Microsoft Word qurani-kerim-de-qida-kinci-n-r-2015. doc



Yüklə 2,75 Mb.
Pdf görüntüsü
səhifə19/119
tarix26.03.2018
ölçüsü2,75 Mb.
#34699
1   ...   15   16   17   18   19   20   21   22   ...   119

 

62

dərhal işləri bitmiş olardı (hamısı elə dünyada əzaba 



düçar edilərdi)

. Onlardan sonra kitaba varis olanlar 

da  (yəhudilər, xaçpərəstlər və ya özlərinə Quran gön-

dərilmiş  müşriklər  də)

  onun  (Quranın,  Peyğəmbə

ə

leyhissəlamın)



  barəsində  dərin  (başqalarını  da  şüb-

həyə salan)

 bir şəkk içindədirlər” (əş-Şura, 42/14). 

2. “Insanın bir damla sudan yaradılması” anla-

mında  buyurulan  ayələr  bunlardır.  (ən-Nəhl,  16/4;  əl-

Həcc,  22/5;  əs-Səcdə,  32/8;  Yasin,  36/77;  əl-Insan, 

76/2; Əbəsə, 80/18-19; əl-Qiyamə, 75/37). 

3.  “Allahın  göydən  su  endirməsi”  anlamında 

buyurulan  ayələr  bunlardır.  (ər-Rəd,  13/17;  Ibrahim, 



14/32;  əl-Hicr,  15/22;  ən-Nəhl,  16/10,65;  əl-Kəhf, 

18/45;  Taha,  20/53;  ən-Nur,  24/43-45;  əl-Furqan, 

25/48;  ər-Rum,  30/24;  Loğman,  31/10;  Fatir,  35/27; 

ə

z-Zumər, 39/21; əz-Zuxruf, 43/11; əl-Casiyə, 45/5; əl-



Qəmər, 54/11-12; Yunus, 10/24). 

4. “Allahın içməli suyu endirməsi” anlamında 

buyurulan ayə. 



“Bəs  içdiyiniz  suya  nə  deyirsiniz?  Onu  bulud-

dan  endirən  sizsiniz,  yoxsa  Biz?!  Əgər  istəsəydik, 

onu  acı  (bir  su)  edərdik.  Elə  isə  niyə  (Allahın 

nemətlərinə)

 şükür etmirsiniz?” (əl-Vaqiə, 56/68-70). 

5. “Allahın yağmuru yaratması” anlamında 

buyurulan ayə. 



“Buludları hərəkətə gətirən, küləkləri göndərib 

onları göy üzündə istədiyi kimi yayan və topa-topa 

edən  Allahdır.  Artıq  buludların  arasından  yağış 

çıxdığını görürsən. Onu (yağışı) bəndələrindən istə-

diyinə verən kimi onlar sevinərlər.” (ər-Rum, 30/48). 

6.  “Cəhənnəmdəki  su”  anlamında  buyurulan 

ayələr bunlardır. 




 

63

“Hələ  qarşıda  (bunun  ardınca)  Cəhənnəm  var-



dır.  (Hər bir inadkar təkəbbür sahibinə orada Cəhən-

nəm  əhlinin  bədənlərindən  axan)

  irinli-qanlı  sudan 

içirdiləcəkdir!” (Ibrahim, 14/16). 

Və  de:  “Haqq  Rəbbinizdəndir.  Kim  istəyir 

inansın,  kim  də  istəyir  inanmasın  (kafir  olsun).  Biz 

zalımlar üçün elə bir atəş hazırlamışıq ki, onun pər-

dələri (dumanları) onları bürüyəcəkdir. (Cəhənnəmin 

qalın  divarları  zalimləri  əhatə  edəcəkdir).

  Onlar  im-

dad  istədikdə  onlara  qətran  (yaxud  yaradan  axan 

irin-qan)

 kimi üzlərini büryan edən bir su ilə kömə

ediləcəkdir. O, nə pis içki, o (Cəhənnəm) necə də pis 

məskəndir!” (əl-Kəhf, 18/29). 

“Bu, qaynar su və irindir. Qoy onu dadsınlar!” 

(Sad, 38/57). 



“Cəhənnəmə  (qaynar  suya)  tərəf,  sonra  odda 

yandırılacaqlar” (əl-Mumin, 40/72). 

“Sonra  onlar  üçün  (içməyə)  qaynar  su  ilə 

qatışş irin vardır” (əs-Saffat, 37/67). 

7. “Cənnətdəki su” anlamında buyurulan ayələr 

bunlardır. 



“Onların  öz  Rəbbi  yanındakı  mükafatı  (ağac-

ları)

 altından çaylar axan Ədn cənnətləridir. Onlar 

orada əbədi qalacaqlar. Allah onlardan razıdır, on-

lar  da  Allahdan.  Bu  (nemətlər)  Rəbbindən  qorxan-

lar üçündür!” (əl-Bəyyinə, 98/8). 

“Iman  gətirib  yaxşı  əməllər  edən  kimsələri  isə 

(ağacları)

  altından  çaylar  axan  cənnətlər  gözləyir. 

Bu, böyük qurtuluşdur (uğurdur)!” (əl-Buruc, 85/11). 

“Allahdan  qorxub  pis  əməllərdən  çəkinənlərə 

(möminlərə)

  vəd  edilən  Cənnətin  vəsfi  belədir: 

(ağacları)

  altından  çaylar  axar,  yeməkləri  də


Yüklə 2,75 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   119




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə