108
s.adı ilə )
kə silə nlə ri (yemə yi) qə ti haram etmiş dir…”
(Bəqərə, 2/173 ).
Bildiyimiz kimi, canlı varlıq öldüyü zaman orqa-
nizmdə mikroblar, bakteriyalar qaynaşmağa başlayır.
Bu zaman çürüdücü və parçalayıcı bakteriyalar cəm-
dəyə yayılır. Bakterioloji tədqiqatların aparılmasından
çox-çox əvvəllər “Qurani-Kərim” bizə ölü əti yeməyi
haram buyurmuşdur.
Dalaq haramdır. Axan qan haramdır. Donuzdan
insana keçən xəstəlik trixinellozdur. Donuz əti, ağ ayı
və sığır əti yeyənlərin 78%-də trixin xəstəliyi müşahidə
edilmişdir. Donuz əti ilə trixinozdan daha təhlükəli
xəstəliklər törənə bilir. Amerikada hər il 3300 uşaq ana
bətnində T.rongun almış, bunların yüzdə altısının qısa
bir müddətdə öldüyü məlum olmuşdur.
Araşdırmalar göstərir ki, hər üç donuzdan birində
T.gondi
paraziti var. Donuzda çox önəmli toksik
amildən biri də qrip virusudur. London Virus Araşdır-
maları Institutunun professoru Shopca görə viruslar
donuzun ağciyərində yaşayır və bu yolla donuz ətindən
hazırlanan məhsullara keçir. Donuz əti yeməklə insana
daha bir çox xəstəlik keçməsi məlumdur. Ikinci Dünya
müharibəsi dövründə Quzey Afrika hərəkatında iştirak
edən alman əsgərlərinin ayaqlarında yara halında
görünən bir xəstəlik təsbit edilmişdir. Buna tropik
ülseq deyilirdi. Bu xəstəlik əsgərlərə müharibədə
iştirak etməyə mane olur, uzun müddət xəstəxanada
qalmaq məcburiyyətində qalır, hətta bu xəstəliyin qida
ilə yoluxması güman edildi. Çünki belə rahatsızlığa
yerli əhalidə rast gəlinmirdi. Sonradan yerli müsəlman
ə
halisinin qidalandığı məhsulların yeyilməsi ilə
ə
sgərlərdə həmin xəstəlik tənzim edildi. Nəticədə
109
tropik ülseq dərdi tamamən ortadan qalxdı.
Yer üzündəki heyvanlar içində ən çox ürük asid
daşıyan donuzdur. Fəqət, donuzdan başqa heyvanlar bu
maddəni idrar yoluyla davamlı kənara atırlar. Insan
vücudu bu maddənin 90%-ni böyrəklərin köməyi ilə
kənara çıxarır (ifraz edirlər). Fəqət, donuz üçün ürük
asidin 2%-dən çoxunu çıxarmaq mümkün deyildir.
Geriyə qalan miqdar da qanın bir parçası olaraq
varlığını davam etdirir. Bu üzdən donuz daima bu
xəstəliklərə məruz qalır. Ətini yeyənlərdə diz ağrıları,
revmatizm kimi şikayətlər tez-tez müşahidə edilə bilir.
Donuz əti yalnız yumşaq kolbasa emalı üçün
ə
lverişlidir. Buna səbəb amino-şəkər, heksozamin isə
kükürdün birləşməsi əmələ gələn sulfid turşusu və
mikoitin sulfit turşusu kimi maddələridir.
Donuzun ən önəmli zərəri onun daxili orqan-
larında çoxlu yağın olmasından irəli gəlir. Başqa hey-
vanlara nisbətən donuz ətində yağın və xolesterinin
miqdarı daha çoxdur. Təfsirlərdə bu yağın daha təhlü-
kəli olduğuna dair fikirlər vardır. Xolesterolun pan-
kreatin, yoğun bağırsaq və mədə xərçəngi riskini
artıran səbəbi var.
Müsəlmanın həyatında halal və haram ət
məhsulları
Qədim zamanlardan Allah Təbarəkə Təala insanlara,
xalqlara yeməklərin halal və ya haram olması barədə
göstərişlər vermişdir, xüsusilə də ət yeməkləri haqqında.
Ə
t və balığın yeyilməsi qaydaları müxtəlif xalqlar-
da, icmalarda, dinlərdə bir-birindən fərqlənir.
Yeyilməsinə icazə verilmiş ət məhsullarına quruda
və suda yaşayan heyvanların əti aid edilir.
110
Quruda yaşayan heyvanlardan “Qurani-Kərim”
yalnız donuz ətini, ölmüş heyvan ətini və Allahın adına
kəsilməmiş heyvanın ətini və qanını qadağan edir.
Müqəddəs Quran Muhəmməd Peyğəmbər(s.ə.v.)
vasitəsilə bizi xəbərdar edir: “… (O peyğəmbər) onla-
ra yaxşı iş görməyi buyurar, pis işləri qadağan
edər, təmiz (pak) nemətləri halal, murdar (napak)
ş
eyləri haram edər…”. (Əl-Əraf, 7/157).
Murdar, natəmiz, pak olmayan insanlarda ikrah
hissi yaradan şeydir.
Mömin xəlifələr deyirlər ki, «cəsədində vəhşi hey-
vanın dişlərinin və ya vəhşi quşun caynağının izi olan
heyvanın ətini yeməyi Allah qadağan etmişdir. Başqa
heyvanın bədənini parçalaya bilən yırtıcılara şir, pə-
ləng, canavar və s. heyvanlar aid oluna bilər. Yırtıcı
quşlara qartal, şahin, qırğı və digər bu qəbildən olan
quşlar aiddir.
Ölü heyvan ətinin qadağan olunması onun qida ki-
mi qəbul edilməsinin qadağanı deməkdir. Onun dərisi,
buynuzu, sümükləri, tükü çox lazımdır və insana xeyir
verə bilər.
Bir dəfə Ibn Əbbas Möminə xatına zəkat olaraq
qoyun verir. Qəflətən qoyun ölür. Peyğəmbər (s.ə.v.)
onlara yaxınlaşıb deyir: “Heyvanın dərisini soyun, tə-
mizləyin, aşılayın və istifadə edin”. Onlar Rəsulüllaha
belə deyirlər: “Bu ki, ölü heyvandır!”. Peyğəmbər
(s.ə.v.) cavab verir ki, bu qoyunun yalnız ətini yemək
olmaz. O, Ibn Əbbasa və Möminəyə qoyunun dərisinin
soyulması və aşılanması qaydasını göstərir. “Əgər dəri
aşılanıbsa, o, pak hesab olunur” - deyə mömin xəlifələr
təsdiq edirlər. Bu, bütün dərilərə aiddir, istər it dərisi,
istərsə də hətta donuz dərisi olsun.
Dostları ilə paylaş: |