Microsoft Word qurani-kerim-de-qida-kinci-n-r-2015. doc



Yüklə 2,75 Mb.
Pdf görüntüsü
səhifə20/119
tarix26.03.2018
ölçüsü2,75 Mb.
#34699
1   ...   16   17   18   19   20   21   22   23   ...   119

 

64

kölgələri  də  daimidir.  Bu,  Allahdan  qorxub  pis 

ə

məllərdən  çəkinənlərin  aqibətidir.  Kafirlərin  aqi-

bəti isə Cəhənnəmdir!” (ər-Rəd, 13/35). 

Şübhəsiz  ki,  Rəbbinin  məqamından  (hüzurun-

da haqqa-hesab üçün durmaqdan) 

qorxanları iki cən-

nət  (Ədn və Nəim cənnətləri)  gözləyir!  Belə  olduqda 

Rəbbinizin hansı nemətlərini yalan saya bilərsiniz?! 

(O iki cənnətin ağacları) 

qollu-budaqlıdır (merli-mey-

vəlidir)

.  Belə  olduqda  Rəbbinizin  hansı  nemətlərini 

yalan  saya  bilərsiniz?!  Orada  (o  cənnətlərdə)  iki 

axar bulaq vardır” (ər-Rəhman, 55/46-50). 

8.  “Iki  dənizin  arasındakı  maneə  anlamında 

buyurulan ayələr bunlardır. 



“Birinin suyu çox şirin, digərininki isə olduqca 

ş

or  (acı)  olan  iki  dənizi  qovuşduran,  aralarında 



(bir-birinə  qarışmamaq  üçün)

  maneə  və  keçilmə

sədd  qoyan  Odur!  Insanları  sudan  (nütfədən)  yara-

dan, onları (bir-biri ilə) əsl qohum (qan qohumu) və 

sonradan qohum edən Odur. Rəbbin (həşeyə) qa-

dirdir! (Birinci, ata-ana tərəfdən, ikincisi isə bacı, qız 

tərəfdən  olan  qohumluqdur)” 

(əl-Furqan,  25/53-54). 

(ən-Nəml, 27/61; ər-Rəhman, 55/19-20). 

9.  “Ürəkləri  sərtləşənlər  və  Allah  qorxusu” 

anlamında buyurulan ayə. (əl-Bəqərə, 2/74). 



10.  “Allah  dənizi  insanların  ixtiyarına  ver-

mişdir” anlamında buyurulan ayə. (ən-Nəhl, 16/14). 

11. “Allahın su ilə əkinləri bitirməsi” anlamında 

buyurulan ayə. (əs-Səcdə, 32/27). 



12.  “Gəmilərin  dənizdə  üzməsi”  anlamında 

buyurulan ayələr. 

 (Loğman, 31/31-34). 

13.  “Yağışın  ölü  sahəni  canlandırması” 



 

65

anlamında  buyurulan  ayələr.  (əl-Furqan,  25/48-49; 



Qaf, 50/9). 

 

ZƏM-ZƏM SUYU 

 

Müqəddəs  hesab  olunan  zəm-zəm  suyunun  tarixi 



hz. Ibrahimin (ə.) dövründən başlayır. Hz. Ibrahim (ə.) 

Allahın  əmri  ilə  arvadı  Həcəri  və  südəmər  oğlu  hz. 

Ismayılı  (ə.)  bugünkü  Zəm-zəm  quyusunun  olduğu 

yerə aparır. O zaman Məkkədə hələ heç kim yaşamırdı 

və  içməyə  su  da  yox  idi.  Hz.  Ibrahim  (ə.)  arvadı  və 

oğlu  üçün  bir  az  xurma  və  bir  miqdar  da  su  qoyaraq 

oradan  ayrılır.  Yeməyin,  suyun  olmadığı  bu  kimsəsiz 

yerdə  qalmaq  Həcər  üçün  çox  çətin  idi,  ancaq  onları 

orada  qoymasını  hz.  Ibrahimə  (ə.)  Allah  əmr  etdiyinə 

görə,  düşünmək  yersiz  idi,  çünki  ruzi  verən  Allah, 

ə

lbəttə, onların vəziyyətini də görür. 



Bir  müddət  sonra  hz.  Ibrahimin  (ə.)  onlar  üçün 

qoyduğu  su  bitir.  Hz.  Ismayıl  (ə.)  ağlamağa,  su 

istəməyə  başlayanda  anası  nə  edəcəyini  bilmir.  Süd 

yoxdur  ki,  əmizdirsin,  su  yoxdur  ki,  içirtsin.  Hz. 

Ismayılın  (ə.)  ağlamalarına  dözməyərək  Səfa  təpəsinə 

çıxır.  Kimisə  görmək  ümidilə  sağa-sola  baxır,  amma 

heç  kimi  görmür.  Səfa  ilə  Mərvə  arasında  qaçmağa 

başlayır. Yeddinci dəfə Mərvəyə çıxanda bir səs eşidir. 

Zəm-zəm  quyusunun  yanında  hz.  Cəbraili  (ə.)  görür. 

Cəbrail (ə.) qanadı ilə (bəzi mənbələrdə ayağı ilə) yeri 

qazır.  Su  görünəndə  Həcər  buna  sevinir  və  suyun 

axdığını görəndə “dayan, dayan” mənasını verən “zəm-

zəm”  -  deyir  və  suyun  axmasına  mane  olmaq  üçün 

önünü  kəsib  hovuz  kimi  bir  çuxur  düzəldir.  Tələsik 

qabını  doldurur.  Qabı  doldurduqdan  sonra  sudan  içir 

və  hz.  Ismayılı  (ə.)  əmizdirməyə  başlayır.  Bu  zaman 




 

66

Cəbrail (ə.) Həcərə xitabən: 



“Qətiyyən  “həlak  olarıq,  zərər  çəkərik”  -  deyə 

qorxmayın.  Bura  Beytullahın  (Kəbənin)  yeridir.  O 

beyti uşaqla atası tikəcək. Cənab-ı Haqq o işi görə

insanı zay etməz” - deyir. 

Zəm-zəm  quyusunun  ortaya  çıxması  bu  şəkildə 

nəql edilir: 

Həcər  suyun  önünü  kəsməsəydi,  bu  su  çay  kimi 

axardı.  Peyğəmbər  (s.ə.v.)  bir  hədisində  bu  həqiqəti 

belə bəyan edir: 



“Allah Ismayılın (ə.) anası Həcərə rəhmət etsin. 

O,  zəm-zəmi  öz  axarına  buraxsaydı,  zəm-zəm  axıb 

çay olardı”. 

Zəm-zəm çox mübarək  və qidalı bir sudur. Həcər 

və hz. Ismayıl (ə.) uzun müddət yemək yemədən bu su 

ilə dolana bildilər. Bir hədisdə Peyğəmbər (s.ə.v.) zəm-

zəmin  bu  xüsusiyyətinə  işarə  etmişdir.  Bir  digər 

hədisdə  isə  “zəm-zəm  suyu  hansı  məqsədlə  içilsə



ona şəfa olacaq” deyə buyrulur. 

 

Zəm-zəm suyunun ayaq üstə içilməsi 

 

Ibn  Abbasın  söylədiyi  bir  rəvayətdə  Peyğəmbəri-



mizin  (s.ə.v.)  zəm-zəm  suyunu  ayaq  üstə  içdiyi 

göstərilir. Ibn Abbas belə nəql edir: “Mən Rəsulullaha 

(s.ə.v.) zəm-zəm suyu ikram etdim, o, ayaq üstə içdi”. 

Bildiyimiz kimi, Peyğəmbərimiz (s.ə.v.) hədislərin 

birində  ayaq  üstə  su  içməyi  qadağan  etmişdir.  Bu 

minvalla  hədis  alimləri  bunun  kimi  müxtəlif  rəvayət-

ləri  birləşdirmişlər.  Səhih-i  Müslim  Şarihi  Nəvəvi  bu 

iki  müxtəlif  hədis  haqqında  deyir:  “Bu  hədislərdəki 

qadağalar  müqəddəs  hesab  edilərək  məkruhdur.  Ayaq 

üstə su içmənin caiz olduğunu bəyan etmək üçündür”. 




Yüklə 2,75 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   119




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə