Microsoft Word Rasional c?miyy?t? dogru doc



Yüklə 2,83 Kb.
Pdf görüntüsü
səhifə67/81
tarix19.11.2017
ölçüsü2,83 Kb.
#11179
1   ...   63   64   65   66   67   68   69   70   ...   81

 
199
onlar səndən qeyri - əxlaqi, qeyri - qanuni hərəkət etməyi tələb 
edərlər. Özün isə  əvəzsis yaxşılıq et, əvəzində heç nə istəmə, 
adını və kimliyini demə. 
72.
 
 Sənə edilən köməyin , yaxşılığın  əvəzini həmişə 
artıqlaması ilə ödə, bu sənə daim mənəvi üstünlük hissi gətirəcək 
ləzzət alacaqsan. Bununla sən  şəxsiyyətini, mərifətini sübut 
edirsən. 
73.
 
Həmişə öz çörəyini ye,çörəyini özün qazan.  Sakit yaşaya 
bilirsənsə, münaqişəyə girmə. 
74.
 
Rasional həyat tərzi ilə yaşa. Bu - Rasional sağlam həyat, 
qidalanma; rasional əxlaq və davranış;  ictimai qanun və  qərar 
hazırlanmasında iştirak;  öz rasional ağlınla yaşamaq;  məmurları 
müşahidə  və qiymətləndirmək; Rasional ünsiyyət, nəzakət ; 
düzlük və həqiqəti müdafiə-etməkdir. 
75.
 
 Rasional  qidalanma  rejiminə, sanitariya, gigiena 
tələblərinə əməl et, sağlam həyat tərzi yaşa və həmişə təmiz ol. 
76.
 
Günəşin  Yer kürəsində yaratdığı ritmə uyqun bioloji ritm 
- yəni  gündəlik yatmaq, durmaq, idman, yuyunmaq, qida-rejimi, 
sağlamlığın təmin edilməsi  prosedurları;  iş, bilik və beyin 
qabiliyyətlərinin artırılması;  dincəlmək, ünsiyyət,  yaradıcılıq, 
yuxu; habelə illik belə  fəslə uyğun qida, səyatət , fəslin 
nemətlərindən istifadə, bayram etmək vaxtları,  ardıcıllığı  və 
müddətini seç və bu  ritmə əməl et. 
77.
 
Hər bir işi görmək üçün öz düzgün vaxtını seç. Istənilən iş 
istənilən zaman başlasa uğurlu ola bilməz. Hər işin, yəni yazmaq, 
danışmaq, tikmək, düzəltmək, dincəlmək, müzakirə, işləmək, 
qonaq getmək, qonaq qəbul etmək   və s. öz vaxtını düzgün seç. 
Başqa sözlə, hər  şeyin öz yeri, öz zamanı var. Bu, dünya və 
şeylərin, hadisələrin ümumi qarşılıqlı asılılığı  və uyğunluğu 
qanunudan (həm statikada, həm dinamikada) çıxan nəticədir. 
78.
 
 Digər xalqların adət - ənənəsinə hörmət et.  Onlarınm 
içində olduqda bunlara əməl et. Dəyərlər dəyişgəndir. Xoşun 
gələn dəyərləri, adətləri qəbul et. Xoşun gəlməyən və sənə zərər 
verən adətləri,  ənənələri,  habelə  məntiqi zəruriyyət - əsas 
görmədiyin adətləri at. Dini dəyərləri və adətləri qəbul etmə, 
onlar sənin xalqının deyil, zorla qəbul etdirilmişdir. Sən azadsan.  
Zorakılıqla yayılan dinlərin sənə  təklif etdiyi dəyərlərin ictimai 
olanlarını xalqın özü yaratmışdır və  hər gün onları yenidən öz 
fəaliyyətində yaradırsan və onlar sənindir. Bu dəyərlərin müəllifi 
həmin dinlər deyil. 


 
200 
79.
 
Ümumi  rasional əxlaqdan kənar, elə  iş görmə ki, sonra 
cəmiyyət eşidəndə utanasan. Güman etmə ki, nə isə gizli qala 
bilər. 
80.
 
 Elə düşünmə ki, nə isə gizli qala bilər, daim ürəyini sakit 
yerdə  ağaca, quşa və bitkilərə boşalt, bu daha yaxşıdır, nəinki  
kənar bir adama.  Etibarlı dostlar və müdrik məsləhətçilərlə 
bölüşmək xeyirlidir , lakin onlar kimdir, bunu tapmaq lazımdır.. 
İş yerində heç bir adam haqda bir söz demə, gedib çatdıracaqlar. 
81.
 
Ümumi rasional əxlaqa  əməl etməlisən, lakin dünya–
görüşün,  şeylərə hadisələrə baxışın sənin  şəxsi mülkiyyətindir
heç kəsə ixtiyar vermə, sənə onu dəyişdirməyə  təkid etsin, öz 
dünya-görüşünü, aldığın və yoxladığın biliklərə uyğun 
səmərələşdirə bilərsən. 
82.
 
Gözləmə ki, kimsə  sənin eybini, səhv danışdığını  aşkar 
edib sənə desin və ya cəmiyyət içində  səni pis etmək üçün 
istifadə etsin. Sən hamıdan qabaq öz  hərəkətini, sözünü, 
davranışını rasional əxlaq və davranış normaları və elmi biliklər 
xəzinəsi ilə fasiləsiz müqayisə et, səhvlərini tap, düzəlt və özünü 
kamilləşdir. Sən axı anadan gəlmə belə deyilsən, yalnız öyrənmə 
və özünü tərbiyə ilə mühitlə əlaqədə sən kamilləşirsən. 
83.
 
 Dini möizələrə qulaq asma və dini icmalara üzv olma, öz 
ağlınla, idrakınla yaşa. Əgər dini xadim yalan danışırsa, bunu ona 
de, sübutlar tələb et. Yadında saxla, onun təbliğat məqsədi 
həqiqəti sənə açmaq deyil, o həqiqəti bilmir, özünün nüfuzunu 
avam adamlar qarşısında qaldıraraq gəlirini artırmaqdır. Sən özün 
həqiqəti tapmağa qabilsən, sən ondan çox bilirsən, ona ehtiyacın 
yoxdur. 
84.
 
Cəmiyyətdə 
fəaliyyət sahələrində - siyasətdə, 
mədəniyyətdə, elmdə, musiqidə, söhbətlərdə, iqtisadiyyatda 
həmişə müəyyən zaman davam edən üstün ideyalar, istiqamət, 
dəb, meyllər, düşüncə tərzi vardır. Çalış, onların qulu olmayasan 
və müstəqil düşüncədən əl çəkmə və öz fikrini özün müəyyən et, 
siyasət adamlarının dediyinə inanma  və qulaq asma. 
85.
 
Başqalarını düz başa düş.  Hər kəsin fikri onun maddi, 
sosial, siyasi vəziyyətinin, emosiyalarının, mənafeyinin, 
dəyərlərinin, gəlir mənbəyinin nəticəsidir və onu əks etdirir, yəni 
çox zaman həqiqəti  əks etdirmək üçün deyilmir. Bu amilləri 
nəzərə alsan, həm fikir söyləyənin kim olduğunu, niyə belə 
danışdığını  və  əsil məqsədini anlayarsan, həm də  qurduğu 
tələdən xilas olarsan və düz anlayarsan. 


 
201
86.
 
Özünə xoş  gəlməyən hərəkəti başqasına etmə. Və 
başqasına, özünə  və özününkünə saxladığın münasıbət kimi 
münasibət bəslə. Bu iki fikir oxşar olsa da müxtəlif tələblərdir. 
87.
 
Pozitiv əhvalda olmağa çalış. 
88.
 
  Söz və fikir birləşməsindən (müəyyən özünü təlqin edici 
cümlələrdən-duadan) həmişə istifadə  et.    Bu  sənin effektiv, 
uğurlu və  təhlükələrdən qorunan həyatın üçün zəruridir. Sözün 
fikirlə verilməsi böyük gücə malikdir:   İşə başlayanda fikrini 
topla və  mərkəzləşdir, digər  şeylər haqda düşünmə  və ürəyində 
de-“Qoy işim uğurlu olsun, pis gözlər uzaq olsun” və həmin sahə 
üzərində əlinlə işarələ, nəfəsinlə pülə. 
89.
 
Ancaq bir halda fikrini gizlət – əgər onu eşidənlər sənə tor 
qura bilərlərsə,  düşmənlərin , gözü götürməyənlərin sənin əksinə 
istifadə edə bilərsə. Lakin bu fikri digər təhlükəsiz formada qurub 
deyə bilərsən. 
90.
 
Sübutları olmayan şeyə, fikrə, ehkamlara, miflərə inanma. 
Bunlar avamlıq –elmin olmadığı zaman insanları idarə etmək 
məqsədilə, ideoloji təsir vasitəsi kimi uydurulmuşdur. Lakin indi 
uydurma danışanların məqsədləri yalan dünyagörüş yaratmaqla 
öz ciblərini  doldurmaq, layiq olmadaqları sosial hörmət  
qazanmaq, hakimiyyətə gəlməkdir. İnsanları isə uydurmalar yox, 
elm, ağıl, idrak, ümumbəşəri əxlaq və qanunlar və ictimai nəzarət 
- reaksiya  və mühit idarə edir. 
91.
 
Öz haqlı mənafeyini, yəni heç kəsin sənin əlindən almaq 
ixtiyarı olmadığı yaşamaq, yaratmaq, təhsil, müalicə, mədəni 
həyat,  şəxsi mülkiyyətin, sevmək , ailə qurmaq, varislik  və s. 
mənafeyini heç vaxt başqalarına güzəştə getmə. Yalnız 
mənafeyini qoruduğun – addımlar atdığın halda həqiqət,  ədalət, 
düzgünlük tapılacaq və qorunacaq. 
92.
 
Cəmiyyət içərisində  sən ancaq qarşılıqlı  əlaqələr 
nəticəsində inkişaf edirsən, yəni kiməsə fayda verib fayda alırsan, 
kimsə  sənin hesabına varlanır, sən də kimin hesabınasa 
varlanırsan və ya yaşayırsan, kiməsə xidmət edirsən, kimsə sənə 
xidmət edir. Heç kəs tək başına qazanmır, hər  şeyi başqalarının 
iştirakı ilə qazanır. Bu qazanana  məsuliyyət qoyur. 
93.
 
Qazandığını tək yemə, bu mümkün deyil, həm də ədalətli 
deyil. Sənə elə  gəlir ki, təkbaşına özün qazanmısan, lakin belə 
deyil. Burada xeyli iştirakçılar var ki, sən onları görmürsən. 
94.
 
Kimsə sənin üçün vasitədir, sən da kim üçünsə vasitəsən; 
kimdənsə artıqsan, kimdənsə zəifsən, bunu anla. 


Yüklə 2,83 Kb.

Dostları ilə paylaş:
1   ...   63   64   65   66   67   68   69   70   ...   81




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə