Microsoft Word qurani-kerim-de-qida-kinci-n-r-2015. doc



Yüklə 2,75 Mb.
Pdf görüntüsü
səhifə5/119
tarix26.03.2018
ölçüsü2,75 Mb.
#34699
1   2   3   4   5   6   7   8   9   ...   119

 

16

müyün  tərkibinə,  dəmir  qan  hemoqlobininin  tərkibinə 



daxil  olur.  Kalium  ürəyin  işini  yaxşılaşdırır,  maqne-

zium əzələ və sinir sisteminin fəaliyyəti üçün vacibdir. 

Natrium  və  xlor  xörək  duzu  şəklində  qəbul  edilir  və 

mədə şirəsinin tərkibinə  daxil olmaqla qidanın həzmi-

nə və mənimsənilməsinə kömək edir. Cu və Co qanın 

ə

mələ  gəlməsində,  F  və  Mn  dişlərin  formalaşmasında 



iştirak edir. 

Insanın  əsas  mineral  maddələrə  gündəlik  tələbi 

orta  hesabla  mq-la  aşağıdakı  kimidir:  P  –  1000-1500; 

Ca – 800-1000; Fe – 15-20; K – 2500-5000; Mg – 300-

500; J – 0,1-0,2 və s. 

Bəzi  yeyinti  məhsullarında  Zn,  As,  Hg,  Pb,  Cu  və 

Sn olub-olmaması müəyyənləşdirilir. Çünki bu element-

lər zəhərlidir. Standartlarda bir kq məhsulda 5-10 mq-a 

qədər  mis,  500  mq-a  qədər  sink  və  200  mq  qalay  ol-

masına icazə verilir. Qurğuşun, civə və arsen duzlarının 

olmasına normativ-texniki sənədlərdə yol verilmir. 

Karbohidratlar 3 qrupa bölünür: monosaxaridlər, 

oliqosaxaridlər və polisaxaridlər. 



Monosaxaridlərə

  qlükoza  –  üzüm  şəkəri,  fruk-



toza – meyvə şəkəri və digərləri aiddir. 

Oliqosaxaridlərə 

saxaroza-çuğundur  şəkəri,  mal-

toza-səməni  şəkəri,  laktoza-süd  şəkəri,  treqaloza-gö-

bələk şəkəri və digərləri aiddir.  



Polisaxaridlərə

 nişasta, inulin, qlikogen, sellüloza, 

hemisellüloza və digərləri aiddir.  

Nişasta  –  bitkilərin  mühüm  ehtiyat  maddəsidir. 

Dənli  bitkilərdə  60-75%,  kartofda  12-25%,  çörəkdə 

43-56% nişasta olur. 

Sellüloza  –  təbiətdə  ən  çox  yayılmış  üzvi 

maddədir.  Sellüloza  mədə-bağırsaq  sistemində  həzm 




 

17

olunmur,  lakin  gündəlik  qidanın  tərkibində  2-5  q 



olması  fizioloji  norma  hesab  edilir.  Mədə-bağırsaq 

sistemində qidanın hərəkətini sürətləndirir.  



Lipidlər  –  qrupuna  yağlar,  mumlar,  fosfoqlise-

ridlər, steroidlər və s. bu kimi suda həll olmayan, lakin 

həlledicilərdə  həll  olan  maddələr  aiddir.  Yağlar  başqa 

lipidlərdən  fərqli  olaraq  ərzaq  mallarının  tərkibində 

daha çox olur. 

Orta  yaşlı  insan  gündə  80-100  q  yağ  qəbul  etmə-

lidir.  Bunun  20-30  q  bitki  yağından,  25-30  q  isə  süd 

yağından  (kərə  yağı)  ibarət  olmalıdır.  Ümumiyyətlə 

40% heyvanat, 30% bitki, 30% isə bitki yağı əsasında 

hazırlanmış  mətbəx  və  marqarin  yağı  təşkil  etməlidir. 

Doymamış yağ turşuları 3-6, fosfatidlər 5 və xolesterin 

0,3-0,6 q qəbul edilməlidir. 

Kimyəvi tərkibinə görə yağlar üç atomlu spirt qli-

serinlə  yağ  turşularının  mürəkkəb  efirləridir.  Yağ  tur-

ş

uları doymuş və doymamış olur. Doymuş yağ turşula-



rından  kapron,  miristin,  palmitin,  stearin  və  araxin; 

doymamış  yağ  turşularından  olein,  linol  və  linolen 

misal göstərilə bilər. Yağın tərkibində doymuş yağ tur-

ş

uları  çox  olduqca,  onların  ərimə  və  donma  tempe-



raturu  yüksək  və  mənimsənilməsi  nisbətən  aşağı  olur. 

Yağda  doymamış  yağ  turşuları  çox  olduqda  maye 

konsistensiyaya  malik  olmaqla  orqanizmdə  asan 

mənimsənilir. 

Yeyinti  məhsullarından  süddə  3-4%,  yumurtada 

12%, qərzəkli meyvələrin ləpəsində 60%-ə qədər, bitki 

yağında 98%, ərinmiş yağda 99% xalis yağ vardır. 

Azotlu  maddələr  –  ərzaq  mallarında  rast  gələn 

maddələrdən ən mürəkkəbidir. Zülali və zülalsız azotlu 

maddələr  vardır.  Zülallar  bütün  canlı  orqanizmin 



 

18

ə



sasını  təşkil  etdiyindən  onlarsız  həyat  yoxdur.  Orta 

yaşlı insan  gündə 80-100 q, fəal fiziki əməklə  məşğul 

olduqda isə 120 q zülal istehlak etməlidir ki, bunun da 

50-60%-ni heyvani zülal təşkil etməlidir. 

Zülali maddələrin əsasını aminturşuları təşkil edir. 

Təbiətdə  150-dən  çox  aminturşusu  tapılmışdır.  Bunla-

rın 20-i zülalların tərkibinə daxildir. 8 aminturşu əvəz-

edilməzdir  və  mütləq  qəbul  olunan  qidanın  tərkibində 

olmalıdır.  Qalan  aminturşuları  isə  orqanizmdə  sintez 

oluna bilir. Əvəzedilməz aminturşularına sutkalıq tələb 

q-la  aşağıdakı  kimidir:  valin  –  3-4;  leysin  –  4-6; 

izoleysin

 – 3-4; lizin – 3-5; metionin – 2-4; treonin – 2-

3; triptofan – 1; fenilalanin – 2-4. 

Zülallar sadə – proteinlər və mürəkkəb – proteidlər 

qruplarına bölünür. 

Sadə zülallara – albuminlər (suda həll olur), qlo-

bulinlər

 (neytral duzların məhlulunda həll olur), prola-



minlər

 (spirtdə həll olur), qlyutelinlər (zəif qələvi məh-

lulunda  həll  olur),  histonlar  və  s.  aiddir.  Albumin-

lərdən  yumurtada  –  ovoalbumin,  süddə  laktoalbumin

buğdada  leykozin  zülalları  vardır.  Qlobulinlərdən  ətdə 

miozinogen

,  süddə  laktoqlobulin,  kartofda  tuberin, 

noxudda lequmin zülalı var. Prolaminlərdən buğdadakı 

qliadin

,  qarğıdalıdakı  zein,  vələmirdə  avenin,  qlyute-

linlərdən buğdada qlyutelin, qarğıdalıda orizenin var. 

Mürəkkəb  zülallar  –  proteidlər  zülalsız  hissənin 

kimyəvi təbiətindən asılı olaraq fosfoproteidlər, qlikop-



roteidlər,  lipoproteidlər,  xromoproteidlər  və  nuklep-

roteidlər

  qrupuna  ayrılır.  Fosfoproteidlərdə  fosfor  tur-

ş

usu, qlikoproteidlərdə karbohidratlar, lipoproteidlərdə 



yağ,  nukleproteidlərdə  isə  həyat  üçün  vacib  sayılan 

ribonuklein və dezoksiribonuklein turşuları vardır. 




Yüklə 2,75 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   119




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə