Microsoft Word Radiobiologiya d?rs v?saiti sixilmish doc



Yüklə 36,65 Kb.
Pdf görüntüsü
səhifə78/148
tarix05.02.2018
ölçüsü36,65 Kb.
#25718
1   ...   74   75   76   77   78   79   80   81   ...   148

 
 
178 
 
 
Paradoksal  olsa  da,  bu  gün  xərçəng  xəstəliyinin  müalicəsində  əsas  üsullardan 
biri məhz şüa terapiyasıdır. Çox təəssüf ki, Yer kürəsi əhalisinin nə qədər hissəsinin tibbi 
müayinə  və  müalicə  zamanı  şüalanmaya  məruz  qalması  və  bu  zaman  hansı  orqan  və 
toxumaların daha çox şüalanma dozası qəbul etməsi hələ də dəqiqliyi ilə öyrənilməmiş 
qalır. 
Təbabətdə    Tibbi    radiologiya  adlanan  elm  sahəsi  vardır.  Tibbi  radiologiya  – 
radioaktiv    şüaların    köməyi  ilə  insanın  daxili  orqanlarının  təsvirinin  alınması  və 
müxtəlif  patalogiyaların  aşkar  edilməsi  ilə  məşğul  olan  elm  sahəsidir.    Son  illər  bu 
sahə ümumi diaqnostikanın vacib üsullarından birinə çevrilmişdir.  
Tibbi  radiologiyanın  radioqrafiya  bölməsində  radioaktiv  şüalardan  pasiyentin 
bədənini  “işığa  salmaq”  üçün  istifadə  edilir.  Adətən  bu  zaman  alınan  şəkillər  daxili 
orqanların  fəaliyyətini  əks  etdirən  az  sayda  məlumata  malik  olur  və  həkim  ‐ 
radioloqların  dəqiq  interpretasiya  etməsinə  ehtiyacı  olan  incə  radioqrafik  effektlərə 
malik olur. 
Radioaktiv  maddənin  venadaxili  və  ya  qida  borusu  vasitəsilə  orqanizmə  daxil 
edilməsinə əsaslanan diaqnostika üsulu isə, “işığa salmaq”  üsulu ilə müqayisədə, daha 
informativ üsul hesab olunur. Bu üsulla qeydə alınan şüalanmanın əsasında radioaktiv 
maddənin insan bədənində paylanması müəyyən edilir və xəstə orqan qeydə alınaraq, 
onun fəaliyyətinin xüsusiyyətləri öyrənilir. Sadalanan işlərin görülməsi üçün texnesium 
‐  99  (Tc 
99
)  radioaktiv  izotopundan  istifadə  edilir.  Məlum    olduğu    kimi,  adı    çəkilən  
radionuklid  140  keV  enerjili  γ  ‐kvantlar  şüalandıran  mənbədir  və  6  saat  ‐a  bərabər 
yarımparçalanma perioduna malikdir. 
Radiotəbabətdə son illər daha bir tomoqrafik üsuldan geniş  istifadə edilməyə 
başlanmışdır. Radioqrafik təsvir bu halda radioaktiv mənbəyə malik kameranın köməyi 
ilə  alınır.  Təsvir  alınan  zaman  kamera  pasiyentin
 
ətrafında  fırlanır.  Radioaktiv  mənbə 
olaraq,  texnesium  izotopundan  başqa,  həm  də  daha  kiçik
 
enerjili  γ  ‐fotonlar 
şüalandıran  izotoplardan  da  istifadə  edilir.  Məsələn,    80  keV  enerjili  tallium  ‐  201  (Tl 
201
)  və  55  ‐  65  keV    enerjili  tantal  ‐  178  (Ta
178 
)  izotoplarından  ürəyin,  tallium  ‐  201
 
izotopundan həm də şişlərin təsvirini almaq üçün, 80 keV enerjili  ksenon ‐ 133 (Xe 
133

izotopundan isə ciyərin müayinəsi üçün istifadə edilir. 
Radioizotoplardan,  məlum  olduğu  kimi,  həm  də  orqanizmdə  baş  verən 
müxtəlif  prosesləri  tədqiq  etmək  və  şişlərin  yerlərini  müəyyənləşdirmək  üçün  istifadə 
olunur.  Son  illər  radioizotoplardan  təbabətdə  istifadəyə  təlabatın  artmasına 
baxmayaraq, rentgenoloji müayinə ilə müqayisədə, onlar çox az tətbiq olunur. Belə ki, 
hətta  inkişaf  etmiş  ölkələrdə  belə  hər  1000  nəfərə  maksimum  10  ‐  40    radioizotop 
müayinəsi düşür. Qeyd edək ki, ümumilikdə dünya üzrə xərçəng xəstəliyinin müalicəsi 
üçün  istifadə  olunan  4000  ‐dən  artıq  radioterapevtik  qurğu  vardır.  Bu  halda  da, 
rentgen qurğuları halında olduğu kimi, pasiyentlərin aldığı doza və qurğuların istifadə 
müddətləri haqqında məlumat almaq həddən artıq çətin olur.  
 
Rentgenoloji  və  radioloji  müayinələr  zamanı  insanların  aldığı  dozanın  orta 
həddini  qiymətləndirməyə  dair  müxtəlif  vaxtlarda  uğurlu  cəhdlər  edilmişdir.  Son 
vaxtlara qədər orta doza həddinin qiymətləndirilməsi genetik nəticələrə səbəb ola bilən 


 
 
179 
 
səviyyənin  müəyyənləşdirilməsi  ilə  məhdudlaşırdı.  Bu  hədd  “genetik  əhəmiyyətli 
ekvivalent doza”  (GƏED) adlanır.  
 
GƏED  ‐nın  qiyməti  iki  faktorla:  pasientin  müayinədən  sonra  uşağının  ola 
bilməsi ehtimalı  (bu həm də onun yaşından asılı olur) və  cinsiyyət vəzilərinin şüalanma 
dozası ilə müəyyən edilir. GƏED ‐nın qiymətləndirilməsi onun Böyük Britaniyada 1977 ‐
ci  ildə  120  mkZv,  Avstraliyada  1970  ‐ci  ildə  və  Yaponiyada    1974  və  1979‐cu  illərdə  
~150  mkZv,    SSRİ  ‐də    isə  1970  ‐ci  illərin  sonunda    230    mkZv    həddində  olduğunu 
göstərdi.  
Müəyyən  edilmişdir  ki,  orqanizmin  radiohəssaslığı  udulma  dozasının 
qiymətindən  başqa,  həm  də  bioloji  obyektin  radiasiya  qavrayıcılığından  asılı  olur. 
Bildiyimiz kimi, orqanizm səviyyəsində   radiohəssaslıq   D
50 / 30
   parametri   vasitəsilə   
qiymətləndirilir.      Bu      parametr    şüalanmadan  keçən  30  gün  ərzində  şüalanmış 
orqanizmlərin  50  %  ‐nin  ölümünə  səbəb  olan  letal  doza  göstəricisidir.  Hüceyrə 
səviyyəsində  isə  radiohəssaslıq  D
37
  kimi  işarə  olunan  doza  ilə  qiymətləndirilir.  Məsələ 
burasındadır ki, hüceyrənin radiohəssaslığını bir hüceyrəyə orta hesabla bir γ ‐kvant və 
ya bir elementar zərrəcik düşməsinə əsaslanan dozalarla ölçmək daha rahat olur. Belə 
ki,  γ  ‐kvantın və  ya  elementar  zərrəciyin hüceyrənin  üzərinə  düşmə  aktlarına  təsadüfi 
paylanma  xasdır.  Bəzi  hüceyrələr  iki  və  ya  üç  dəfə  zədələndiyi  halda,  digərləri  isə 
ümumiyyətlə zədələnməmiş qalırlar. Ehtimal nəzəriyyəsinə əsasən bu halda zədələnmiş 
hüceyrələrin  sayı  37  %  təşkil  edir.  Buna  görə  də  D
37
  parametri  hüceyrələrin 
radiohəssaslığının  qiymətləndirilmə  kriteriyası  kimi  qəbul  olunmuşdur.  İstənilən  növ 
hüceyrənin  məhvinə  uyğun  D
37
  parametrinin  qiyməti  təxminən  eyni  olub,  1.0  Qr  ‐ə 
bərabərdir.  İnterfaza  hüceyrələrinin  həssaslığı  isə  müxtəlif  olub,    0.5‐3.0  Qr  
intervalında dəyişir.
  
Tibbi müayinə və müalicə məqsədi ilə istifadə olunan ionlaşdırıcı şüalanmanın 
xüsusiyyəti ondan ibarətdir ki, bu zaman nisbətən yüksək şüalanma dozasından istifadə 
olunur  və  doza  gücü  də  kifayət  qədər  böyük  olur.  Məsələn,  pasiyentin  ayrı‐ayrı 
orqanlarının  rentgen  diaqnostikası  zamanı  udulma  dozasının  qiyməti  1  Qrey  ‐in 
hissələri  qədər  olur.  Radioterapevtik  müalicə  prosesində  isə  bundan  də  yüksək 
dozalardan  istifadə  olunur.  Qeyd  edək  ki,  bu  halda  güclü  şüalanmaya  məruz  qalan 
pasiyentlərin sayı az olur.  
Rentgen  diaqnostik  müayinədən  keçən  pasiyentlərin  sayı  tibbi  məqsədlə 
şüalanmaya məruz qalan ümumi pasiyentlərin sayının çox hissəsini təşkil edir.  
Güclü  sənayeyə  malik  ölkələrdə  rentgen  şüalanmasının  hər  nəfərə  düşən  illik 
dozası (5∙10
‐4
 – 1∙10
‐3
) Qr ‐ə  bərabər  olur  ki,  bu da  tibbi  şüalanmada  hər  milyon  
əhali  üçün  (5∙10
2
  –  1∙10
3
)  insan  ∙  Qr  ‐ə  bərabər  illik  kollektiv  doza  deməkdir  (НКДАР 
ООН, 1982). 
Pasiyentlərin şüalanmasının qiymətləndirilməsi ilə müqayisədə tibbi personalın 
ildə hər milyon adam üçün 1 insan ∙ Qr  hesabı üzrə şüalanması tibbi məqsədlə əhalinin 
şüalanmasının  kiçik  hissəsini  təşkil  edir.  ARTEK  ‐in  hesablamalarına  görə  tibbi 
proseduranın  yaratdığı  kollektiv  qlobal  doza  ildə  5∙10
5
  insan  ∙  Qr  ‐ə  bərabər  olur 
(НКДАР ООН, 1982). 


Yüklə 36,65 Kb.

Dostları ilə paylaş:
1   ...   74   75   76   77   78   79   80   81   ...   148




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə