169
8.
Rasional həyat tərzi biliklərini bilmək və həyatını ona
uyğun qurmaq
9.
Ailəsi, icma, ölkə, millətlər və dünya birliyi haqda –
tarixi, coğrafiyası, iqtisadiyyatı, idarə strukturu haqda zəruri
biliklərə malik olmaq.
10.
Ən azı bir, yaxşısı üç, peşəni səlis bilmək və bacarmaq.
11.
Cəmiyyətin idarə strukturu və qərar qəbul etmə
sistemini, qərar qəbulu prosedurları və əxlaqi keyfiyyət
tələblərini, əsas qanunları bilmək.
12.
Rasional fəlsəfi dünyagörüşləri bilmək və dərk etmək.
13.
İnsan və təbiət haqda bütün bilikləri yüksək ümumi
səviyyədə bilmək: İnsan psixologiyasını, tərbiyə metodlarını,
tarixi, coğrafiya, biologiya, anatomiya, riyaziyyatı, kimyanı,
fizikanı.
14.
Ən azı 8 din haqda tam biliklərə malik olmaq. Dinlər
haqda ümumi rasioanlist nəzəriyyəni bilmək.
15.
Elm və texnikanın, mədəniyyətin, ictimai həyatın son
səviyyəsi haqda məlumatların olması.
16.
Rasionallıq meyarlarını.
17.
İnsan və xalqların əsas hüquqları və zəruri həyat
təmini səviyyəsini bilmək.
18.
Dünya bəşəri birliyi sistemini.
Rasional insan aşağıdakı mənfi keyfiyyətlərə malik ola
bilməz
-
O yaltaq deyil, o icma, vətən xeyrini, öz şəxsi mənafeyinə
qurban vermir; məsluliyyətlidir.
-
O, həqiqəti deməkdən qorxmur, o idarə etinasızlığına,
rüşvərxorluğa, səhv idarəyə, ikiüzlü siyasətə dözmür, o daim
etiraz edə bilir. O, gördüyü saxtakarlığı, idarə dələduzluğunu
gizlətmir, açıq deyir, heç zaman demir “nəyimə lazımdır”.
Nəticə.
Rasional insanı xarakterizə edən ümumi amillər: 1) rasional
həyat tərzi yaşamalı, hansı ki rasional və sağlam həyat qaydalarını,
yaradıcılığı; rasional əxlaqa, rasional ictmai davranış normalarına
əməl etməyi, ictimai işdə iştirakı nəzərdə tutur; 2) rasional insan bilik
və qabiliyyətlərinə, bacarıqlarına və peşə - bilik və bacarıqlarına
malik olmalı; 3) beyin qabiliyətlərini inkişaf etdirməli, intuitiv
anlamağa və əvvəldən görmə intuisiyasına və azı bir əvvəldən
görmə elmi metoduna malik olmalıdır.
170
Əxlaqi həyat, rasionallığın əlamətlərindən biridir.
Rasional insanın yetişdirilməsi və tərbiyəsi
Təkcə əxlaq normaları rasional həyatı əks etdirmir, habelə 12
fəaliyyət sahəsində ( bax “Həqiqətə Pəncərə” kitabına) rasional
həyat tərzi , rasional iş, mədəniyyət, idarə, metodlar, prosedurlar,
kiteriyalar, nümunələr və s. rasionallıq haqda biliklər rasional insanı
xarakterizə edir .
Danışan insan tarixinin başlanğıcından əxlaq normaları az
miqdarda meydana çıxır və zamanla getdikcə çoxalır, müxtəlif
sahələri, insan ailəsindən çıxıb, qəbilə, icmalar arası, millətlər daxili
və arası, ümumi bəşəri sistem, BMT, normalaradək genişlənir.
Məhz buna görə rasional insan təlimində :
1. Bütöv əxlaq normaları həm universal tərkibdə, həm də hər bir
fəaliyyət sahəsi üzrə yenidən tərtib edilir. Bunu tək - tək adamlar
yazıb başqalaına sırımır, məhz insanlar özləri bunu formulə edib
təklif edərək, razılaşma yolu ilə qəbul edirlər.
2. Hər bir normanın zəruriliyi faktlar və real həyat sübutları ilə
əsaslandırılır və öyrədilir. Artıq, cənnət - cəhənnəm ideyalarına
ehtiyac yoxdur, insan uşaq deyil ki, uydurulmuş qorxular ilə tabe
edəsən. İnsan təlimlə tam dərk edir ki, əxlaq norması ən rasional
həyat üsuludur və onu pozmaq bu dünyada onun üçün və cəmiyyət
üçün nə ilə nəticələnə bilər.
3. Təlimdə insanlar əxlaqın bütün ictimai təşkil sistemində,
müqavilələrdə, konstitusiyada, qanunlarda, davranışlarda necə əks
etdirildiyini öyrənirlər.
Təlimin vəzifəsi budur ki, insan həyatda seçim qarşısında
qaldıqda, məhz əxlaqi variantı özü könüllü dərk edərək, ən optimal,
ən düzgün və zərurət kimi seçsin.
Rasional insanın hazırlanması üç istiqamətdən, yəni həm
1)materialist, həm 2)idealist mövqeyindən, həm də əxlaqın nəzərə
alınmasına, 3)nəzarət - yönəltmə vasitəsilə birlikdə aparılır.
Birinci istiqamət – maddi - real gerçəkliyin rasionallığının və
deməli, əxlaqiliyin əldə edilməsi ilə. Bu necə əldə edilə bilər?
A) cəmiyyətin ictimai, sosial, ekoloji, iqtisadi strukturunun
rasional layihələndirilməsi və qurulması. Rasional funksiyaların
qəbulu.
B) fəaliyyət üçün yeni rasional iqtisadi, sosial, idarəetmə
prinsiplərinin qəbulu.
171
C) cəmyyət işlərində - qanun və qərar hazırlanması - qəbulunda
hər bir insanın iştirak etmək imkanı və arzu edənlərin iştirakının
təmini. Bunun üçün lazımi sistemin yaradılması.
D) qanun və qərarlar üçün kriteriyaların, standartların qəbulu.
İkinci istiqamət - İdeyaların səmərələşdirilməsi -dəyişdirilməsi,
yəni yenidən tərbiyə vasitəsilə, daha dəqiqi, əxlaqi normaları
formalaşdırıb insanlara öyrətməklə.
Üçüncü istiqamət – əxlaqın nəzərə alınmasına (icrasına) nəzarət
–yönəltmə sistemi ilə edilir. Bu sistem əxlaq pozanları aşkar
etməklə, onları yenidən spesifik sahə üzrə təlim-tərbiyə, əmək, bilik
və bacarıqlar, peşə, qabiliyyət öyrətmək, prokuror, polis və məhkəmə
elementlərini daxil edir. Burada tamamilə yeni prinsip var. Nəzarətin
məqsədi insanı əxlaq və qanunu pozmağa qədər gözləyərək, onu
cəzalandırmaq deyil - bu halda insan düzəlmir, daha da pisləşir -
məhz son həddə qədər gözləmədən insanı dəyişdirib cəmiyyəti razı
salacaq dərəcədə kamil adam etməkdir. Buna, habelə birinci
istiqamət- maddi ictimai sistemin təkmilləşdirilməsi zəruri olaraq
kömək edir.
Rasional insan təlimi ibarətdir:
1) Ümumi elmi savadlılıqın əldə edilməsi: Riyaziyyat , Fizika,
Kimya, Biologiya, Tarix, İnsan anatomiyası və fiziologiyası;
cəmiyyət və insan arasında öhdəçilik və münasibətləri, düzgün
qidalanma, sanitariya - gigiyena təlimi, idman təlimi , düşünmə,
ünsüyyət qaydaları, yaradıcılıq metodları və əl və ekstrasens
qabiliyyətlərinin inkişafı , mədəniyyətin öyrədilməsi.
2) Xüsusi peşə biliklərinin və təcrübəsinin təlimi: həkim ,
mühəndis , konstruktor, iqtisadçı, musiqi, rəssam, rəqs, futuroloji
biliklərin təlimi və s.
Lakin rasional cəmiyyətdə təlim bununla qurtarmır. İnsanlar
ölənə qədər həyatı boyu təlim – tərbiyə ilə əhatə olunurlar. Bu təlim
1) həm əxlaq, qanun və qərarların öyrədilməsi, 2) həm yeni
biliklərin, qabiliyyətlərin, mədəniyyətin, bədii bilik qabiliyyətlərinin,
həm həyat, ekoloji, biznes, hüquq, turizm və s. öyrədilməsini əhatə
edir. Bunun üçün əlavə məktəblər, mədəniyyət evləri, klublar tikilir.
Rasional insanın yetişdirilməsi onu yetişlirəcək adamın
tərbiyəsindən - hazırlanmasından başlayır. İnsan ailədə meydana
gəlir, onu qadın doğur və qadının xüsusi instiktiv xasiyyətinə görə
yalnız qadın uşağın qayğısını çəkir və onu tərbiyə edir. Qadın ona ilk
davranış qaydalarını öyrədir, böyüdükcə tərbiyəni davam etdirir və
Dostları ilə paylaş: |