Microsoft Word qurani-kerim-de-qida-kinci-n-r-2015. doc



Yüklə 2,75 Mb.
Pdf görüntüsü
səhifə39/119
tarix26.03.2018
ölçüsü2,75 Mb.
#34699
1   ...   35   36   37   38   39   40   41   42   ...   119

 

124


1%-ə  qədər  mineral  maddə  və  karbohidrat  vardır.  Yu-

murta sarısının əsasını vitellin (78%), livetin və fosfitin 

təşkil edir. Yumurta sarısı zəif turş reaksiya verir (pH 6-

ya  yaxındır).  Yumurta  sarısının  lipidləri  21-23%  yağ-

dan,  12%-ə  qədər  fosfatidlərdən,  həmçinin  5% 

xolesterindən ibarətdir. Yumurta yağı 34-39

0

C-də əriyir, 



çünki  tərkibində  70%-ə  qədər  doymamış  yağ  turşuları 

(olein, linol, linolen, palmitoolein) vardır. Doymuş  yağ 

turşularından palmitin, stearin və s. vardır.  

Yumurtanın  təzəliyi  yumurta  sarısının  indeksi  ilə 

müəyyən edilə bilər. Yumurta sarısının hündürlüyünün 

onun  diametrinə  nisbəti  sarı  indeksi  adlanır.  Təzə 

yumurtanın  sarı  indeksi  0,4-0,45  olur,  saxlandıqda  isə 

azalır.  Sarı  indeksi  0,25  olduqda  pərdə  partlayır  və 

yumurtanın sarısı ağına qarışır. 

Təzəliyinə,  keyfiyyətinə  və  saxlanılma  şəraitinə 

görə  yumurtalar pəhriz və aşxana  yumurtası növlərinə 

ayrılır.  



Pəhriz  yumurtası

  yumurtlanan  gündən  etibarən  7 

gün ərzində istehlakçılara çatdırılır. Belə  yumurtaların 

üstündə  yumurtlanan  tarixi  göstərən  ştamp  vurulur. 

Belə yumurtanın ağı qatı və şəffaf olmalı, sarısı isə tam 

mərkəzdə 

yerləşməlidir. 

Sarısının 

diski 

görünməməlidir,  boşluğun  hündürlüyü  4  mm-dən  çox 



olmamalıdır. 

Aşxana  yumurtasına

  43  q-dan  az  olmayan  bütün 

yumurtalar  və  44  q-dan  artıq  kütlədə  olan,  lakin  7 

gündən  artıq  saxlanılan  yumurtalar  aiddir.  Saxlanılma 

şə

raitinə  və  müddətinə  görə  aşxana  yumurtası  təzə, 



buzxana və əhəng suyunda saxlanılmış növlərə ayrılır

 




 

125


Yumurta haqqında hədislə

 

Peyğəmbər (s.ə.v.): 

1.  Peyğəmbərlərdən  biri  zəiflikdən  Allaha  şikayət 

etdi. Allah-Təala da ona yumurta yeməyi əmr etdi. 

2. Ətlə yumurta yemək cinsi qabiliyyəti artırır. 

3. Əliyə (ə) etdiyi vəsiyyətindən: Ey Əli! Iki tərəfi 

bir-birindən fərqlənən yumurtanı ye. 

Imam  Əli  (ə):  Peyğəmbərlərdən  biri  ümmətinin 

içində nəsil azlığından Allaha şikayət etdi. Allah-Təala 

da ona ümmətin yumurta yeməyi əmr etməsini tapşırdı. 

Onlar yumurta yedilər və nəsilləri artdı. 

Imam Baqir (ə): 

1. Övladı olmayan şəxs çox yumurta yesin. O nəsil 

artırır. 

2.  Qamışlığa  daxil  olsan  və  orada  bir  yumurta 

görsən, iki tərəfi bir-birindən fərqlənməsə, yemə. 

Imam Kazım (ə): 

1. Çox yumurta yemək övladların sayını artırar. 

2.  Hər  kəs  yumurta,  soğan  və  zeytun  yağı  yesə, 

cinsi qabiliyyəti artar. 

3.  Hər  kəs  ətlə  yumurta  yesə,  uşağının  sümüyü 

böyük olar. 

Imam Sadiq (ə): 

1. Peyğəmbərlərdən biri nəsil azlığından Allaha şi-

kayətləndi.

 

Allah-Təala



 

ona əmr etdi: Əti yumurta ilə ye. 

2. Yumurtanın sarısı yüngül, ağı isə ağır qidadır. 

3. Üç şey kökəldir, üç şey də arıqladır. Arıqladan-

lar – yumurta, balıq və təzə xurma. 

4.  Iki  tərəfi  bir-birindən  fərqlənən  yumurtanı  ye-

mək halal, bərabər olanı yemək isə haramdır. 

Imam Cəfər Sadiq (ə) cənablarından soruşdular ki, 




 

126


meşələrdə  tapılan  quş  yumurtaları  barəsində  şəriətin 

rəyi  nədir?  Buyurdu:  «Iki  tərəfi  bərabər  olan  yumur-

taları yemə, tərəfləri müxtəlif olan yumurtaları ye». 

Imam Rza (ə): 

1.  Çox  yumurta  yemək  üzdə  sızanaqların  çıxma-

sına səbəb olur. 

2. Çox yumurta yemək və ona adət etmək dalağın 

xəstələnməsinə  və  mədənin  baş  hissəsində  yelin 

yaranmasına səbəb olar. Çox toxumlu  yumurta  yemək 

təngnəfəsliyə səbəb olar. 



 

 


 

127


BALIQ ƏT  YEY LMƏS NIN ISLAMI ŞƏRTLƏRI 

 

 

Balıq və balıq məhsullarının insanların qidalanma-



sında  böyük  əhəmiyyəti  vardır.  Balığın  tərkibində 

zülal,  yağ,  mineral  maddələr  (xüsusən  fosfor  və  yod), 

vitaminlər və digər bioloji fəal maddələr vardır. Fizio-

loji  normaya  əsasən  orta  yaşlı  insan  ildə  azı  18,2  kq 

balıq istehlak etməlidir. Balığın tərkibində olan zülallar 

orqanizmdə çox asan mənimsənilir.  

Balıq  əti  vitaminlər  və  mineral  maddələrlə 

zəngindır.  Balıq  ətinin  enerji  dəyəri  onun  tərkibində 

olan yağın miqdarı ilə müəyyən olunur.  

Balıq  əti  yel  və  ürək  xəstəlikləri  üçün  əhəmiy-

yətlidir.  Gündə  azı  30  qram  balıq  əti  yeyən  insanda 

ürək xəstəlikləri azalmışdır. Dörd həftə mütəmadi balıq 

ə

ti  yeyənlərdə  qanın  tərkibindəki  yağ  nisbəti  optimal-



laşır. Balıq əti ilə daha çox qidalananlarda ateroskleroz 

riski  azalmışdır.  Balıq  əti  və  yağı  A  vitamini  ilə 

zəngindir. 

Balığın  kimyəvi  tərkibi  və  insan  orqanizmi  üçün 

ə

həmiyyəti barədə çox danışmaq olar, lakin balığın əsl 



biokimyəvi  tərkibi,  onun  qidalılıq  dəyəri  və  pəhrizi-

müalicəvi  əhəmiyyəti  ancaq  onu  yaradan  tək  Allaha 

məlumdur. 

Allahın  yaratdığı  saysız  nemətlər  sırasında  balıq 

mühüm yerlərdən birini tutur. 

Balıq  əti  dadlı  və  şirəli  olmaqla  bərabər,  insan 

orqanizmi  tərəfindən  tez  həzm  olur.  Hələlik  bizə 

məlum  olan  məlumatlara  əsasən,  balıqda  olan  zülali 

maddələrin  əsas  yeyinti  dəyəri  ondan  ibarətdir  ki, 

onların tərkibində insan orqanizminə lazım olan bütün 




Yüklə 2,75 Mb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   ...   119




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə