Microsoft Word qurbanov veis docx



Yüklə 1,11 Mb.
Pdf görüntüsü
səhifə41/45
tarix23.01.2018
ölçüsü1,11 Mb.
#22079
1   ...   37   38   39   40   41   42   43   44   45

82 

 

yamaclarını və Qumbulçay hövzəsinin şimal-şərq hissəsini əhatə edir. Bu 



anomaliya sahəsində torpaqlar üzrə CÇG şiddətli çirklənmiş yataq ərazilərində 10 

və daha artıq, intensiv çirklənmiş hissələrdə 6-9, nisbətən zəif çirklənmiş sahələrdə 

isə 2-5 təşkil edir. Şiddətli və intensiv çirklənmiş torpaqlarda Pb və şiddətli 

çirklənmiş Kasdağ yatağı torpaqlarında Cu və Ag YVQH-dan artıq miqdarda 

toplanmışdır. 

    


 

 

 



 

Kompleks anomaliyaların intensiv cirklənmiş  torpaqlarında ağır metallarla             

cirklənmə mənzərəsi 

                                                                                              

Cədvəl 12 

Kompleks 

anomaliyalar 

 

 



      Cu,  

      10


-3

  

      Zn, 



 

      10


-2

 

 



     Pb 

     10


-3 

     Ag 


     10

-4 


     Co 

     10


-3 

     Mo 


    10

-4 


Cixix-

Kasmala 


 

 

10.0



5

 

10.0



2

 

4.0



4

 

10



 

3.0


 

2.5


1.25

 

Kasdağ-



Filizcay 

 

 



14.8

7.4


 

12.4


2.48

 

10.6



10.6

 

0.2



2

 

4.2



4.2

 

5.5



2.75

 

Katex  



 

 

3.53



1.76

 

19.4



3.88

 

18.47



18.47

 

1.17



11.7

 

 



10.0

5

 



 

Qeyd: kəsrlərin surətində - elementlərin orta miqdarı (%-lə), məxrəcdə müvafiq 

klarklarla müqayisədə torpaqların çirklənmə dərəcəsi (dəfələrlə).  

Kasdağ-Filizçay anomaliyası sahəsində dağ-mədən qazmalarından və buruq 

quyularından çıxan sularda və yer səthinə çıxan yeraltı çat sularında da Cu, Ag, Zn 

və bəzən Mo, Pb, Со yerüstü çay sularındakı müvafiq klarklarına nisbətən dəfələrlə 

və on dəfələrlə artıq miqdardadır. Bu sularda Cu, Ag, Zn, Mo və Sr-un tutumları 

nəinki içməli, hətta suvarma üçün istifadə olunan sularda YVQH-dan yük-səkdir. 

Anomaliyanın şiddətli və intensiv çirklənmiş sahələrindəki bitkilərdə Pb (bəzən 

Cu, Ag) klarkdan artıq miqdarda, Cu, Ag (və bəzən Mo, Co) fondan artıq 

miqdarda, klark səviyyəsində toplanmışdır.  

Katex çirklənmə anomaliyası eyniadlı filiz yatağını və onun ətraf sahələrini əhatə 

edir. Bu anomaliya planda düzgün olmayan ellips formasındadır. Onun ölçüləri 2,5 

x 3 km-dir. Anomaliyanın şiddətli çirklənmiş mərkəzi hissəsi yataq sahəsinə, 

intensiv çirklənmiş hissəsi isə yataqətrafı ərazilərə düşür. Bu anomaliya da 

kompleks FTÇ -lərlə - Pb, Zn, Cu, Ağ və Mo-lə ətraf təbii mühitin, xüsusilə də 

torpaqların və yeraltı suların çirklənmə anomaliyasıdır. Anomaliyanın şiddətli və 

intensiv çirklənmiş hissəsindəki torpaqlarda Zn, Pb, Cu, Ag və Mo normadan 

dəfələrlə artıq miqdarda toplanmışdır (cədvəl). Mərkəzi hissədən kənarlara 

getdikcə bu rəqəmlər tədricən azalaraq klark səviyyəsinə və daha sonra isə fonadək 

düşür.  



83 

 

Katex anomaliyası Cixix-Kasmala və Kasdağ-Filizçay anomaliyalarından 



torpaqların Pb və Zn-lə daha güclü çirklənməsi və əksinə mislə xeyli dərəcədə zəif 

çirklənməsi ilə seçilir. Bu isə həmin yataqların filizlərinin geokimyəvi spektrini 

(Новрузов, Мурадханова, 2008) tamamilə əks etdirir. Anomaliya üzrə şiddətli 

çirklənmiş yataq sahəsində torpaqlarda CÇG 10-dan artıq, intensiv çirklənmə 

sahələrində 5-10, nisbətən zəif çirklənmiş ərazilərdə isə 2-5 təşkil edir. Bu 

anomaliya sahəsində yeraltı dağ-mədən qazmalarından və buruq quyularından 

çıxan sularda da Zn, Pb, Ag və Co klarkdan artıq miqdarda toplanmışdır. Katex 

çirklənmə anomaliyası sahəsindəki bitkilərdə Pb normadan artıq dərəcədə, Co və 

Ag isə fondan artıq səviyyədə toplanmışdır.  

Lokal çirklənmə anomaliyaları əsasən filiz təzahürləri sahələrində və minerallaşma 

zonalarında müəyyən edilmişdir. Bu anomaliyalar nisbətən kiçik sahələri əhatə edir 

və nisbətən zəif olmaları ilə fərqlənir. Onların içərisində Çeder çirklənmə 

anomaliyası öz intensivliyi ilə seçilir. Bu anomaliya Çeder filiz təzahürünü və ətraf 

sahələri əhatə edir. Planda yanlan batıq ellips formasında olan bu anomaliyanın 

uzunluğu 3,5 km, eni 2-2,5 km-ə qədərdir. Anomaliyanın daha intensiv çirklənmiş 

hissələri filiz cisimlərinin yer səthinə çıxışları olan və kəşfiyyat işləri aparılan 

sahələrə düşür. Anomaliya sahəsinin torpaqlarında CÇG 3-9 arasında dəyişir. Pb 

və Ag istisna olmaqla, FTÇ -lərin torpaqda tutumları YVQH-dan aşağı 

səviyyədədir. Bitkilərdə Pb normadan artıq dərəcədədir.  

Tenros və Çuqak çirklənmə anomaliyaları torpaqlarının Zn, Pb, Cu, Co, Ag və Mo-

lə çirklənməsi ilə səciyyələnir. Seltiqçay anomaliyasının əhatə etdiyi çay 

vadilərindəki daha çox çirklənmiş torpaqlarda Zn, Cu, Ag vo Mo klarka nisbətən 

artıq miqdarda toplanmışdır. Qaraçay, Salbandağ, Dəliçay çirklənmə anomaliyaları 

100 metrlərlə ölçülür, Pb və Zn-lə zəif çirklənmələr qeydə alınmışdır.  

Genişsahəli və nisbətən zəif çirklənmə anomaliyalara Balakən, Katex-Mazıx və 

Mazımqara anomaliyaları aid edilir. Bu çirklənmə anomaliyaları alçaq dağlıq 

ə

razinin aşağı hissələrindəki çay vadilərini (Mazımçay, Balakənçay və Katexçay) 



ə

hatə edərək, cənubda yerləşən dağətəyi maili düzənlik sahəyə doğru uzanır, 

cənuba - aşağıya doğru getdikcə onların intensivliyi artır və dağətəyi düzənlikdə 

birləşərək zəif, lakin böyük bir ərazini əhatə edən anomaliya sahəsi əmələ gətirir. 

Bu anomaliyaların nisbətən intensiv şimal hissələri gətirmə konuslarının yaratdığı 

allüvial-akkumulyativ çay terraslarında formalaşmışdır.  

Balakən anomaliyası ətraf təbii mühit komponentlərinin Cu, Zn, Ag, Mo, Pb və 

Mn-la orta və zəif səviyyədə çirklənməsi ilə səciyyələnir. Torpaqlarda CÇG 2-5 

arasındadır. Bütün FTÇ -lər üzrə isə çirklənmə YVQH-dan aşağı səviyyədədir. 

Çirklənmə anomaliyasının şimal hissəsində dib çöküntülərində Cu, Zn, Ag, Mn 

klarkdan dəfələrlə artıq, Pb və Mo klark səviyyəsində, Ni və Co isə fondan artıq 

dərəcədə orta tutuma malikdir. Çay sularında Cu, Mn, Ag və Mo-nin çox zaman 

klarkdan xeyli yüksək olması qeydə alınmışdır. Qrunt sularında Cu və Mn 

hidrogeokimyəvi fona nisbətən anomal tutumlu elementlər sayılır. Bəzi bitkilərdə 

Pb və Ag normadan artıq orta tutuma malikdir. Katex-Mazıx anomaliyasinda 

çirklənmənin, xüsusilə də mislə çirklənmənin səviyyəsi Balakən anomaliyasına 

nisbətən zəifdir. Anomaliya sahəsindəki torpaqlarda Zn, Cu, Ag, Mo, Co, Pb və 



Yüklə 1,11 Mb.

Dostları ilə paylaş:
1   ...   37   38   39   40   41   42   43   44   45




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə