Microsoft Word qurani-kerim-de-qida-kinci-n-r-2015. doc



Yüklə 2,75 Mb.
Pdf görüntüsü
səhifə38/119
tarix26.03.2018
ölçüsü2,75 Mb.
#34699
1   ...   34   35   36   37   38   39   40   41   ...   119

 

120


arasında “Yeməmisən qaz ətini, görməmisən ləzzətini” 

deyimi qaz ətinin dadlı və ləzzətli olmasını göstərir. 



Ördək  cinsləri  ən  tezböyüyən  və  kökələndir. 

Ördək  balası  50-55  gün  ərzində  2,5-3  kq-a  çatır.  Dişi 

ördəyin  diri  kütləsi  2-2,5  kq,  erkəklərinki  3,5-4,5  kq 

olur. Ildə 100-200 yumurta verir.  

Emalından  asılı  olaraq  quş  cəmdəkləri  təmizlən-

miş,  yarımtəmizlənmiş  və  təmizlənmiş  halda,  lakin 

içalat və boyun komplekti ilə birlikdə olur. 

Bütün ev quşlarının əti köklüyünə və keyfiyyətinə 

görə 2 kateqoriyaya ayrılır. 

Termiki  vəziyyətindən  asılı  olaraq  quş  əti 

temperaturu  25

0

C-dən  çox  olmamaq  şərtilə  soyumuş, 



0-4

0

C-yə  qədər  soyudulmuş  və  mənfi  8



0

C-yə  qədər 

dondurulmuş olur. 

Ov  quşları  –  aşağıdakı  qruplara  bölunur:  Meşə 

quşları  –  tetra,  sibirxoruzu,  ağ  kəklik,  qırqovul  və  s.; 

dağ  quşları  –  dağ  kəkliyi,  dağ  hindtoyuğu  və  s.;  çöl 

quşları  –  boz  kəklik,  bildirçin  və  s.;  su  quşları  – 

qaşqaldaq, ördək və qazlar; bataqlıq quşları – cüllütlər. 

Azərbaycanda  ov  quşlarından  əsasən,  qırqovul, 

kəklik,  boz  kəklik,  turac,  bildirçin,  Qafqaz  tetrası, 

Qafqaz uları, Xəzər uları, bəzgək, qaşqaldaq, boz qaz, 

yaşılbaş  ördək,  fitçi  cürə,  boz  ördək,  kəkilli  ördək, 

dəniz  ördəyi,  ağgöz  ördək,  qırmızıbaş  ördək  və  s. 

quşlar  ovlanaraq  müxtəlif  xörəklərin  hazırlanmasında 

istifadə edilir. Ov quşlarının əti yağsız, zülalı nisbətən 

çox,  bərk  konsistensiyalı,  tünd  rəngli,  ekstraktlı 

maddələrlə zəngindir. 

nsanlar  hələ  qədimdən  quş  əti  ilə  qidalanıblar  və 

quş ətinin  yeyilməsində  heç bir qadağa  yoxdur. Lakin 

təmiz  şəraitdə  yetişdirilən  və  halallıqla  kəsilənlər 



 

121


yeyilməlidir.  

Ə

bu  Musa  demişdir:  “Peyğəmbərimizi  (s.ə.v.)  to-



yuq əti yeyərkən gördüm”. Başqa bir mənbədə deyilir: 

“Nəbiyə 


(

s.ə.v.)  bişmiş  ət  gətirildi.  Ona  qol  tərəfi 

verildi və o da yedi. Çünki ən çox qoyunun qabaq (ön) 

qolunu  sevərdi”.  Başqa  bir  mənbədə  deyilir:  “Rəsu-

lullah  (s.ə.v.)  toyuğun  qanad  hissəsini  yeməyi  xoşla-

yardı”. Müasir dövrdə bu deyimin  elmi izahı oxucuda 

maraq oyada bilər. Beləki, heyvani məhsulların yağın-

da,  o  cümlədən  toyuğun  dərialtı  piyində  və  dərisində 

xolesterin maddəsi vardır. Bu maddə az hərəkətdə olan 

və zehni işlə məşğul olanlarda ürək-damar xəstəlikləri-

nin (əsasən də aterosklerozun) yaranmasına səbəb olur. 

Toyuğun  qanadında  (hətta  qanadı  örtən  dəridə)  xo-

lesterinin olmaması elmi cəhətdən sübut olunmuşdur. 

Ə

bubəkir  Razinin  (865-925)  toyuq  əti  ilə  bağlı 



söylədiyi  elmi  fikirlər  hamımıza  məlumdur:  “Ev 

toyuğunun  əti  gerçəkdən  yaxşı  qidadır.  Təmiz  olanı 

seçilməlidir.  Təmizliyi,  yediyi  yemlər  və  bəsləndiyi 

şə

rait  əsasdır”.  Digər  mənbələrdə  göstərilir  ki,  əgər 



toyuğun  necə  bəsləndiyi  və  nə  ilə  qidalandığı  sizə 

məlum  deyilsə,  onda  kəsməzdən  24  saat  əvvəl  onu 

təmiz yerdə saxlayın. Bu zaman onun əti halaldır.  

 

Toyuq və digər quş ətləri haqqında hədislər. 



 

Peyğəmbər (s.ə.v.): 

1. Hər kəs qəzəbinin az olmasını istəyirsə, turac əti 

yesin. 


2.  Hər  kəsin  ürəyindən  şikayəti  varsa  və  qəmi 

çoxdursa, turac əti yesin. 

Imam Əli (ə): Qaz quşların camışı, toyuq quşların 

donuzu,  turac  isə  onların  kərgədanıdır.  Rəbiə  qəbilə-




 

122


sindən  olan  bir  qadının  öz  yeməyinin  artığı  ilə 

böyütdüyü iki cücədən istifadə etmirsən?! 

Imam Sadiq (ə): Hər kəs özündə qəm, narahatçılıq 

hiss edirsə və bunun səbəbini bilmirsə, turac əti yesin, 

inşallah narahatçılığı aradan qalxar. 

Imam Cəfər Sadiq (ə) cənablarından soruşdular ki, 

hansı  quşların  ətini  yemək  olar?  Buyurdu:  “Qanad 

çalan quşun ətini ye, süzən quşun ətini yemə”. 

Yəni,  qanad  çalmağı  süzməyindən  çox  olan 

quşların  əti  halaldır,  süzməyi  qanad  çalmağından  çox 

olan quşların əti haramdır. 

Sonra  su  quşları  barəsində  sual  etdilər.  Buyurdu: 

“Hansı quşun çinədanı (pətənəyi) varsa, onun ətini ye, 

hansı quşun çinədanı yoxdursa, onun ətini yemə”. 

Imam Kazım (ə): 

1.  Qızdırmalı  şəxsə  kəklik  əti  yedizdirin,  o, 

ayaqları qüvvətləndirir və qızdırmanı salır. 

2.  Növbərə  quşunun  ətini  yeməkdə  heç  bir  eyib 

görmürəm.  O,  babasil  və  bel  ağrıları  üçün  faydalıdır, 

cinsi qabiliyyəti artırır. 

"Kafi" – Zürarədən: And olsun Allaha, mən imam 

Bağır (ə) kimi insan görməmişəm. 

Həzrətdən soruşdum: 

-  Allah  səni  saleh  bəndə  etsin,  hansı  quşun  ətini 

yemək halaldır? 

Dedi: 


- Qanad çalanları ye, havada süzənləri isə yemə. 

- Su quşlarını yemək olarmı? 

- Çinədanı olanları ye, olmayanları yemə. 

"Kafi"  –  Əli  ibn  Məhziyazdan:  Imam  Baqirlə  (ə) 

nahar etdim. Həzrət Misir kəkliyinin ətini gətirib dedi: 

"Bu,  bərəkətli  ətdir,  atam  bunu  çox  sevərdi  və  əmr 




 

123


edərdi  ki,  sarılıq  xəstəliyinə  tutulanlar  üçün  ondan 

kabab bişirin, onlara faydalı olacaq".  

 

Yumurta haqqında 

 

Yumurta qidalılıq dəyərinə görə yüksək keyfiyyət-

li və orqanizmdə 97-98% mənimsənilən ərzaq  məhsu-

ludur. Yumurtanın tərkibində tam dəyərli zülallar, yağ-

lar,  lesitinlər,  vitaminlər  və  mineral  maddələr  vardır. 

Yumurta  maddələr  mübadiləsinin  normal  getməsinə 

müsbət  təsir  edir,  sinir  sistemini  möhkəmləndirir, 

infeksion xəstəliklərə qarşı müqaviməti artırır, uşaqları 

isə raxit xəstəliyindən qoruyur. 

Orta yaşlı adam fizioloji normaya əsasən ildə 260 

ə

dəd (3 gündə 2 ədəd) yumurta yeməlidir.  



Toyuq  yumurtası.  Quruluşuna  görə  3  əsas 

hissədən  ibarətdir.  Kütləyə  görə  toyuq  yumurtasının 

56%-ni ağı, 32%-ni sarısı və 12%-ni qabığı təşkil edir. 

Yumurtanın  tərkibində  74%  su;  12,7%  zülal; 

11,5%  yağ;  0,7%  karbohidrat;  1%  mineral  maddələr; 

A, D, E, B

1

, B


2

, B


6

, B


12

, PP vitaminləri; Na, K, Ca, P, 

Fe, Mg kimi makro- və J, F, B və s. mikro- elementlər; 

bütün əvəzedilməz aminturşuları vardır. 

Yumurtanın  ağının  tərkibində  85,7%  su;  12,7% 

zülal;  0,7%  karbohidrat;  0,6%  mineral  maddə;  0,03% 

yağ vardır. Yumurta ağının tərkibində zülallardan ovo-

albumin, ovoqlobulin, ovomusin, ovomukoid və bakte-

risid  xassəli  lizosim  zülalı  vardır.  Yumurta  ağındakı 

avidin  zülalı  tərkibində  10%  DNT  olan  qlükoproteid-

dezoksiribonukleoproteid  adlanır.  Avidin  zülalının  bir 

hissəsi H vitamini (biotin) ilə birləşmiş olur. 

Yumurta  sarısı  ən  dəyərli  hissə  sayılır.  Tərkibində 

50-54%  su,  29-32%  yağ  və  lipoidlər,  16-17%  zülal,  




Yüklə 2,75 Mb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   ...   119




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə