175
Davranışınızı pis təsirlərdən qoruyun. Bunun üçün mənfi
hərəkətli döyüş səhnələri, acıqlı sözlər, vəhşilik, qırğın, ölüm,
düşmənçilik səhnələrinə, kinolarına baxmayın. Belə məclisdən və
insanlarla bir olmaq, yaxınlıq, əməkdaşlıq etməkdən qaçın, pis
sözləri eşitməməyə çalışın. Yaxşı davranışda olmaq, yaxşı əhvalda
olmaq, yaradıcı həvəsli olmaq üçün yaxşı adamların məclsində,
mədəni cəmiyyətdə olun, onlarla ünsiyyətə çalışın. Elmi ideyaların
müzakirəsinə qulaq asın, texniki ixtiralar haqda söhbərlərə, onların
necə, hansı şəraitdə edilməsi söhbətlərinə qulaq asın, çalışın, elmi və
peşəkar diskussiyalarda iştirak edəsiniz. Bunlar sizi gözəl insan
olmağa, mənfi davranışlardan
xilas olmağa, pis hərəkətlər haqda
düşünməməyə kömək edəcək, siz əsil insan vəzifənizi icra
edəcəksiniz. Elmi söhbətlər sizdə yaradıcılığa həvəs və dərk etmənizi
stimullaşdıracaq, sizə yeni həvəs, güc verəcək. Aşağı səviyyəli kiçik
xidmətçi səviyyəsində sözlərə, söhbətlərə qulaq assanız, sizdə yeni
heç bir həvəs yaranmayacaqdır, siz ruhdan düşəcəksiniz. Öz
qulağınızı, gözünüzü səhv, qeyri - insani, pis söz və görüntülərdən
qoruyun. Qədim mifləri həqiqət kimi sizə təqdim edənlərdən, dini
söhbətləri eşitməkdən özünüzü qoruyun, həmin məclisdə olmayın.
Yalan və uydurmaları eşidərək sizdə həyat
haqda təhrif olunmuş rəy
yarana bilər. Qabaqcıl, ağıllı insanlara oxşamağa çalışın. Kimlə
dostluq etsəniz, onun kimi olacaqsınız. Burada yamsılama, oxşama,
psixi təsirlərin, vərdişlərin, xasiyyətlərin keçməsi, tez - tez təkrar
olan söz və davranışların adət yaratması qanunu işləyir.
Qeyd: Məsləhət görülən davranış etalonları, şübhəsiz nisbidir,
lakin düzgün davranmaq üçün sizə kömək edəcəkdir.Çünki dünyada
heç bir əbədi reseptlər yoxdur, universal yaxşı və pis yoxdur. Yalnız
hə bir şeyin, canlının, insanın şəxsən özü üçün bu və ya digər
zamanda və mühitdə yaxşı və pis vardır, obyektiv rasional yol, həll
vardır. Bunu o bilə bilər, yaxud bilməyə bilər- ağıl və bilik
dərəcəsindən asılı olaraq. Bu məsləhətlər məhz hər insanın və
icmanın özünə aid pisi və yaxşını müəyyən
etməsinə-rasional yolun
seçməsinə yalnız köməkdir. Bu və digər seçimi isə hər kəs özü
etməlidir.
Özünü təlqin üçün Ruhi formula nümunələri (elmi dualar):
Aşağıdakı formulalara əməl edin və ya oxşar formulalar yaradın
və hər bir həyat anı üçün bir formula yazın və deyin. Məsələn, səhər
yuxudan durarkən, yeməyə başlayarkən, işə gedərkən, işə
başlayarkən, qurtararkən, sizə qonaq gələrkən, qonaq gedərkən (pis
təsirlərdən qorunmaq üçün), bir şey yaradarkən, idarəyə gedərkən,
176
nayrahatçılıq olduqda , əsəbiləşdikdə, kart oynayarkən, idman
etdikdə, fiziki işə başladıqda, əyləncəli oyun oynadıqda və s. Lakin
təlqinlərin sınaqdan çıxmış qaydalarına əməl etmək lazımdır, əks
təqdirdə nəticə alınmayacaq. Bu qaydalar,
metodlar çox genişdir və
kitablardan, internetdən tapa bilərsiniz.
Yuxususzluq zamanı.. Bədənin əzələlərinin bir - bir boşaldın və
tam rahatlıq alandan sonra bu forrmuladan və ya buna oxşar formula
düzəldin və fikrinizdə deyin: “
Mən bu gün çox işləmişəm hər işi
yaşxı etmişəm səhvim yoxdur. Sakitəm, rahat nəfəs alıram, mənə
xoşdur, ürəyim sakit və rahat vurur, mən 20-yədək sayıb qurtarana
qədər yuxuda olacam” (hər nəfəs aldıqca bir rəqəm səssiz deyilir).
Digər çoxlu üsullar mövcuddur, siz onları başqa kitablardan öyrənə
bilərsiniz.
Gündəlik ruhi ritual. Axşam yatan zaman aşağıdakı ibadəti
edin. Fikrinizdə dünyanı idarə edən, hər şeyin yerini forma və
xasələrini müəyyən edən ümumi qanunlarını özündə daşıyacaq bir
anlayış seçin məsələn, tale, müəyən göy cismi, ağac, çay, bitki,
ərazinizdə olan pir, Tanrı. Bunların hər hansı biri doğrudur, çünki
dünyanın bütün qanunları onlarda əks olunub. Seçdiyiniz bu qəlb
dostunuza müraciətlə aşağıdakı ifadələri fikrinizi mərkəzləşdirərək
və dərindən düşünərək deyin.
Hər kəs özünə xoş, demək istədiyi
ifadələr deyə bilər. Lakin çalışın bunlar formaca hər gün eyni olsun
və fərqli hissəsi də ola bilər:
“Ey ruhumda (ağlımda) olan tale məni unutma, mənimlə ol. Bu
gün mənim ağlım, şüurum, yaddaşım mənimlə oldu, sabah da ağlımı
məndə saxla. Qoy həyatın bütün qanunları, hər təhlükələr, Şər və
Xeyir hər an mənim ağlımda olsun; mənə onları unutdurma, ağlımı
iti saxla, öz yerimi tutmağa, öz çörəyimi yeməyə, başqalarına boyun
əyməməyə kömək et. Pis gözdən qoru, məni hədləri keçməkdən saxla,
mənə düz yolu göstər. Mən sənə inanıram, bu gün mənimlə oldun,
sabah da mənimlə ol.”
Xəstəlik, maddi çətinlik, doqmaların itgisi, mənfi emosiyalar
zamanı: Ruhun - psixikanın rahatlanması üçün meditasiya, söz və
fikir gücündən, özünü təlqin metodlarından istifadə et. Əvvəldən
xüsusi formulalar hazırla və özünü təlqin metodu ilə istifadə et.
Məsələn, bu ifadələri ürəyində de: “
Hər şey təbiidir, sakit ol, özünü
ələ al, səni təhrik edən çağırışlara ideyalara, təkliflərə uyma. Sən bu
çətinliyə qalib gələcəksən. Bu məsələni hökmən həll edəcəksən. Sən
bu işi görməyə qabilsən, sənin biliyin və qabiliyyətin çatır. Ruhdan
düşmə, möhkəm dur, çaşma, özünü itirmə. Hər şey keçib gedəcək,
177
pis hadisələr unudulacaq, pis günlər keçəcək, yaxşı günlər gələcək,
dözümlü və səbrli ol, darıxma, ağlınla hərəkət et.” Fikrini dağıtmağa
çalış, əlini, gözünü, qulağını başqa işlə məşqul et.
Yeməyə başlayarkən oxuyun:
Bu yemək zəhmətlə
qazanılmışdır, bizim bu çörəyi yeməyə haqqımız var; onun xeyri bizi
saxlasın, bizə qüvvət versin, qoy yeməyimiz həmişə olsun. Ağlımız,
Bizi başqalarına möhtac etmə. Amin.
Dəfn zamanı və vidalaşma - yada salma mərasimi zamanı.
Başqa dildə mənası aydın olmayan dua oxumayın. Yalnız bu duanı
oxuyun və ya seçdiyiniz fikirləri deyin:
Mərhum ( adı)həyatın bütün
sınaqlarına dözərək və mübarizə apararaq qəhrəman həyat yaşadı. O
öz nəsli və cəmiyyət üçün bu yaxşı işləri görmüşdür (bir- bir
deyilir).Onun bu işləri aid olduğu adamlar və cəmiyyət üçün
qiymətlidir. Onun ruhu qoy rahatlıq tapsın, onun ruhu arxayın olsun,
bu insan yaxınlarının qəlbində yaşayacaq, əməlləri, sözləri yada
salınacaq, ağıllı davranışı və sözləri öyrəniləcək və nəsli və cəmiyyət
nümunə alacaqdır. Onun səhv davranışı və əməlləri bağışlanır, qoy
onun ruhu da onu incidənləri bağışlasın, səhv etmək insanın
xassəsidir. Ondan qaçmaq olmaz, biz də səhvimizi tez anlayaq və onu
düzəldək, səhv etməməyə çalışaq. Qoy tale bizə ağıl, inam, güc
versin. Amin (mümkündürsə, mərhumun əsərlərindən və ya onlar
haqda qısa yazılı məlumat gəlmiş adamlara paylanır)
Uğursuzluq olduqda arzuna çatmayanda sakit özünüzə deyin:
görən mənim səhvim nədədir, nəyi vaxtında etməmişəm, nəzərə
almamışam, belə getsə gələcəkdə 1, 5, 10, 20, 30 ildən sonra nə
olacaq, dövlətin siyasəti necədir, hara aparır, mənim mənfi
xarakterim belədir( təsvir edin) mən bunu nəzərə almalıyam, bu
mənə həmişə zərər verir, uğursuzluğa uğradımsa demək mən
planlarımı, məqsədimi, baxışlarımı dəyişməliyəm, mən qocalığa
böyük problemlərlə, əzilən, yazıq vəziyyətdə gedə bilmərəm, mən
gələcəyimi nəzərə almalı, qocalıqda yaxşı olmaq üçün planlar
qurmalıyam, yaxşı arvadım olmalıdır ki, mənə baxsın; mən uşağa
indi təhsil, peşə verməliyəm ki, qocalıqda o da mənə baxsın.
Tale(tanrı) məni tək qoyma. Plan qurub onu icra edin.
Hər bir Azərbaycanlıya
Tarixdən bu günədək davam edən despotik idarə sizdə azad
insan obrazı yaratmamışdır. Siz özünüzü dövlət məmurlarının qulu
kimi görmüsünüz. Bu xarakteri yaradan, şübhəsiz, dövlət qanunları