160
32.
Bədbəxt hadisə və ya yas olduqda baş çək, mənəvi
yardım et və imkana görə maddi yardım et .
33.
Yanılan adamı başa salmaq insanlıq borcudur.
34.
Qaytara bilməyəcəyin borcu alma.
35.
Heç kimə borclu qalma.
36.
Başqasının şəxsiyyətinə həmişə hörmət et və səhv
etdikdə üzr istə.
37.
Çalış, işi məhkəməyə çatdırmadan anlaşma ilə və
haqları pozmadan həll et.
38.
Səni narahat edən insandan uzaq ol.
39.
Cəmiyyətin işinə yara, sənin də işinə yarasınlar.
40.
İcma üzvləri kimi bir - birinə qarşılıqlı kömək et:
işsiz olduqda, xəstələndikdə, çətinliyə düşdükdə, problem
olduqda, kömək istədikdə.
41.
Toy və şənliklərə icma üzvlərini dəvət et.- onlardan
pul alma.
42.
Səhv hərəkət etmiş insanı qanun və əxlaq
mövqeyindən başa sal və kömək et.
43.
Əməkdaşlıq et, bu cəmiyyətdə ən vacibdir .
44.
İcma üzvlərini aldatma və yalan uydurmalarla iş
görmə.
45.
Başqasının malını mənimsəmə.
46.
Ədalətli ol.
47.
Dözümlü və başqaların həyat tərzinə təbii bax.
48.
Gələcək nəsillərin qayğısı indidən çəkilməlidir.
49.
Təhsil almaq imkanı fundamental insan hüququdur.
50.
Başqalarının əziyyətlərini azaltmaq insanların
borcudur.
51.
Qoy sizin faydalı biliklərinizi başqaları da bilsin!
52.
Hər işini aid olan adamlarla əməkdaşlıq və razılaşma
ilə gör.
53.
İnsan digər adamların əmlakını almaq üçün
zorakılıq edə bilməz.
54.
Səni sevəni sev; sevilmək üçün sev.
55.
Başqa millətlərə və xalqlara öz icman kimi münasibət
saxla.
Rasional cəmiyyətdə torpaq və digər mülkiyyətlər
161
1.
Bütün yeraltı və yer üstü sərvətlər, çaylar, göllər və
bulaqlar bütün cəmiyyətindir, yalnız ictimai istifadədə ola
bilər
2.
Torpaq, hər bir insanın arzusu ilə onun öz ailəsi ilə
becərəcəyi hamı üçün eyni, optimal miqdarda (0, 5-1 ha)
mülkiyyətinə pulsuz verildikdən sonra, qalan bütün torpaqlar
ictimaidir və icma qərarı ilə ondan istifadə edilməlidir.
3.
Şəhərlər və kəndlərdə yaşayan bütün cəmiyyət ailələri
və tək yaşaya bilən üzvləri eyni miqdarda arzu etdikləri
sahələrdən insanlara, təbiətə zərər vurmamaq şərti ilə eyni
normada becərilə bilən və ya arzu etsələr, əkinə yararsız, su
çatmayan pulsuz torpaq ala bilərlər. Habelə icmaya qaytarıla
və istənilən digər zaman yenidən torpaq verilə bilər.
4.
Şəxsi torpaqlar satıla bilməz, yalnız icarəyə verilə
bilər.
5.
İctimai torpaqlar da satıla bilməz, yalnız onun
qorunması və başqa insanlara zərər vurmaması şərti ilə şəxsi
istehsal və xidmət obyektləri yaratmaq üçün icarəyə verilə
bilər, həmin pul isə yerli icmaya verilir.
6.
Hər insan istədiyi gəlirli müəsisə yaradıb yerli icma
tələblərinə və dövlət qanunlarına uyğun istifadə edə bilər.
İcma daxilində Rasional ünsiyyətin ən ümumi qaydaları
1.
Sözə, söhbətə, çıxışa başlayarkən hamıyla
salamlaşmaq.
2.
Ünsiyyətə başlayarkən: məsələ barədə, gördüyün
müəyyən etdiyin təsviri , öz rəyini, qiymətini aydın ver. Nə
haqda danışacağın haqda məlumat ver; fikrini aydın bildir.
3.
Ailədə, iş yerində, cəmiyyət içərisində bərkdən
danışıb gülmə, kobud hərəkətlər və zarafatlar etmə.
4.
İnsanlarla danışdıqda düz danış, etdiyini boynuna al.
5.
Ünsiyyət zamanı məsələnin aid olduğu insanların
şəxsiyyətinə qiymət verməmək; yalnız onun məhsulu, sözü
haqda danışmaq.
6.
Nəzakət , davranış və ədəb qaydalarına əməl etmək.
7.
Dəqiq bilmədiyin məsələ haqda danışma və ya
danışsan bunu qeyd et.
8.
Periodik olaraq icma üzvlərilə görüşüb ünsiyyətdə ol.
162
9.
Söhbət edərkən axıra qədər dinlə, başa düş, sonra
cavab ver.
10.
Müzakirə nəticəsində nəyə razı olduğunu və nəyə razı
olmadığını de və səbəbini göstər.
11.
Qaranlıq məqamların qalmasına yol verməmək, bu
sonradan sizin əksinizə istifadə olunacaqdır. Bunun qarşısını
almaq üçün nəyin, nə üçün, necə, nə zaman, harda əldə
edilməsinə, olmasına razılıq yazılı qeyd olunmalı və hər iki
tərəfdə saxlanmalıdır.
12.
Müəyyən hallarda - pul, əmlak borc aldıqda,
verdikdə, saxlanmaya verildikdə, iş görüldükdə - ünsiyyətin
sonunda əldə edilən son nəticə yazılmalı və imzalanmalıdır.
13.
Səmimilik və aldatmamaq, səhv etdikdə üzr istəyib
səhvi düzəltmək.
14.
Fikir bildirərkən hər kəs özünü başqası ilə bərabər
hüquqlu saymalıdır
15.
Özünə xoş gəlməyən sözü başqasına demə.
16.
Öz icmanda və yad yerdə kimdənsə söz soruşduqda
əvvəl üzr istə və icazə al..
17.
Yalandan söz vermə, bacara bilməyəcəyin vəzifəni
öhdənə alma.
18.
Sözə başlayarkən icazə al.
19.
Özün az danış və danışanları dinlə.
20.
Öz sözünün qiymətini bil.
21.
Sənin səviyyəndə olmayanlarla mübahisəyə girmə.
22.
Məntiqə əməl et, ziddiyyətli söz danışma.
Universal etik prinsiplər
Rasional cəmiyyət aşağıdakı 2050 –ci illərə qədər
ümumbəşəri etik dəyərləri qəbul edir. Bu dəyərlər müəllifin də
iştirak etdiyi Millenium project tədqiqatlarının bütün ölkələrdən
iştirak edən mütəfəkkürlər tərəfindən irəli sürülmüş ( 2005-ci il) və
müdafiə olunmuşdur.
1. Həyat əvəzedilməz hədiyyədir.
2. Elmi araşdırmalar həqiqətə doğru daha etibarlı yoldur, nəinki
dini inam (вера)
3. Təbiətlə harmoniya daha əhəmiyyətlidir, nəinki iqtisadi
tərəqqi
4. Kollektiv düşüncə daha yaxşıdır, nəinki fərdi düşüncə.
Dostları ilə paylaş: |