157
dilbilməz, kəskin, İtigöz, tezgedən, yorulmaz, ətyeməz, dözümlü,
dönməz, şilləuran, səbirsiz, ildırım.
Hər kəs tanımadığı adamlara ümumi formada hörmətli, xeyirxah,
qardaş, bacı, gözəl qadın, gözəl qız, hörmətli müəllimə müraciəti düz
olardı. Ənənəvi olaraq kapitalizmdə bəy gəlirli mülkiyyəti olana,
cənab isə üstün siyasi statusa sahib olana (dövlət məmuruna)
deyirlər. İşçi tabe olduğu müdirə, sahibkara bəy deyə bilər,
başqalarına onun bəy olmasının dəxli yoxdur, demək bəy deməyə
borclu deyil. Eynilə “xanım, bəyim” hər qadına deyilə bilməz.
Onların gəlirli mülkiyyəti olmasa belə demək məntiqi deyil.
İctimai icraçılara, bütün məmurlara yalnız (hər adama qarşı
tətbiq edilir) hörmətli icraçı, hörmətli dipetçer, hörmətli məmur,
hörmətli nazir, hörmətli rəis deyilməsi məsləhətdir. Cənab ya ağa
sözünün işlənməsinin əsası yoxdur. Yəni quldar olmayan
cəmiyyətdə rəsmi dövlət məmuru cənab və ya ağa ola bilməz - o
xalqın xidmətçisidir, ağası deyil; bu gün var, sabah yoxdur.
Etiket və nəzakət qaydaları
Aşağıda bəzi vəziyyətlər üçün qısa Rasional nəzakət, davranış
və ədəb qaydaları nümunələri verilmişdir:
1. Evdə və qonaqlıqda. Stol arxasında düz oturmalı, yeyərkən
danışmamalı, burnu qurtlama, ağzını marçıldatma, qabı yalama;
çörəyə əlini, ağzını silmə; qaşıq, çəngəl və bıçağı yerində düz işlət ,
tez - tez yemə, qonaqlığa vaxtında get, gecikmə, əlləri, ağzı əvvəl və
sonra yu, stol arxasında siqaret çəkmə, nəfəsini başqasına vermə,
Böyük çörəyi əl ilə kəsmə, qonağa çiy, bişməmiş və soyuq yemək,
acı xiyar, dəmlənməmiş və ya qaynamış çay, keyfiyyətsiz içki vermə.
2. Ailədə. Heç kim başqasını nayrahat etməməli, səs
salmamalıdır . Evdə siqaret çəkib tüstünü ailə üzvlərinə vermə,
birlikdə yeməyə, çaya otur, gecikmə, hər səhər ailə üzvlərilə salamlaş
və əhvalını soruş, öz arzularını bildir, yatarkən hamıya xoş yuxu arzu
et, danışarkən çığırma, elə danış ki, səsini ancaq həmin adam eşitsin,
təmizlik və gigiyena qaydalarına əməl et, səhərlər, yeməkdən əvvəl
axşam yatarkən yuyun, açzını, dişini yu , hər gün səliqəli, təmiz
geyin, yerini özün yığ, səliqə yarat, kitabları, qəzetləri öz yerinə
qoy, ailə üzvünün zəhləsini tökmə.
3. Ailədə, işdə, ictimai yerdə danışarkən. Nəzakətli ol - yəni,
“buyurun, bəli , xeyr, baş üstə, zəhmət olmasa, dəyməz, eybi yoxdur,
nayrahat olmayın, çox xoşdur” kimi sözlərdən istifadə edin;
danışarkən felin əmr formasından istifadə etməyin, məsələn “al,
158
götür, ver, danış, cavab ver, apar, tez ol” və s. sözlər işlətmə, bu
sözləri hökmən nəzakətli sözlərlə birlikdə felin cəm formasında
işlət, məsələn, zəhmət olmasa deyin, verin.; tanımadığın adamlarla
sən yox, siz sözündən istifadə edin , üzünüzü turşutmayın, həmişə
üzünüzdə gülümsəmə işarəsini saxlayın, pis, bədbin emosiya yaradan
sözlər işlətməyin məsələn “bu çox dəhşətdir, nə pis oldu, vəziyyət
ağırdır”. Qəti qışqırma, uca səslə danışma, daha yavaşdan danış.
4. Sevdiyin qıza , qadına münasibət. Qadına həmişə şirin sözlər
de, metaforalardan (bənzətmə, oxşatma) istifadə et, oturarkən ona yer
göstər, stulu rahatla; evə girərkən , maşına minərkən, düşərkən
birinci onu qabağa burax, əlindən tut; bayramlarda birinci onu təbrik
et; onun zövqünə uyğun lazımı hədiyyələr al, ala bilməsən də yenə
də xoş sözlər de; nişanlı olduqda tez -tez baş çək, hədiyyələr al, bir
yerdə səyahət et, dincəl, təbiətdə söhbət et.
Rasional əxlaq kodeksi nümunəsi.
1.
İcma üzvlərinin ailə üzvləri kimi qarşılıqlı münasibəti
saxlaması; hər kəsin digərinə qayğı göstərməsi, probleminin
həllinə yardım etməsi
2.
Rasional ünsiyyət qaydalarına əməl et (ümumi və hər
bir fəaliyyət sahəsinə aid)
3.
Kömək et –kömək etsinlər
4.
Səmimilik və aldatmamaq, səhv etdikdə üzr istəyib
səhvi düzəltmək
5.
Başqalarına özünə istədiyin kimi münasibət saxla
6.
Yoldaşlara və qrup üzvlərinə inanmaq və etibar etmək
7.
Eqoizm və paxıllıq hisslərini başqalarının zərəri
hesabına təmin etmə
8.
Başqalarına zərər vermə
9.
Başqasına qarşı zorakılığa yol vermə, nəzakətlə
davran
10.
Hər kəs cəmiyyətdə özünü başqası ilə bərabər
hüquqlu saymalıdır.
11.
Birgə fəaliyyətdə bərabər iştirakdan əldə edilənləri
bölmək qərarı versəniz bərabər bölgü prinsipinə əməl etməli.
12.
Humanistlik. İnsanlara qarşı rəhmdillik, xeyirxahlıq,
çətinliyi olanlara kömək et, başqaların səhvlərini bağışla.
159
13.
Ümumi
əmlaka sərəncamı rasionallıq
kriteriyalarından istifadə etməklə verməli və birgə fəaliyyəti
bərabər iştirakla icra etməli
14.
Ümumi əmlak və təbii sərvətlərin xeyri bərabər
bölünməlidir, bir hissəsi isə ümumi ehtiyaclara sərf
edilməlidir.
15.
Kollektiv: mənafe, təhlükəsizlik, həyat vasitələri fərdi
mənafedən üstün təmin olmalıdır.
16.
Özünə xoş gəlməyən hərəkəti başqasına qarşı etmə.
17.
Başqaları ilə elə rəftar et ki, sənə də elə rəftar etsinlər.
18.
Səhv etdikdə, onu anlayandan sonra hərəkətini
dayandır, etiraf et və üzr istə, vurduğun zərəri ödə.
19.
Fiziki çətinliyi olan adama hərəkət etməkdə kömək
et.
20.
Başqa xalqları, etnosları, ölkələri qəsb etmək,
öldürmək üçün döyüşə getmə.
21.
Hər xalqın, millətin, etnosun və insanın necə
yaşamağı, hansı həyat tərzi seçməsi, konstitusiasını necə
yazması və hansı dini qəbul etməsi və etməməsi öz işidir.
Başqalarının bu məsələlərə zorla təsir etməsi və məcbur
etməsi yolverilməzdir.
22.
Özündən zəyifləri sözlə aldadıb özünə qulluqçu
etmə, malını, pulunu alma.
23.
Öz işini özün gör, başqasına buyurma .
24.
Başqasını istismar etmə. İstismar əvəzi ödənilmədən
və düzgün qiymətləndirilmədən işlətməkdir.
25.
Yaxşılığın və xidmətin əvəzini yaxşılıqla ödə və
unutma.
26.
İcma qarşısında hər kəs öz borcunu düzgün icra
etməlidir.
27.
Ümumi mənafeyə aid işləri birlikdə gör və bunu özün
təşkil et, başqasını gözləmə.
28.
Oturmaq istədikdə yeri əvvəlcə özündən yaşlılara
təklif et.
29.
Öz yaşına və statusuna uyğun yüksək ağıl və davranış
nümunəsi ol.
30.
İnsanların daha rasional davranması yolunu,
probleminin həllini bilirsənsə de, gizlətmə.
31.
İcazə verilməyənədək başqasının əmlakından istifadə
etmə.
Dostları ilə paylaş: |