Microsoft Word Rasional c?miyy?t? dogru doc



Yüklə 2,83 Kb.
Pdf görüntüsü
səhifə50/81
tarix19.11.2017
ölçüsü2,83 Kb.
#11179
1   ...   46   47   48   49   50   51   52   53   ...   81

 
148 
nayrahatçılıq yaranır. Demək, pul verib almaq, minnət çəkmək düz 
deyildir. Kasıblarla varlılar yarışa bilməz, yalnız keflərini pozarlar. 
Göstərilən ssenari üzrə toy  şadlıq evlərinin cəmiyyəti istismar 
etməsi, ona şərtlər qoymaqla müflis etməsini və  gəlir almasını 
məhdudlaşdıracaqdır. Nəticədə  şadlıq evləri bankrot vəziyyətə 
düşəcək və  cəmiyyətin  şərtilə razılaşmalı olacaqdır. Digər tərəfdən 
insanlar toyu elə öz evində, həyətində və ya təbiət qoynunda kiçik və 
sadə  mərasimlə keçirəcək, daha az xərcə  və  əziyyətə düşəcək. Çox 
adam çağırmağa ehtiyac qalmayacaqdır. Toylar içgi  və yemək  
yarışından çox, ağılla  keçirilən dincəlmək, ünsiyyət, gəzmək, söhbət 
etmək, rahatlıq gətirən vacib mərasimə çevriləcəkdir. 
 
İnsanın vəfatı və dəfninin təşkili  mərasimi.  
 
Ölünün baş daşı Günəşə baxır, özünü isə arxası üstə qoyurlar və 
öz adi paltarında tabuta qoyurlar. Ağac  əldə etmək asandırsa,  onu 
tabutda basırırlar; buna maddi imkan yol vermirsə, plastik meşoka 
qoyurlar. Baş daşının hündürlüyü 50 sm, eni 50 sm olur, üzərində və 
yanlarında mərhumun adı, doğum və ölüm tarixi, həyat prinsipi, 
əsərlərindən  ən böyük fikirlər həkk olunur. Ölünü  yumurlar. Buna 
ehtiyac yoxdur. Bunu etdikdə ətraf aləmə mikroblar yayıla bilər. Bu 
dirilərdə qorxu hissi və psixi xəstəlik yarada bilər. Başqa heç bir 
bütpərəst və dini ayin icra etmirlər. Ölərkən və sonra aşağıda təsvir 
edilmiş duaları oxuyurlar, lakin vacib də deyildir. Hər kəs istəsə özü 
istənilən dua yazıb oxuya bilər, yazdığının oxunmasını vəsiyyət edə 
bilər. Dəfn üçün gələn adamlara bu tekstin nüsxələrini verirlər. 
Ənənəvi dini don geydirilmiş ehsanlar verlmir. Mərhumu basırandan 
sonra evə toplaşıb çay içir və yüngül qəlyanaltı edirlər. Bu  
ləvazimatları yaxın qohumlar hazırlayıb bu evə  gətirir və  gələn 
adamlara xidmət edirlər. Mərhum ailəsi qəbir yeri üçün pul vermir və 
ona da heç  vaxt pul verilmir. Ev sahibi heç bir problemi həll etmir. 
Yaxın qohumlar yoxsa, tanışları və qonşuları bu işi təşkil edirlər. Heç 
kəs yaxın gəlmirsə, ev sahibi öz imkanları ilə borc almadan, heç 
nəyini satmadan özü lazım bildiyi kimi gələn qonağı yola verir. Dəfn 
mərasimi günü  və  digər günlər  başsağlığı üçün gələnləri evdə qəbul 
edir və mərhum haqda məlumatlarla bölüşürlər.Bunun üçün konkret 
vaxt  əvvəldən müəyyən edilir. Heç kimə yas  evini ağı, mərsiyə 
demək, dini təbliğ etmək yerinə çevirməyə, quran oxumağa,  şivən 
qopartmağa  imkan verilmir. Bu evdə heç bir dini ayini icra etməyə 
ehtiyac yoxdur. Mərhumla vidalaşmağa və ya mənəvi dayaq üçün 


 
149
gələnlər 30 dəqiqədən artıq dayanmırlar. Yalnız həqiqi dostları  və 
hörmət edənlər gəlir. Forma üçün gəlmək, ikiüzlülük göstərənlərin 
ölü  evinə getməsi məsləhət deyildir. Daha yaxşısı rasional cəmiyyət 
kifayət qədər formalaşandan sonra xüsusi mərasimləri (dəfn, toy,  ad 
günü, görüş, təqdimat və s.) təşkil edən  agentlik yaradılır.  Buraya 
dövlət tərəfindən ümumi büdcədən vəsait verilir və onlar bu işləri 
icra edirlər. Və yaxud  heç olmasa dəfn mərasimlərinin təşkili üçün 
adam sayına görə dövlət oraya pul köçürür və ya  hər ailədən oraya 
əvvəldən pul köçürülür. Dəfn zamanı sifariş edilir və onlar bütün 
təşkilatı işi ( qəbir yeri qazılması, basırılması,  lazımı ərzaq, səyyar 
mərasim yeri, adamlara  çay verilməsi) pulsuz görürlər. 
Rasional cəmiyyətdə dini cəmiyyətdə olan ehsanlar 1, 3 ,7, 40 
günlük, cümə axşamları və illik ehsanlar verilmir. Mərhum öldükdən 
sonra həmin evə ancaq yaxın qohumlar və dostlar, ona hörmət 
edənlər imkanları olan axşamlar bir dəfə, ya lazım olduqda baş çəkir, 
hər hansı bir mövzuda söhbət edirlər. Bu zaman çay və yüngül 
bişintilər stola qoyulur və ya gələnlər özləri gətirir. 
 
Dəfn zamanı  və vidalaşma - yada salma   mərasimi zaman 
oxunan  dua.  
Başqa dildə  mənası aydın olmayan dua oxumayın. Yalnız bu 
duanı oxuyun və ya seçdiyiniz fikirləri deyin:  
Mərhum ( adı)həyatın bütün sınaqlarına dözərək və mübarizə 
apararaq qəhrəman həyat yaşadı. O öz nəsli və  cəmiyyət üçün bu 
yaxşı  işləri görmüşdür (bir- bir deyilir).Onun bu işləri aid olduğu 
adamlar və  cəmiyyət üçün qiymətlidir. Onun ruhu qoy rahatlıq 
tapsın, onun ruhu arxayın olsun, bu insan yaxınlarının qəlbində 
yaşayacaq, əməlləri, sözləri yada salınacaq, ağıllı davranışı və sözləri 
öyrəniləcək və nəsli və cəmiyyət üçün nümunə olacaqdır. Onun  səhv  
davranışı  və  əməllərini bağışlayırıq, qoy onun ruhu da onu 
incidənləri bağışlasın, səhv etmək insanın xassəsidir. Ondan qaçmaq 
olmaz, biz də səhvimizi tez anlayaq və onu düzəldək, səhv etməməyə 
çalışaq. Qoy tale bizə ağıl, inam, güc versin. Amin . 
 Mümkündürsə, mərhumun əsərlərindən  hissələr oxunur və onlar 
haqda qısa yazılı    məlumat gəlmiş adamlara paylanır. Aşağıda bəzi 
dualar göstərilir. Habelə  hər ailə, hər kəs özü üçün əvvəldən lazım 
bildiyi dua yaza və sonra  oxuna bilər.  Gələcəkdə isə Azərbaycan 
dilində ağıl və müdrikliklə yazılmış elmi dualar kitabı nəşr olunur ki, 
hər uyğun duanı həyatın yalnız uyğun hallarında: dəfn, yada salma, 
yeməyə başlayarkən və qutararkən, yatarkən, işə başlayarkən, yeni il 


 
150 
gələrkən, evlənərkən, boşanarkən, xoş hadisələr zamanı, xəstəlikdən 
qurtararkən, xəstəlik zamanı, pis gözdən qorunmaq üçün, çətinliyə 
dözə bilmək üçün  və s. hallarda oxuyurlar. Lakin bu dualar 
mistifikasiyadan, dindən uzaq olaraq elmi psixoloji tələblərə cavab 
verən, enerji informasiya nəzəriyyəsinə uyğun  formada yazılması 
məsləhətdir.                    
 
Ölüm ayağında olan adama oxunan dua 
Psixoloq və ya yaxın adamı tərəfindən: 
 
Getmək vaxtın gəlmişdir, ey məlum insan, 
Özünü qorxuzma, sakit nəfəs al, 
Gözünə görsənən təbii işdir, 
Fikrini özünə  yaxşıca cəmlə, 
Mübahisəni indi, etmə əcəllə, 
Həyatın qüvvəsi sönüb getməkdə, 
Əvvəldən yazılıb  ali fələkdə, 
Son tapşırıqını elə vəsiyyət, 
Öz yaxın ailənə elə nəsihət, 
Nə qədər insanlar səndən qurtuldu? 
Neçəsindən də sən özün qurtuldun?  
Nə qədər insana yaxşılıq etdin? 
Nə qədər insana pisliklər etdin? 
Bunlarda sənin günahın yoxdur, 
Hər kəs bu dünyada bir aktyordur
Mühitin əksinə dura bilən var? 
Qoy eşitsin bu sözləri sənə baxanlar: 
Pisliyi dünyada bir - az az etsin, 
Dözüb, xeyrin azca güzəştə getsin. 
Gedirsən bu həyat davam edəcək,  
Ailənə  yaşamağı  o öyrədəcək,  
Taleh güləcək, tapılacaq bir yol, 
Heç əzablar çəkmə, daim rahat ol,  
Ruhun  rahat olsun yeni dünyada. 
 
Ölənin oxuyacağı dua və son vəsiyyəti 
(Bu nümunədir. Hər kəs özü üçün əvvəldən 
istədiyi ifadəni, vəsiyyəti yaza bilər
 
Yorulmuşam, daha getməliyəm mən, 


Yüklə 2,83 Kb.

Dostları ilə paylaş:
1   ...   46   47   48   49   50   51   52   53   ...   81




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə