Microsoft Word qurani-kerim-de-qida-kinci-n-r-2015. doc



Yüklə 2,75 Mb.
Pdf görüntüsü
səhifə13/119
tarix26.03.2018
ölçüsü2,75 Mb.
#34699
1   ...   9   10   11   12   13   14   15   16   ...   119

 

41

meyvələr  yeyirlər.  Bu  barədə  də  sübutlar  istənilən 



qədərdir. 

Insanın  təbiət  üzərindəki  təcrübələrinin  mümkün 

olan  məhvedici  nəticələri  barədə  müəyyən  aydınlıq 

yaratmaq üçün daha bir nadir təcrübə ilə tanış olaq və 

onun  nəticələri  üzərində  düşünək.  Elmi  ədəbiyyatda 

təqribən  20-25  min  növü  əhatə  edən  birhüceyrəlilər 

üzərində aparılmış təcrübələr barədə məlumatlar möv-

cuddur. Təcrübə, bir növün digər növ ilə yemlənməsin-

dən  ibarət  idi.  Nəticə  heyranedici  oldu:  digər  növdən 

olan birhüceyrəlini yemiş birhüceyrəlidə, öz «yem»inə 

məxsus irsi əlamətlər əmələ gəlmişdi. 

Bundan  nə  nəticə  çıxarmaq  olar?  Məntiq  sadə, 

nəticə  isə  birmənalıdır:  bir  fərdin  özünəbənzər  digər 

fərdi  yeməsi  ilə  irsi  əlamətlərin  bir  fərddən  digərinə 

ötürülməsi  baş  vermişdi.  Bu  zaman  xromosomlar 

həzmetmə  prosesində  qida  məhsullarının  mənimsənil-

məsi ilə ötürülürdü. Birhüceyrəli orqanizmlər üzərində 

aparılmış təcrübənin və birhüceyrəlilər arasındakı qar-

ş

ılıqlı  münasibətlərin  modelini  mürəkkəb  sistemli  or-



qanizmlər,  xüsusi  halda  insan  və  donuz  orqanizmləri 

üzərinə köçürək və fərziyyə irəli sürək: “Insanlara do-



nuz  əti  ilə  qidalanmaq,  donuzların  orqan  və  toxu-

malarını  transplantasiya  etmək  qadağan  olunma-

lıdır,  çünki  bu  zaman  gen  mutasiyası  təhlükəsi 

mövcuddur”. 

Donuz  əti  yeyənlərin  çoxu  bu  mövqe  ilə  razılaş-

mayaraq belə bir əks-müddəa irəli sürə bilər ki, “onda, 

mal əti, qoyun əti, toyuq və s. də yemək olmaz”. Lakin 

bu, qətiyyən belə deyil. 

Ə

lbəttə,  inək,  qoyun,  toyuq  orqanizmlərində  də 



hər cür parazitlər əmələ gəlir. Lakin onlar termik emal 


 

42

zamanı  məhv  olur.  Lakin  donuz  parazitləri  – 



trixinellər,  qeyd  edildiyi  kimi,  emal  zamanı  məhv  ol-

mur.  Hətta  əgər  donuz  parazitləri,  donuz  ətinin  emalı 

prosesində  məhv  edilsəydilər  belə,  donuz  orqanlarının 

köçürülməsi  zamanı  həmin  parazitlər  məhv  olmazdı, 

çünki transplantasiyada praktiki olaraq canlı toxumalar 

köçürülür. 

Amma məsələ tamamilə başqa şeydədir. Araşdırı-

lan  məsələnin  əsasını  belə  bir  sual  təşkil  edir:  bəlkə 

donuzların  orqan  və  toxumaları  vasitəsilə  ksenotrans-

plantasiya problemlərinin həllinə yönəldilmiş metod və 

vasitələr axtarmaq lazımdır? Zənnimcə, bu lazım deyil. 

Ə

ldə  olan  əsas  –  çoxsaylı  elmi  tədqiqatlardan  görün-



düyü kimi, insan və donuzların genetik kodlarının bir-

birinə  çox  oxşar  olmasıdır.  Dünyada  bircə  nəfər  alim 

tapmaq  mümkün  deyildir  ki,  bu  cür  riskli  təcrübələr 

zamanı  mutasiya  prosesinin  imkansızlığına  təminat 

versin. 

Bunlar, belə demək mümkünsə, sırf bəşəri mülahi-

zələrdir və onlarda səhv də ola bilər, 100%-lik təminat 

yoxdur. Lakin məsələ insanın düşüncəsinə yox, böyük 

Yaradanın  buyurduqlarına  aid  olduqda,  bəşəri  müla-

hizə və hərəkətlərdə risk mənasızdır. 

Böyük  Yaradanın  Quran  və  Bibliyadakı  sözlərini 

oxuculara  bir  daha  xatırladırıq:  “…  Donuz  əti…  sizə 



haram  edildi…”  (“Qurani  -  Kərim”,  “əl-Maidə” 

surəsi, 3-cü ayə). “Onların ətini yeməyin və leşlərinə 



toxunmayın, 

onlar 

sizin 

üçün 

murdardır” 

(“Bibliya”, “Levit” kitabı, 11:8). 

Oxuculara  xatırladaq  ki,  bunlar  Allahın  bütün  bə-

şə

riyyətə və bütün zamanlar üçün buyurduğu sözlərdir. 



“Ilahi  əczaxananın  dərmanları”  adlı  kitabda  nəşr 


 

43

edilmiş  təmiz  və  natəmiz  (murdar)  ətlər  barəsindəki 



müasir  elmi  məlumatları  barədə  informasiyanı  təqdim 

edirik. Amerikalı alimlər təcrübə məqsədilə əvvəlcə tə-

miz (pak) heyvanların, sonra isə donuzun əzələlərindən 

ə

tdə  olan  bütün  substansiyaları  (əsas  maddələri)  çıxa-



raraq,  onlarla  acıpaxla  əkinlərini  gübrələmişlər.  Təc-

rübə nəticəsində müəyyən olunmuşdur ki, pak heyvan-

ların  ətindən  çəkilmiş  şirə  bitki  əkinlərinin  artımına 

mane  olmamışdır,  donuz  ətindən  elə  həmin  texnolo-

giya əsasında çəkilmiş şirə isə əkinlər üçün zəhərli ol-

muşdur.  (Yn  Şuls,  Edita  Uberquber  –  “Ilahi  əczana-

nanın dərmanları”, MÇP “Anfas”, Kiyev, 1994, s.24).  

Allahın  qadağanları  insanlar  üçün  mütləq  həqiqət 

olmalıdır.  Əgər  Böyük  Yaradan  insana  donuz  əti 

yeməyi qadağan edirsə, şüurlu insan yaxşı olar ki, onu 

yeməsin.  Lakin  əgər  insan,  Böyük  Yaradana  qulaq 

asmayıb  donuz  əti  yeyir  və  şeytanın  təhriklərinə 

uyursa,  bu  halda  Allah  tərəfindən  ciddi  cəzalanmaq 

təhlükəsi altına düşür. Demək, daha yaxşı olar ki, insan 

bu  qadağana  əməl  etsin,  həm  də  tərəddüdsüz  surətdə. 

Insan  bilməli  və  yadda  saxlamalıdır  ki,  donuz  əti 

yeməklə  onun  mənəviyyatına  dəyən  ziyan,  onun 

sağlamlığına  dəyən  ziyandan  daha  artıqdır.  Axı,  kim 

deyə  bilər  ki,  haram  ət  yeməklə  insanın  başına  nələr 

gələ bilər. Axı, Böyük Allaha qulaq asmamaq və onun 

qadağan  etdiyi donuz ətini  yeməklə insanların  genetik 

kodunda  müəyyən  dəyişikliklər  və  əvvəlcədən 

bilinməyən  mutasiyalar  baş  verə  bilər.  Bəşəriyyət  isə 

bunu bütövlükdə dərk etmək iqtidarında deyil… 

Düşünün:  Ağıllı  insanın  bir  tikə  donuz  budu, 

yaxud  ətindən  hazırlanmış  sosiska,  kolbasa  yemək 

naminə öz həyatı bahasına risk etməsinə dəyərmi? 



Yüklə 2,75 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   119




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə