Microsoft Word Rasional c?miyy?t? dogru doc



Yüklə 2,83 Kb.
Pdf görüntüsü
səhifə48/81
tarix19.11.2017
ölçüsü2,83 Kb.
#11179
1   ...   44   45   46   47   48   49   50   51   ...   81

 
142 
azaddır. O kişinin qulu deyildir. Əgər sənin inandığın din bu fikirləri 
tələb edirsə, xalqa bu din lazım deyildir. Xalqın öz milli adət və 
ənənəsi vardır, öz paltarı vardır. Bura İran və ya Ərəbistan deyil. 
Əgər siz dindarlar qadına baxa bilmirsinizsə,  özünüzü saxlaya 
bilmirsinizsə,  nə üçün qadından hər yerini örtməyi tələb edirsiniz. 
Mədəniyyətiniz və  əxlaqınız çatmırsa və özünüzü apara 
bilmirsinizsə,  yaxşısı odur ki, özünüz öz üzünüzü, gözünüzü  
bağlayın, eynək geyin, çadra örtün, özünüzü axtalayın, qadına 
baxmayın. Necə olur, digər insanlar sakit baxır və qadın 
gözəlliyindən ləzzət alır,  əhvalı yaxşılaşır, lakin özünü mədəni və 
əxlaqlı aparır. Səbəb sizin kimi düşünənlərin  şüurunun dini təbliğat 
nəicəsində şikəst olmasıdır. Siz özünüzü dəyişin. Qadın kişilər üçün 
xoşbəxtlikdir, onlar gözəl olmalıdır və  həyatı gözəlləşdirməlidir, nə 
qədər onların gözəlliyi daha çox görünürsə, bu  kişi və  gəncləri də 
mədəni və  əxlaqi edir. Onlar daha rahat, sakit, mədəni olur. Bu 
təbiidir. Onlar çox düz davranırlar, bu onların funksiyasıdır.  Plyajda 
insanlar çılpaq olur, Afrikada bir çox qəbilələr çılpaq yaşayır, lakin 
onların mədəniyyəti zorakılıq etməyə imkan vermir. Necə olur, siz 
radikal dindarlarda mədəniyyət,  əxlaqi biliklər çatmır, sizdə 
Afrikanın paltarsız yaşayan qəbilələri qədər mədəniyyət çatmır ki, 
özünüzü  normal, şüuru sağlam insan kimi aparasınız.   
Budur, dinin Azərbaycanda güclü təbliği, gələcəkdə belə  şikəst 
gənclər  yetişməsi və dinə qapanması,  elmi bilikləri, həqiqəti  inkar 
etməsinə, qadınları qula çevirməsinə, bütün digər insanları kafir və 
şeytan saymasına, bunun da nəticəsində  xalq arasında dini zəmində 
qətl hadisələrinə, düşmən münasibətlərə gətirəcəkdir. Artıq gələcəyin 
toxumlarını dini icmalar, ruhanilər  əkiblər, o cücərməkdədir, 
meyvələr yetişəndə onda gec olacaqdır. İnsanların cibi və şüuru, ağlı 
uğrunda ov gedir. Bunu dövlət anlamalıdır və siyasətində  dəyişilik 
etməlidir.  
Azərbaycanda dövlət və cəmiyyət islamlaşmaq əvəzinə,  rəsmən 
elmi rasionalist dünyabaxışları, humanizmi  təlim etməli və onun 
məsləhət və göstərişlərilə yaşamalıdır. Yəni xalq elm və idrakla 
əsaslandırlmış  ağıllı, praqmatik baxışları  qəbul etməlidir- yalnız bu 
baxışlar inkişaf və düzgün həyat yoludur. 
Türkləşmək  də  zərərli istiqamətdir, bu istiqamət başqa dildə 
danışan icmalardan üz döndərmək deməkdir. Gələcək, milli-etnik  
avtonomiyalar olmaqla ümumdünya vətəndaşının və  əxlaqının  
yaranması ilə olacaqdır. Türkləşmək başqa etnik qrupları da 
türkləşdirmək, dilini, mədəniyyətini  əlindən almaq deməkdir və 


 
143
lazım deyil. Oxşar dilli xalqların və ərazidə yaşayan digər xalqların 
azad və bərabər faydalı birliyinin yaradılması məsləhətdir.   
   Başqa xalqlara münasibət humanist və qarşılıqlı bərabər faydalı 
iqtisadi, mədəni , elmi, texniki əlaqələr olmalıdır.  Müasirlik isə 
müxtəlif mənalıdır və  qəbul edilə bilməz.    Daha  dərin mənada 
həyatın dəyişilikləri daim müsbət istiqamətdə getməyərək, mənfi 
istiqamətlə o daim tarazlaşır, gah bir tərəfə, gah digər tərəfə rəqqas 
qanunu ilə gedir. Onun hər iki tərəfi insana faydalı  və arzu edilən 
deyil, yalnız bir tərəfi və ona uyğun  əks tərəfinin (hansı ki insanın 
xoşu gəlməsə  də obyektiv dünya qanunu ilə qaçılmazdır) müəyyən 
hədlərində bu inkişaf arzu ediləndir, bu isə yalnız  qızıl ortadır
Demək, müasirlik deyil (çünki mənfi istiqamət də müasirlik hesab 
olunur, hansı ki insanlar və  cəmiyyət anlamadan  və ya aldadılaraq 
həmin mənfi istiqamətə düçar ola bilər), məhz qızıl ortanın sağ, sol 
hədlərini seçmək və onunla inkişaf etmək lazımdır. Başqa sözlə, 
proporsiyaları optimal seçmək lazımdır. Müasirlik şüarı  əvəzində  
dünya inkişafının yaxşılaşmaq istiqamətinə  uyğun və harmonik, geri 
qalmayan inkişaf səviyyəsini  əldə etmək, həyatı  və  fəaliyyəti ağılla 
və  gələcək strategiyaları ilə qurmaq lazımdır.  Başqa sözlə, 
rasionallıq  və  aşağıdakı digər  şüarlar müasirlik ifadəsinə alternativ 
qəbul olunmalıdır. 
XALQIN  ŞÜARI:   kamilləşmək, maariflənmək,  obyektiv 
elmi baxişlara malik olmaq,  elmdə, texnikada, bilikdə, həyat 
şəraitində dünyada birinci olmaq, rasionalliq, rasionalizasiya, 
humanizm, rasional əxlaqi həyat tərzi, qızıl orta, bərabərlik, 
bəşəriyyətə nümunə olmalidir.  
Bu  şüara uyğun olaraq türkləşmə  və islamlaşma və müasirlik  
şüarları  ləğv edilməli, dövlət bayrağından Aypara çıxarılmalıdır. 
Bayrağın rəngi və forması  dəyişilməlidir. Yeni gerb yaradılmalıdır. 
Azərbaycan cəmiyyəti elmi dünyagörüşlü, ağıllı, qabiliyyətli, müdrik  
cəmiyyət obrazı  əldə etməlidir. Belə  cəmiyyət bütpərəst cəmiyyəti 
deyil ki, Aya (Aypara bütpərəstlik dövründən qalmış  və  ərəblər 
tərəfindən bizə sırınmış İl-illah adlı Ay tanrısı olmuşdur) sitayiş etsin 
və onu bayrağına da vursun. Orta və ali dövlət məktəblərində yalnız 
elmi təlim qəbul edilməli, dərsliklər dini fikir və ideyalardan 
təmizlənməlidir. Din tədqiqatçı deyil ki, sübut olunan düzgün 
mülahizələr sintez etsin və  insanlara ağıl versin, onun bütün 
danışıqları  cəmiyyətdən götürülmüş, elmdən alınmış plaqiatdır və 
dinin əsil məqsədi hakimiyyət və şəxsi biznesdir. Əxlaq və davranış 
təbliğatı isə  cəmiyyətə özünü yaxşı göstərmək, öz əsil məqsədini 


 
144 
örtbasdır etmək üçündür. Soruşmaq lazımdır ki, insanlara əxlaqdan 
danışan belə dini mücəvirlər özləri niyə elə davranmırlar? Şagird və 
tələbələrin islam paltarında bu məktəblərə  dərsə getməsinə qadağan 
qoyulmalıdır. Din və onun tədrisi  tamamilə dövlətin idarəsindən, 
xidmətlərindən  və nizamlamasından ayrılmalı, məçidlər öz  seçilən 
nümayəndələri vasitəsilə dini idarə  məclisi yaratmalı  və ona özləri, 
dövlət məmuru qarışmadan, müəyyən kriteriyalara, bilik və  əxlaqi 
keyfiyyətlərinə görə iki ildən bir dəyişilən baş ruhani  seçməlidirlər. 
Dində demokratiya tam icra olunmalı və islam dini reforma edilməli; 
ziddiyyətli və xalqa, bəşəriyyətə    zərərli  fikir və  göstərişlərdən 
təmizlənməlidir.  
Qəti olaraq 18 yaşına çatmayan uşaqlara dini təhsil verilməsi, 
məçidə aparılması, habelə belə  təhsil məktəbləri , şəxsi təlim verən 
ruhanilərin gizli və açıq məktəbləri qadağan edilməlidir. Dini təhsili  
yalnız 18 yaşından sonra hər insan sərbəst öz arzusu ilə ala bilər. 
Uşaqlıqdan insanın  şüurunun dini uydurmalarla və yaxud 
fərziyyələrlə və xürufatla şikəst edilməsinə yol verilə bilməz.  
 
Mərasimlər. 
 
 Azərbycan cəmiyyəti  Rasional cəmiyyət səviyyəsinə  qədər 
yüksələrək  özü üçün  kollektiv ağılı  və elmin son biliklərini tətbiq 
edərək bütün zəruri mərasimləri, adətləri yaratmalı, ağıla və həqiqətə, 
ehtiyaca uyğun olmayan mərasimləri, adətləri ləğv etməlidir. Dini 
mərasimlərdən imtina edilməsi məsləhətdir, hansı ki yeni ağıl 
cəmiyyəti üçün mənasızdır. Cəmiyyət aşağıdakı  mərasimləri 
yaradacaq  və təkmilləşdirəcəkdir: 
Toy- evlənmə, anadan olma, doğum günü, diplom alma, ilk əmək 
haqqının  alınması, yeniyetməlik, cavanlıq, orta yaşlılıq, ağsaqallıq, 
müdriklik dövrlərinə qədəm qoyma, ölümdən əvvəl davranış və dəfn 
və  s.  Bu  barədə nümunəvi rasional mərasimlər və adətlər yaradılır. 
Azərbaycanda ictimai olaraq və  fərdi evlərdə keçirilən rasional 
mərasimlər layihələndirilməsi və keçirilməsi məsləhətdir. Xalqın 
özünün yaratdığı bu gün və  gələcək  üçün  ağıla uyğun  adətlər
mərasimlər saxlanılır. Lakin başqa xalqların və müxtəlif 
hakimiyyətlərin, şahların və əmirlərin,  ruhanilərin məcburi yaratdığı 
adətlər və  mərasimlər analiz edilir, inkişafa, bərabər insani 
münasibətlərə, humanizmə , şad, yaxşı  əhvali ruhiyyəyə  mane 
olursa, insanı kasıblaşdırır, onları xüsusi şəxslərə qul edirsə, 
istismara, əzaba yol açırsa, ləğv edilir. Bundan başqa müasir dünyada 


Yüklə 2,83 Kb.

Dostları ilə paylaş:
1   ...   44   45   46   47   48   49   50   51   ...   81




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə