74
musahidə olundugundan (yalnız sunami kuləklərini istisna etmək sərtilə) onları
regional TFH-nə də aid etmək olar. Məsələn, zəlzələrin seysmik mərkəzi dəqiq
lokal sahədə məhdudlaşsada, onun nəticəri konkret ərazilərdə təzahur etməsi ilə
nəzərə çarpır. Bütün bunları vulkan püskürmələrinədə aid etmək olar. Məhdud
TFHnə ayrı-ayrı vulkan puskurmələrini, meteoritlərin yer səthinə düşməsini,
ucqun, sürusmə və selləri, ildırım zərbəsini, mədənlərdə kömürün özü-özünə od
almasını və torf yataqlarının qəflətən alışmasını aid etmək olar.
Göstərilən misallar TFH-nin təsnifatına dair mövcud yanasma və qruplaşdırma
üsullarının muxtəlif olmasını göstərir. Bu yanasma üsullarına genetik, muhəndis
cografi, müvəqqəti, ərazilik, statistik və digər metodlar daxildir. Lakin, bütün
bunlar TFH-nin iqtisadi cografiya baxımdan öyrənilməsi üçün kifayət deyildir.Ona
gorə TFH-nin ümumi şəkildə qiymətləndirilməsi, onların təsərrüfat obyektlərinin
fəaliyyətinə təsiri, proqnozlaşdırılması və onlardan mudafiə imkanları üzrə
təsnifatın verilməsi zəruridir. Bizim tərəfimizdən, ilk dəfə olaraq TFH-nin
dagıdıcılıq dərəcəsinə və muxtəlif təsərrüfat obyektlərinin inkisaf ritminə təsirinə,
eləcədə onların normal fəaliyyətinin bərpa olunması imkanlarına gorə təsnifatı
tərtib olunmusdur.
Dəyən zərərlərin xarakteri əsas etibarı ilə kəmiyyət gostəriciləri ilə
ə
saslandırılmamış təqribi qiymət əsasında muəyyən edilmişdir. Bu ilk növbədə
statistik orqanların və sair təşkilatlar tərəfindən TFH-nın təsərrüfata vurdugu
zərərin nəticəsində meydana çıxan itkilərin sistematik uçotunun (qeydiyyatının)
aparılması ilə əlaqədarldır.
Bu təsnifatın mahiyyəti TFH-nın ayrı-ayrı növlərinin muxtəlif təsərrüfat
sahələrinə gostərdiyi təsirin fərqli olmasından ibarətdir; TFH-nin bir qismi bir sıra
təsərrüfat sahələrinə dagıdıcı təsir göstərdiyi halda, digər sahələr üçün təhlukəli
deyil (məsələn, kənd təsərrüfatı sahələrinin məhsulunu məhv edən və sənaye üçün
praktiki olaraq zərərsiz olan dolu hadisəsini gostərmək olar). Digər TFH isə
dağıntılar törətməsələrdə, digər sahələrin normal fəaliyyət ritminə mane olurlar
(mməsələn, covgun); üçüncü növ TFH isə qarşısına çıxan hər bir canlı, cansız
əş
yanı məhv edirlər (məsələn, zəlzələ, sel və.s). TFH nəticəsində təsərrüfat
sahələrinə dəyən dagıntıların bərpası üçün tələb olunan zaman kəsiyi də
muxtəlifdir.
Beləliklə, bizim tərəfimizdən hazırlanmış təsnifat TFH-nın ayrı-ayrı növlərinin
vurdugu zərərləri muqayisə etməyə, hər bir ərazinin sosial-iqtisadi tutumunu və bu
ə
razilərdə təbii proseslərin bu və ya digər növlərinin təzahür formalarından asılı
olaraq vurduqları zərərlərin təhlukəliliyini qiymətləndirməyə imkan verir. Təklif
olunmus təsnifatın cografi baxımdan öyrənilməsi TFH-nin proqnozlaşdırması və
onların əhaliyə və təsərrüfatlara vurduqları zərərlərin zəiflədilməsi üçün istifadə
oluna bilər.
Azərbaycan Respublikası ərazisinin ayrı-ayrı bölgələrində təbii və texnogen
amillərdən asılı olaraq bu və ya digər ekzogen geoloji proseslər geniş inkişaf
etmişdir. Respublikanın dağlıq və dağətəyi zonalarında qeyd edilən amillərin birgə
təsiri ilə, fəal inkişaf etmiş və təsərrüfat obyektlərinə təhlükə törədən
proseslərdən başlıcası sürüşmələrdir. Sürüşmə proseslərinin geniş miqyasda
75
inkişafı xalq təsərrüfatı və sənaye obyektlərinin normal fəaliyyətinə mənfi təsir
göstərir və respublika iqtisadiyyatına külli miqdarda maddi ziyan vurur. Ona görə
də sürüşmə proseslərinin ardıcıl öyrənilməsi, onların inkişaf dinamikası üzərində
müntəzəm müşahidə aparılması, proqnozlaşdırılması və s. mühüm əhəmiyyət kəsb
edir.
Sürüşmə prosesləri əsasən Böyük Qafqazın cənub-şərq qurtaracağı, şimal-şərq,
cənub yamacları, Kiçik Qafqaz və Dağlıq Talış bölgələrində daha geniş inkişaf
etmişdir. Bir çox dağlıq və dağətəyi rayonlarda sürüşmə proseslərinin neqativ
təsirinə məruz qalmış obyektlər sırasına qəsəbələr və kəndlər də daxildir.
Son illər sürüşmə proseslərinin aktivləşməsi və onların xalq təsərrüfatı, sənaye,
mülki və digər obyektlərə göstərdiyi mənfi təsirlərinə qarşı müdafiə tədbirlərinin
elmi cəhətdən əsaslandırılması, yeni salınacaq yaşayış məntəqələri ərazilərində
kompleks mühəndisi-geoloji işlərin yerinə yetirilməsi aktual məsələyə
çevrilmişdir.
Belə kənd və qəsəbələr ərazisində sürüşmə proseslərinə qarşı müdafiə
tədbirlərinin həyata keçirilməsi bəzi hallarda iqtisadi cəhətdən səmərəli olmadığı
üçün sürüşmənin təhlükəli təsiri zonasında yerləşən tikililərinin yeni təhlükəsiz
sahəyə köçürülməsi dövlət səviyyəsində həyata keçirilir.
Ərazilərdə yaşayış massivinin salınmasında, xüsusilə böyük miqyaslı sənaye
obyektlərinin tikintisində ərazinin mühəndisi-geoloji şəraitinin düzgün
qiymətləndirilməsi və nəzərə alınması gələcəkdə bu obyektlərin təhlükəsiz və
normal fəaliyyəti üçün zəmin yaradan əsas şərtlərdən biridir. Bu şəraitin nəzərə
alınmaması səbəbindən çox zaman tikinti və onun istismarı dövründə sürüşmə
proseslərinin bu və digər formada baş verməsi halları meydana çıxır ki, bu da
ə
razidə təhlükəli vəziyyətin yaranmasına səbəb olur.Sürüşmə-seysmik təkandan, öz
ağırlığından, yamacın altının yuyulmasından, ifrat nəmişlikdən və digər
proseslərdə süxur kütlələrinin yamac boyu yer dəyişməsidir. Sürüşmələrin əmələ
gəlməsi yamacı təşkil edən süxurların dayanıqlığının itirməsi ilə əlaqədardır.
Dayanıqlığın pozulması, yamac meylinin artması (yamacın meyli onun aşağı
hissəsinin su ilə yuyulmasından asılı olaraq artır), yamacın çöküntü materialları ilə
ağırlaşması və süxur müvazinətinin azalması nəticəsində baş verir.
Sürüşmələri tədqiq etdikdə sürüşmə səthi, sürüşmənin dabanı, sürüşmənin
dərinliyi, sürüşmənin arenası, qövsvari şəkildə dağ silsiləsinin sürüşməsi, sürüşmə
kütləsi və sürüşmə yığımları nəzərə alınmalıdır.Sürüşmənin səthi (müstəvisi).
Sürüşmənin başlanğıcında yamacın üst hissəsində yerləşən süxurların bir hissəsi
ə
sas yamacı təşkil edən süxurlardan qoparaq sürüşməyə başlayır. Sürüşmə
kütləsinin sürüşdüyü səthə sürüşmə səthi deyilir.
Sürüşmə səthi tədqiqat işləri zamanı təyin edilir. Onu tədqiq etmək üçün quyu,
ş
urf və lağımlar qazılır. Quyudan çıxarılmış kernlərlə və şurf divarındakı
süxurlarda sürüşmə izləri və cızıqlar öyrənilir. Cızıqların vəziyyətilə əsasən
sürüşmənin istiqaməti təyin edilir.Sürüşmənin dabanı. Sürüşmə səthi ilə yamacın
gövdəsinin kəsildiyi xəttə sürüşmənin dabanı deyilir. Sürüşmənin arenası. Sürüşmə
kütləsinin yamac boyu yerdəyişməsi nəticəsində əmələ gəlmiş dərinləşmiş hissəyə
sürüşmənin arenası deyilir. Sürüşmə kütləsi. Ekzogen geoloji proseslərə məruz