Microsoft Word qurani-kerim-de-qida-kinci-n-r-2015. doc


içki  və  qumarla  aranıza



Yüklə 2,75 Mb.
Pdf görüntüsü
səhifə10/119
tarix26.03.2018
ölçüsü2,75 Mb.
#34699
1   ...   6   7   8   9   10   11   12   13   ...   119

 

32

içki  və  qumarla  aranıza  ədavət  və  kin  salmaqdan, 



sizi  Allahı  yada  salmaqdan  və  namaz  qılmaqdan 

ayırmaq  istər.  Artıq  bu  işə  son  qoyacaqsınızmı?” 

(əl-Maidə, 5/90, 91). 

Ayəti-kərimədə  qadağan  edilən  içki  şərabdır. 

Ancaq  Peyğəmbərimiz:  “Sərxoşluq  verən  hər  şey 

şə

rabdır və həşərab haramdır” (Müslim, Eşribə, 7) 

- deyə buyurmuş və sərxoşluq verən hər içkinin şərab 

kimi haram olduğunu bildirmişdir. 

Sərxoşluq verən içkinin  çoxu kimi, az miqdarı da 

haramdır.  Çünki  Peyğəmbərimiz:  “Çoxu  sərxoş  edə

ş

eyin  azı  da  haramdır”  (Tirmizi,  Eşribə,  3)  -  deyə 

buyurmuşdur. 

Içki niyə haramdır? 

Çünki içkinin bir çox zərəri vardır. 

-  Içki insanlar arasına düşmənçilik və kin salır. 

-  Içki  insanın  ağlını  başından  alır.  Insan  sərxoş 

olduğu zaman ağlı, müvazinəti pozulur, nə danışdığını 

bilmir, hörmətdən düşür. 

-  Içki insanın sağlamlığına da pis təsir edir. Mədə 

və  ağciyərini  xarab  edir.  Həzm  sistemini  pozur.  Təz-

yiqini yüksəldir. Beləliklə, orqanizmin düzgün işləməsi 

pozulur. 

-  Böyük miqdarda can və mal itkisinə və bir çox 

insanın şikəst qalmasına səbəb olan yol qəzalarının ək-

səriyyəti  minik  vasitələrinin  alkoqollu  vəziyyətdə 

istifadə olunmasından meydana gəlir. 

-  Içki  ailə  həyatını  da  pozur.  Insanın  ailəsini  və 

uşaqlarını  unutmasına  və  bu  səbəblə  də  boşanma  ilə 

nəticələnən  ailədaxili  narazılığa  səbəb  olur.  Belə  bir 

ailədə  yetişən  uşaqlar  narahat  və  bədbəxt  olur.  Ərlə 

arvadın  yola  getməməsi  uşaqlara  da  təsir  edir  və 



 

33

sağlam böyümələrinə mane olur. 



Buna  görə  də  Peyğəmbərimiz  (s.ə.v.):  “Içkidə

çəkinin,  çünki  o  bütün  pisliklərin  anasıdır”  (Ət-

Tərğib  vət-Tərhid,  c.3,  s.257.  Hədisi  Hakim  rəvayət 

etmişdir) - deyə buyurmuşdur. 

2.  Narkotik  maddələr.  Pis,  çirkli  və  insan  sağ-

lamlığına zərərli olan hər şeyin haram olduğu yuxarıda 

izah  edilmişdi.  Narkotik  maddələr  də  bunlardandır. 

Insan  sağlamlığına  çox  zərərli  olduğu  üçün  bunlar  da 

haram buyurulmuşdur. 

Narkotik  deyincə,  insanın  ağlına  nəşə,  tiryək,  he-

roin, kokain, morfi kimi maddələr gəlir. Haram olduq-

ları kimi, alınıb satılmaları da qanuni (izinli) deyildir. 

Narkotik  maddələrin  ən  təsirli  və  ortaq  xüsusiy-

yətlərindən biri, az miqdarda qəbul edildiyi zaman belə 

qısa müddətdə vərdiş əmələ gətirməsidir. 

Narkotik maddənin dadına baxmaq olmaz. Bir də-

fə belə istifadə edənlərin ondan xilas olması çox çətin-

dir. Narkotik maddənin dadına baxmaq zəhərin dadına 

baxmaq  kimi  bir  şeydir.  “Zəhər  doğrudan  da  öldü-

rərmi?”  deyə  onun  dadına  baxmaq  ölümlə  nəticələn-

diyi kimi, narkotik maddəni bir dəfə qəbul edən insan 

ondan  xilas  ola  bilmir  və  ölümə  məhkum  olur.  Tele-

viziya  ekranlarında  və  mətbuatda  tamaşaçıları  dəhşətə 

gətirən  ibrətamiz  nümunələrə  təsadüf  etmək  müm-

kündür. 


Narkotik  maddələrin  pis  nəticələrindən  biri  də 

ailəni dağıtması və ictimai münasibətləri pozmasından 

ibarətdir.  Narkoman  ailəsinin,  uşaqlarının,  qohum-

ə

qrəbasının  qarşısında  öz  məsuliyyətini  itirir.  Onun 



axtardığı  yalnız  narkotik  maddə  olur.  Onu  tapmaq 

üçün hər şeyi fəda edir. Çünki artıq onun üçün həyatda 




 

34

heç bir şeyin qiyməti yoxdur. Narkotik maddə üçün pul 



tapa  bilmədiyi  zaman  oğurluq  etməkdən  və  cinayət 

törətməkdən belə çəkinmir. 

Məhz  buna  görə  də  dinimiz  narkotik  maddənin 

bütün  növlərini  qadağan  etmiş,  alış-verişinə  də  icazə 

verməmişdir. 

 

Donuz ətini yemək niyə haramdır? 

 

Insan idrakı üçün aydın olmayan bu və digər sual-



ların  bircə  cavabı  var  –  həqiqəti  bilmək  gərəkdir.  Hə-

qiqəti bilməyin isə yeganə yolu Allaha üz tutmaqdır. 

Müsəlmanlar  Allahın  donuz  ətini  haram  buyur-

duğunu  yaxşı  bilir  və  öz  qidalarında  donuz  ətindən 

qətiyyən istifadə etmirlər. 

Donuz  ətindən  istifadə  edən  və  onun  çox  faydalı, 

dadlı  olduğunu,  yalnız  soyuducu  olmayan  keçmiş  za-

manlarda  tez  korlandığı  üçün  haram  buyurulduğunu 

söyləyənlər isə, ilk növbədə bu qadağanın mahiyyətini 

başa  düşərək,  üzərində  düşünməlidirlər.  Müzakirələr 

aparmaq  lazımlı  şeydir,  lakin  müzakirələr  təkzibedil-

məz faktlar əsasında olmalıdır. 

Donuz  ətinin  qida  kimi  yararsız  olması  barədəki 

faktlar az deyil. Bu faktlar həm elmi, həm də elmi-küt-

ləvi  ədəbiyyatda  dərc  olunmuşdur.  Lakin  insanlar  nə-

dənsə, bu cür faktlara etinasız yanaşır və müxtəlif növ-

lü qidalar hazırlanmasında donuz ətindən geniş surətdə 

istifadə edirlər. Həm də etiraf olunmalıdır ki, donuz əti 

və  ondan  hazırlanmış  məmulatlar  hələ  qədim  dövrlər-

dən  başlayaraq  ən  çox  istifadə  edilən  qida  məhsul-

larındandır. 

Donuzun  ev  heyvanına  necə  çevrilməsi  və  insan 

həyatında  bu  “fəxri”  yeri  nə  cür  tutmasını  göstərən 



Yüklə 2,75 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   119




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə