Microsoft Word qurani-kerim-de-qida-kinci-n-r-2015. doc



Yüklə 2,75 Mb.
Pdf görüntüsü
səhifə30/119
tarix26.03.2018
ölçüsü2,75 Mb.
#34699
1   ...   26   27   28   29   30   31   32   33   ...   119

 

94

yağ  istehsalında  xama  əvvəlcədən  80



0

C-dən  yüksək 

temperaturda pasterizə edilir. Laktaza fermenti laktoza 

şə

kərini qlükoza və qalaktozaya parçalayır. 



Südün  tərkibində  az  miqdarda  da  olsa  bütün 

vitaminlər  vardır.  Yaz-yay  vaxtı  süddə  vitaminlərin 

miqdarı  qış  mövsümünə  nisbətən  çox  olur.  Süddə 

vitaminlərin miqdarı mq%-lə: B

1

 – 0,04; A – 0,03; B



2

 

– 0,05; B



3

 – 0,38; B

6

 – 0,05; B



12

 – 0,0004; C – 2,0; D

3

 

–  0,00005;  H  –  0,0032;  E  –  0,15;  PP  –  0,15.  Qeyd 



etmək  lazımdır  ki,  camış  südündə  A  vitamini,  inək 

südündə isə karotin (provitamin A) vardır. 

Südün  tərkibindəki  immun  cisimləri  (antitellər) 

psevdoqlobulin formasındadır. Bunlar südün bakterisid 

xassəsini təmin edir. Südün bu xassəyə malik olmasına 

səbəb onda laktenin – 1, laktenin – 2, lizosim və lesitin 

adlı bakterisid, yəni mikrobları məhv edən maddələrin 

(antitellərin)  olmasıdır.  Bunlara  immun  cisimləri  də 

deyilir. Süd sağılandan 6 saat ərzində immun cisimləri 

orada mikrobların inkişaf etməsinə maneçilik  göstərir. 

Saxlanılma və pasterizasiya zamanı bunlar parçalanır. 

Ana südündə də immun cisimləri vardır. Ona görə 

körpə  uşaqlar  xəstələnəndə  deyirlər  ki,  ana  südü 

dərmandır. Ana südü ilə bəslənən uşaqlar, süni qida ilə 

bəslənən uşaqlara nisbətən daha az xəstələnirlər. 

Ə

n  çox  inək  südü  istehsal  edilir  və  ondan  süd 



zavodlarında  müxtəlif  süd  məhsulları  alınır.  Müxtəlif 

iqtisadi  rayonlarda  və  bölgələrdə  qoyun,  keçi,  camış, 

zebu, maral, at və dəvə südündən də istifadə olunur. 

Insanlar süd və süd məhsullarından çox qədimdən 

istifadə  edirlər.  Bunların  kimyəvi  tərkibi  və  bioloji 

dəyərliliyi  təbiətdə  olan  bütün  qidalardan  üstündür. 

Hazırda  məlumdur  ki,  südün  tərkibində  200-dən  çox 



 

95

müxtəlif maddə, o cümlədən 20-dən artıq aminturşusu, 



40 yağ turşusu, 25 mineral maddə, 20 vitamin, onlarca 

ferment, müxtəlif növ şəkər, piqment və s.vardır. 

Hələ  qədim  zamanlarda  filosoflar  südün  kimyəvi 

və fiziki xassələrini bilmədən, onun orqanizmə müsbət 

təsirini hiss edib onu  «ağ qan»,  «sağlamlıq mənbəyi», 

«həyat şərbəti» və s. adlandırmışlar. 

X  əsrin  axırı,  XI  əsrin  əvvəllərində  (980-1037) 

yaşamış  böyük  tacik  alimi  Əbu-Əli-Ibn-Sina  göstərir 

ki, süd məhsulları insanın inkişaf dövründə və qocalma 

yaşında çox əhəmiyyətlidir. Xüsusilə keçi südünü balla 

qarışdırıb içmək çox xeyirlidir. 

Görkəmli  fizioloq  I.P.Pavlov  sağlam  və  xəstə 

orqanizmlər  üzərində  külli  miqdarda  təcrübələr 

apararaq  belə  nəticəyə  gəlmişdir  ki,  insan  qidaları 

içərisində  süd  ən  yüksək  dəyərə  malikdir.  O,  təbiətin 

hazırladığı müstəsna qidadır. 

Məşhur  alim  O.P.Molçanova  südün  uşaqlar  üçün 

çox dəyərli qida olması haqqında yazır ki, südsüz qida 

payı,  uşaqların  zülallara  və  başqa  qida  maddələrinə 

olan  ehtiyacını  tamamilə  ödəyə  bilsə  də,  qənaətlən-

dirici nəticə verə bilməz. Buna səbəb südün tərkibində 

yüksək  qidalılıq  dəyəri  olan  yağın,  zülalların,  süd 

şə

kərinin olması və bunların orqanizm tərəfindən yaxşı 



mənimsənilə  bilən  nisbəti,  eyni  zamanda  südün  kal-

sium  və  fosfor  duzları  ilə  də  zəngin  və  vitaminli 

olmasıdır. 

Süd  zülallarının  yüksək  qidalılıq  dəyəri,  onda 

ə

vəzedilməz aminturşularının hamısının olmasıdır. Süd 



yağının  tərkibində  40-a  qədər  müxtəlif  yağ  turşuları 

olur.  Südün  tərkibindəki  süd  şəkəri  orqanizmdə  baş 

verən biokimyəvi proseslərin enerji ilə təmin edilməsi 



 

96

üçün əsas mənbədir. 



Südün  mineral  birləşməsinin  təxminən  yarısı 

kalsium  və  fosfor  duzlarından  ibarətdir.  Bu  da 

sümüyün inkişafında həlledici rol oynayır. 

Südün  tərkibində  az  olan  mikroelementlər  də 

(sink,  mis,  manqan,  kobalt,  yod  və  s.)  orqanizmdə 

gedən mübadilə prosesində mühüm rol oynayır. Südün 

qidalılığını artıran səbəblərdən biri də onun tərkibində 

bioloji cəhətdən fəal maddələrin – vitaminlərin (A, D, 

E, C, B

1

, B



2

 və s.) olmasıdır. 

Hədislərdə  deyilən  “Həm  yeyəcək  həm  içəcə

olaraq  süddən  daha  kifayətli  bir  şey  bilmirəm” 

kəlamı südün qədimdən əvəzolunmaz bir qida məhsulu 

olmasını sübut edir. 

Süddən  hazırlanan  turşudulmuş  süd  məhsullarının 

insan  orqanizmi  üçün  fizioloji  və  pəhrizi  əhəmiyyəti 

vardır. 


 

Süd və süd məhsulları haqqında hədislə

 

Peyğəmbər (s.ə.v.): 



1.  Allah-Təala  göndərdiyi  hər  bir  xəstəlik  üçün 

şə

fa  da  göndərib.  Inək  südündə  bütün  xəstəliklərin 



şə

fası var. 

2.  Inək  südündən  istifadə  edin.  Çünki  o,  hər  bir 

ağacdan yeyir (mal hər bir ağacdan qida tapdığı üçün, 

təbii  ki,  istehsal  etdiyi  südün  tərkibində  həmin  ağac-

ların elementləri var). Süddə bütün xəstəliklərin şəfası 

var. 

3.  Allah-Təala  yaratdığı  hər  bir  xəstəlik  üçün 



dərman da yaradıb. Inək südündən istifadə edin, çünki 

o, hər bir ağacdan yeyir. 

4. Inək südü ilə müalicə olunun, mən ümid edirəm 



Yüklə 2,75 Mb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   119




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə