Microsoft Word qurani-kerim-de-qida-kinci-n-r-2015. doc



Yüklə 2,75 Mb.
Pdf görüntüsü
səhifə21/119
tarix26.03.2018
ölçüsü2,75 Mb.
#34699
1   ...   17   18   19   20   21   22   23   24   ...   119

 

67

Imam  Suyuti  də  Peyğəmbərin  (s.ə.v.)  zəm-zəm 



suyunu ayaq üstə içməsini belə izah edir: “Rəsul-i Ək-

rəmin (s.ə.v.) zəm-zəm suyunu ayaq üstə içməsi bunun 

caizliyini açıqlayır”. 

Hənəfi alimləri Ibn Abbasın rəvayət etdiyi hadisə-

yə  əsaslanaraq,  zəm-zəm  suyunu  ayaq  üstə  içmənin 

münasib olduğunu hökm etmişlər. 

 

Zəm-zəm içmə

 

Hədis-i şəriflərdə buyuruldu ki: 



“Zəm-zəm  doyurucu  və  xəstəyə  şəfavericidir” 

(Bezzar). 

“Zəm-zəm suyunu bəlalardan qorunmaq niyyəti ilə 

içəni Allah-Tala qoruyur” (Hakim). 

Abdullah  Ibn  Mübarək  –  “Rəsulullah  (s.ə.v.) 

“zəm-zəm  suyu  içildiyi  niyyətə  görə  faydalı  olur” 

buyurub.  Mən  də  qiyamətdə  susuzluqdan  yaxa 

qurtarmaq  üçün  zəm-zəm  suyu  içirəm”  -  deyirdi  (Ibn 

Macə). 

Ibn  Abbas  da  zəm-zəm  suyu  içərkən  “Ya  Rəbb, 



səndən faydalı elm, bol ruzi və hər cür xəstəlikdən şəfa 

istəyirəm” - deyə dua edirdi. 

 

Zəm-zəm suyu ilə bağlı fərzlə

 

-  Vida  təvafını  edib  təvaf  namazını  qıldıqdan 



sonra bol-bol zəm-zəm suyu içmək. 

-  Zəm-zəm  suyunu  ayaq  üstə  və  Beytullaha 

(Kəbəyə) baxaraq içmək. 

-  Zəm-zəm suyunu yalnız içmək lazımdır, yemək 

bişirmə zamanı istifadə olunmamalıdır. 

-  Seyid  Əbdülhakim  Arvasi  buyurur  ki,  “zəm-

zəm  suyunu  hər  dəfə  qabırğalar  şişənə  qədər  içmək 



 

68

lazımdır”. 



Ə

n sağlam su: Zəm-zə

 

Dünya  Səhiyyə  Təşkilatının  (DST)  hesabatına 



görə,  dünyanın  ən  sağlam  sularından  biri  olan  zəm-

zəm suyunun sirri müasir texnologiyalar vasitəsilə apa-

rılan  araşdırmalara  baxmayaraq,  hələ  də  müəmmalı 

olaraq qalır. 

Mənbəyi  məlum  olmayan  su  ilə  dənizin  arasında 

80 km olmasına və ətrafında heç bir quyunun olmama-

sına  baxmayaraq,  uzun  illərdir  qurumaması  tədqiqat-

çıları təəccübləndirir. 

Həcc  dövründə  milyonlarca  hacının  bütün  su  eh-

tiyacını  1,5  m  dərinliyindəki  quyunun  ödəməsinə 

baxmayaraq, suyun səviyyəsi azalmır.  Insanın aclığını 

və  susuzluğunu  yatırdan  suyun  sirrini  tapa  bilmək 

məqsədilə alimlər xeyli tədqiqat işləri aparmışlar. 

Avropa  laboratoriyalarında  aparılan  tədqiqatlarda 

zəm-zəm  suyunun  tərkibində  çox  az  miqdarda  kükürd 

olduğu  aşkar  olunmuşdur.  Amerikada  aparılan  testin 

nəticələrinə  görə  isə  zəm-zəm  suyu  tərkibində 

mikroorqanizm və bakteriya olmayan yeganə sudur. 

Zəm-zəm  quyusu  haqqında  elmi  araşdırmalar 

aparmaq  məqsədilə  35  il  əvvəl  institut  təşkil  edilmiş-

dir. Bu müddət ərzində quyunun və suyun xüsusiyyət-

lərini  araşdıran  institut  qeyri-müsəlman  alimləri  tərə-

findən  idarə  olunmuşdur,  ancaq  onların  (qeyri-müsəl-

manların)  Məscid-i  Harama  girməsi  qadağan  olundu-

ğ

undan uzun müddət üçün görmədikləri quyudan gələn 



su  haqqında  polemikaya  girmişlər.  Son  iki  ildir  Zəm-

zəm  Suyunun  Tədqiqatı  və  Inkişafı  Institutunun 

rəhbəri  dünyanın  ən  məşhur  yeraltı  su  ekspertlərindən 



 

69

biri  olan  professor  Zəkai  Şəndir.  Z.Şən  500  nəfərlik 



qrupla  zəm-zəm  quyusundakı  suyun  keyfiyyəti  və  xü-

susiyyətləri haqqında araşdırmalar aparmışdır. Institut-

dakı  vəzifəsinə  Qurana  əl  basaraq  strateji  məlumatlar 

və  araşdırmaların  incəlikləri  haqqında  heç  bir  şərh 

verməməyə  and  içərək  başlayan  Z.Şən:  “Imanlı  bir 

insan  idim.  Zəm-zəm  quyusu  ilə  bağlı  araşdırmalar 

apardıqca  imanım  daha  da  artdı,  lakin  elmin  izah  edə 

bilmədiyi çox şey var. Elmin izah edə bilmədiyi yerdə 

iman başlayır” - demişdir. 

Dünyanın ən quraq bölgələrindən biri olan Ərəbis-

tan  yarımadasının  ən  quraq  vadisində  yerləşən  bu  bol 

və  keyfiyyətli  suyun  1,5  m-lik  quyudan  çıxmasının 

möcüzəli  hadisə  olduğunu  dilə  gətirən  Z.Şən  zaman-

zaman  tərkibindəki  mineralların  nisbətləri  dəyişsə  və 

debiti  qismən  azalsa  da,  zəm-zəm  quyusunun  yüz 

illərdir su verməyə davam etdiyini deyir. Həcc zamanı 

çox  böyük  motorlarla  ildə  bir  milyon  m

3

-dən  çox  su 



çəkilməsinə  baxmayaraq,  suyun  azalmadığına  diqqəti 

cəlb edən Z.Şən Zəm-zəm quyusunun mənbəyi haqqın-

da  məlumat  toplamağa  çalışdıqlarını  qeyd  edir.  Zəm-

zəm  quyusuna  üç  əsas  xətdən  su  gəlməsini  güman  et-

diklərini,  ancaq  mənbəyin  dəqiq  harada  olduğunu  bil-

mədiklərini deyən Z.Şən bu barədə bəzi düşüncələrinin 

olduğunu söyləyir. Bu məqsədlə apardıqları araşdırma-

lar zamanı yüksəkliyi 2000 m olan Taif dağına getmiş 

və bu dağa hər gün yağış yağdığını görmüşlər. Alimlər 

quyunun  mənbələrindən  birinin  burada  olduğunu 

düşünürlər. 

 

Zəm-zəm - Altı min illik möcüzə 

 

Zəm-zəm quyusu 1,5 m dərinliyindədir və buradan 




 

70

min  illərdir  milyonlarla  ton  su  çəkilmişdir.  Buna 



baxmayaraq,  suyun  mənbəyinin  hələ  də  bilinməməsi 

bir  möcüzə  sayılır.  Zəm-zəm  quyusuna  yaxın  ərazi-

lərdə  irili-xırdalı  bir  çox  quyu  (birinin  adı  Davuddur) 

mövcuddur. Ancaq bölgənin geoloji quruluşuna əsasən 

bu sular ya həddən artıq mineral, ya da duzludur. Heç 

birinin tərkibindəki mineralların nisbəti zəm-zəm qədər 

tənzimli və keyfiyyətli deyildir. Professor Zəkai Şənin 

fikrincə,  bir-birinə  bu  qədər  yaxın  olan  quyuların  heç 

birinin  suyunun  zəm-zəmin  normal  dəyərlərinə  yaxın-

laşa  bilməməsi  onun  qeyri-adiliyini  isbat  edir.  Z.Şən 

zəm-zəm suyunun son illərdə həccə gedənlərin sayının 

çoxalması  ilə  bağlı  tükənmə  təhlükəsi  qarşısında 

qalması  barədə  söyləyənlərə  isə:  “Uzunmüddətli  elmi 

araşdırmalarımıza  görə,  zəm-zəm  suyunun  tükənmə 

ehtimalı  yoxdur.  Hələ  qaynağının  harada  olduğunu 

belə  tam  şəkildə  müəyyən  edə  bilməmişik,  amma 

oradan  çox və keyfiyyətli su axır. Nə qədər çəkiriksə, 

quyu o qədər də su verir” - deyə cavab verir. 



 

Suyun ruha təsiri 

 

Müsəlmanlığın vacib şərtlərindən olan dəstəmazın 



Tanrıya  səcdə  etmək  üçün  deyil,  orqanizmin  bioelek-

trik  enerjisinin  sudakı  enerjidən  qidalanmasıdır.  Su 

olmayan  şəraitdə  edilən  təyəmmüm  isə  orqanizmdəki 

sabit elektrikin torpağa keçməsini təmin edir. 

Allahın  rəsulu  hz.Muhəmməd  (s.ə.v.)  “dəstəmaz” 

alarkən  dua  edirdi  və  hər  kəsə  də  belə  etmələrini 

tövsiyə edirdi. Nə üçün? 

Insanların  Tanrıya  səslənib,  “ey  Tanrı,  sənin  pey-

ğə

mbərinin  dediyini  edirəm,  sən  də  məni  nur  eylə”  - 



demələri üçündür, yoxsa bunun başqa bir səbəbi var? 


Yüklə 2,75 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   119




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə