Microsoft Word qurani-kerim-de-qida-kinci-n-r-2015. doc



Yüklə 2,75 Mb.
Pdf görüntüsü
səhifə14/119
tarix26.03.2018
ölçüsü2,75 Mb.
#34699
1   ...   10   11   12   13   14   15   16   17   ...   119
    Bu səhifədəki naviqasiya:
  • Qeyd

 

44

Qeyd:  “Donuz  ətini  yemək  niyə  haramdır?” 

başlığı altında verilən məlumatlar tibb.e.n. R.Haşımov, 

fəlsəfə  e.n.  G.  Sarıyev  və  əczaçılıq  e.n.  S.Tağıyevin 

imzaları ilə “Camaat” qəzetində (11 oktyabr 2002-ci il, 

 15) nəşr olunan materialından götürülmüşdür. 



 

Haram və halallıq haqqında kəlamlar 

 

1.  Haram  atanın  sülbündə  formalaşan  virusdur. 

Onun  kökü  qidayla  gələr  və  nəsillərdə  özünü  biruzə 

verər.  Onun  nəticəsi  isə  ağır  olar.  Haramdan  özünüzü 

qoruyun. Haram olan bina da özünü biruzə verər. 

2.  Haram  öz  sahibinin  arxasınca  Cəhənnəmdən 

gələn oddur. 

3.  Haram boğazı yandırmazsa, bədəni mütləq   

yandırar. 

4.  Haram heyvani nəfsi alışdıran oddur. 

5.  Haram  sahibinin  mülkü  çayda  üzən  buza 

bənzər. 


6.  Azğınlığın  kökü  haramdan  doğar  və  o  insanı 

heyvani hisslərlə yaşadıb Cəhənnəm sakini edər. 

7.  Kazino – yaşlı körpələrin oyuncaq yeri. 

8.  Başqasının  halal  malına  göz  dikənlər  öz 

ruzilərini itirərlər və həşərata bənzərlər. 

9.  Harama haqq deyib onu zorla və ya hiylə ilə al-

maq Allaha, Peyğəmbərinə və Qurana qarşı çıxmaqdır. 

10.  Haramla qurulan dövlət haramla dağılar. 

11.  Bütün  mülkiyyət  Allahındır,  onu  mənim-

səmək isə Ondan oğurluq etmək kimi qiymətləndirilir. 

12.  Faizli  müamilə  və  sələm  sizi  qul  edər  və 

Allah tərəfindən lənətlənərsiniz. 

13.  Faizin  bərəkəti  küləyin  sovurduğu  külə, 

yeyənin  aqibəti  isə  Cəhənnəm  odunda  yanan  oduna 




 

45

bənzər. 



14.  Ey  insanlar!  Ikiüzlülük  etməyin.  Sizdən 

bəziləriniz 

özünüzü 

müsəlman 

adlandırır 

və 


yaxınlarınızı  haramla  yad  edib  onlar  üçün  Allahdan 

rəhmət, cansağlığı və  gözəl gələcək diləyərək necə də 

çirkin və qəbuledilməz bir işə əl atırsınız. Allah haramı 

sevməz və qəbul etməz! 

15.  Şeytana xidmət harama sövq etməkdir. 

16.  Haram  insanın  əqlini  aparan  heyvani 

xislətdir. 

17.  Haramdan nicatın sənin iradən və tövbəndir. 

18.  Haram sizi imandan uzaq edər, imansızlıq isə 

sizi  zalimlik,  yaltaqlıq,  qorxaqlıq,  ikiüzlülük  və  ən 

alçaq işlər görməyə vadar edər, bu da sizə və nəslinizə 

bu  dünyada  rüsvayçılıq,  axirətdə  isə  sizə  əzabdan 

başqa bir şey verməz. 

19. Allahı  yalnız  mağarda  xatırlamaq,  sizi  imansız-

lığa və ikiüzlülüyə aparar. Unutmayın ki, Allahsız – ya-

ranış, həyat, axirət və bu vaxtda görülən bütün işlər ha-

ram sayılır və sizi axirət nemətlərindən məhrum edər. 

20.  Halallığın  açarı  “Bismillahir-rəhmanir-rəhim” 

kəlməsidir. 

21.  Allahdan  xeyir-duası  alınmamış  hər  bir  iş 

haram sayılar və Allah tərəfindən qəbul olunmaz, hətta 

yaxşı iş olsa da belə. 

22.  Gördüyün iş,  yediyin qida Allahın neməti və 

qüdrətidir.  Ondan  izn  almağı  unutma,  yoxsa  oğrular-

dan olarsan. 

23.  Halal  samandan  da  incə,  haram  isə  yanan 

oddur. 

24.  Halallıqla qurulan ev dağılmaz. 



25.  Səni imana gətirən halal zəhmətindir. 


 

46

26.  Zəhmət üzükdürsə, halallıq onun qaşıdır. 



27.  Bismillahsız  görülən  hər  bir  işdə  şeytan  sizə 

şə

rik olar; özünüzü və nəslinizi ondan qoruyun. 



 28. Halal qazanc ikidir, biri səni axtarar, o birinin 

arxasınca sən  gedərsən,  zor və hiylə ilə qazanc  haram 

sayılar və sizi halal ruzidən məhrum edər. 

 

 




 

47

S US U Z     H Ə Y AT     Y O X D U R 



 

 

Insan  bədəninin  orta  hesabla  65-70%-i  sudan 

təşkil  olunmuşdur.  Beynin  80%-i,  qanın  83-90%-i, 

ə

zələlərin  75%-i,  piy  toxumasının  20%-i,  sümüklərin 



22-24%-i sudan ibarətdir. Odur ki, orqanizmin sağlam 

olmasını  nizamlamaq  üçün  gün  ərzində  müəyyən 

miqdarda su qəbul etmək lazımdır. 

Insan sutkada bədəninin kütləsinin hər kq-na 40 q 

su qəbul etməlidir. Deməli, orta çəkili (70-75 kq) insan 

gündə  2800-3000  ml  su  istehlak  etməlidir.  Insanın 

suya  tələbatı  onun  əməyinin  xarakterindən  və  iqlim 

şə

raitindən  asılıdır.  Gündəlik  su  normasının  bir 



hissəsini  (1000-1200  ml)  insan  çay,  qəhvə  və  başqa 

içkilərin  hesabına,  bir  hissəsini  (500-600  ml)  duru 

xörəklərlə,  bir  hissəsini  (600-700  ml)  çörək,  meyvə-

tərəvəz və başqa bu kimi məhsullarla qəbul edir. Bun-

lardan  başqa  orqanizm  üzvi  maddələrin  oksidləşmə-

sindən  gündə  300-400  ml  su  əldə  edir.  Çünki,  100  q 

yağın  toxumadaxili  oksidləşməsindən  107  ml,  100  q 

karbohidratın  oksidləşməsindən  55  ml,  100  q  zülalın 

oksidləşməsindən  isə  41  ml  su  əmələ  gəlir.  Insan 

orqanizmindən  suyun  xaric  olunması  böyrək  (1,5  l), 

bağırsaq  (0,15  l),  dəri  (0,6  l)  və  ağciyər  (0,35  l) 

vasitəsilə baş verir. 

Qida məhsullarında suyun faizlə miqdarı aşağıdakı 

kimidir: kartof – 67-83; xiyar – 95; alma – 83-88; bərk 

qabıqlı meyvələr – 6-14; süd – 87-90; ət – 58-74; balıq 

– 62-84; pendir – 42-52; çörək-kökə məmulatı – 34-51; 

kərə yağı – 16-20; kartof nişastası – 20; bal – 22; un – 

13-15;  yarma  –  12,5-15,5;  çay  –  7;  kakao  tozu  –  6; 




Yüklə 2,75 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   119




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə