin ki, bəlkə nicat tapasınız!” “ Şübhəsiz ki, Şeytan 


Yüklə 2,75 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   119




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə