80
2003-cu ildən başlayaraq, Baş Qafqaz silsiləsinin Azərbaycan hissəsində aparılmış
ekoloji-geokimyəvi tədqiqatlardan aydın olmuşdur ki, rayonun filizliliyi təbii
landşaftların geokimyəvi xususiyyətlərində də ozunu gostərir. Muəyyən edilmişdir
ki, bu filiz rayonunda coxlu yataqları və təzahurləri olan xalkofil və siderofil
metalların və bir cox başqa mikroelementlərin ətraf muhit komponentlərindəki fon
tutumları klarkdan xeyli aşağı səviyyədədir. Bununla belə, muxtəlif landşaft
yarımzonalarında, rayonlarında və sahələrində muxtəlif mikroelementin və ya
mikroelementlər qrupunun koklu və boş suxurlarda, torpaqlarda, yeraltı və yerustu
sularda və bitkilərdəki orta tutumları xeyli yuksələrək fondan secilir və bəzi
hallarda isə klarkdan dəfələrlə artıq olur. Nadir hallarda ayrı-ayrı noqtələr və kicik
sahələr uzrə bu gostərici hətta yol verilən qatılıq həddi (YVQH) səviyyəsində və
ondan da cox olur. Bu isə ətraf təbii muhitin həmin mikroelementlə və ya
mikroelementlər qrup ilə - filizdən torəyən cirkləndirici inqrediyentlərlə (FTC )
cirklənməsi nəticəsində əmələ gəlmişdir. Belə cirklənmələr həm təbii, həm də
antropogen yolla baş vermişdir. Bu cirklənmələr həm filiz yataqları və təzahurləri
sahələrində, həm də onlardan uzaqlarda əmələ gəlmişdir. Aydındır ki, filiz
sahələrində baş verən cirklənmələr daha intensiv olmuşdur. Bəzi tədqiqatcılara
gorə , filiz yataqları ərazilərində əlvan, nadir və nəcib metallarla ətraf muhitin
aşkar edilən cirklənmə gostəriciləri gizli filiz yatımlarının axtarışlarında
geokimyəvi indikator kimi istifadə oluna bilər.
Məlumdur ki, ərazinin elə sahəsi geokimyəvi anomaliya hesab edilir ki, onu təşkil
edən təbii cisimlərin hec olmazsa birində kimyəvi elementlərin paylanmasının
statistik parametrləri geokimyəvi fondan etibarlı dərəcədə fərqlənsin. Mənbələrinə
və əmələgəlmə mexanizminə, geoloji faktorlarla əlaqəsinə, tərkibinə və s. gorə
təbii və texnogen anomaliyalar arasında kəskin fərqlər vardır. Belə ki, təbii
anomaliyalar ucun kimyəvi elementlərin mənbəyi geoloji muhitdir. Bu
anomaliyalar elementlər arasında əhəmiyyətli korrelyasiya əlaqəli təbii
assosiasiyalara cavab - verən geokimyəvi oreollara malikdir. Texnogen
anomaliyalar ucun kimyəvi elementlərin və istehsalat fəaliyyəti məhsullarının
qaydasız yığımı səciyyəvidir. Kimyəvi elementlər arasında təbii paragenezislərə
uyğun gələn davamlı korrelyasiya əlaqələrinin olmaması muşahidə edilir.
Texnogen anomaliyaların əmələ gəlməsi ərazinin urbanizasiyası, onun sənaye
cəhətdən istifadə edilməsi ilə əlaqədardır. Onlar ucun səthi inkişaf, texnogen
cirklənmə mənbələri ətrafında ziddiyyətli oreollar səciyyəvidir. Texnogen
anomaliyalar atmosferə atılan sənaye tullantıları, səthi bərk tullantılar və s.
hesabına əmələ gəlir.
Filiz yataqları və təzahurləri sahələrində və onların kənarlarında ətraf muhitin
FTC -lərlə cirklənməsi filiz cisimləri və filiz yerləşən suxurların aşınması və
eroziyası nəticəsində baş vermişdir. Filiz yataqları və təzahurlərindən uzaqlarda
ə
mələ gəlmiş cirklənmələr isə filiz komponentlərinin mexaniki, fiziki-kimyəvi,
biogen və texnogen miqrasiyası və munasib geokimyəvi maneə şəraitində cokməsi
və akkumulyasiyası nəticəsində olmuşdur. Tədqiqat sahəsində ətraf təbii muhitin
FTC -lərlə cirklənmə anomaliyaları muəyyən edilərək hududlanmışdır. Bunlar
81
kompleks anomaliyalardır və onları 3 qrupa ayırmaq olar: intensiv anomaliyalar,
lokal anomaliyalar və genişsahəli (nisbətən zəif) anomaliyalar.
ntensiv çirklənmə anomaliyaları filiz sahələri və qovşaqlarını əhatə etməklə
onların ətraflarında yaranmışdır. Bunlar Cixix-Kasmala, Kasdağ-Filizçay və Katex
anomaliyaları, FTÇ -lərin nisbətən çoxsaylı olması, çirklənmənin intensivliyi ilə
seçilir və nisbətən böyük sahələri əhatə edir (şək.).
Cixix-Kasmala kompleks (Ag-Cu-Pb-Zn-Co-Mo) anomaliyası Çixix yatağı və
Kasmala təzahürü sahələrini və ətraf əraziləri əhatə edir. Bu anomaliya planda
yarımdairəyə bənzər formadadır. Onun ölçüləri 3-3,5 x 5-6 km təşkil edir.
Anomaliya sahəsində Saqator və Kasmala təzahürlərini birləşdirən bu mərkəzi
hissənin eni 0,5-0,8 km, uzunluğu isə 6 km-ə qədərdir. Cixix-Kasmala çirklənmə
anomaliyasının mərkəzi hissəsindəki torpaqlarda Zn, Pb, Cu, Co, Ag, Mo
klarklarla müqayisədə dəfələrlə çox miqdardadır (cədvəl).
Qeyd etmək lazımdır ki, süxur, torpaq, bitki və sularda ayrı-ayrı elementlərin
miqdarları müvafiq klarklarla (Beyc, 1972;Войткевич и др., 1970; və s.)
müqayisədə verilmişdir. Mərkəzi hissədən kənarlara getdikcə bu göstəricilər
azalaraq klark səviyyəsinə və nəhayət, anomaliya sahəsinin qurtaracağında fon
səviyyəsinə düşür. Tədqiqat rayonunun torpaqlarında FTÇ -lərin fon tutumları
klarka nisbətən xeyli az olduğuna görə anomaliya sahəsində onların miqdarı fona
nisbətən daha yüksək olaraq, dəfələrlə və hətta on dəfələrlə artıqlıq təşkil edir.
Cəmi çirklənmə göstəricisi - CÇG (çirkləndiricilərin tutumlarının klarklara
nisbətləri cəmi) anomaliyanın mərkəzi hissələrində 6-9, kənar hissələrdə isə 2-5
arasında dəyişir. Yalnız Kasmala təzahürü sahəsindəki torpaqlarda CÇG - 10 və
daha yüksək göstəriciyə malikdir.
Cixix-Kasmala kompleks anomaliyası sahəsində yayılmış boş süxurlarda - dib
çöküntülərində Cu, Zn, Ag klarkdan dəfələrlə artıq, Pb və Co klarkdan yüksək, Mo
və Sn isə fondan artıq və klarka yaxın səviyyədədir. Bu anomaliyanın yerüstü
sularında Cu, Ag və Zn hidrogeokimyəvi fona nisbətən anomal tutumlu elementlər
kimi ayrılır. Bitkilərdə qurğuşunun və nadir hallarda misin və gümüşün miqdarı
klarkdan artıqdır. Cu, Ag və Monin tutumları fona nisbətən yüksəkdir.
Anomaliyanın yalnız mərkəzi hissəsindəki və ayrı-ayrı nöqtələrindəki torpaqlarda
Pb və Cu-in tutumları YVQH-nı aşır.
Kasdağ-Filizçay çirklənmə anomaliyası tədqiqat sahəsində ən böyük və ən
intensiv anomaliyadır. Bu anomaliya Kasdağ və Filizçay yataqlarının ərazilərini,
Qarabçay, Yuxan Filizçay, Bulanlıq, Qubaxaltı və Gumbulçay filizli sahələrini
ə
hatə edir. Planda bu anomaliya T-şəkilli formaya malikdir. Onun ölçüləri 5-7 km,
sahəsi 30 km2-ə qədərdir. Anomaliyanın daha intensiv hissəsi onun şimalında,
pazlaşan linzavari formada ayrılır. Bu hissə Filizçay və Kasdağ yataqları
sahələrini, onların ətraflarını, şimal-qərb və cənub-şərq davamlarını və eləcə də
həmin yataqlar arasındakı Qarabçay filizli sahəsini əhatə edir. Bu ərazidəki
torpaqlarda klarkla müqayisədə Zn, Pb, Cu, Ag və Co bir neçə dəfə artıqdır
(cədvəl). ntensiv çirklənmiş linzavari sahə daxilində daha şiddətli dərəcədə
çirklənmiş Kasdağ və Filizçay yataqlarının əraziləri ayrılır. Kasdağ-Filizçay
çirklənmə anomaliyası nisbətən zəif intensivliklə Qubax dağ massivinin cənub