Microsoft Word qurani-kerim-de-qida-kinci-n-r-2015. doc



Yüklə 2,75 Mb.
Pdf görüntüsü
səhifə31/119
tarix26.03.2018
ölçüsü2,75 Mb.
#34699
1   ...   27   28   29   30   31   32   33   34   ...   119

 

97

ki,  Allah-Təala  ona  müalicəvi  keyfiyyət  verib.  Çünki 



o, ağaclarla qidalanır. 

5.  Dəvə  südü…  mədə  narahatçılığına  (həzmə 

getməmə) mübtəla olanların dərmanıdır. 

Imam Əli (ə): 

1.  Süd  içmək  ölümdən  başqa  bütün  xəstəliklərin 

şə

fasıdır. 



2. Inək südü dərmandır. 

3. Inək südü şəfadır. 

Imam Baqir (ə): - Cabir ibn Abdullahdan: Dedilər 

ki, ey Allahın Rəsulu (s.ə.v.), müalicə olunaqmı? 

Dedi:  "Bəli  müalicə  olunun!  Allah-Təala  elə  bir 

xəstəlik  göndərməyib  ki,  onun  üçün  dərman  yarat-

masın.  Inək  südündən  istifadə  edin,  o,  bütün  ağaclar-

dan qidalanır". 

Imam Sadiq (ə): Boğaz ağrısı üçün süd içməkdən 

faydalı bir şey tapmadıq. 

"Kafi" – Əbülhəsən Isfahanidən: Imam Sadiqin (ə) 

yanında idim. Bir şəxs həzrətə dedi və mən də eşitdim: 

-  Sənə  fəda  olum,  mən  bədənimdə  zəiflik  hiss 

edirəm?! 

Həzrət  dedi:  "Süd  iç.  O,  insanı  cana  gətirir  və 

sümüyü möhkəmləndirir". 

"Kafi"  –  Əbu  Bilaldan:  Imam  Baqirə  (ə)  mədəm-

dəki xəstəlikdən şikayətləndim. Həzrət mənə dedi: 

- Niyə inək südü içmirsən?! Heç ondan içmisənmi? 

Dedim: 


- Bəli, dəfələrlə. 

- Necə təsir etdi? 

-  Mədəni  təmizləyir,  böyrəyi  piyləndirir  və 

yeməyə iştah gətirir. 

-  Əgər  süd  içmək  vaxtı  olsaydı,  səninlə  birlikdə 



 

98

Yənbiə gedərdik ki, süd içək. 



"Kafi"  –  Muhəmməd  ibn  Yəhya  sənədi  Imam 

Kazimə (ə) yetişən bir hədisdə: - Hər kəs qatıq yemək 

və  bunun  ona  zərər  verməməsini  istəyirsə,  onun  içinə 

hazum (həzm etdirən) töksün. 

Soruşdum: - Hazum nədir? 

- Cirə. 


Imam  Kazım  (ə):  Hər  kəsin  bel  suyu  (sperması) 

dəyişikliyə məruz qalıbsa, ona təzə sağılmış süd və bal 

faydalı olar. 

 

 



Turşudulmuş süd məhsullarının pəhrizi əhəmiyyəti 

 

Turş süd məhsullarında (kefir, qatıq, kəsmik, süz-



mə,  turş  xama  və  s.)  zülal,  yağ,  vitamin  və  mineral 

maddələrdən  başqa  nizin,  streptozin,  laktolin  kimi 

antibiotiklər də mövcuddur. Bunların isə profilaktik və 

müalicəvi  əhəmiyyəti  böyükdür.  Bu  antibiotikləri 

sintez  edən  süd  turşusuna  qıcqırdan  bakteriyalar  və 

maya göbələkləridir. 

Turş  süd  məhsullarında  vitaminlərin  miqdarı  süd-

dəkindən  daha  çoxdur.  Bunun  səbəbi  süd  turşusuna 

qıcqırdan bakteriyaların bəzi növlərinin vitamin sintez 

etməsidir. Qımız və asidofilin qatığında nizin adlı anti-

biotik vardır ki, onun müalicəvi əhəmiyyəti böyükdür. 

I.I.Meçnikov turş süd məhsullarının profilaktik və 

müalicəvi  əhəmiyyətinin  elmi  əsasını  vermişdir.  O, 

müəyyən  etmişdir  ki,  Bolqarıstan  əhalisinin  əksəriy-

yətinin  uzun  ömürlü  olmasına  səbəb  yerli  turş  süd 

məhsulu – bolqar qatığının qidalanmada geniş istifadə 

olunmasıdır. Turş süd məhsulunda – qatıqda süd turşu-

suna qıcqırdan bakteriyalar süd şəkərini süd turşusuna 

parçalayır.  Bu  turşu  bağırsaqda  çürüdücü  mikroorqa-



 

99

nizmlərin inkişafına imkan vermir. 



Azərbaycanda  hazırlanan  qatıq  öz  tərkib  və 

keyfiyyətinə görə şimal rayonlarda hazırlanan qatıqdan 

fərqlənir.  Hələ  1897-ci  ildə  A.A.Kalantar  alim  Linder 

və  Veykman  alimlərinın  xahişi  ilə  Berlinə  qatıq 

nümunəsi  göndərmiş,  onlar  müəyyən  etmişlər  ki,  bu 

cənub  qatığında  bir  neçə  növ  faydalı  bakteriyalar 

vardır ki, insanlar üçün çox xeyirlidir. 

Hazırda  turş  süd  məhsullarından  Azərbaycanda 

ə

sasən  qatıq,  kefir,  asidofilin,  ayran,  kəsmik,  süzmə, 



turş  xama  və  s.  istehsalı  geniş  yayılmışdır.  Bu  məh-

sulların  hamısı  pasterizə  olunmuş  südün  üzərinə  süd 

turşusuna  qıcqırdan  bakterial  maya  əlavə  edilməklə 

hazırlanır.  Turş  süd  məhsullarının  istehsalında  inək, 

camış, qoyun südlərindən istifadə olunur. Bu məhsullar 

süddə gedən biokimyəvi-mikrobioloji proseslər nəticə-

sində  əmələ  gəldiyi  üçün  onlarda  adi  içməli  süddən 

fərqli olaraq, bir sıra maddələr və xassələr əmələ gəlir. 

Məsələn,  turş  süd  məhsulları  orqanizmdə  daha  tez  və 

asan  həzm  olur.  Belə  ki,  süd  orqanizmdə  3  saat 

müddətinə  44%  həzm  olduğu  halda,  qatıq  həmin 

vaxtda 95,5% həzmə gedir. Bunun səbəbi odur ki, süd 

mayalandıqda (dələmələndikdə) onun mürəkkəb zülal-

ları  sadə  peptonlara  və  başqa  daha  asan  həzm  olan 

maddələrə parçalanır. 

Pəhrizi  turşudulmuş  süd  məhsulları  mayalanma 

xüsusiyyətinə və qıcqırdılmadan alınan son məhsullara 

görə  2  qrupa  bölünür.  Birincilər  yalnız  süd  turşusuna 

qıcqırma  gedən  məhsullardır.  Bu  qrupa  müxtəlif 

qatıqlar,  asidofilinlər,  yoğurt  və  s.  aiddir.  Ikincilər 

qarışıq  qıcqırmanın  –  süd  turşusuna  və  spirtə  qıcqır-

manın  nəticəsində  alınan  turşudulmuş  süd  məhsulla-




 

100


rıdır. Bunlara kefir, qımız və digər məhsullar aiddir. 

Turşudulmuş  süd  məhsulları  istehsalının  mahiy-

yəti ondan ibarətdir ki, laktaza fermenti ilk mərhələdə 

süd şəkəri laktozanı qlükoza və qalaktozaya parçalayır. 

Sonra  süd  turşusu  bakteriyalarının  təsirindən  qlükoza 

və  qalaktoza  süd  turşusuna  çevrilir.  Bu  zaman  başqa 

uçucu turşular və karbon qazı əmələ gəlir. Süddə olan 

laktozanın  25%-i  parçalanır.  Yerdə  qalan  süd  şəkəri 

qidalanmada 

bağırsaqlarda 

olan 

süd 


turşulu 

bakteriyaların həyat fəaliyyətində istifadə edilir. 

Qarışıq qıcqırmada laktozanın hidrolizindən alınan 

qlükoza  və  qalaktozanın  bir  hissəsi  süd  turşusu,  digər 

hissəsi isə sirkə aldehidi və karbon qazı əmələ  gətirir. 

Sonradan  sirkə  aldehidi  etil  spirtinə  çevrilir.  Əmələ 

gələn  süd  turşusu  südün  zülallarına  təsir  edir  və 

onlardan kalsiumu ayırır. Əmələ gəlmiş sərbəst kazein 

turşusu  dələmə  əmələ  gətirir.  Baş  verən  biokimyəvi 

proseslər  nəticəsində  yeni  qiymətli  xassələrə  malik 

turşudulmuş  süd  məhsulları  əldə  edilir.  Adi  südə 

nisbətən  turşudulmuş  süd  məhsulları  asan  və  tez 

mənimsənilir. Əmələ gələn süd turşusu, spirt və karbon 

qazı mədə-bağırsağın şirə və ferment ifrazını artırır, bu 

da qidanın həzmini və mənimsənilməsini sürətləndirir. 

Bu  zaman  həzm  prosesinə  sərf  edilən  enerjinin 

miqdarı  da  azalır  ki,  bu  da  zəif  orqanizm  üçün  çox 

ə

lverişlidir. Ona görə də xəstələrin qidalanmasında turş 



süd məhsullarından geniş istifadə olunur.  

Turş  süd  məhsulları  bir  sıra  xəstəliklərin  müalicə-

sində, məsələn kefir qan azlığında, həddindən artıq arıq-

lamada,  xroniki  kolitdə,  asidofilin  qatığı  isə  bağırsaq-

ların çürüdücü və iltihablı yaralarında istifadə edilir. 

Adi qatıq süddən fərqlənərək B

1

 və B


2

 vitaminləri 




Yüklə 2,75 Mb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   119




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə