Microsoft Word qurani-kerim-de-qida-kinci-n-r-2015. doc



Yüklə 2,75 Mb.
Pdf görüntüsü
səhifə25/119
tarix26.03.2018
ölçüsü2,75 Mb.
#34699
1   ...   21   22   23   24   25   26   27   28   ...   119

 

79

Ə



minəxatunun  ürəyi  yanarkən  ona  qar  kimi  ağ,  buz 

kimi  sərin,  bal  kimi  şirin  və  ətirli  süd  şərbəti 

veriblərmiş.  Həmin  mərasimin  icra  edilməsidir  ki, 

Azərbaycan  şərbətləri  içərisində  südlü  şərbət  xüsusi 

yer tutur. 

 

Qan dövranı və südün təşəkkülü 



 

Bədənin  qidalanmasını  təmin  edən  əsas  maddələr 

həzm  sistemindəki  kimyəvi  reaksiyalar  nəticəsində 

ə

mələ  gəlir.  Həzm  olunan  bu  qida  maddələri  daha 



sonra  bağırsaq  divarından  sorularaq  qan  dövranı 

sisteminə  keçir.  Beləliklə,  bu  qida  maddələri  qan 

dövranı nəticəsində müvafiq orqanlara ötürülür. 

Bədənin  başqa  toxumaları  kimi  süd  vəziləri  də 

onlara  qan  dövranı  yolu  ilə  gətirilən  həzm  olunmuş 

qida  maddələri  ilə  qidalanır.  Buna  görə  də  qan 

qidaların  yığılıb  ötürülməsində  çox  mühüm  rol 

oynayır.  Süd  də  bütün  bu  mərhələlərdən  sonra  süd 

vəziləri tərəfindən ifraz edilir və həzm edilmiş qidanın 

qan  dövranı  ilə  ötürülməsi  nəticəsində  əmələ  gəldiyi 

üçün onun qidalılığı və dəyəri çox yüksəkdir. Bununla 

da  insanların  birbaşa  istehlak  edə  bilməyəcəyi  qandan 

və  yarımçıq  həzm  olunmuş  qidadan  qidalandırıcı  süd 

ə

mələ gəlir. 



Südü  əmələ  gətirən  ünsürlərin  heyvan  vücudunda 

meydana  gəldiyi  məqam  haqqında  “Qurani-Kərim”-

dəki buyuruqlar müasir dövrdə elmin çatdığı nəticələrə 

eyniylə uyğundur. 

Mövzu ilə əlaqəli “Qurani Kərim”də süd haqqında 

belə buyurulmuşdur: 



Şübhəsiz  ki,  davarda  (sağmal  heyvanlarda)  da 

sizin  üçün  bir  ibrət  vardır.  Biz  onların  qarınla-


 

80

rındakı qanla ifrazat arasında olan təmiz südü sizə 



içirdirik.  O,  içənlərin  boğazından  rahat  keçər. 

(Qanın  və  ifrazatın  dadı,  qoxusu  və  rəngi  əsla  südə 

qarışmaz. Əksinə, südə elə bir təm verərik ki, içənlərə 

xoş gələr)”

. (əl-Nəhl, 16/66). 

“Onların  (o  heyvanlarda  başqa-başqa)  mənfəət-

ləri və içəcəkləri (südləri) də var. Hələ də şükür et-

məzlərmi?” (Yasin, 36/73). 

Ayələrdə haqqında bəhs edilən bağırsaq içərisi və 

qan  ibarələri  kimyanın  və  həzm  fiziologiyasının  əldə 

etdiyi inkişafla müasir dövrdə yeni-yeni anlaşıla bilin-

mişdir. Bu bilgilər Həzrəti-Peyğəmbərin (s.ə.v.) zama-

nında dəqiq elmin nöqteyi-nəzərində tamamilə məchul 

idi. Bunlar ancaq XXI əsrin ortalarında aşkarlanmışdır.  

Ə

rəb  alimi  Ibni  Nəfs  1242-ci  ildə  insan  bədənin-



dəki qan dövranı haqqında ilk dəfə düzgün olaraq ifadə 

edən  şəxs  olmuşdur.  Ingilis  həkim  Vilyam  Harveyin 

1628-cı ildə elan etdiyi qan dövranı modeli isə mövzu 

haqqındakı  məlumatların  yayılmasında  təsirli  olmuş-

dur. Dolayısı ilə Quranda südün tərkibinin əsl mənbəyi 

ə

srlərlə əvvəl ən düzgün tərzdə tərif edilmişdir. Məmə-



lilərin həzm sistemi, qan dövranı ilə bağlı ixtisaslaşma 

tələb  edən  bu  məlumatın  Quranın  göndərildiyi  dövrdə 

insanlar  tərəfindən  bilinməsinin  mümkün  olmayacağı 

məlum  məsələdir.  Göründüyü  kimi,  “Nəhl”  surəsinin 

66-cı ayəsində südün bioloji proseslər nəticəsində əmə-

lə  gəlməsi  ilə  bağlı  şərh  edilənlər  fiziologiya,  anato-

miya kimi elmlərin günümüzdə ortaya qoyduğu məlu-

matlara tam uyğundur. 

Deməli,  südün  əmələ  gəlməsi  haqqındakı  Allah 

kəlamı  qan  dövranı  kəşf  edilməzdən  10  əsr  əvvəlki 

dövrə  təcadüf  edir.  Başqa  sözlə  Vilyam  Harvey 



 

81

tərəfindən  1628-ci  ildə  kəşf  edilmiş,  qan  dövranı 



“Qurani-Kərim”  nazil  olandan,  təxminən  10  əsr 

sonrakı zamana aiddir. 

Bu 

deyilənlərə 



ə

sasən, 


“Qurani-Kərim”in 

ayələrində  gözə  çarpan  bu  elmi  həqiqət  özlüyündə 

sübut edir ki, bu elmi görüşlər heç bir vəchlə bəşəri bir 

qaynaqla  izah  edilə  bilməz.  Bütün  bunlar  bir  olan 

Allahın izni ilə təbiətdə baş verən proseslərdəndir. 

Biz  hamımız  süd  içmişik.  Bu  təbii  qida  Allahın 

izni  və  möcüzəsi  ilə  təbiətin  insanlara  bəxş  etdiyi  və 

qadınların  orqanizmindən  (eləcə  də  sağmal  heyvanla-

rın)  ifraz  olunan  xüsusi  tərkibli  maddədir.  Bu  bir 

möcüzədir  ki,  erkək  və  dişi  hayvanların  hər  ikisi  eyni 

yemlə bəslənir, süd isə yalnız dişi heyvanların süd və-

zilərində əmələ gəlir və nəslin əsas qidası üçün istifadə 

edilir. Hələ qədimdən vəhşi heyvanlar əhilləşdirilib on-

ların  yeni  cinsləri  artırılarkən,  həmin  heyvanlar  bala-

larının qidasından artıq süd verməyə başladılar. Həmin 

süd  insanlar  üçün  sağlam  və  dəyərli  qida  mənbəyinə 

çevrildi. Süd çox təmiz bir qidadır. Bu onun ağ rənginə 

görə bilinir. Süd eyni zamanda dişi heyvanların və qa-

dınların orqanizmində əmələ gələn digər ifrazatlar kimi 

onların orqanizminə lazım olmayan bir məhsuldur. 

Deməli süd sağlam ev heyvanlarının orqanizmində 

daima  yenidən  əmələ  gələn  məhsuldur.  Lakin  elm 

sübut  etmişdir  ki,  süd  birbaşa  yemdən  əmələ  gəlmir. 

Yemin tərkibində olan qidalı maddələr (karbohidratlar, 

yağlar, azotlu maddələr, o cümlədən zülallar), vitamin-

lər,  mineral  maddələr  və  digər  bioloji  fəal  maddələr 

həzm  prosesi  nəticəsində  qana  sovrulur,  qan  heyvan 

orqanizmində  dövran  edir  və  süd  vəzilərindən  keçər-

kən orada süd hasil olunur. Hasil olunan süd heyvanın 



Yüklə 2,75 Mb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   119




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə