Microsoft Word qurani-kerim-de-qida-kinci-n-r-2015. doc



Yüklə 2,75 Mb.
Pdf görüntüsü
səhifə28/119
tarix26.03.2018
ölçüsü2,75 Mb.
#34699
1   ...   24   25   26   27   28   29   30   31   ...   119

 

88

nəticələrinə görə, ana südü ilə qidalanan uşaqların ürək 



xəstəliklərinə  tutulması  riski  daha  azdır.  Ana  südündə 

damarın  tıxanmasının  qarşısını  alan  yağ  turşuları  var. 

Ana  südü  ilə  qidalanan  uşaqlar  daha  az  natrium 

istehlak edir və piylənməyə məruz qalmı. Buna görə də 

ana  südünün  ürəyin  sağlamlığı  baxımından  müsbət 

təsirə malik olduğu faktı da ortaya qoyulub. 

Bunlarla  yanaşı,  Sinsinnati  Universitetinin  (ABŞ) 

nəzdində olan uşaq xəstəxanasında işləyən Lisa Marti-

nin rəhbərliyi altında çalışan tədqiqatçılar ana südündə 

çox  miqdarda  “adiponektin”  adlı  protein  hormonu 

tapdı. Belə qəbul olunur ki, qanda çox miqdarda adipo-

nektinin  olması  infarkt  riskinin  azalması  ilə  bağlıdır. 

Köklük  və  infarkt  keçirmək  riski  çox  olan  adamlarda 

isə  qandakı  adiponektin  miqdarı  azdır.  Buna  görə  də 

ana südü ilə qidalanan uşaqların gələcəkdə kök olmaq 

riskinin  bu  hormonla  bağlı  azaldığı  müəyyən  edilmiş-

dir. Bununla yanaşı ana südündə leptin deyilən və yağ 

metabolizmasında  çox  vacib  bir  rol  oynayan  başqa 

hormonun  da  olduğu  müəyyən  edildi.  Alimlərə  görə 

leptin  bədəndə  yağ  olması  ilə  bağlı  beyinə  göndərilən 

siqnaldır.  Dolayısı  ilə  Dr.Martinin  sözlərinə  görə, 

körpə  ikən  ana  südü  ilə  qəbul  edilən  bu  hormonlar 

sonrakı  yaşlarda  piylənmə,  2-ci  növ  şəkər  xəstəliyi, 

insulin  müqaviməti  və  tac  damar  narahatlığı  kimi 

xəstəliklərə tutulma riskini azaldır. 

 

Ən təzə qida” ilə bağlı həqiqətlə



 

Ana südü ilə bağlı həqiqətlər bununla da məhdud-

laşmır. Ana südünün körpəyə verdiyi maddələr körpə-

nin  yaş  dövrü  mərhələlərinə  görə  dəyişir  və  körpənin 

hansı dövrdə hansı qidaya ehtiyacı varsa, südün tərkibi 



 

89

də bu dövrə görə fərqli xarakter alır. Ideal temperaturu 



ilə  həmişə  hazır  olan  ana  südü  tərkibindəki  şəkər  və 

yağla  beynin  inkişafında  da  mühüm  rol  oynayır. 

Bununla  yanaşı  ana  südündəki  kalsium  kimi  element 

körpənin sümüyünün inkişafında önəmli rola malikdir. 

Bu  möcüzəvi  qarışıq  süd  adlandırılsa  da,  əslində 

ana  südünün  90%-i  sudan  ibarətdir.  Bu  da  çox  vacib 

bir xüsusiyyətdir. Çünki körpələrin qida ilə yanaşı ma-

ye kimi suya da ehtiyacı var. Ana südündən başqa isti-

fadə  edilən  suyun  və  başqa  maddələrin  istehlakı  pro-

sesində gigiyena təmin edilməyə bilər. Ancan 90%-i su 

olan  ana  südü  ilə  körpənin  su  ehtiyacı  da  ən  etibarlı 

şə

kildə, gigiyenik baxımdan qorxusuz təmin edilir. 



 

Ana südü və zəka 

 

Tədqiqatlar ana südü ilə qidalanan uşaqların zəka-

sının  inkişafının  ana  südü  ilə  bəslənməyən  körpələrə 

nisbətən daha çox olduğunu göstərir. Kentukki Univer-

sitetinin  (ABŞ)  mütəxəssisi  Ceym  Andersonun  ana 

südü  və  süni  qida  ilə  böyüyən  uşaqlar  arasında  mü-

qayisə  aparan  araşdırması  nəticəsində  müəyyən  edilib 

ki,  ana  südü  ilə  qidalanan  uşaqların  intellekt  indeksi 

(IQ)  süni  qidalarla  bəslənən  uşaqlara  nisbətən  5  bal 

çoxdur. Bu tədqiqat nəticəsində o da müəyyənləşdirilib 

ki,  azı  6  ay  ərzində  ana  südü  ilə  qidalanan  uşaqların 

zəkasının inkişafında problem olmur, 8 həftədən az ana 

südü  qəbul  edən  uşaqlarda  isə  ana  südü  zəkanın 

inkişafına heç bir fayda vermir. 

 

Ana südü xəəngin dərmanıdırmı? 

 

Aparılan  araşdırmalar  nəticəsində  haqqında  yüz-




 

90

lərlə məqalə dərc olunan ana südünün körpələri həm də 



xərçəngdən  qoruduğu  sübut  olunmuş,  lakin  bunun 

mexanizmi  hələ  tamamilə  aydınlaşdırıla  bilməmişdir. 

Tədqiqatçılar  laboratoriyada  yetişdirilən  xərçəng  hü-

ceyrələrinin  ana  südü  tərəfindən  öldürülməsini  sübut 

etməklə bu sahədəki tədqiqatların çox böyük potensia-

lının ortaya çıxdığını müəyyənləşdiriblər. Isveçin Lund 

Universitetində həkim və immunoloq işləyən Katarina 

Svanborq ana südündəki bu möcüzəvi sirləri kəşf edən 

qrupun  üzvlərindən  biridir.  Lund  Universitetindəki  bu 

qrup  adi  ana  südünün  xərçəngin  hər  növü  qarşısında 

etibarlı  bir  qoruyucu  olması  vəzifəsini  möcüzəli  bir 

kəşf kimi dəyərləndirib. 

Ə

vvəlcə  təzə  doğulan  körpələrdən  aldıqları 



bağırsaq-mukoza  hüceyrələrini  ana  südü  ilə  işləyən 

tədqiqatçılar nəticədə Pnemococcus bakteriyası tərəfin-

dən  yaradılan  və  pneumonia  (zökəm)  adlandırılan 

xəstəliyin  inkişafının  qarşısının  ana  südü  tərəfindən 

uğurla alındığını gördülər. O da bəlli oldu ki, ana südü 

ilə  qidalanan  körpələr  süni  qida  ilə  böyüyən  uşaqlara 

nisbətən eşitmə çətinliyi ilə daha az üzləşir və tənəffüs 

sistemi infeksiyalarına da daha az məruz qalırlar. Təd-

qiqatçılar  bir-birinin  ardınca  davam  edən  çalışmalar 

nəticəsində  ana  südünün  xərçəngə  qarşı  da  qoruyucu 

xüsusiyyətinin  olduğunu  sübut  etmişdir  (Alimlər  uşaq 

yaşlarında müşahidə edilən limfa xərçəngi riskinin süni 

qidalarla  böyüyən  uşaqlarda  9  dəfə  çox  olduğunu 

göstərəndən  sonra,  eyni  nəticələrin  başqa  xərçəng 

növləri  üçün  də  keçərli  olduğunu  fərq  etdi).  Əldə 

edilən  nəticəyə  görə,  ana  südü  xərçəng  hüceyrələrinin 

yerini  dəqiq  müəyyənləşdirir,  sonra  da  onları  öldürür. 

Xərçəng  hüceyrələrini  müəyyənləşdirib  məhv  edən 




Yüklə 2,75 Mb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   119




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə