Microsoft Word qurani-kerim-de-qida-kinci-n-r-2015. doc



Yüklə 2,75 Mb.
Pdf görüntüsü
səhifə17/119
tarix26.03.2018
ölçüsü2,75 Mb.
#34699
1   ...   13   14   15   16   17   18   19   20   ...   119

 

55

4.  Yatmazdan  əvvəl  bir  fincan  su  içmək  infarktın 



və insultun qarşısını alır. 

 

Su və inanclar 

 

Türkiyənin Mardin vilayətində aprel ayında yağan 



yağış suyunun şəfalı olduğuna inanılır. Buna bənzər bir 

inanc  Vanda  da  mövcuddur.  Cənubi  Azərbaycanın 

Şə

büstər mahalında da aprel ayında yağan yağışın suyu 



müqəddəs  sayılır.  Hətta  suyun  müqəddəsliyi  ilə  bağlı 

hədislər də var. Deyilənə görə Muhəmməd Peyğəmbər 

(s.ə.v.)  yağış  yağanda  başını  açar  və  “sən  məndən 

sonra gəldin, ya mübarək” - deyərmiş. Burada əski və 

yeni inanclarda Göy-su və müqəddəslik birləşir. Bu za-

man Göy Tənqri müqəddəs Yer-subun sahibsiz qalma-

ması üçün xaqanı (hökmdarı) göndərməsi yada düşür. 

Ağacları, qayaları, suları müqəddəs saymaq islam-

da Tanrıya şərik olaraq qəbul edilmiş və dinə zidd ol-

duğu  üçün  də  qadağan  olunmuşdur.  Bu  cür  inanclara 

islam  ölkələrində,  demək  olar  ki,  rast  gəlinmir,  ancaq 

Altayda,  Tuvada,  Xakasyada,  Yunanıstanda  bu  inanc-

lar özünü daha çox göstərir. 

Araşdırılmağa  ehtiyac  duyan  məsələ  bəlkə  də 

«pir»  anlayışının  mənbəyi  və  ona  aid  edilən  xüsusiy-

yətlərdir,  məsələn,  Türkiyədəki  Üryan  baba  bir  pirdir. 

Türbəyə  sahiblik  edən  Üryan  babadır.  Üryan  baba 

türbəsinin  dilək  bağlanan  barmaqlıqları  kimi  ətrafın-

dakı çır-çırpı və ağaclar da onun malı sayılır. Bəzi tür-

bələrdə olduğu kimi, Üryan babanın da bir çeşməsi, ya 

da su quyusu ola bilərdi. Üryan baba ağaclara və ya su-

ya  mənəvi  güc  verən  biri  kimi  xalq  arasında  da  məş-

hurdur.  Bu  ağacların  quru  yarpaqları,  ya  da  suyun  bir 

neçə qurtumu inanca görə hikmətlidir. 




 

56

Türkmənistanda  türbələrə  “qala”  deyilir,  məsələn, 



Çoban baba qalası, Çoban babanın məzarı və ona yaxın 

olan  əraziləri  əhatə  edir.  Bunun  sahiblik  sferası, 

mənəvi  mülkiyyəti  Çoban  babaya  aiddir.  Məzar  isə 

Babanın stalaqmitidir. Gön dəri və üzərindəki diləklər 

onun bayrağıdır. Ona dilək bağlayanlar, ya da uşağının 

olması  üçün  nəzir  edənlər  ona  nəzirləyərlər,  digər 

pirlərdə oduğu kimi onun qoruması altına girirlər. 

Pirlərə  aid  müqəddəs  hesab  edilən  sular  olduğu 

kimi, pir olaraq bilinən sular da var. Bir çox müqəddəs 

çayın və su hövzəsinin yanında ayrıca bir məzar, ya da 

türbə  yoxdur.  Bu,  “ocaq”  olaraq  bilinən  ailələrə  aid 

şə

fa  verən,  problemləri  həll  edə  bilən  su  mənbəyi 



olaraq bilinir. Burada müqəddəsliyinə inanılan suya bu 

keyfiyyəti  verən  hər  hansı  pirin,  yiyənin  olduğunu 

görürük.  Türk  xalqlarının  inanclarında  and  içilən, 

yardım  istənilən  və  sığınacaq  yeri  olan  suyun  pir 

olaraq təriflənməsinə tez-tez rast gəlinir. 

Su mədəniyyətinin bir təzahürü olaraq suyun mü-

qəddəs  olduğu  yerlərdə  çirkabların  su  ilə  paklanma-

dığına, suyun çirkaba qarışmasının onun müqəddəsliyi 

ilə  düzgün  gəlmədiyinə  inanılır.  Müqəddəs  yerlərin 

balıqlarını  da  suyun  müqəddəsliyinə  hörmət  əlaməti 

olaraq ovlamırlar. 

Sudan şəfa və rahatlıq ala bilmək üçün onun çirk-

ləndirilməməsi  vacib  sayılmışdır.  Naxçıvanda,  Təb-

rizdə,  Salmasda,  Qarsda,  Ağrı  dağında,  Daşlıçayda 

baharda  yuyunmaq  üçün  çaya  girəndə  bütün  ilin 

sağlam  və  hüzurlu  keçməsi  üçün  üç  dəfə  “ağırlığım-

uğurluğum, kəlliyim-keçəlliyim bu suya” - deyilir. 

Su ilə bağlı bir sıra dualar da var: “Ağzı dualının 

qarşısına  pak  su  çıxsın”,  “Allah  suyunu  bol  eyləsin”, 



 

57

“Allah  axar  suyunu  bulandırmasın”,  “Allah  səni  sel-



suların qada-bəlasından iraq eyləsin”. 

Su  yiyəsinə  xeyir,  bərəkət  və  sağlamlıq  gətirə-

cəyinə  və  ya  əksinə  bulanıq  suyun  da  uğursuzluq  və 

zərər gətirə biləcəyinə inanılır. Suyun şəfaflığı ağ əyə, 

selə dönmüş halı isə torpaq əyə ilə eyniləşdirilmişdir. 

Görkəmli folklorşünas Mürsəl Həkimovun araşdır-

malarında  su  ilə  bağlı  bir  çox  diləyə  –  məsələ  rast 

gəlirik:  “Balan  bəxt-iqbal  suyundan  əl-üzünü  yusun”, 

“Suyun sulara qarışsın”, “Suyun Ayşə-Fatması balala-

rının  pənahı  olsun”,  “Su  ilahəsinə  qurban  olum”  və  s. 

M.Həkimovun  tədqiqat  işlərindən  seçilmiş  bu  misal-

larla məzmun etibarilə Anadoludan toplanmış məsəllər 

arasında çox az fərq var. Anadoluda “Su kimi əziz ol”, 

“Su kimi aydın ol”, “Su kimi ömrün uzun olsun”, “Su 

verənin  çox  olsun”,  “Verdiyin  su  ölənlərinin  canına-

ruhuna  dəysin”  (bu  məsəl  Azərbaycanın  bəzi  bölgə-

lərində  “Verdiyin  su  ölənlərinin  ehsanı  olsun”  kimi 

işlənir),  “Yol  böyüyün,  su  kiçiyin”  kimi  bir  çox 

məsəllər vardır. 

Su ilə bağlı qarğışlar da az deyil: “Ağırlığını-uğur-

luğunu yumağa evində bir ovuc su tapmayasan”, “Ağ-

zundan  qara  su  gəlsin”,  “Ağlın  qar  suyuna  dönsün” 

(qar  suyunun  şəffaf  olmadığına  işarə  edilir),  “Allah 

axar  suyunu  qurutsun”,  “Allah  suyunu  bulandırsın”, 

“Allah  uğuruna  su  çıxarmasın”,  “Allah  yurduna  su 

bağlasın”, “Atanın cənazəsini yumağa su tapmayasan”, 

“Balan bulaq başında boynu bükük qalsın”, “Bulaqdan 

yeni  ildə  su  götürməyə  qalmayasan”,  “Var-dövlətin 

sellərə-sulara qərq olsun”, “Ilin ilk çərşəmbəsində fala 

baxmağa  təmiz  su  tapmayasan”,  “Su  ilahəsi  sənə 

qənim  olsun”  və  “Suyun  Ayşə-Fatması  dərdinə  dəva 



Yüklə 2,75 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   119




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə